Məhkəmə qərarları › İş №2(103)-552/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-552/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-552/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Soltanmurad oğlu və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (Vərəsəlik hüuqun münasibətləri, mirasın qəbulu, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkli Vəkil, Cavabdeh4 Soltanmurad oğlunun, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(009)-1468/2024 saylı qətnaməsindən Cavabdeh4 Soltanmurad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 9ində yerləşən 0,06 ha sahəsi olan həyətyanı sahə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. 2.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.4 kv.m. olan 3 otaqlı mənzil X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. 4.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. 5.Ucar Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci ildə verilmiş AZ-İ seriyalı, 968918 saylı şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2018-ci ildə “qaraciyərin dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi” ölüm səbəbi ilə Ucar rayonunda ölmüşdür. 6.Moskva şəhər Notariat Kontoru tərəfindən xx.xx.2018-ci ildə verilmiş etibarnaməyə əsasən Rusiya Federasiyası vətəndaşı, Pasport **********, Moskva şəhəri, Snayperski küçəsi, ev 11, mənzil 58-də qeydiyyatda olan İddiaçı Azərbaycan Respublikasında yerləşən ona məxsus bütün əmlaklar üzərində həmin əmlakların idarə edilməsi və sərəncam verilməsi və.s hüquqların həyata keçirilməsi ilə bağlı Rusiya Federasiyası vətəndaşı, Pasport **********, Moskva şəhəri, Snayperski küçəsi, ev 11, mənzil 58-də qeydiyyatda olan atası Cavabdeh1 10 il müddətinə baş etibarnamə vermişdir. 7.Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından Notariat ofisinə ünvanlanmış və ünvan 3ş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onlar xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakdan onlara çatan payı qəbul etməmişlər və etmək fikrində deyillər. Müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəklər. 8.ünvan 3ş xx.xx.2019-cu il tarixli, 2V-116 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 Teymur oğludur və o, miras əmlak olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzildən 1/1 hissədə pay almalıdır. 9.ünvan 3ş xx.xx.2019-cu il tarixli, 2V-117 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 Teymur oğludur və o, miras əmlak olan ünvan 9ində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. 10.ünvan 3ş xx.xx.2019-cu il tarixli, 2V-118 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 Teymur oğludur və o, miras əmlak olan Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. 11.ünvan 3ş xx.xx.2019-cu il tarixli, 2V-119 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 Teymur oğludur və o, miras əmlak olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzildən 1/1 hissədə pay almalıdır. 12.1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-103 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh3 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 105.6 kv.m. olan mənzili atasının qardaşı olan hədiyyə alan Cavabdeh4 Soltanmurad oğluna bağışlamışdır. 13.1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-104 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh3 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 95.7 kv.m. olan mənzili atasının qardaşı olan hədiyyə alan Cavabdeh4 Soltanmurad oğluna bağışlamışdır. 14.Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 Soltanmurad oğlunun adına qeydiyyatdan keçmişdir. 15.Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 6 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 Soltanmurad oğlunun adına qeydiyyatdan keçmişdir. a)Birinci instansiya məhkəməsində icraat 16.İddiaçı (mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Soltanmurad oğlu və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış əmlaklar barəsində, yəni ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil, ünvan 8rləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi, ünvan 7ləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 57.4 kv.m. olan mənzilə dair qardaşı, iş üzrə Cavabdeh3 yeganə vərəsə kimi verilmiş 03 iyun 2019-cu il tarixli, 2V-116 nömrəli, 2V117 nömrəli, 2V-118 nömrəli, 2V-119 nömrəli Qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 Soltanmurad oğlu arasında 4Ə-103 reyestrlə qeyd edilmiş və 4Ə-104 reyestrlə qeyd edilmiş Daşınmaz əmlakların bağışlanma müqavilələrinin etibarsız hesab edilərək miras əmlakın vərəsələr tərəfindənfaktiki olaraq qəbul edilmiş hesab edilməsi, miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 oktyabr 2018-ci il tarixində anası X6 vəfat etmişdir. Vəfat etdikdən sonra mərhum anası X1 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil, ünvan 8rləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi, ünvan 7ləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 57.4 kv.m. olan mənzil miras qalmışdır. Həmin miras əmlaklar tərəflərindən faktiki olaraq qəbul edilmişdir. O, miras əmlakları qəbul etməklə yanaşı, həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etmişlər.Ailə olaraq tez-tez qısa müddətli işləmək üçün Rusiya Federasiyasına gedib gəlirlər. Miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün o, atası, iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Lakin son vaxtlarda məlum olmuşdur ki, mərhum anası X1 aşağıda sadalanan miras qalmış əmlaklar: ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil, ünvan 8rləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi, ünvan 7ləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 57.4 kv.m. olan mənzil eyni tarixli, yəni 03 iyun 2019-cu il tarixli, 2V-116 nömrəli, 2V-117 nömrəli, 2V- 118 nömrəli, 2V-119 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə qardaşı, iş üzrə Cavabdeh3 yeganə vərəsə kimi tanınmış və bütün miras əmlaklar onun adına keçmişdir. Tərəfindən məlumat əldə edildikdən sonra Bakı şəhəri 23 saylı Notariat ofisinə müraciət edilmiş və nəticədə məlum olmuşdur ki, 8 aydan sonra iş üzrə cavabdeh olan atası Cavabdeh1 onun adından ərizə verərək mərhum anası X1 miras qalmış əmlakları qəbul etmədiyini, mirası qəbul etmək fikrində olmadığını və məhkəməyə müraciət etməyəcəyi kimi öhdəlik götürmüşdür. Onun veridiyi etibarnamənin ziddinə olaraq etibarnamə verdiyi şəxs olan Cavabdeh1 onu miras əmlakdan məhrum etməklə yanaşı onun üzərinə öhdəliklər qoymuş, iradə ifadəsinin ziddinə yekun vermişdir. Qeyd etdiyi kimi sozu gedən əməliyyatlarla 03 iyun 2019-cu il tarixli, 2V-116 nömrəli, 2V-117 nömrəli, 2V-118 nömrəli, 2V-119 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə qardaşı, iş üzrə Cavabdeh3 yeganə vərəsə kimi tanınmış və bütün miras əmlaklar onun adına keçmişdir. İşdən məharətlə istifadə edən Cavabdeh3 həmin miras əmlakları 26 yanvar 2022-ci ildə bağışlanma müqaviləsi əsasında iş üzrə cavabdeh olan Cavabdeh4 Soltanmurad oğluna bağışlamış və o da öz növbəsində miras əmlakları öz adına sənədləşdirmişdir. Onun bu əməliyyatlardan yeni xəbəri olmuş və hüquqları kobud şəkildə pozularaq ondan asılı olmayan səbəblərdən üzərinə öhdəlik qoyularaq məhkəməyə müraciət etmək hüquqları belə pozulmuşdur. O, mərhum anası X2 birinci növbəli vərəsəsi və onun razılığı olmadan miras əmlakdan ona düşən paydan məhrum edilmişdir. Dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. Əksinə cavabadehlərin təhdidlərinə məruz qalmışdır. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir. 18.Məhkəmə iclasında Cavabdeh4 Soltanmurad oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini qəbul etməyərək, onların təmin edilməməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, iddia ərizəsində iddiaçının adından göstərilir ki, miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün o, atası, iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Beləliklə, iddiaçı iş üzrə Cavabdeh1 etibarnamə verməsini etiraf edir və atasına etibarnamə verib-vermədiyini mübahisələndirmir. O yalnız miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün Cavabdeh1 etibarnamə verdiyini göstərir. Bu isə iş materiallarında olan etibarnamə ilə təkzib olunur. Belə ki, həmin etibarnamədə iddiaçının atasına verdiyi səlahiyyətlər miras əmlakların idarə edilməsi və miras əmlakdan payının müəyyən edilməsi üçün deyil, daha genişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 326-cı maddəsinin birinci cümləsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Həmin Məcəllənin 359.1-ci maddəsinin birinci və ikinci cümləsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. İddiaçı hesab edir ki, atası tərəfindən onun iradə ifadəsi zədələnmişdir. Ancaq bunun nədə ifadə olunmasını göstərə bilməmişdir. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı adlanan 14-cü fəslində əqdlərin etibarsız sayılması üçün bir neçə əsas göstərilmişdir və iddiaçının əsaslandığı hal (atasının veridiyi etibarnamənin ziddinə olaraq onu miras əmlakdan məhrum etməsi) həmin hallardan yalnız vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdə uyğun gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Lakin bu halda da iddiaçı ona dəymiş real zərərin Cavabdeh1 təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, yalnız sonuncudan dəymiş zərərin əvəzini tələb edə bilər. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Əslində isə Cavabdeh1 iddiaçının veridiyi etibarnamənin ziddinə heç bır hərəkət etməmiş və etibarnamədə verilmiş hüquqlardan kənara çıxmamışdır. İddiaçı da etibarnaməni imzalayarkən etibarnaməni nəyə görə anasının ölümündən 2 ay 13 gün sonra verdiyini bilmiş və vacib əhəmiyyətli yanılmamışdır. Əlavə olaraq bildirir ki, əgər Cavabdeh1 iddiaçının istəyinə zidd hər hansı bir əqdi bağlamışdırsa, iddiaçı yalnız ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli və dəymiş ziyanı Cavabdeh1 tələb etməli idi. Cavabdeh1 onun iradəsinə zidd əqdi imzalamasında digər cavabdehlərin heç bir təqsiri yoxdur. İddia ərizəsində həmçinin göstərilmişdir ki, həmin miras əmlaklar iddiaçı tərəfindənfaktiki olaraq qəbul edilmiş, o, miras əmlakları qəbul etməklə yanaşı həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etmişdir, iddiaçı həm də göstərmişdir ki, ailə olaraq tez-tez qısa müddətli işləmək üçün Rusiya Federasiyasına gedib gəlirmiş. Lakin iddiaçı miras əmlakların tərəfindən faktiki olaraq hansı formada qəbul edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, o, miras əmlakları faktiki olaraq qəbul etməmişdir. Əks halda atası olan nümayəndəsi onun adından mirası qəbul etməməsi barədə ərizə verməzdi. İddiaçı həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə də etməmişdir. Bunu dolayı yolla o özü də etiraf etmişdir. Guya ki, həmin əmlakların özgəninkiləşdirilməsi barədə məlumatı 5 ildən sonra əldə etmişdir. Qısa müddətli işləmək üçün Rusiya Federasiyasına gedib gələn şəxs necə ola bilər ki, miras əmlakların qardaşı tərəfindən tək qəbul edilməsindən, 26 yanvar 2022-ci il tarixdə isə qardaşı tərəfindən həmin əmlakı özgəninkiləşdirilməsindən xəbəri olmasın? Əslində iddiaçının bunlardan vaxtında xəbəri olmuşdur. Sadəcə olaraq o, əqdlərin etibarsız hesab edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmadığını göstərmək üçün sonradan formal olaraq notariusa müraciət etmiş və guya ki, bundan sonra etibarsızlığını tələb etdiyi əqdlər barədə məlumat əldə etmişdir, iddiaçı bununla Mülki Məcəllənin 354-cü maddəsi ilə (Etibarsız əqdlər üzrə müddətlər) müəyyən edilmiş müddətdən yayınmaq istəmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, tərəfindən məlumat əldə edildikdən sonra Bakı şəhəri 23 saylı Notariat ofisinə müraciət edilmiş və nəticədə məlum olmuşdur ki, 8 aydan sonra iş üzrə cavabdeh olan atası Cavabdeh1 onun adından ərizə verərək mərhum anası X1 miras qalmış əmlakları qəbul etmədiyini, mirası qəbul etmək fikrində olmadığını və məhkəməyə müraciət etməyəcəyi kimi öhdəlik götürmüşdür. Burdan aydın olmur ki, iddiaçının tərəfindən “məlumat” nə vaxt əldə edilmişdir. İddia ərizəsinin girişində də, o, həmin vaxtı “son vaxtlarda” ifadəsindən istifadə etməklə göstərmişdir. İddia ərizəsindən yalnız o aydın olur ki, o, Bakı şəhəri 23 saylı Notariat ofisinə müraciət edəndə artıq məlumatlı olmuşdur. Əslində isə onun miras əmlakdan imtina edəcəyi barədə məlumatı atasına etibarnamə verərkən olmuşdur. İddiaçı