Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5510/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1096/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları “Elektron notariat” X1 vasitəsilə “X3” AQİS-dən verilmiş çıxarışın surətindən görünür ki, X9 xx.xx.1936-cı il tarixdə anadan olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ailə vəziyyəti olaraq evli göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 05/9-2187/75 saylı, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Ərizədə doğum yerinin “Ermənistan” olduğunu qeyd etmişdir. Bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən X2 itmiş qeydinin bərpası bu cür qeydərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri Xidməti tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, “X3" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən doğumununun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Ermənistan Respublikasında tərtib edilmiş X2 qeydləri Azərbaycan Respublikasının X2 reyestri xidmətinin, habelə qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlar qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Araşdırma zamanı doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi üçün kifayət qədər sənədin olmadığı müəyyən edilmişdir. Yaranmış vəziyyətlə bağlı ona müvafiq faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə hüquqi yardım göstərilməsi təklif edilmiş, lakin o, vəkil xidmətindən istifadə edəcəyini bildirərək bundan imtina etmişdir. Göstərilənlərə əsasən qeyd edilir ki, məhkəməyə müraciət ediləcəyi təqdirdə məhkəmənin çıxaracağı qərardan asılı olaraq qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin bərpa edilməsi və bu barədə şəhadətnamə verilməsi məsələsinə baxılacaqdır. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 oğlu olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, atası X9 26 noyabr 2020-ci il tarixdə vəfat edib. Onun adında və mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi ev ondan miras qalıb. O, həmin mirası vərəsə olaraq qəbul etməyi üçün ərazi üzrə Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 13 saylı notariat ofisinə müraciət etmişdir. Orada ona bildirilib atasının vəfatı ilə əlaqədar mirasın açılması faktı aşkar olunmur və bu notariat ofisində mirasın açılması mümkündür lakin, C.X7 vərəsəsi kimi qəbul etmələri üçün ondan müvafiq sənədlər, o cümlədən də, ona məxsus doğum haqqında şəhadətnamə tələb olunur. Ərizəçi Ermənistan Respublikasında doğulduğundan və məlum səbəblərə görə oradan qaçqın düşdüklərindən bütün sənədləri də Ermənistanda qalıb. O, qohumluq faktını, yəni doğum haqqında şəhadətnaməsini notariat kontoruna təqdim edə bilməyi üçün aidiyyəti yerlərə, o cümlədən X2 Reyestri Xidmətinə və Maraqlı şəxsnə rəsmi müraciətlər etsə də, bu idarələr tərəfindən tələbinin təmin olunması mümkün olmamışdır və səbəb olaraq onun doğum haqqında şəhadətnaməsinin arxivinin Azərbaycanda olmaması göstərilmişdir və ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona yuxarıda qeyd etdiyi kimi atasından qalmış mirasdakı payına sahib çıxa bilməyi üçün miras qoyanın vərəsəsi olmağını təsdiq edən sənəd, (ona münasibətdə) doğum şəhadətnaməsini əldə etmək lazımdır. Bu isə məhkəmədən kənar həll edilə bilən məsələ deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1096/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 307, 308, Ailə Məcəlləsinin 45.1, 45.2, Mülki Məcəllənin 1136-cı maddələri ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, Ərizəçi vətəndaş mirasın açılması ilə bağlı müraciət etdiyini və doğum haqqında şəhadətnaməsinin olmadığı üçün qohumluq münasibətlərinin, yəni X6 oğlu olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə iclasına şahidlər gətirsə də, birinci növbə digər vərəsələrdən hər hansı biri şahid qismində ifadə verməmişdir. Eyni zamanda ərizəçinin izahatı və şahidlərin ifadələri digər sübutlarla (yazılı və maddi sübutlar və s.) təsdiqlənmədiyindən məhkəmə sübut olaraq göstərilən halları mötəbər hesab etmir. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, ifadə verən şahidlər də təsdiq ediblər ki, ərizəçi mirasqoyanın oğludur, onunla digər vərəsələr arasında mübahisə var və həmin vərəsələrin məhkəməyə gəlib ifadə verməsi mümkün deyil. Hətta notariat ofisində mirasqoyan vaxtı ilə bu vərəsələrin hər birinin payı bərabər olmaqla vəsiyyətnaməsini də qoyub ki, sonradan hələ mirasqoyanın (X6) vərəsələri arasında mübahisə səbəbindən mirasqoyan həmin vəsiyyətnaməsini ləğv edib. Bundan başqa məhkəmə ərizəçiyə hüquqi yardım təklifi kimi, doğum haqqında akt qeydinin bərpası üçün müraciət etməyi təklif edib. Ailə Məcəlləsinin 162-ci maddəsinin tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlar qeydinin bərpası bu cür qeydlərin həqiqət olduğunu təsdiq edən sənədlər əsasında mümkündür. Onda da belə sənəd (şəxsiyyət vəsiqəsi istisna olmaqla) yoxdur. Belə ki, bütün bu kimi sənədlər Ermənistan ərazisində qalıb. Ona görə də birinci instansiya məhkəməsinin istər təklifi, istərsə də iş üzrə nəticəsi düzgün sayıla bilməz. Məhkəmə iş üzrə hüququn tətbiqində səhvə yol verib. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. - 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyasının mövqeyi Mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin Ailə Məcəlləsinin 45-ci və Mülki Məcəllənin 1136-cı maddələrinə əsaslanaraq qətnamə qəbul etməsi işin hallarına uyğun olmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarı ilə bu qəbildən olan işlər vahid məhkəmə təcrübəsinin formalaşması üçün məhkəmələrin diqqətinin hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsi tövsiyə edilmişdir. Plenumun Qərarı ilə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Əgər qohumluq faktının müəyyən olunması X2 qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və X3nda dəyişiklik edilməsi X2 dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. X2 dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. İşin materiallarından görünür ki, ərizəçi məhkəmədən özünün atası ilə aralarındakı qohumluq münasibətlərinin olması faktının təsdiq edilməsini xahiş etmiş, lakin məhkəmə mövqeyini hüquqi cəhətdən atalığın müəyyən edilməsinə dair ailə və mülki qanunvericiliyin normaları ilə əsaslandırmışdır. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və ərizə üzrə müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası, ərizəçinin hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə isə qeyd edir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Bununla bağlı “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli Qərarında qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. İşin materiallarından görünür ki, iddiaçı özünün xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 qalan miras əmlakı vərəsəlik yolu ilə əldə etmək məqsədi ilə onun oğlu olmasını təsdiq etmək üçün qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, ərizəçi qeyd edilən faktın müəyyən edilməsini deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlar qeydinin bərpası ilə bağlı müraciət etməli idi. Belə ki, işin materiallarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 05/9-2187/75 saylı, xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri Xidməti tərəfindən ünvanlanmış məktublarda ona izah edilmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Sonuncu məktubda həmçinin qeyd edilmişdir ki, məhkəməyə müraciət ediləcəyi təqdirdə məhkəmənin çıxaracağı qərardan asılı olaraq qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin bərpa edilməsi və bu barədə şəhadətnamə verilməsi məsələsinə baxılacaqdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iİtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X2 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli (xx.xx.2021-ci il tarixli dəyişikliklərlə) qərarına əsasən, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən, apelyasiya şikayətində qeyd edilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olsa da, ərizənin təmin edilməsi üçün əsas təşkil etmədiyindən, şikayət qismən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə ərizəçinin özünə aid edilməlidir. Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1096/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5510/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5510/2022
16.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver