Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5524/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh9 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X14, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh9 qarşı yaşayış sahəsinə görə mütləq (məcburi) pul ödənişi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1545/2023 saylı işi üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh9 qarşı yaşayış sahəsinə görə mütləq (məcburi) pul ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83/85 ünvanlı binada yerləşən və sahibi olduğu sahəyə görə mutləq (məcburi) ödəniş kimi borclu olduğu 322,88 manat pul məbləğinin, Cavabdeh2 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 675 manat pul məbləğinin, Cavabdeh3 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 295,04 manat pul məbləğinin, Cavabdeh4 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 406,98 manat pul məbləğinin, X4 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 295,04 manat pul məbləğinin, Cavabdeh5 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 270,20 manat pul məbləğinin, Cavabdeh6 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 283,92 manat pul məbləğinin, Cavabdeh7 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 460 manat pul məbləğinin, Cavabdeh8 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 900,48 manat pul məbləğinin, Cavabdeh10 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 912 manat pul məbləğinin, Cavabdeh9 həmin binada yerləşən və sahibi olduğu sahəyə görə mütləq (məcburi) ödəniş kimi borclu olduğu 336,70 manat pul məbləğinin tutularaq, MMMC-yə ödəməsi, həmçinin bütün cavabdehlərdən müştərək qaydada, ödənilmiş 28 manat dövlət rüsumunun tutularaq, MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1545/2023 saylı işi üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X5 322,88 manat, Cavabdeh2 675 manat, Cavabdeh3 295,04 manat, Cavabdeh4 406,98 manat, X4 295,04 manat, Cavabdeh5 270,20 manat, Cavabdeh6 283,92 manat, Cavabdeh7 460 manat, Cavabdeh8 900,48 manat və X6 336,70 manat məbləğində borc və müştərək qaydada 28 manat dövlət rüsumunun İddiaçı MMMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5, 141.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445, 445.2.1, 448.1; Bundan başqa Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə istinadən qeyd edilmişdir ki, 23 sentyabr 2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağı Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları 94 səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokolun 5-ci bəndinə görə binanın hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri qərara alınmışdır. Cavabdehlər MMMC iştirakçılarının ümumi yığıncağında binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariya-təmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, bəzi bina sakinləri yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınırlar. iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər xx.xx.2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağının Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 94 səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə iddianın Cavabdeh10 olan hissəsində qeyd edir ki, Cavabdeh10 mənzili X7 almış və həmin mənzil onun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbində Cavabdeh10 tələb edilən borc ondan əvvəlki mülkiyyətçinin, yəni X9 borcu olmuşdur. Cavabdeh10 X9 iddiaçı qarşısında olan borca görə hər hansı məsuliyyət daşımır. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir..
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı MMMC-nin nizamnaməsinin surətinə əsasən çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər. Nizamnamənin 2.2.1 -ci bəndinə əsasən yaşayış binalarının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması; 2.2.2-ci bəndinə əsasən yaşayış binalarının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması cəmiyyətin fəaliyyət növlərinə daxildir; - İddiaçı MMMC-nin xx.xx.2018-ci il tarixli protokolun əsasən binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (lift xidməti idarəsi, sanitariya-təmizlik və kommunal xidmətlər idarəsi və s.), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədi ilə, binanın hər bir sahə mülkiyyətçisi ona məxsus daşınmaz əmlakın ümumi sahəsini 20 qəpik əmsalına vurmaqla alınan pul məbləğini hər ay MMMC-yə ödəməlidir; - xx.xx.2023-cü il tarixli akta əsasən X10 322,88 manat, Cavabdeh2 675 manat, Cavabdeh3 295.4 manat, Cavabdeh4 406,98 manat, X11 295.4 manat, Cavabdeh5 270,20 manat, Cavabdeh6 283,92 manat, Cavabdeh7 460 manat, Cavabdeh8 900,48 manat, Cavabdeh10 912 manat və X12 336,70 manat məbləğində İddiaçı MMMC-yə ödənilməmiş borcu vardır; - xx.xx.2013-cü il tarixli, 25/83 nömrəli; xx.xx.2017-ci il tarixli, 83-85-17a nömrəli; xx.xx.2013-cü il tarixli, 29/85 nömrəli; xx.xx.2017-ci il tarixli, 83-85-70 nömrəli; xx.xx.2017-ci il tarixli, 46 nömrəli; xx.xx.2013-cü il tarixli, 20/83 nömrəli; xx.xx.2017-ci il tarixli, 47 nömrəli; xx.xx.2017-ci il tarixli, 83-85-QY4 nömrəli; xx.xx.2013-cü il tarixli, 07/83 nömrəli; xx.xx.2015-ci il tarixli, 03a/83 nömrəli; 12 yanvar 2015-ci il tarixli, 03a/83 nömrəli zəmanət müqavilələrinin surətlərinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83-85 ünvanında inşa olunmuş yeni yaşayış binasında yeni mənzillə təmin olunmuşdur; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 70,72, 21 saylı mənzil Cavabdeh10 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır (iş səh.11, 18, 29,50). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh3 apellyasiya şikayəti verərək, Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1545/2023 saylı qətnaməsi tam ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV-cü hissəsinə; Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 14.2, 77.1, 106.2, 217.1, 218.3; Mənzil Məcəlləsinin 119-cu maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı MMMC-nin nümayəndəsi X14 xx.xx.2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağı Bakı şəhəri Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları 94 səs çoxluğu ilə qəbul edilmişdir. MMMC-nin nümayəndəsi X1 müddəti 2020-ci il tarixdə bitmiş və 2023-cü il tarixədək ümumi yığıncaq yığılmamış və nümayəndə seçilməmişdir. Nümayəndənin səlahiyyəti olmadan dəfələrlə pul yığmaq üçün binanın sakinlərinə müraciət etmişdir. Səlahiyyəti olmadığı müddətdə hansı hüquqla vətəndaşları məhkəməyə verir və məhkəmə onun iddiasının qəbul edir.