daha sonra bildirir ki, verdiyi etibarnamənin ziddinə olaraq etibarnamə verdiyi şəxs olan Cavabdeh1 onu miras əmlakdan məhrum etməklə yanaşı üzərinə öhdəliklər qoymuş, iradə ifadəsinin ziddinə yekun vermişdir. Lakin o, Cavabdeh1 etibarnamədə qeyd edilməyən hansı hərəkətləri elədiyini iddia ərizəsində göstərməmişdir. O bunu göstərə də bilməzdi. Çünki Cavabdeh1 onun tələbindən kənara çıxmamışdır. Eyni zamanda eyni ərizə ilə Cavabdeh1 eyni öhdəlikləri öz üzərinə də götürmüşdür. Həm də bu zaman nəzərə alınmalıdır ki, əgər Cavabdeh1 mirasdan imtina etməsəydi, mərhumun əri olduğuna görə onun miras əmlakın yarısı qədər öz payı olacaq, əlavə olaraq 1/3 qədər də mirasdan pay alacaqdı. Yəni iddia ərizəsində qeyd edilən əmlaklarda onun 4/6, iddiaçının isə 1/6 hissə payı olacaqdı. İddiaçı daha sonra bildirir ki, sözügedən əməliyyatlarla 03 iyun 2019-cu il tarixli, 2V-116 nömrəli, 2V-117 nömrəli, 2V-118 nömrəli, 2V-119 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə qardaşı, iş üzrə Cavabdeh3 yeganə vərəsə kimi tanınmış və bütün miras əmlaklar onun adına keçmişdir. Həmçinin göstərir ki, işdən məharətlə istifadə edən Cavabdeh3 həmin miras əmlakları 26 yanvar 2022-ci ildə bağışlanma müqaviləsi əsasında iş üzrə cavabdeh olan Cavabdeh4 Soltanmurad oğluna bağışlamış və o da öz növbəsində miras əmlakları öz adına sənədləşdirmişdir. Lakin burdan aydın olmur ki, Cavabdeh3 məharəti nədən ibarət olmuşdur. İddiaçının özünün də göstərdiyi kimi, Qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamələrlə Cavabdeh3 03 iyun 2019-cu il tarixdə yeganə vərəsə kimi tanınmışdır. Bağışlanma müqaviləsi isə bundan 2 il 7 ay 23 gün keçəndən sonra, 26 yanvar 2022-ci ildə bağlanmışdır. Cavabdeh3 iddiaçının eyham etdiyi kimi məharətli olsaydı bu qədər müddəti niyə gözləyirdi? İddiaçı atasının və qardaşının sonrakı hərəkətlərindən nə vaxt xəbər tutmasını göstərməsə də, mirasdan imtinanın vaxtının anasının ölümündən 8 ay sonra baş verdiyini xüsusi ilə qeyd etmişdir. Hesab edir ki, o bununla həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 1246 (Mirasın qəbul edildiyi müddət) və 1273-1-ci (Vərəsənin susması) maddələrinin tələblərini pozmadığını göstərmək istəmişdir. Lakin o, susmadığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, ümumi sözlərlə kifayətlənmişdir. Əgər iddiaçı bununla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına diqqət çəkdirmək istəmişdirsə, qeyd edilməlidir ki, həmin qərarın nəticə hissəsinin 3-cü bəndi ilə qərara alınmışdır ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki işdə isə vərəsəlik münasibətləri həmin qərardan əvvəl 2019-cu ildə yaranmış, bağışlama predmeti olmuş mübahisələndirilən əmlaklar isə özgəninkiləşdirilmişdir. İddiaçının tələblərindən biri kimi miras əmlakın vərəsələr tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilməsi və miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsini istəməsi isə cari işin hazırki vəziyyətdə məhkəmənin icraatında olan mübahisə kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Onda belə çıxar ki, qeyd edilən qərar çıxmamışdan əvvəl də mirasdan hər hansı formada imtina etmiş və ya mirası faktiki qəbul etməmiş, susmuş vərəsələr də həmin tələbi irəli sürərək, iddiasının təmin olunmasına nail ola bilər. Bu isə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının həmin bəndinin mənasızlığına səbəb olar. Sonda bildirmək istəyir ki, iş materiallarından görünür ki, hazırki iddia ərizəsini elektron qaydada iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi imzalamışdır, iddia ərizəsinə kağız daşıyıcıda yazılmış iddia ərizəsinin nüsxəsi əlavə edilsə də, orda da iddianı həm öz adından, həm də iddiaçının adından iddiaçının nümayəndəsinin imzaladığını ehtimal edir. Çünki iddiaçının iddia ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsindəki imzası ilə kağız daşıyıcıda olan iddia ərizəsinin sonundakı imzası fərqlidir və həmin imza nümayəndənin imzası ilə oxşardır. Əlbəttə, vəkilin iddia ərizəsini iddiaçının əvəzindən imzalamaq hüququ vardır. Çünki o, etibarnamə ilə vəkilə iddia ərizəsini imzalamaq səlahiyyəti də vermişdir. O, məhkəmənin diqqətini başqa bir məsələyə cəlb etmək istəyir. Necə zəmanət vermək olar ki, iddiaçı sonradan vəkilin onun veridiyi etibarnamənin ziddinə olaraq hərəkət etdiyini bəyan etməyəcək? Axı, o, doğma atasına verdiyi etibarnamə əsasında doğma atasının onun iradə ifadəsinin ziddinə “yekun verdiyini” göstərir. Beləliklə, iddiaçının məntiqindən belə çıxır ki, vəkilin onun adından verdiyi iddia ərizəsini, izahatı, vəsatəti və sairləri də sonradan dana bilər. Əlbəttə, belə bir hal olsa da, bu qanunvericiliklə qəbul olunmur. Əgər bu hal qanunvericiliklə qəbul olunmursa, iddiaçının atasına verdiyi etibarnamədə göstərilən səlahiyyətlər əsasında atasının elədiyi hərəkətlər də qanunsuz hesab edilə bilməz. Əks yanaşma bütün etibarnamələrin həqiqiliyi prezumpsiyasının şübhə altına alınmasına, mülki dövriyyənin tamamən alt-üst olmasına, indiyədək verilmiş etibarnamələr əsasında bağlanmış bütün əqdlərin mübahisələndirilməsinə səbəb ola bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. 19.Bakı şəhər Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 avqust 2024-cü il tarixli, 2(009)-1468/2024 saylı qətnaməsi ilə (hakim-Mədinə Bağırova) iddianın təmin edilməsi, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-116, 2V-117, 2V-118 və 2V-119 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə- 103 və 4Ə-104 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 101,4 kv.m. olan 3 otaqı mənzil, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 57,4 kv.m. olan mənzil, ünvan 8rləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi və ünvan 7ləşən ümumi sahəsi 0,0225 ha torpaq sahəsi üzərində Cavabdeh1 4/6 hissədə, İddiaçı və Cavabdeh3 hər birinin 1/6 hissədə miras payının müəyyən edilməsi və Cavabdeh1 4/6 hissədə, İddiaçı 1/6 hissədə və Cavabdeh3 1/6 hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 23 saylı notariat ofisinə həvalə edilməsi qət edilmişdir. 20.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandıraraq qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 21.Qanunvericilik, mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirasın qəbulunun qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasın qeyri-formal (faktiki) qəbulunun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakına faktiki sahib durur və ya faktiki cəhətdən onu ələ keçirir. Faktiki sahiblik müxtəlif usullarla həyata keçirilir: vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması, yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün etmiş olsun. (AR Konstutusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərarı). 22.Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyada təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həlledilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. 23.İş materiallarına əlavə edilmiş Bakı şəhəri 23 saylı Dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-116, 117, 118, 119 nömrəli vərəsəlik işində olan Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1472 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Ucar şəhəri Oğuz küçəsi ev 34 ünvanda yaşamış X6 2018-ci il tarixdə vəfat edərkən (bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 10 ayının 22 günündə 133 № ilə qeyd edilmişdir) Ucar şəhərində faktiki olaraq hal-hazırda aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır: həyat yoldaşı Cavabdeh1, oğlu İddiaçı, oğlu Cavabdeh3. Qeyd olunan vərəsəlik işində olan Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından Notariat ofisinə ünvanlanmış və ünvan 3ş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onlar xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakdan onlara çatan payı qəbul etməmişlər və etmək fikrində deyillər. Müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəklər. Qeyd olunan vərəsəlik işində olan xx.xx.2019-cu il tarixli, 2V-116, 2V-117, 2V-118 və 2V-119 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 Teymur oğludur və o, miras əmlak olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzildən, ünvan 9ində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən, Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsindən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzildən 1/1 hissədə pay almışdır. 24.Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir ki, o da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 25.Qanunun qeyd olunan normasının tələbini və Konstutusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarını rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından Notariat ofisinə ünvanlanmış və ünvan 3ş mirasdan imtinaya dair ərizə xx.xx.2019-cu il tarixdə, yəni miras açıldıqdan 8 ay sonra verildiyi üçün özözlüyündə etibarsızdır. 30.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (AR Konstutusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı). 26.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından miras açıldıqdan 8 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə mirasdan imtinaya dair notariat qaydasında təsdiq edilmiş ərizə ilə Notariat ofisinə müraciət edərkən hüquqlarından sui-istifadə etmiş, iddiaçıya miras payından məhrum olunması ilə nəticələnən ziyan vurmuşdur. 32.Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 1145, 5.3, 16.1, 560.1, 560.2, 1162-ci;AR Konstutusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərarlarına; Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 216-220-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 28.Qətnamədən Cavabdeh4 Soltanmurad oğlu (vəkil-Nümayəndə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 23 saylı Dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-116, 117, 118, 119 nömrəli vərəsəlik işində olan Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1472 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Ucar şəhəri ünvan 10 ünvanda yaşamış X6 2018-ci il tarixdə vəfat edərkən (bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 10-cu ayının 22-ci günündə 133 № ilə qeyd edilmişdir) Ucar şəhərində faktiki olaraq hal-hazırda aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır: həyat yoldaşı Cavabdeh1, oğlu İddiaçı, oğlu Cavabdeh3. Qeyd olunan vərəsəlik işində olan Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından Notariat ofisinə ünvanlanmış və ünvan 3ş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onlar xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakdan onlara çatan payı qəbul etməmişlər və etmək fikrində deyillər. Müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəklər. Qeyd olunan vərəsəlik işində olan xx.xx.2019-cu il tarixli, 2V-116, 2V-117, 2V-118 və 2V-119 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 Teymur oğludur və o, miras əmlak olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzildən, ünvan 9ində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən, Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsindən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzildən 1/1 hissədə payalmışdır. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-103 reyestr №- li daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh3 ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 105.6 kv.m. olan mənzili atasının qardaşı olan hədiyyə alan Cavabdeh4 Soltanmurad oğluna bağışlamışdır. Bütün bu qeyd edilənlərdən aydın olur ki, Cavabdeh4 Soltanmurad oğlu ona bağışlanmış əmlaka münasibətdə vicdanlı əldə edən olmuş, reyestrin məzmununun dəqiqliyinə inanaraq, bağışlama müqaviləsini bağlamışdır. Məhkəmə isə bütün bu halları nəzərə almadan bağışlama müqaviləsini də etibarsız hesab etmiş və nəticədə qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Qətnamədə qeyd edilir ki, Cavabdeh1 özadından və etibarnamə əsasında oğlu İddiaçı adından miras açıldıqdan 8 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə mirasdan imtinaya dair notariat qaydasında təsdiq edilmiş ərizə ilə Notariat ofisinə müraciət edərkən hüquqlarından sui-istifadə etmiş, iddiaçıya miras payından məhrum olunması ilə nəticələnən ziyan vurmuşdur. (Qeyd etmək lazımdır ki, məhkəmənin iddianı təmin etmək üçün yeganə əsası məhz yuxarıda göstərilənlər olmuşdur. Odur ki, hazırki şikayətdə məhz məhkəmənin mövqeyinə münasibət bildirir. İddia ərizəsində iddiaçının gətirdiyi əsaslara xx.xx.2024-cü il tarixdə elektron məhkəmə vasitəsi ilə yüklədiyi ərizədə öz geniş münasibətini bildirdiyindən onları təkrar edərək, məhkəmə kollegiyasının vaxtını almaq istəmir). Yəni, məhkəmə imtinanın Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd etdiyi 3 ay müddətdən sonra verilməsini əsas gətirməklə iddia tələbini təmin etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçı atası Cavabdeh1 etibarnaməni xx.xx.2018-ci il tarixdə - yəni anasının öldüyü xx.xx.2018-ci il tarixdən 3 ay keçməmiş vermişdir. Bundan başqa iddiaçınınatası Cavabdeh1 tək iddiaçıya çatası paydan deyil, eyni ərizə ilə arvadından miras qalmış öz payından da imtina etmişdir. Məhkəmənin mövqeyindən isə aydın olmur ki, mirasdan imtina etməyəcəyi təqdirdə iddiaçıldan dörd dəfə çox - əmlakdan 4/6 pay almalı olan şəxs, mirasdan imtina edərək öz hüquqlarından necə sui-istifadə etmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, Cavabdeh1 bilərəkdən oğluna ziyan vurmaq istəmiş, həmin əmlakları qardaşı Cavabdeh4 Soltanmurad oğluna verməyə çalışmışdır. Lakin, nəzərə almaq lazımdır ki, əmlakları Cavabdeh4 Soltanmurad oğluna o deyil, iş üzrə digər Cavabdeh3 bağışlamışdır. Yuxarıda qətnamədən gətirilən sitatda da göründüyü kimi məhkəmə qeyd etmişdir ki, Cavabdeh1iddiaçıya miras payından məhrum olunması ilə nəticələnən ziyan vurmuşdur. O, (cavabdehin vəkili) bunu məhkəmə çıxışında da göstərmişdir vəbir daha qeyd etmək istəyir ki, əgər iddiaçıya atası Cavabdeh1 ziyan vurmuşdursa, iddiaçı ona dəymiş ziyanı nümayəndəsi vəatası olan Cavabdeh1 tələb etməli idi. Digər cavabdehlərin ona vurulan ziyanda heç bir təqsiri yoxdur. Beləliklə, iddiaçı atasının onun işlərinitapşırıqsız apardığı barədə qənaətəgəlmişdirsə (əslində belə birhal dayoxdur, çünki atasına etibarnamə vermişdir), bu haldaona dəymiş ziyanı başqasından deyil, məhz atasından tələb etməli idi. Hazırki halda isə əmlak özgəninkiləşdirildiyindən, özgəninkiləşdirilmiş əmlakın dəyərini atasından tələb edə bilərdi. Belə ki, qeydedilən maddi hüquq normasından da görünür ki, sahibkar qarşısında üçüncü şəxslər deyil, məhz icraçı məsuliyyət daşıyır. Buna görə də hesab edir ki, məhkəmə qətnamədəki nəticəyə gəlməklə, qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası tərəfindən onun iradə ifadəsi zədələnmişdir. Ancaq bunun nədə ifadə olunmasını göstərə bilməmişdir. Məhkəmədə iddianı təmin edib, bağışlama müqavilələrini etibarsız hesab etmişdir. Həm də bu zaman nəzərə almamışdır ki, iddiaçının etibarnamənin etibarsız hesab edilməsi barədə tələbi yoxdur. Yəni, məhkəmə qətnaməsi qanunini qüvvəyə minmiş olsa belə həmin etibarnamə etibarsız olmayacaqdır. Eyni zamanda bildirmək istəyir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı adlanan 14-cü fəslində əqdlərin etibarsız sayılması üçün bir neçə əsas göstərilmişdir və iddiaçının əsaslandığı hal (atasının veridiyi etibarnamənin ziddinə olaraq onu miras əmlakdan məhrum etməsi) həmin hallardan yalnız vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdə uyğun gələ bilər. Lakin qeyd edilən ( MM-nin 347.2, 247.2.1, 347.2.2, 347.2.3-cü maddələr) maddi hüquq normasından göründüyü kimi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələbedəbilər. Burdan da göründüyü kimi iddiaçı ona dəymiş ziyanı yalnız və yalnız nümayəndəsi və atası olan Cavabdeh1 tələb edəbilərdi. Məhkəmə isə qeyd edilən maddi hüquq normasının tələblərini nəzərə almadan iddia ərizəsini təmin edilməsi barədəqərarqəbul etmişdir. Beləliklə, hesab edir ki, məhkəmə qeyd edilənmaddi hüquq normasına istinad edərək, iddiaçıya Cavabdeh1 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququnu izah etməklə, iddianın təmin olunmaması barədə qətnamə qəbul etməli idi. İddiaçı etibarnaməni miras əmlaklarla bağlı verilməsini özü də etiraf etmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün o, atası - iş üzrə Cavabdeh1 etibarnamə vermişdir. Yəni, etibarnamə başqa məqsədlərlə deyil məhz miras əmlaka dair verilmişdir. Sadəcə olaraq iddiaçı hal-hazırda həmin etibarnaməni guya ki, miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi üçün verdiyini göstərmişdir. Halbuki, etibarnamədə verilmiş səlahiyyətlər “miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi” ilə məhdudlaşdırılmır. İddiaçının etibarnamə verərkən hüququ olmuşdur ki, etibar etdiyi şəxsin səlahiyyətlərini “miras əmlakların idarə edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi” səlahiyyətləri ilə məhdudlaşdırsın. Lakin o bu hüququndan istifadə etməmişdir. Qeydedilən qanunvericilik normalarından isə görünür ki, bu hərəkəti onun üçün vəzifələr yaradır və təmsilçinin təmsil edilənin adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir vəonlara xitam verir. Hesab edir ki, əks yanaşma ümumiyyətlə mümkün deyildir. Əks yanaşma - verilmiş, verilən və veriləcək bütün etibarnamələrin hamısını şübhə altına ala bilər ki, bu da mülki dövriyyənin sabitliyini tamamilə alt-üst edər. Belə ki, istənilən şəxs bəyan edə bilər ki, o əslində etibarnamədə verdiyi səlahiyyətlərin hamısını deyil, yalnız bir hissəsini vermək istəmişdir və vermək niyyətində olduğu həmin az səlahiyyətlərdən başqa təmsil edənin heç bir hərəkətləri üçün məsuliyyət daşımır. Təmsil edilənin niyyətini isə təbii ki, özündən başqa heç kim bilmək iqtidarında deyil. Lakin birinci instansiya məhkəməsi hansısa formada iddiaçının etibarnaməni verərkən niyyətinin mirasdan imtina olmamasını “müəyyən eləmiş” və nəticədə qeyd edilən maddi hüquq normasının tələblərini pozmuşdur.İddiaçı iddia ərizəsində göstərir ki, tərəfindən məlumat əldə edildikdən sonra Bakı şəhəri 23 saylı Notariat ofisinə müraciət edilmişvə nəticədə məlum olmuşdur ki, 8 aydan sonra iş üzrə cavabdeh olan atası Cavabdeh1 onun adından ərizə verərək mərhum anası X1 miras qalmış əmlakları qəbul etmədiyini, mirası qəbul etmək fikrində olmadığını və məhkəməyə müraciət etməyəcəyi kimi öhdəlik götürmüşdür. Burdan aydın olmur ki, iddiaçının tərəfindən “məlumat” nə vaxt əldə edilmişdir. İddia ərizəsinin girişində də o həmin vaxtı “son vaxtlarda” ifadəsindən istifadə etməklə göstərmişdir. İddia ərizəsindən yalnız o aydın olur ki, o Bakı şəhəri 23saylı Notariat ofisinəmüraciət edəndə artıq məlumatlı olmuşdur. Əslində isə onun miras əmlakdan imtina edəcəyi barədə məlumatı atasına etibarnamə verərkən olmuşdur. Sadəcəolaraqo, əqdlərin etibarsızhesab edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmadığını göstərmək üçün sonradan formal olaraq natariusa müraciət etmiş və guya ki, bundan sonra etibarsızlığını tələb etdiyi əqdlər barədə məlumat əldə etmişdir. İddiaçı bununla qeyd edilən maddi hüquq norması ilə müəyyən edilmiş müddətdən yayınmaq istəmişdir. Əslində həmin normada qeyd edilən müddət kəsici müddətdir. Bununla belə gələcəkdə mübahisə yaranmaması üçün məhkəməyə Cavabdeh4 Soltanmurad oğlu tərəfindən “e-2(009)-1468/2024 nömrəli iş üzrə İddiaçı iddia ərizəsinə iddia müddətinin tətbiqinə dair” ərizə də göndərilmişdir. Lakin məhkəmə nəinki kəsici müddətlərlə bağlı qanunvericiliyin tələblərinə əməl etməmiş,həmçinin İddiaçı qeyd edilən ərizəsinə münasibət bildirməmiş və nəticədə göstərilən maddi hüquq normasının tələblərini pozmuşdur. İddia ərizəsində həmçinin göstərilmişdir ki,həmin miras əmlaklar iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, o miras əmlakları qəbul etməklə yanaşı həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etmişdir. İddiaçı həm də göstərmişdir ki, ailə olaraq tez-tez qısa müddətli işləmək üçün Rusiya Federasiyasına gedib gəlirmiş. Lakin iddiaçı miras əmlakların tərəfindən faktiki olaraq hansı formada qəbul edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.Əksinə, o miras əmlakların faktiki olaraq qəbul etməmişdir. Əks halda atası olan nümayəndəsi onun adından mirası qəbul etməməsi barədə ərizə verməzdi. İddiaçı həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə də etməmişdir. Bunu dolayı yolla o özü də etiraf etmişdir. Guya ki, həmin əmlakların özgəninkiləşdirilməsi barədə məlumatı 5 ildən sonra əldə etmişdir. “Qısa müddətli” işləmək üçün Rusiya Federasiyasına gedib gələn şəxs necə ola bilər ki, miras əmlaklarının qardaşı tərəfindən tək qəbul edilməsindən, 26 yanvar 2022ci il tarixdə isə qardaşı tərəfindən həmin əmlakı özgəninkiləşdirilməsindən xəbəri olmasın? Məhkəmə isə heç bir sübutu olmamasına baxmayaraq onun bu göstərdiklərini qəbul etmiş və qətnamədə göstərmişdir ki, qanunvericilik, mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirasın qəbulunun qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasın qeyri-formal (faktiki) qəbulunun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakına faktiki sahib durur və ya faktiki cəhətdən onu ələ keçirir. Faktiki sahiblik müxtəlif usullarla həyata keçirilir: vərəsənin miras açılandan əvvəl və sonra oradayaşaması, yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün etmiş olsun. Beləliklə, iddiaçı öz tələblərinin əsası kimiistinad etdiyi halları sübut etməsə də məhkəmə onun göstərdiklərini qəbul etmiş və nəticədə qeyd edilən prosessual hüquq normasının tələblərini pozmuşdur.Qətnamədə göstərilir: “Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir ki, o da nəzərə alınmalıdırki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.” Qətnamədə həmin qərarın qəbul edildiyi ilin 2022 deyil, 2023 kimi göstərilməsinin hər kəsin edə biləcəyi texniki səhv olduğunu qəbul edərək, bildirmək istəyir ki, məhkəmə Konstutusiya Məhkəməsinin Plenumunun məhz qeyd edilən qərarını, yəni imtinanın 3 aydan sonra verilməsini əsas gətirməklə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Lakin həmin qərarı oxuyanda aydın olur ki, həmin qərar hakim tərəfindən düzgün başa düşülməmişdir. Belə ki, həm həmin qərarqəbul edilərkən, həm də mübahisəli hüquq münasibətinin yaranan zaman Konstutusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı qəbul olunmamışdır və Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədə idi. Həmin Məcəllənin 1246-cı maddəsində isə göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ayərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Eyni zamanda Həmin Məcəllənin 1246-cı maddəsində göstərilmişdir ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və1263-cü maddələri tətbiqedilir. Hazırki halda isə iddiaçı miras açıldıqdan sonraonu 3 ay və ya 6 ay ərzində faktiki qəbul etdiyini sübut edə bilməmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına görə isə o bunu ya faktiki qəbul etməli, ya da 6 ay ərzində mirasın qəbul etməsi üçün notariat orqanına mirası qəbul etmək arzusunda olması barədə ərizə verməli idi. Lakin o bunların heç birini etməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçının atası Cavabdeh1 məhkəmənin mirasdan imtina kimi qiymətləndirdiyi xx.xx.2019-cu il tarixli ərizəsində “mirasdan imtina edirik” kimi bir söz yoxdur. Çünki, mirası 6 ay ərzində faktiki qəbul etməməklə, onlar həmin dövrün qanunvericiliyinə əsasən mirasdan imtina etdiklərini onsuz da nümayiş etdirmişdilər. Qeyd edilən ərizədə yalnız o göstərilmişdir ki, biz miras əmlakdan bizə çatan payı qəbul etməmişik və qəbul etmək fikrində deyilik. Yəni, biz “susduğumuz”üçün miras əmlakdan imtina etdiyimizi başa düşürük və bəyan edirik ki, miras əmlakdan bizə çatan payı qəbul etməmişik vəqəbul etmək fikrindədeyilik. Məhkəmə isə bunu səhvən imtina kimi qiymətləndirmiş və iddiaçının mirasdan 3 ay ərzində imtina edə biləcəyi barədəqənaətə gəlmişdir. Halbuki, iddiaçı 3 ay və ya 6 ay ərzində mirası faktiki olaraq qəbul etməməklə və ya susmaqla miras açılan vaxt qüvvədə olan maddi hüquq normalarına əsasən mirasdan artıq imtinaetmişdir. O da qeyd edilməlidir ki, Konstutusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı ilə qərara alınmışdır ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Beləliklə, məhkəməqətnaməsini mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədəolan maddi hüquq normalarına, yəni həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinə uyğun çıxarmayaraq həm qeyd edilən prosessual hüquq normasını, həm Konstutusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını, həm də mülki dövriyyənin sabitliyini pozmuşdur.Məhkəmə aydınlaşdırmamışdır ki, iddiaçı miras əmlakı həmin vaxt qüvvədə olan maddi hüquq normaları ilə təsbit olunmuş müddətdə faktiki qəbul etmişdir, ya etməmişdir. Əgər bu hal aydınlaşdırılsaydı məhkəmə müəyyən edərdi ki, iddiaçı əslində miras əmlakı qəbul etməmişdir və buna görə də iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul etməlidir. Qətnamədən belə çıxır ki, iddiaçı miras əmlakı həmin vaxt qüvvədə olan maddi hüquq normaları ilə təsbit olunmuş müddətdə faktiki qəbul etmişdir. Lakin, bu hal məhkəmə baxışı zamanı sübut edilməmişdir. Heç iddiaçının özü də məhkəmə də bununla bağlı izahat verməmişdir. Bunu iddia edən yalnız iddiaçının iddia ərizəsini imzalayan nümayəndəsi olmuşdur ki, onun da göstərdikləri başqa sübutlarla təsdiq olunmadığından mötəbər sübut kimi qəbul edilə bilməzdi. Çünki, elə işin özündən aydın olur ki, iddiaçı etibarnamə ilə nümayəndəsi olan atasına verdiyi səlahiyyətləri sonradan danır. Belə olan halda hesab edir ki, iddiaçının nümayəndəsi olan vəkilə verdiyi səlahiyyətləri sonradan danmayacağının qarantı yoxdur. Məhkəmə qətnaməsi ilə miras qalmış daşınmaz əmlaklar üzərində Cavabdeh1 4/6 hissədə, İddiaçı və Cavabdeh3 hər birinin 1/6 hissədə miras payı müəyyən edilmişdir. Lakin Cavabdeh1 və Cavabdeh3 iş üzrəcavabdeh olmuş, onların məhkəmədən belə bir tələbləri olmamışdır. Beləliklə, qətnamədə göstərilmiş həmin nəticə işin hallarına uyğun gəlmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 31.Məhkəməm kollegiyasının iclasında Cavabdeh4 Soltanmurad oğlu, onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdilər ki, iddiaçı mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etmişdir. İddiaçının belə olan halda subyektiv vərəsəlik hüququ da yaranmır. Buna görə də, onlar qətnaməni tam olaraq mübahisələndirirlər. 32.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkli Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qətamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 33.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi, cavabdehlər Cavabdeh1, Cavabdeh3və Bakı şəhəri 23 saylı notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasənişə onlarıniştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 34.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 35.Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 36.Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 37.Maddə 1134.1.Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 38.Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 39.Maddə 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 40.Maddə 1159.1.Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 41.Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 42.Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 43.Maddə 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 44.Maddə 1273.Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 45.Maddə 1273-1.Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 46.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 47.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 48.Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 49.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 50.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 51.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 52.Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 53.Maddə 666.2.Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 54.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 55.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 56.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 58.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh ilk olaraq iddiaçının subyektiv vərəsəlk hüququnu mübahisələndirməklə, qətnamənin tam olaraq ləğv edilməsini xahiş ediyindən, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 59.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. 60.Beləki, işin araşdırılmış və müəyyən olunmuş halları ondan ibarətdir ki, X6 cavabdehin anası olmaqla, onun mülkiyyətində 1) ünvan 9ində yerləşən 0,06 ha sahəsi; 2) ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil; 3)ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.4 kv.m. olan 3 otaqlı mənzil; 4) Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi olmuşdur. X6 xx.xx.2018-ci ildə vəfat etmiş, həmin vaxtdan miras açılmışdır. 61.Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1472 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, bu arayış Rusiya Federasiyasında qeydiyyatda olan Cavabdeh1 ona görə verilir ki, onunla bir ünvanda (Ucar şəhəri, Oğuz küçəsi ev 34 ünvanı) yaşamış X6 2018-ci il tarixdə vəfat edərkən (bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 10-cu ayının 22 günündə 133 № ilə qeyd edilmişdir) Ucar şəhərində faktiki olaraq hal-hazırda aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır: həyat yoldaşı Cavabdeh1, oğlu İddiaçı, oğlu Cavabdeh3. 62.Moskva şəhər Notariat Kontoru tərəfindən xx.xx.2018-ci ildə verilmiş etibarnaməyə əsasən Rusiya Federasiyası vətəndaşı, Pasport **********, Moskva şəhəri, Snayperski küçəsi, ev 11, mənzil 58-də qeydiyyatda olan İddiaçı Azərbaycan Respublikasında yerləşən ona məxsus bütün əmlaklar üzərində həmin əmlakların idarə edilməsi və sərəncam verilməsi və.s hüquqların həyata keçirilməsi ilə bağlı Rusiya Federasiyası vətəndaşı, Pasport **********, Moskva şəhəri, Snayperski küçəsi, ev 11, mənzil 58-də qeydiyyatda olan atası Cavabdeh1 10 il müddətinə baş etibarnamə vermişdir. 63.Cavabdeh1 öz adından və etibarnamə əsasında oğlu İddiaçı adından Notariat ofisinə ünvanlanmış və ünvan 3ş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onlar xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakdan onlara çatan payı qəbul etməmişlər və etmək fikrində deyillər. Müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəklər. 64.ünvan 3ş xx.xx.2019-cu il tarixli, 2V-116, 2V-117, 2V-118, 2V-119 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 9ində yerləşən 0,06 ha sahəsi; ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil; ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.4 kv.m. olan 3 otaqlı mənzilUcar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 Teymur oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli, 4Ə-103 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh3 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 105.6 kv.m. olan mənzili atasının qardaşı olan hədiyyə alan Cavabdeh4 Soltanmurad oğluna bağışlamışdır.xx.xx.2022-ci il tarixli, 4Ə-104 reyestr №-li daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh3 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 95.7 kv.m. olan mənzili atasının qardaşı olan hədiyyə alan Cavabdeh4 Soltanmurad oğluna bağışlamışdır. Həmin əmlaklar Cavabdeh4 Soltanmurad oğlunun mülkiyyətindədir. 65.Kollegiya ilk olaraq qeyd edir ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. 66.Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.Sözügedən mübahisədə mirasqoyan X6 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Bununla da miras həmin tarixdən açılmış hesab olunur. 67.Qanunvericilik, mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirasın qəbulunun qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasın qeyri-formal (faktiki) qəbulunun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakına faktiki sahib durur və ya faktiki cəhətdən onu ələ keçirir. Faktiki sahiblik müxtəlif usullarla həyata keçirilir: vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması, yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün etmiş olsun. (AR Konstutusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərarı). 68.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarınnda qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. 69.Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarı qüvvəyə minənədək hazırki mübahisə üzrə məhkəmənin icraatında iş olmamış, hazırki mübahisə Qərar qüvvəyə minəndən sonra yaranmamışdır. 70.Göründüyü kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyada təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. 71.“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə əsasən Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). 72.İddiaçının iddia ərizəsində həmçinin göstərilmişdir ki, həmin miras əmlaklar iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, o miras əmlakları qəbul etməklə yanaşı həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etmişdir. İddiaçı həm də göstərmişdir ki, ailə olaraq tez-tez qısa müddətli işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmişdir. 73.İddiaçı mirasın açıldığı gündən ən gec 6 ay ərzində müvafiq notariat ofisinə miras əmlakı qəbul etməsi barədə ərizə ünvanlamalı idi (formal üsul) və ya miras əmlaka faktiki sahiblik edərək onu idarə etməli idi (qeyri-formal üsul). İşin mübahisəsiz halı odur ki, mirasın açıldığı tarixdən 6 aylıq müddət ərzində iddiaçı tərəfindən miras əmlakı qəbul etməsinə dair hər hansı bir ərizə müvafiq notariat ofisinə ünvanlanmamışdır, yəni mirası qəbul etmək üçün müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfdən formal üsulla miras qəbul edilməmişdir. 74.Qeyri-formal üsula nəzər saldıqda isə, iddiaçı hər nə qədər iddia ərizəsində faktiki olaraq miras əmlakları qəbul etdiyini-onlara faktiki sahiblik etdiyini, digər vərəsələrlə razılaşdırılmış şəkildə miras əmlakı idarə etdiyini iddia etsə də, faktiki olaraq miras əmlakı qəbul etdiyinə dair və ümumiyyətlə, öz iddialarını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. 75.Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1472 saylı, xx.xx.2019-cu il tarixli arayışına münasibətdə kollegiya qeyd edir ki, iddiaçının mirasın tərkibinə daxil olan yaşayış sahəsində ( Miras əmlaklar: 1. ünvan 9ində yerləşən 0,06 ha sahəsi; 2. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 101.4 kv.m. olan 3 otaqlı mənzil; 3.ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.4 kv.m. olan 3 otaqlı mənzil; 4. Ucar rayonu, Qarabörk kəndində yerləşən ümumi sahəsi 0.0225 ha torpaq sahəsi ) yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) halları müəyyən olunmamaqla yanaşı, iddiaçı tərəfindən qeyd olunan halları təsdiq edən mötəbər sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. 76.Göründüyü kimi, iddiaçı miras əmlakların tərəfindən faktiki olaraq hansı formada qəbul edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. 77.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 78.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 79.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 80.Beləliklə, iddiaçı miras əmlakları faktiki olaraq qəbul etməmişdir. Onun özü və atası hazırki iş üzrə Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olmaqla, hər ikisi Moskva şəhəri, Snayperski küçəsi, ev 11, mənzil 58-də qeydiyyatdadırlar. Mirasın onlar tərəfindən qəbul edilməməsi halı, onun nümayəndəsi olan atası tərəfindən öz adından və onun adından mirası qəbul etməməsi barədə verdiyi ərizə ilə öz təsdiqini tapır. Digər tərəfdən iddiaçının həmin əmlakları digər vərəsələrlə razılaşdırılmış şəkildə idarə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. 81.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. 82.Qanunvericiliyin qeyd olunan tələbinə əsasən, iddiaçı mirasqoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan, qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Bu hallar tərəflərin izahatı və işin faktiki halları ilə də öz təsdiqini tapmır. 83.Məhkəmə kollegiyasının 11 dekabr 2024-cü il tarixli iclasında iddiaçı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, iddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, əmlakların əmisinə bağışlanmasını Rusiya Federasiyasında olarkən bilmişdir. Qardaşı Rusiya Federasiyasına gələndə, atası ilə birlikdə mülklərin əmisinə bağışlanmasını demişlər. Bunu 2021-ci ildə bilmişdir. Sonra aralarında danışıqlar olmuş, Moskva şəhərində olan mülkü əmisindən atasının adına keçirilməsini istəmişlər. Bu baş vermədiyi üçün 2024-cü ildə hazırki iddianı qaldırmışdır. 84.Kollegiya qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə müraciət etməsi üçün ümumiyyətlə subyektiv vərəsəlik hüququ yaranmadığından, yəni o, mirası qəbul etmədiyindən, onun tələblərinə qiymət verilməsinə zərurət qalmır. 85.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfidən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 86.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh4 Soltanmurad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(009)-1468/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar