Məhkəmə qərarları › İş №2(103)-5522/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5522/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5522/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (mənzilə köçürülmə; mənzildən istifadə hüququna xitam verilməsi) hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil3, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və ona məxsus olan ünvan 1 ünvanından istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, onun həmin mənzilə köçürülməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İslam Abışov küçəsi, 16 saylı evin, 10 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün Cavabdeh bu mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia (tələbinin dəqiqləşdirilməsi barədə) ərizəsi təqdim edərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində yerləşən 16 ünvandakı evin 10 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsi arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiasının rədd edilməsi, Cavabdeh qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 16, 10 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.8, 158.1.2, 262.2, 354.2, 375.2, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 54, 60, 87, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 9, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil hal-hazırda 78 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Həmin ünvanda hazırda X15, İddiaçı və Cavabdeh pasport qeydiyyatındadır. Hazırda mübahisəli mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qızıdır. İlkin iddia üzrə cavabdeh və onun qızı, yəni ilkin iddia üzrə iddiaçının nəvəsi X15 hazırda həmin mənzildə pasport qeydiyyatındadırlar. İlkin iddia üzrə İddiaçı həmin mənzildə pasport qeydiyyatında olsa da, mübahisəli mənzildə yaşamır, daimi əsaslarla bu mənzili tərk etmiş və başqa mənzildə, yəni ünvan 4 ünvanında yaşamaqdadır. Qeyd edilən hal tərəflərin verdiyi izahatlarla, şahid ifadələri ilə, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Suraxanı Rayon MKTB 105 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 509 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır. Tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-cu il tarixədək yaranmışdır. İddiaçı mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırkı vəziyyətdə ilkin iddia üzrə İddiaçı həmin evə istifadə hüquqlarının olması və onun pasport qeydiyyatında olması hüquqi nəticə etibarilə formal xarakter daşıyır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan İddiaçı həmin mənzili daimi əsaslarla tərk etmişdir və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən İddiaçı mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Digər tərəfdən, İddiaçı mülkiyyətində Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzil mövcuddur, həmin mənzildə əri X6 ilə birlikdə 1992-ci ildən yaşayır. İddiaçı «ünvan 1 ünvanından istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, onun həmin mənzilə köçürülməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İslam Abışov küçəsi, 16 saylı evin, 10 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün Cavabdeh bu mənzildən çıxarılması» tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində yerləşən 16 ünvandakı evin 10 saylı mənzilindən İddiaçı istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbi təmin olunduğundan E. Adgözəlovanın iddia tələbi təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “Cavabdeh ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsi arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması” hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan müqavilənin əsli mövcud olmamaqla 05 yanvar 2021-ci il tarixədək qüvvədə olmuşdur. Müqavilənin mövcudluğundan Cavabdeh məlumatı olmuş, 2022-ci ildə bununla bağlı inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir. Buna görə də, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

5. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın məzmununa əsasən İddiaçı 06 yanvar 2019-cu il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın məzmunundan məlum olur ki, ünvan 3 ünvanında Cavabdeh, X24, X15, İddiaçı, X20, X11 qeydiyyatdadır; - xx.xx.2022-ci il tarixli arayışın məzmunundan məlum olur ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q/Y sahəsi, 22 saylı evin 31 nömrəli mənzilində X10 xx.xx.1992-ci il tarixdən hal-hazıradək, X4 xx.xx.2019-cu il tarixədək həmin ünvanda qeydiyyatda olmuş, lakin faktiki həmin ünvanda yaşamaqdadır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan məlum olur ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Q/Y sahəsi, ev 22, 31 saylı mənzil 011011 nömrəli, xx.xx.1991-ci il tarixli orderə, X5 tərəfindən verilmiş razılıq ərizəsinə, 697 nömrəli, xx.xx.2008-ci il tarixli forma 2 arayışına, 2833 nömrəli, xx.xx.2008-ci il tarixli arxiv arayışına (Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 19/337a nömrəli qərar) əsasən xx.xx.2008-ci il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; - Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansında olan yaşayış binaları, o cümlədən Nərimanov rayonu, İslam Abışov küçəsi, 16 ünvanında yerləşən 81 mənzildən ibarət yaşayış evləri balansa qəbul edilmişdir. Hal-hazırda həmin yaşayış evi 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında və həmin yaşayış evi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Adıçəkilən MKİS-in arxiv sənədləri əsasında saxlanılan 10 saylı mənzilin şəxsi maliyyə vərəqəsi İddiaçı adına olmuşdur. Göstərilən mənzilə dair Cavabdeh və ya İddiaçı adına kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən sərəncam verilməmişdir; - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 4/221 saylı ekspert rəyinin məzmunundan məlum olur ki, ekspertizaya təqdim olunmuş, 5 yanvar 2019cu il tarixli kirayə müqaviləsinin kserosurətinin sonuncu səhifəsində “Kirayəçi” qrafasında əks olunmuş imza yararlıdır; - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X27, X16, X17, X21, X15 və Cavabdeh Nərimanov rayonu, İslam Abışov küçəsi 16, 10 saylı mənzildən istifadə hüquqlarına xitam verilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5133/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən məlum olur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddianın təmin edilməməsi qət edilmişdir; - Xüsusi Təyinatlı Yaşayış Sahəsinin 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsindən məlum olur ki, bundan sonra kirayəyə verən adlandırılacaq xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən X12 (78 saylı MKİS nümayəndəsi qismində) Cavabdeh razılığı ilə ünvan 1 yaşayış sahəsinin haqqı ödənilməklə 2 il müddətinə İddiaçı mülkiyyətinə verir; - AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin məktubunun məzmunundan məlum olur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ünvan 3 ünvanında, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 6 ünvanında, xx.xx.2019-cu il tarixdən hazırkı vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadından məlum olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına dönüş verilməsi, X15 və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 16, 10 saylı mənzilinə istifadə hüquqlarının bərpa edilməsi qərara alınmışdır; - 16 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan məlum olur ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 75.1.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, ünvan 8 ünvanda yaşayan Cavabdeh və ailə üzvlərinin həmin ünvanda əvvəllər yaşamış anası İddiaçı ilə gələcəkdə aralarında baş verə biləcək, daha ciddi hadisələrinin profilaktik tədbirlərlə qarşısının alınması üçün tərəflər münaqişəli ailə kimi qeydiyyata alınması qərara alınmışdır; - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli, 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansında olan yaşayış binaları, o cümlədən ünvan 9 ünvanında yerləşən 81 mənzildən ibarət yaşayış evləri balansa qəbul edilmişdir. Hal-hazırda həmin yaşayış evi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Sözügedən Mənzil-Kommunal İstismar Sahəsinin arxiv sənədləri arasında saxlanılan 10 saylı mənzilin şəxsi Maliyyə vərəqəsi X2 adına olmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(005)-63/2023 saylı qətnaməsinin ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın qismən təmin olunması hissəsində ləğv olunması, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1, 255.8, 262.2, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yuxarıda göstərildiyi kimi iş üzrə mübahisəli hesab edilən mənzilin mülkiyyətçisi deyildir, göstərilən mənzilə dair Cavabdeh adına kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sərəncam verilməmişdir. Belə olduğu halda hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar servitutdan söhbət gedə bilməz. Belə ki, mülki qanunvericiliyə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Birinci instansiya məhkəməsi daha sonra qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, “İddiaçı mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırkı vəziyyətdə ilkin iddia üzrə İddiaçı həmin evə istifadə hüquqlarının olması və onun pasport qeydiyyatında olması hüquqi nəticə etibarilə formal xarakter daşıyır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan X4 həmin mənzili daimi əsaslarla tərk etmişdir və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzilə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən İddiaçı mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Digər tərəfdən, İddiaçı mülkiyyətində Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzili mövcuddur, həmin mənzildə əri X6 ilə birlikdə 1992-ci ildən yaşayır.” Tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlərin xx.xx.2009-cu il tarixədək yaranması nəzərə alınmaqla birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə qəti razılaşmaq olmaz. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qətnamədə göstərildiyi kimi qanuni əsaslarla deyil, özündən asılı olmayan səbəblərdən, yəni ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, eyni zamanda doğma qızı Cavabdeh ona qarşı etdiyi qanunsuz hərəkətlər, təhqirlər, təhdidlər nəticəsində öz alın təri və zəhməti ilə əldə etdiyi mənzili tərk etməli olmuşdur. Bu fakt mülki işin materiallarına əlavə edilmiş sənədlərlə, o cümlədən məhkəmə qətnamələri və təhqiqat orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti ilə də tam təsdiq edilir. Məhz həmin rədd qərarının yekun hissəsində tərəflərin münaqişəli ailə kimi qeydiyyata götürülməsi və onlarla profilaktik söhbətlər aparılması qərara alınmışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi sübutlara obyektiv qiymət verməmiş, həmin sübutlara birtərəfli yanaşmış, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhərində 3 ünvanda və Quba rayonunda yaşayış evlərinin olduğu halda bu fakta hüquqi qiymət verməmiş, yalnız İddiaçı Yeni Günəşli qəsəbəsində adına mənzilin olmasını əsas götürərək, qanunsuz olaraq onun hazırkı iş üzrə mübahisəli hesab edilən mənzildə üzrlü səbəblərdən yaşamaması nəzərə alınmayaraq, həmin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən daha bir yanlışlığa yol vermiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin İddiaçı heç bir aidiyyətı olmadığı halda, guya həmin qətnamə əsasında İslam Abışov küçəsi, 16 saylı evin, 10 saylı mənzilindən İddiaçı istifadə hüququna xitam verilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin qətnamədə Cavabdeh və digərlərinin yaşayış sahəsindən istifadə hüquqlarına dair mübahisəyə qiymət verilmişdir. İddiaçı həmin mülki iş üzrə tərəf olmamışdır. Nəzərə alınmalıdır ki, 1991-ci il tarixli order əsasında İddiaçı və onun ailə üzvləri Günəşli qəsəbəsində ev almışdır. Həmin evdə məcburi köçkün statusuna malik olan şəxslər yerləşdiyi üçün bu mənzilə İddiaçı və onun ailə üzvləri yalnız 1996-cı ildə köçə bilmişlər. Həmin