5. Cavabdeh4 eyni məzmunlu apellyasiya şikayəti verərək, Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1545/2023 saylı qətnaməsi tam ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMMC-nin nümayəndəsi X14 xx.xx.2018-ci il tarixdə MMMC-nin ümumi yığıncağı Bakı şəhəri Heydər Əliyev prospekti 83/85 ünvanlnda yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Ümumi yığıncağın qərarları 94 səs çoxluğu ilə qəbul edilmişdir. MMMC-nin nümayəndəsi X1 müddəti 2020-ci il tarixdə bitmiş və 2023-cü il tarixədək ümumi yığıncaq yığılmamış və nümayəndə seçilməmişdir. Nümayəndənin səlahiyyəti olmadan dəfələrlə pul yığmaq üçün binanın sakinlərinə müraciət etmişdir. Səlahiyyəti olmadığı müddətdə hansı hüquqla vətəndaşları məhkəməyə verir və məhkəmə onun iddiasının qəbul edir. Bundan əlavə bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ona məxsus olan mənzilin kv.m 96.9 kv.m qeyd olunmuşdur. Lakin qeyd edir ki, ona məxsus mənzilin kv.m 92.70 kv.m dir. Bununla bağlı birinci instansiya məhkəməsinə qətnamənin izahı ilə bağlı ərizə ilə müraciət etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verməklə, şikayətini müdafiə etmiş, X13 2021-2023-cü illər üçün səlahiyyəti olmadığından ona ödəniş etməkdən imtina etdiyini bildirmiş, aylıq kommunal ödənişlər edilərkən iddiaçı tərəfindən sakinlərə hər hansı qəbzin verilmədiyini, yığılan pulların hara xərcləndiyinə dair onlara hesabat verilmədiyini qeyd etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 digər cavabdehin izahatı ilə razılaşdığını bildirmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 2021-2023-ci illərdə də, xx.xx.2023-cü il tarixli MMMC-nin 03 saylı iclasının protokolundan çıxarışa əsasən halhazırda da səlahiyyətli şəxs olduğunu, sakinlərin öz imzaları ilə bunun təsdiq etdiklərini diqqətə çatdırmış, cavabdehlərin məqsədlərinin pul verməmək olduğunu bildirməklə, yığılan pullarla bağlı hesabat verilməməsi fikrinə münasibətdə bildirmişdir ki, sakinlər keçirilən iclaslarda iştirak etmirlər, lakin o, materialların alınması, işlərin görülməsini bir neçə qonşunun iştirakı ilə həyata keçirir, kommunal xidmətlərdən sakinlərin hər hansı bir narazıçılığı yoxdur.
9. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Mənzil Məcəlləsinin tələblərinə əsasən: 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. 128.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır: 128.0.1. cəmiyyət tərəfindən qanunvericiliyə və cəmiyyətin nizamnaməsinə riayət edilməsini təmin etmək; 128.0.2.müəyyən edilmiş mütləq ödənişlərin və haqların cəmiyyət iştirakçıları tərəfindən vaxtında ödənilməsinə nəzarət etmək; 128.0.3. müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək; 128.0.4. çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq; 128.0.5. çoxmənzilli binaya (binalara) xidmət göstərmək üçün işçiləri işə qəbul etmək və işdən azad etmək; 128.0.6.çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamaq; 128.0.7. cəmiyyət iştirakçılarının siyahısını, kargüzarlığı, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək; 128.0.8. cəmiyyət iştirakçılarının illik və zəruri hallarda növbədənkənar ümumi yığıncağını çağırmaq və keçirmək; 128.0.9. qanunvericilikdən və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsindən irəli gələn digər vəzifələri yerinə yetirmək; 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. 235.2. əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. 235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: 235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; 235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir
13. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Məcəllənin 226-237; Mənzil Məcəlləsinin 119-134, 135-140, 141-145 ; Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin təməli idarəedicinin səlahiyyətlərinə və onun fəaliyyətindən irəli gələn narazılıqla bağlıdır ki, bununla əlaqədar tələb mövcud deyildir. Apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən qətnamə müəyyən edilən halları təkzib edən sübutlar müzakirəyə təqdim edilməmişdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
15. Qanunla müəyyən edilən müstəsna hal olmadığından səlahiyyətlə bağlı məsələ hissəsində apellyasiya şikayətinə qiymət verilməsi dispozitiv imkan xaricindədir, tələb edilən məbləğin fərqli olmasına dair isə mötəbər sübutlar, habelə ekspertiza təyin edilməsi üçün ilkin sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1545/2023 saylı işi üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.