Məhkəmə qərarları › İş №2(103)-5516/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5516/2021

04.08.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5516/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan QSC “Bank Standard” KB-yə və Cavabdeh3 MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrində borcun olmaması barədə müvafiq qeydlərin aparılması” tələbinə dair iddia ərizəsi ilə 06.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə ləğv prosesində olan QSC Cavabdeh2 "xxxx" filialı arasında bağlanmış 06.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə onun öhdəliyinə xitam verilməsi, 06.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-də ********** nömrəli hesabda onun adına yazılmış borcun silinməsi və öhdəliklərin olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq qeydlərin aparılmasının ləğv prosesində olan QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh3 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-1432/2021) iddia təmin olunmuşdur. Cavabdeh ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi X2 apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, QSC Cavabdeh2 "xxxx" filialı ilə bağladığı 06.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsinə əsasən illik 24 faiz hesablanmaqla 24 ay müddətinə 60.000 manat borc almışdır. Aldığı kreditin qaytarılmasının təminatı kimi QSC “Bank Standard” KB-nın "xxxx" filialı ilə onun arasında Bakı şəhəri 30 saylı Notariat kontorunda bağlanmış 06.11.2007-ci il tarixli ********** nömrəli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 101A nömrəli evin 32 nömrəli mənzilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. O, aldığı borcu və hesablanmış faizləri müqavilə müddətində tamamilə banka ödəmişdir. Bu səbəbdən QSC Cavabdeh2 "xxxx" filialı 14.01.2010-cu il tarixli 58- 02/544 nömrəli məktubla Bakı şəhəri 30 saylı Notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, İddiaçı məxsus olan və ipotekaya qoyulan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 101A nömrəli evin 32 nömrəli mənzilinin üzərindən həbsi götürməyi xahiş etmişdir. Bakı şəhəri 30 saylı Notariat kontoru 14.01.2010-cu il tarixli 05 nömrəli məktubla Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri 30 saylı Notariat kontorunda bağlanmış 06.11.2007-ci il tarixli 3M-161 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 101A nömrəli evin 32 nömrəli mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın, QSC Cavabdeh2 "xxxx" filialı 14.01.2010-cu il tarixli 58-02/544 nömrəli məktubuna əsasən götürülmüş kredit tam ödənildiyi üçün, əmlakın ipoteka ilə yüklülükdən azad edilməsini xahiş etmişdir. Bakı şəhəri 30 saylı Notariat kontoru mənzilin 28.06.2006-cı il tarixli MH ******* nömrəli çıxarışını ona qaytarmışdır. O, QSC Cavabdeh2 "xxxx" filialının 14.01.2010-cu il tarixli 58-02/544 nömrəli məktubunu və Bakı şəhəri 30 saylı Notariat kontoru 14.01.2010-cu il tarixli 05 nömrəli məktubunu Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edərək, mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 101A nömrəli evin 32 nömrəli mənzilini ipoteka ilə yüklülükdən azad etmişdir. O, banka olan borcunu tamamilə ödəmişdir, banka heç bir borcu qalmadığı üçün kassa mədaxil orderlərini tam şəkildə saxlamamış və buna ehtiyac duymamışdır. Lakin evdə sənədlərin arasında tapdığı kassa mədaxil orderlərinin surətlərini məhkəməyə təqdim etmişdir. Banka ümumilikdə 78.848 manat ödədiyi tamamilə sübuta yetirilir. O, 22.12.2009cu il tarixdə 55.000 manat sonuncu ödənişi tamamilə banka ödəmişdir. Bundan sonra borcu tam bağlanmış və ona mənzilin ipotekadan azad edilməsi barədə məktub verilmişdir. Əgər onun banka borcu qalmış olsaydı, bank ipotekadan azad edilmə barədə məktub verməzdi. 06.11.2007-ci il tarixli kredit müqaviləsinin müddəti 06.11.2009-cu il tarixdə bitməsindən və borcun tam ödənilməsindən doqquz il keçəndən sonra onun ünvanına cavabdeh ləğv prosesində olan QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 11.01.2019-cu il tarixli **********3 nömrəli məktub göndərərək, LPO QSC “Bank Standard” KB-yə 08.01.2019-cu il tarixə bank əməliyyat sistemində 05.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə 54.536,89 manat borc öhdəliynin mövcud olduğunu bildirmiş və borcun qısa müddət ərzində ödənilməsini xahiş etmişdir. Qeyd edir ki, o, bankla ümumiyyətlə 05.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi bağlamamış və həmin müqavilə üzrə borc almamışdır. O, yalnız 06.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi bağlamış və həmin müqavilə üzrə borcunu tam ödəmişdir. Əgər 06.11.2007-ci il tarixli kredit müqavilə üzrə borcu olsa belə, müqavilənin müddətinin bitdiyi 06.11.2009-cu il tarixdən sonra 3 illik iddia müddəti keçmişdir. Bank hazırkı vaxta kimi ona qarşı hər hansı bir iddia ilə məhkəməyə müraciət etməmişdir. Əgər iddia qaldırsa belə, 3 illik iddia müddəti ötürüldüyünə görə bankın iddia tələbi rədd ediləcəkdir. Bütün bunlara əsasən əsassız olaraq onun adına yazılmış borc məbləğləri hesabından silinməlidir. Cavabdeh ləğv prosesində olan QSC Cavabdeh2 nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, QSC Cavabdeh2 "xxxx" filialı ilə İddiaçı arasında bağlanmış 06.