mənzilə qeydiyyata düşənlərdən biri də Cavabdeh olmuşdur. Belə ki, cavabdeh 1996-cı ildən Günəşlidə qeydiyyatda olmaqla, 1999-cu ildə həmin ünvandan Bakıxanov qəsəbəsindəki Ərəblinka 18 a ünvanındakı mənzilə gəlin köçmüş, qeydiyyatı Günəşli qəsəbəsində saxlanılmışdır. Belə ki, Cavabdeh 1992-2004-cü illərdə İddiaçı məxsus olan Y/Günəşli qəsəbəsi, ev 22, mənzil 31 ünvanında qeydiyyatda olmuşdur. İddiaçı 2001-ci il tarixdə təkrarən İ.Abışov küçəsində yerləşən mənzilə pasport qeydiyyatına düşdüyü zaman cavabdeh Y/Günəşli qəsəbəsi, ev 22, mənzil 31 ünvanında qeydiyyatda olmuşdur. Daha sonra iddiaçının razılığı əsasında Cavabdeh 2004-cü ildə ünvan 5 ünvanına qeydiyyata düşmüş və Cavabdeh yaşadığı Sabunçu rayonu, Ərəblinka küçəsindəki evdə ailə tərkibinin çox olması səbəbindən və darısqallıq olduğundan iddiaçı qızının müvəqqəti olaraq İ.Abışov küçəsi 16 mənzil 10 ünvanında qeydiyyata düşməsinə və orada müvəqqəti olaraq yaşamasına razılıq vermişdir. Birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən məlum olur ki, mübahisəli hesab olunan mənzilin kommunal xərcləri 2004-2005-ci illərdən sonrakı illər üçün İddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı kirayə müqaviləsinin ona aidiyyətinin olmadığını, o vaxt qızı o evə gələndə ona evi müvəqqəti verdiyini, 1996-cı ilə qədər həmin evdə özünün yaşadığını, 1996-cı ildən 2004-cü ilə qədər orada iki bacısının və anasının yaşadığını, 2022-ci ilə qədər ildə bir dəfə oranın kirayə pulunu ödədiyini bildirmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil3 mübahisəli mənzilin kombinatın mənzili olduğunu, iddiaçı həmin dövrdə kombinatda işlədiyinə görə həmin mənzilin ona verildiyini, iddiaçının və cavabdehin mülkiyyətçi olmadığını, lakin şəxsi hesab vərəqinə görə mənzilin iddiaçıya verildiyini və onun adına olduğunu, iddiaçının həmin mənzilə köçmək istədiyini, cavabdehin əri ilə birgə mülkiyyətində 3 və daha artıq mənzili olduğunu, iddiaçının son dövrlərə qədər mübahisəli mənzildə yaşadığını, ailədə narazılıq yarandığı üçün üzürlü səbəblərdən mənzili tərk etdiyini, ona görə də birinci instansiya məhkəməsinin həmin məsələ ilə bağlı qənaəti ilə razılaşmadıqlarını, mənzil xüsusi mülkiyyətdə olan mənzil olmadığından burada servitutdan söhbət gedə bilməyəcəyini, mənzilin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tərkibində olduğunu, cavabdeh qeydiyyatda olan sakin olduğundan qarşılıqlı iddia qaldırmağa subyektiv hüququnun olmadığını, cavabdehin mülkiyyətçi olmadığını, şəxsi hesab vərəqinin, orderin onun adına olmadığını bildirmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə cavabdehin həmin mənzildə doğulduğunu və hazırda da orada yaşadığını, iddiaçıya 1992-ci ildə Yeni Günəşli qəsəbəsi, Y/S 22 saylı evin 31 saylı mənzilinin order əsasında verildiyini və iddiaçının həmin mənzilə köçərək daimi əsaslarla orada yaşamağa başladığını, 2008-ci ildə yaşadıqları evi özəlləşdirdiklərini, bugünə kimi həmin mənzildə yaşamalarını özlərinin təkidi ilə şahid qismində dindirilmiş iddiaçının həyat yoldaşı X3 da birinci instansiya məhkəməsində təsdiq etdiyini, iddiaçının mübahisəli mənzildə yaşayış hüququnun itirildiyini, evin vaxtilə işlədiyi yer üzrə Elmira xanıma verildiyini, iş materiallarında order, kirayə müqaviləsi və ya hər hansı bir sənəd olmadığını, 2019-cu ildə mübahisəli evə dair Vəsilə xanımın adından saxta bir müqavilə bağlanıldığını, həmin müqavilənin də İddiaçı həmin evə qeydiyyata düşməsinə əsas olduğunu, çünki onun vaxtilə özünün həmin evdən qeydiyyatdan çıxaraq Yeni Günəşli qəsəbəsində yerləşən mənzilə getdiyini, Vəsilə xanımın bunu bilən kimi hüquq-mühafizə orqanlarına müraciət etdiyini, araşdırma zamanı həqiqətən də belə bir imzanın mövcud olduğunu, lakin Vəsilə xanım tərəfindən icra olunmadığını, Polis İdarəsinin verdiyi arayışdan da göründüyü kimi sonradan Elmira xanımın həmin evə köçməsinə əsasın həmin kirayə müqaviləsi olduğunu, kirayə müqaviləsinin əslinin olmadığını bildirmişdir.

10. BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil- Kommunal İstismar Sahəsinin nümayəndəsi X1 Elmiranın özünün Mənzil-Kommunal Təsərrüfatı Birliyinə gələrək, həmin mənzilə qeydiyyata düşməsi üçün müqavilə verilməsini xahiş etdiyini və qızı Cavabdeh buna razı olduğunu bildirdiyini, ona müqavilənin verildiyini və Cavabdeh imza etdirməsinin tapşırıldığını, iddiaçının həmin müqavilə əsasında mübahisəli mənzilə qeydiyyata düşdüyünü, həmin ərazidə təxminən 5-6 ədəd 10 saylı mənzil olduğunu, mübahisəli mənzilin heç bir sənədinin olmadığını, ümumiyyətlə orada mənzillərin əksəriyyətinin heç bir sənədinin olmadığını, 2000-ci ildə dövlətin balansına verildiyini, BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin funksiyasının yalnız ərazinin təmizliyi olduğunu, 2015-ci ildən mübahisəli evdə cavabdehin yaşadığını qeyd etmişdir. Apellyasiya baxışının hədləri:

11. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya şikayəti ilk iddiaya və qarşılıqlı iddiaya yönəldiyindən, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 181, Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, qanunun norması səhv təfsir (tətbiq) edilmiş, iş üzrə mövcud olan faktlar qanunla göstərilən sübutlarla təsdiq edilmədən (aid olmayan sübutlarla əhatə edildiyindən) müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə qət edilmişdir. Hüquqi cəhətdən mövcud olmayan (dövlət reyestrində qeydiyyata alınmayan və hər hansı bir sənədi olmayan) daşınmaz əmlaka dair müvafiq olaraq hüquqları da lazımi prosedur qaydasında təsdiq edilməyən şəxslərə (tərəflərə) münasibətdə qiymət vermiş birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, müəyyən edilmiş hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməlidir.

13. Qeyd edilməlidir ki, ilk olaraq hər hansı tələbin irəli sürülməsi üçün şəxsin subyektiv hüquqa malik olması müəyyən edilməlidir. İlk iddia üzrə iddiaçının işlədiyi müəssisə üzrə yaşayış sahəsi ilə təmin edilməsi arxiv sənədlərindən bəlli olsa da, “yaşayış sahəsi”nin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansından çıxarılması və qeyd edilən tarixdən aidiyyəti dövlət təşkilatları ilə kirayə müqaviləsinin bağlanmaması, orderin və ya digər sənədin olmaması, habelə iş üzrə kirayə müqaviləsinin əslinin və kökünün olmayaraq, onu imzalayan şəxslərin özləri tərəfindən tanınmaması, yəni əhəmiyyətsiz olması, tərəflərin sahiblik və ya istifadə hüquqlarına malik olmadığını müəyyən edir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 15.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin təlbələrinə əsasən: 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 16.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən: 104.1. Tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. 104.2. Tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 104.3. Tikintilərin Dövlət reyestrinin məlumatları ictimaiyyət üçün açıqdır və müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində dərc edilir. Reyestrin məlumatları informativ və statistik xarakter daşıyır. 104.4. Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır.

18. Qeyd edilənlərə əsasən qətnaməni tam yoxlayan Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mövcudluğu (hər hansı qeydiyyatı) müəyyən edilməyən daşınmaz əmlaka və bu əmlaka hər hansı hüquqları müəyyən edilməyən tərəflərə münasibətdə maddi hüquq normalarının tətbiqi (qüvvədən düşmüş mənzil qanunvericiliyinə istinad edilməsi) hüquqlardan (dispozitiv imkandan və diskresion səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mümkün deyil və prosessual qanunvericiliyin tələbləri baxımından tərəflər öz iddialarının əsaslarını (subyektiv hüquqlarını) sübuta yetirməmişlər. Ona görə, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməklə iddiaların rədd edilməsi barədə fərqli əsasla məhkəmə aktı qəbul edilməli, dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. İzah edilməlidir ki, tərəflər və ya maraqlı digər şəxslər aidiyyəti üzrə (inzibati icraat qaydasında) daşınmaz əmlakın və ona dair hüquqlarının müvafiq qeydiyyatlarını həyata keçirməlidirlər. Daha sonra yaranan subyektiv hüquqlarının müdafiəsi üçün müraciət, o cümlədən məhkəmə müdafiəsi hüquqlarından yararlana bilərlər.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar