Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5526/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma, daşınmaz əmlakın sökülməsi və kirayə haqqının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iddiadan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma, daşınmaz əmlakın sökülməsi və kirayə haqqının müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(004)-311/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 ünvan 1 ünvanında yerləşəm 1 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil mənzildən çıxarılması, həmin mənzilin tam olaraq boşaldılması və sökülməsi Sökülmüş mənzilin əvəzinə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə və Fuad İbrahimbəyov küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63 kv.m olan 1 ədəd 2 otaqlı yeni, təmirli mənzilin Cavabdeh2 verilməsi, cavabdehlər ünvan 2 ünvanında yerləşən 1 saylı mənzildən çıxarıldığı gündən yeni mənzil ilə təmin edildiyi günədək "xxxx" MMC tərəfindən cavabdehlərə aylıq cəmi 360 nmanat kirayə haqqı ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(004)- 311/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Qətnamə ilə razılaşmayan Cavabdeh2 ondan şikayət verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
4. İddiaçı elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddiadan imtina etdiyi bildirib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
5. Cavabdeh elektron kabinet vasitəsilə ərizə təqdim edərək iddiadan imtinanın qəbul olunaraq iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, ... Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası iddiadan imtinanı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, imtina qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(004)- 311/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma, daşınmaz əmlakın sökülməsi və kirayə haqqının müəyyən edilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Günay Axundova Xəyal Sarıyev