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı illik 24 faiz hesablanmaqla 24 ay müddətinə 60.000 manat borc almışdır. Kreditin qaytarılmasının təminatı kimi QSC Cavabdeh2 "xxxx" filialı ilə İddiaçı arasında Bakı şəhəri 30 saylı Notariat kontorunda bağlanmış 06.11.2007-ci il tarixli ********** nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 101A nömrəli evin 32 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. QSC Cavabdeh2 "xxxx" filialı 14.01.2010-cu il tarixli 58-02/544 nömrəli məktubla Bakı şəhəri 30 saylı Notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, İddiaçı məxsus olan və ipotekaya qoyulan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 101A nömrəli evin 32 nömrəli mənzilinin üzərindən həbsi götürməyi xahiş etsə də, LPO QSC Cavabdeh2 əməliyyat sistemində 05.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə 22.02.2021-ci il tarixə 13.141,62 manat əsas borc, 27.903,33 manat faiz borcu (05.11.2007-05.11.2009-cu ilə), 13.491 manat cərimə borcu, 7.552 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 62.089,30 manat borcun olduğu qeyd edilmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, banka ödənişlər həyata keçirilsə də, ödənişlər kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün yetməmişdir. Belə ki, iddiaçının Bankın elektron cədvəlində 54536,89 manat məbləğində borcu vardır. Həmin borc məbləği ödənilmədiyindən birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borclu şəxslərin öhdəliklərinə xitam verə bilməzdi. İpoteka müqaviləsi əsas müqavilə qismində çıxış etmədiyindən, həmin müqavilənin etibarsızlığı və ya ləğvi əsas müqavilənin, yəni, kredit müqaviləsinin ləğvinə və ya xitamına əsas ola bilməz. Belə ki, Bank əmlakı ipoteka yüklülüyündən azad etməsi Bankın kreditor kimi öz hüququdur. Yəni, bank istədiyi kimi, xeyrinə yüklü edilmiş əmlakı əsas öhdəliyin tam yerinə yetirilməməsindən asılı olmayaraq girovdan azad edilə bilər. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, QSC Cavabdeh2 "xxxx" filialı ilə İddiaçı arasında bağlanmış 06.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı illik 24 faiz hesablanmaqla 24 ay müddətinə 60.000 manat borc almışdır. 06.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə alınmış 60.000 manat borcun və hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi QSC Cavabdeh2 "xxxx" filialı ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 30 saylı Notariat kontorunda 06.11.2007-ci il tarixdə 3M-161 reyestr nömrəsi ilə təsdiq edilmiş ********** nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 101A nömrəli evin 32 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. QSC Cavabdeh2 "xxxx" filialı 14.01.2010-cu il tarixli 58-02/544 nömrəli məktubla Bakı şəhəri 30 saylı Notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək İddiaçı məxsus olan və ipotekaya qoyulan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 101A nömrəli evin 32-ci mənzilinin üzərindən yüklülüyün götürülməsini xahiş etmişdir. Bakı şəhəri 30 saylı Notariat kontoru da həmin müraciəti rəhbər tutaraq 14.01.2010-cu il tarixli 05 nömrəli məktubla Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş və götürülmüş kredit tam ödənildiyi üçün əmlakın ipoteka ilə yüklülükdən azad edilməsini xahiş etmişdir. Mənzil ipoteka ilə yüklülükdən azad edilmiş və Bakı şəhəri 30 saylı Notariat kontoru mənzilin 28.06.2006-cı il tarixli MH ******* nömrəli çıxarışını iddiaçıya qaytarmışdır. İddiaçının hazırkı tələbi 06.11.2007-ci il tarixli kredit müqaviləsi üzrə onun öhdəliyinə xitam verilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh3 MMC-də ********** nömrəli hesabda onun adına yazılmış borcun silinməsi və öhdəliklərin olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq qeydlərin aparılmasının ləğv prosesində olan QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh3 MMCnin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtında ödəmiş, öhdəliyini icra etmişdir. Elə bu səbəbdən də bankın məktubu əsas götürülərək ipoteka predmeti yüklülükdən azad edilmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529, 739.1, 741-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, İddiaçı 06.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə aldığı 60.000 manat borcu və hesablanmış faizləri QSC Cavabdeh2 "xxxx" filialına tam ödəmişdir. Bu səbəbdən QSC Cavabdeh2 "xxxx" filialı 14.01.2010-cu il tarixdə İddiaçı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi barədə məktub vermişdir. Borc tam ödənilməsəydi, bank mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə sənəd verməzdi. İş materialları ilə tam təsdiq edilmişdir ki, İddiaçı ilə QSC Cavabdeh2 "xxxx" filialı arasında 05.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi bağlamamışdır. İddiaçı bağlamadığı müqavilə üzrə hər hansı öhdək daşımır. İddiaçı ilə bankın arasında yalnız 06.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borc tam ödənilmişdir. İddiaçı LPO QSC Cavabdeh2 qarşısında hər hansı bir öhdəliyi qalmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 05.11.2007-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 05.11.2009-cu ildə başa çatmışdır. Cavabdeh hazırda iddiaçının borcu olduğunu bildirsə də, keçən 10 ildən artıq müddət ərzində iddiaçıya qarşı həmin borcun tutulması barədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının banka borcu olmuş olsaydı belə Bank Mülki Məcəllənin 551.1-ci maddəsinin tələbinə müvafiq olaraq həmin borc üzrə tələb hüququnu itirmişdir. Adı çəkilən maddənin tələbinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini ititrir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, cavabdeh öz etirazında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar