Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5510/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı, gecikmə faizi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xxxxxxx000109 №-li əmək müqaviləsinə əsasən Cavabdeh1 ASC-də 7000 AZN əmək haqqı almaqla, baş direktor vəzifəsində fəaliyyət göstərmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilməsi, Cavabdeh1 ASC-nin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində bankın işçilərinin əməkhaqqı üzrə ödənişlərinin (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla), habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır.
3. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən LPO Cavabdeh1 ASCnin İdarə Heyətinin baş direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işəgötürənin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Muğanbank ASC-nin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsinə və iddiaçının vəzifəsinə bərpa edilməyinə, cavabdeh LPO Muğanbank ASCdən əmək müqaviləsi üzrə yaranmış 35000 (otuz beş min) manat məbləğində məcburi işburaxmaya görə əmək haqqının və onun üzərinə iddia verilən günə hesablanmış 1% ödənc məbləği olan 31900 (otuz bir min doqquz yüz) manat və vəkilin xidmət haqqı kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat,cəmi 67220 (altmış yeddi min iki yüz iyirmi) manat məbləğində vəsaitin, vəzifəsinə faktiki bərpa olunduğu günədək işburaxmaya görə hər ay üçün əlavə 7000 (yeddi min) manat məbləğində əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1% olmaqla hesablanmış ödənc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İşə məhkəmədə baxılarkən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdən Muğanbank ASC-də baş direktor vəzifəsində çalışmışdır. Görmə sinirinin nevriti diaqnozu ilə 20 oktyabr 2023-cü il tarixdə əmək qabiliyyətini tam olaraq itirdiyindən müalicədə olmuşdur. İddiaçının əmək qabiliyyətinin bərpa olunması və işə çıxma tarixi kimi 14 noyabr 2023-cü il tarixi göstərilmişdir. Xəstəlik səbəbindən işə çıxmadığı gün, yəni 2023-cü ilin 23 oktyabr tarixində əmək müqaviləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bildirir ki, o, öz xahişi ilə işdən çıxmağına dair ərizə ilə təşkilata müraciət etməmişdir. Cavabdeh bu günədək rəsmi qaydada işdən olunmağı ilə bağlı əmrlə iddiaçını tanış etməmiş, işlədiyi müddət üçün yekun haqq-hesabı ona ödəməmişdir. Oktyabr ayı üçün əmək haqqı bu günədək ona ödənilməyib. Aylıq əmək haqqı təqdim olunmuş arayışdan da məlum olduğu kimi 7000 (yeddi min) manat təşkil edirdi. Əmək məcəlləsinin 300-cü maddəsinə əsasən “Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.” Hazırki günə işəgötürənin əmək qanunvericiliyini pozması səbəbindən ona ödənilməyən əmək haqqının məbləği 35000 (otuz beş min) manat təşkil edir, əmək məcəlləsinin 172-ci maddəsinə əsasən hesablanmış 1% ödəncin məbləği isə 5 ay 35000 manat məbləğə görə 31600 manat təşkil edir. AR Əmək məcəlləsinə görə hesab edir ki, bu məbləğ ona ödənilməlidir.
7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu ifadəsinin LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kimi qeyd olunmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 320 manat vəkilə çəkilmiş xidmət haqqının İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin olunmaması, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 100 manat dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir.
9. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 ərizə ilə müraciət edərək, qətnamədə iddia tələbinin tərkib hissəsi olan 2023-cü ilin oktyabr ayı üçün əmək haqqının ödənilməsi və ödənilməmiş əmək haqqına görə günlük 1% məbləğində kompensasiyanın ödənilməsi məsələsinə münasibət bildirilmədiyindən mülki işlə bağlı əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ərizəsi təmin edilərək, mülki iş üzrə əlavə qətnamə çıxarılması, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2023-cü ilin oktyabr ayı üçün 7000 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməsi, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2023-cü ilin dekabr ayından başlayaraq, xx.xx.2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün 7000 manat məbləğində əmək haqqının 1 %-i məbləğində ödəncin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş materiallarından və işin faktiki hallarında göründüyü kimi iddiaçının 2023-cü ilin oktyabr ayı üçün əmək haqqı ödənilməmişdir. Həmçinin də iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin ay üçün əmək haqqının ödənilməsi halı mübahisələndirilmir, oktaybr ayı üçün əmək haqqının ödənilmədiyi bildirilir. Belə olanda məhkəmə hesab edir ki, iddia tələbi oktyabr ayı üçün ödənilməmiş 7000 manat əmək haqqının ödənilməsi hissəsində əsaslıdır. İddia tələbi “7000 manat əmək haqqının gecikdirilməsinə görə 1 % olmaqla hesablanmış ödənc məbləğinin tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. İşəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir.Əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. İddia tələbi oktyabr ayı üçün ödənilməmiş 7000 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması hissəsində yuxarıda qeyd olunanlara əsasən əsaslıdır. Yuxarıda sadalanan əmək qanunvericiliyinin tələbləri baxımından məhkəmə hesab etmişdir ki, hazırda iddiaçının həmin məbləğdə əmək haqqının gecikdirilməsi ilə bağlı azı bir faiz məbləğdə ödənc tutulmasını tələb etmək hüququ yaranmışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35.2, 35.6-cı, 71.1, 71.2-ci maddələri, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2, 172.5, 296.4, 301.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarı, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23.1, 23.2, 23.3-cü maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.2-“a” bəndi, 69.1, 70-cı “a”, “b”, “c”, “ç” bəndləri, 72-ci maddəsinin “d”, “e” bəndləri, 73.1, 76.1, 83.2-ci maddələri, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 23, 26.1, 26.2, 71.1, 71.3-cü maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.4-cü maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 216-220 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli e-2(005)-1611/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, işin onlara mübahisəli qalan tərəfi əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1 % olmaqla hesablanmış ödənc məbləğinin tutulması” hissəsində təmin edilməməsidir. Məhkəmə iddia predmetinin qeyd olunan hissəsinin rədd edilməsinin əsasını əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalı olduğunu məhkəmə tərəfindən qeyd edilmişdir. Qeyd edirlər ki, məhkəmə iddia predmetinin sözügedən hissəsinin təmin etməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddədə 294-cü maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılması qeyd edilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya məhkəməsinin 11 aprel 2023-cü il qərarında qeyd edilmişdir ki, “Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.” Göründüyü kimi məhkəmə qanunvericiliklə işçiyə ödənilməmiş əmək haqqına görə günlük 1% məbləğində vəsaitin ödənilməsinə dair tələbini tətbiq etməməsini qətnamədə heç cür əsaslandırmayıb, bununla da işçinin qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnmiş qətnamə qəbul edib.
15. Cavabdeh LPO Cavabdeh1 ASC apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1611/2024 nömrəli qətnaməsinin və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, Fond ləğvedici təyin edildikdən sonra həmin ay üzrə işçilərin əmək haqlarını kompensasiya etsə də, iddiaçının bankın inzibatçısı olduğu üçün baş direktora əmək haqqının ödənilməsi mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi yekun məhkəmə aktı qəbul edərkən bunu nəzərə almamışdır. Göründüyü kimi, Cavabdeh1 ASC-nin ləğv prosesində olduğu, habelə bankın idarəetmə orqanının səlahiyyətlərinin ləğvediciyə ötürüldüyü üçün baş direktorun (idarə heyətinin üzvü) ləğvetmə prosesindən mütləq qaydada kənarlaşdırılmasını nəzərə alaraq, ləğvedici tərəfindən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan maddə üzrə işçinin işdən azad dilməsini əsassız hesab etmişdir. Göründüyü kimi, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun71.3cü maddəsinə əsasən Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir.Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən bankın inzibatçısına bankın X7 Komitəsinin və İdarə Heyətinin üzvləri, xarici bankın yerli filialının və nümayəndəliyinin rəhbəri, habelə bankın (xarici bankın yerli filialının) baş mühasib (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin əməkdaşları, bankın filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri daxildir. Qanunvericiliyin qeydedilən maddələrinin tələblərindən də bəllidir ki, baş direktorun bütün vəzifə və səlahiyyətləri ləğvediciyə ötürülmüşdür. Bu səbəbdən ləğvedici öz təşəbbüsüilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən İddiaçı işdən azad etmişdir.Əks halda isə ləğv prosesində olan bankın baş direktorunun işdə saxlanılması və ya Əmək Məcəlləsinin digər maddələrinə əsasən işçinin işdən azadedilməsi qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnərdi. Lakin məhkəmə bütün bunları, qanunvericiliyin və ələlxüsus da “Banklar haqqında Azərbaycan Respublikası Qanununun ləğvedici ilə bağlı normalarını doğru təhlil etməmiş və bununla da qanunsuz məhkəmə aktı qəbul etmişdir. Əmək qabiliyyətinin olmaması barədə isə ümumiyyətlə İddiaçı tərəfindən işəgötürənə öncədən heç bir məlumat verilməməsi iddiaçının işdən çıxarılması isə onun bankın inzibatçısı olması ilə bağlı olmuşdur. Lakin birinci instansiya məkəməsi gəldiyi qənaətdən belə başa düşülür ki, ləğvedici tərəfindən İddiaçı işdən çıxarılması onun işə gəlməməsi ilə bağlı olmuşdur. Halbuki Fond ləğvedici təyin edildiyi tarixdən ilk növbədə bankın inzibatçılarının ləğvetmə prosesindən kənarlaşdırılmasını təmin etmiş və İddiaçı öz təşəbbüsü ilə işdən azad etmişdir. Məlumdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Bununla da bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçmişdir. Lakin məhkəmə ləğv prosesində olan bankın baş direktor vəzifəsini səlahiyyətli hesab etmiş və bununla da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən, əsassız qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən isə ləğv prosesində olan bankın baş direktoru olmuş və hazırda ləğvetmə prosesində səlahiyyətləri ləğvediciyə ötürülən vəzifə ilə bağlı iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Belə olan halda ləğvetmə dövründə heç bir səlahiyyətə funksiyaya malik olmayan bir vəzifə üçün aylıq 7000 (yeddi min) manat pulun tutulub iddiaçıya – bankın inzibatçısına ödənilməsi digər kreditorların haqlı narazılığına səbəb olacaqdır. Məhkəmə isə qətnamə qəbul edərkən işi hərtərəfli nəzərdə keçirməmiş, ləğv prosesində olan bankla, hazırda bank lisenziyası üzrə fəaliyyət göstərən bankı eyniləşdirmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmə işin bağlanğıcından prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3-cü maddəsinə əsasən mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğvedən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Lakin birinci instansiya məhkəməsi işə obyektiv yanaşmamış və bu isə ləğvedicinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Ən vacib məqam isə odur ki, xx.xx.2024-cü il tarixli e- 2(005)-1611/2024 nömrəli qətnamədə “iddia tələbi qalan hissədə təmin olunmasın” qeyd olunmasına baxmayaraq yenidən əlavə qətnamə ilə “qalan hissə” də təmin olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, əmək kitabçasında iddiaçının işdən çıxma səbəbi “öz xahişi ilə” qeyd edilsə də, əmrdə elə deyil. Əmək kitabçasında və əmrdə fərqli səbəbin göstərilməsi əmrin ləğvi üçün əsasdır.İddiaçının işdən azad olunması ilə bağlı ərizəsi də yoxdur. İddiaçı həmin zaman xəstə olub, işdə olmayıb. Xəstə ola-ola iddiaçı barəsində əmr verilə bilməzdi. Əmək qanunvericiliyin tələbi pozulub. İddiaçıya yekun haqq-hesab və kompensasiya ödənilməyib. İddiaçı baş direktor vəzifəsində olub. İddiaçı İdarə Heyətinin üzvü səlahiyyətlərini də icra etmişdir. Gecikdirilmiş məbləğin üzərinə gündəlik 1% ödəniş olmaqla iddiaçıya ödənilməlidir. Həm Cavabdeh1 ASC, həm də Əmanətlərin Sığortalanması Fondunu cavabdehlər qismində qoymuşlar. Çünki, əmək haqqının ödənilməsinə dair sərəncamı Fond verir. Pul Fonddan gəlir. Bank özü pulun ödənilməsinə dair qərar qəbul edə bilməz. Bank bütün sərəncam səlahiyyətlərini dayandırıb. İddiaçı ilə əmək müqaviləsi bağlanılıb və onun vəzifə öhdəlikləri var. İddiaçı baş direktor kimi işdən azad ediblər. İki əsasla əmək müqaviləsinə xitam verilib. Birincisi, öz xahişi ilə, ikincisi işəgötürənin təşəbbüsü ilə. İddiaçı işdə olmayaolmaya müqaviləsinə xitam verilib. İddiaçını işə götürsünlər, əmək haqqısını versinlər, daha sonra işdən çıxarda bilərlər. İddiaçı əmək haqqını tələb edir. Əmək kitabçasında yazılıb ki, işçinin öz xahişi ilə xitam olunub, amma əmrdə işəgötürənin təşəbbüsü ilə qeyd edilib. İddiaçının onun xahişi ilə əmək müqaviləsinə xitam verildiyi göstərilsə də, onun belə müraciəti olmayıb. Çünki həmin vaxt İddiaçı gözü ilə bağlı problemləri var idi, işə getmirdi. Hazırda kompensasiya ödəmək istəmirlər.İddiaçının X13 təyin olması belə qanunsuzdur. İddiaçı izun müddətdir ki, bu işdə işləyir. Cavabdehlərdən birinin qeydiyyatda olduğu ünvana əsasən məhkəməyə iddia qaldırılıb. Onlar iddia ərizəsinin dəqiqləşləşməsində Cavabdeh1 ASC və onun “ləğvedicisi” qismində Fondu qeyd etmişlər, yəni ayrıca iddia qaldırmamışlar. Çünki, bütün sənədləri Fond imzalayıb. Əvvəlki məhkəmə iclasında da qarşı tərəfin nümayəndəsi bildirmişdir ki, Fond tərəfindən pul tutulsa, bankdan alınıb ödəniləcək. Bank ancaq özünə aid olan hissədən şikayət verə bilər. Bank “ləğv prosesində” olsa belə, öz adından çıxış edərək, öz öhdəliklərinə görə məsuliyyət daşıyır. Bankın şikayət verməyə subyektiv hüququ yoxdur. Fond bankın ləğvedicisi funksiyasını daşıyır. İddiaçının 2 vəzifəsi var: Baş direktor və İdarə Heyətinin üzvü. X13 seçkili orqandır. Baş direktor isə əmək müqaviləsi ilə bağlanılır. İddiaçı isə işdə olmaya-olmaya işdən azad edilib. İki əsasla əmək müqaviləsinə xitam verilib. Birincisi, öz xahişi ilə, ikincisi işəgötürənin təşəbbüsü ilə. Əmək kitabçasında bir, Fondun əmrində isə iki əsas qeyd olunub. 22 fevral Əmrinə əsasən X13 baş direktor İddiaçı təyin olunub, lakin 3 ay sonra may ayında isə yeni müqavilə bağlanılıb. X13 yazılmamışdır. Yəni, sonuncuda iddiaçıya baş direktor kimi əmək haqqı verilib. Onların mübahisələri isə X9 əmək müqaviləsi bağlanılmamasıdır.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 izahatında bildirmişdir ki, Fond ayrıca VÖEN-i olan hüquqi şəxsdir və kompensasiya ödəmək üçün yaradılıb. 2016-cı ildə qanunvericilikdə dəyişiklik olub. Fondun ikinci funksiyası ləğvedici olmasıdır. Nərimanov Rayon Məhkəməsi qətnaməsi banka münasibətdə çıxarılıb. Əgər qətnamə Nəsimi Rayon Məhkəməsi tərəfindən qət edilsəydi, onlar o zaman şikayət verərdilər. Fonda qarşı bütün proseslərə Nəsimi Rayon Məhkəməsində baxılır. Hal-hazırda 2 VÖEN var-Fondun və bankın. Əgər pul onlardan tutulsa, ödəyə bilməzlər. Çünki, Fond sadəcə kompensasiya ödəyir. Bankın hər hansı məsələsi ilə bağlı ödənişlər bank tərəfindən həyata keçirilir. Məsələ “ləğv prosesində” olan bankdır. Buna görə də şikayət bank tərəfindən, Tural Piriyevin adından verilib. Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 82-ci maddəsinə əsasən, son 6 ayda son haqq-hesablar, əmək haqqları və.s tələb üzrə hər birinin ödənişi növbələşir.
20. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 saylı qərarın nəticə hissəsindən görünür ki, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinə ödənişlər istisna olmaqla kompensasiya ödənişi verilsin. Hazırki iş üzrə iddiaçı İdarə Heyətinin üzvü olub. Nərimanov Rayon Məhkəməsində göstərilib ki, guya iddiaçının işə gəlməməsinə görə işdən çıxarılıb. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Faktiki olaraq bankın İdarə Heyəti yoxdur. Üzv olmayan şəxs işə bərpa oluna bilməz. İddiaçı Cavabdeh1 ASC-nin İdarə Heyətinin üzvü olub və baş direktor vəzifəsində işləyib. Qanunla səlahiyyətləri ləğvedilən şəxs hansı əsasla işə qəbul oluna bilər. Onlar “ləğvetmə” ilə bağlı kompensasiyalar ödəyirlər. İddiaçının hər hansı bir səlahiyyəti yoxdur. Bütün banklarda hər bir aktivin kredit portfeli özüdür. X13 olmasına dair əmək müqaviləsi olmur. X11 məktubu olur. Əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. ƏMAS-da kateqoriya yoxdur. Kateroqiyaya uyğunlaşdırmağı həyata keçirmək üçün Əmək Müfəttişliyinə müraciət etmişlər. Müfəttişlik bu cür qəbul edir ki, müəssisə ləğv olunub. Amma, müəssisə ləğv prosesindədir. Kompensasiya ödənişi həyata keçirilə bilməz. Onlar əmək haqqı vermirlər. Onlar iddiaçı arasında əmək haqqı barəsində hər hansı razılaşma olmayıb. Hüquq münasibətləri İddiaçı ilə Cavabdeh1 ASC arasındadır. İddiaçı 26 oktyabrda Fonda gəlib, hüquq departamentinin direktorunun qəbulunda olub. Ayın 24-ü işdən çıxarılıb. Başa düşülməyən formada ərizə yazıb. Ləğv prosesində olan müəssisənin əməkdaşlarının əmək haqqları Bankın aktivləri hesabına ödənilir. Bəzi istisna hallarda bank əmək haqqı ödəyə bilmir,Fond ödəyir. Daha sonra Qanuna əsasən çəkilən bütün xərclər geri olaraq onlara ödənilir.
21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh LPO Cavabdeh1 ASC-nin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdeh LPO Cavabdeh1 ASC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
22. Banklar haqqında Azərbaycan Respublikasının Qanunu:
Maddə 23. Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Maddə 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. 71.2. Bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək (xidmət) haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Fond (reqres hüququ ilə) tərəfindən ödənilir. 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. 71.4. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktını məhkəmə təsdiq edir. Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər. Ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bank ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. 71.5. Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər. 71.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə əsasən ləğv prosesində olan bankın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilənədək ləğvedici bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidir. 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır.
Maddə 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. 72.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5510/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh LPO Cavabdeh1 ASCninapellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsi, İddiaçı “2023-cü ilin oktyabr ayı üçün əmək haqqının ödənilməsi və ödənilməmiş əmək haqqına görə günlük 1% məbləğində kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq kollegiya qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
29. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Muğanbank ASC-nin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsi və iddiaçının vəzifəsinə bərpa edilməsi, cavabdeh LPO Muğanbank ASC-dən əmək müqaviləsi üzrə yaranmış 35000 (otuz beş min) manat məbləğində məcburi işburaxmaya görə əmək haqqının və onun üzərinə iddia verilən günə hesablanmış 1% ödənc məbləği olan 31900 (otuz bir min doqquz yüz) manat və vəkilin xidmət haqqı kimi ödənilmiş 320 (üç yüz iyirmi) manat,cəmi 67220 (altmış yeddi min iki yüz iyirmi) manat məbləğində vəsaitin, vəzifəsinə faktiki bərpa olunduğu günədək işburaxmaya görə hər ay üçün əlavə 7000 (yeddi min) manat məbləğində əmək haqqının və həmin günədək gecikdirilmiş məbləğin üzərinə gündəlik 1% olmaqla hesablanmış ödənc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 4-1M №-li, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 320 manat vəkilə çəkilmiş xidmət haqqının İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin olunmaması, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 100 manat dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir.
31. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ərizəsi təmin edilərək, mülki iş üzrə əlavə qətnamə çıxarılması, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2023-cü ilin oktyabr ayı üçün 7000 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməsi, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 2023-cü ilin dekabr ayından başlayaraq, xx.xx.2024-cü il tarixədək hər gecikdirilmiş gün üçün 7000 manat məbləğində əmək haqqının 1 %-i məbləğində ödəncin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5510/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh LPO Cavabdeh1 ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsi, İddiaçı “2023-cü ilin oktyabr ayı üçün əmək haqqının ödənilməsi və ödənilməmiş əmək haqqına görə günlük 1% məbləğində kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır.
33. İddiaçının tələbindən göründüyü kimi iddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı və onun gecikmə faizinin cavabdeh LPO Muğanbank ASCdən tutulmasını tələb etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-1611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi gecikmə faizinin tutulması hissəsində təmin edilməmişdir. İddiaçı qətnaməni tələbinin təmin edilmədiyi hissəsində mübahisələndirmişdir.
34. İddiaçının nümayəndəsi və vəkili izahatında cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, bankın apellyasiya şikayəti verməyə subyektiv hüququ yoxdur.
35. Nəzərə alınmalıdır ki, banklar haqqında qanunvericiliyə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək (xidmət) haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Fond (reqres hüququ ilə) tərəfindən ödənilir. §22
36. Kollegiya qeyd edir ki, iddiaçının LPO Muğanbank ASC-də tutduğu əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının tutulmasının qərara alınması cavabdeh LPO Muğanbank ASC-nin marağına toxunduğundan onun apellyasiya şikayəti vermək hüququ olmuşdur.
37. Cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, işə baxan məhkəmə maddi hüquq normasını düzgün tətbiq etmədiyindən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
38. İlk növbədə qeyd edilməlidir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki: hüquqi şəxsin ləğvi və ya müflis olması nəticəsində ləğvi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə), “Banklar haqqında” Qanun, Azərbaycan Respublikası Mərkəzi X8 2006-cı il 28 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Bankların və xarici bankların yerli filiallarının məcburi ləğvinə dair Təlimat” (bundan sonra – Təlimat) və digər normativ hüquqi aktlarla tənzimlənir. Mülki Məcəllənin 59-cu maddəsinə uyğun olaraq, hüquqi şəxsin ləğv edilməsi aşağıdakı hallarda baş verə bilər: - təsisçilərinin (iştirakçılarının) və hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə könüllü qaydada; - məhkəmənin qərarı ilə; - müflis olma nəticəsində. “Banklar haqqında” Qanunda da bankların könüllü (maddə 58), məcburi (maddə 59) və iflas proseduru çərçivəsində ləğv edilməsi nəzərdə tutulmuşdur. Müflis elan olunan bankın vəziyyəti lisenziyası ləğv edilmiş bankdan daha mürəkkəb olduğundan, bank öz öhdəliklərini tam yerinə yetirməyə qadir olmadığından onun ləğvinin xüsusi prosedur qaydası, kreditorların tələblərinin qəbulu və təsdiqinin fərqli şərtləri, tələblərin ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda müəyyən edilmişdir. Mülki Məcəllənin 63-cü maddəsinin tələblərinə görə, hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Banklar haqqında” Qanunun 60-cı maddəsinə əsasən, "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.
39. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 ASC müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.
40. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən LPO Cavabdeh1 ASC-nin İdarə Heyətinin baş direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işəgötürənin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir.
41. Kollegiya hesab edir ki, Cavabdeh1 ASC ləğv prosesində olduğundan və bankın idarəetmə orqanının səlahiyyətləri ləğvediciyə keçdiyindən, ləğvedici tərəfindən öz təşəbbüsü ilə bankın müflis elan olunduğu və ləğvedici təyin edildiyi gün LPO Cavabdeh1 ASC-nin İdarə Heyətinin baş direktoru İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur.
42. Belə ki, Banklar haqqında qanunvericiliyə əsasən hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Ləğvedici istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir.
43. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının əmrin etibarsız hesab edilməsi, iddiaçının vəzifəsinə bərpa edilməsi, cavabdeh LPO Muğanbank ASC-dən əmək müqaviləsi üzrə yaranmış məcburi işburaxmaya görə əmək haqqı və onun gecikmə faizinin ödənilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda vəkil xərci ilə bağlı iddia tələbi də təmin edilməməlidir.
44. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh LPO Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsi və iddiaçının vəzifəsinə bərpa edilməsi, cavabdeh LPO Muğanbank ASC-dən əmək müqaviləsi üzrə yaranmış məcburi işburaxmaya görə əmək haqqı və onun üzərinə iddia verilən günə hesablanmış 1% ödənc məbləği və vəkilin xidmət haqqı kimi ödənilmiş xərcin tutulması barədə iddia tələbi təmin edilməməlidir.
46. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh LPO Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1611/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsi və iddiaçının vəzifəsinə bərpa edilməsi, cavabdeh LPO Muğanbank ASCdən əmək müqaviləsi üzrə yaranmış məcburi işburaxmaya görə əmək haqqı və onun üzərinə iddia verilən günə hesablanmış 1% ödənc məbləği və vəkilin xidmət haqqı kimi ödənilmiş xərcin tutulması barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov