Məhkəmə qərarları › İş №2(103)-5527/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5527/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5527/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödədiyi pul vəsaitinin qaytarılması, əldən çıxmış faydanın, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(004)- 3401/2019 nömrəli qərardadından İddiaçı tərəfindən şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 46 ünvanda 558-ci məhəllədə yerləşmiş “xxxx” MMC-nin tikməkdə olduğu binasında 3-cü giriş, 5-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 149.7 kv.m olan 148 nömrəli mənzilin tikintisi haqqında cavabdeh “xxxx” MMC-nin adından direktoru R.S.Qazaxlı ilə “payçı” İddiaçı arasında bağlanmış 20.05.2014-cü il tarixli müqavilə ləğv edilmiş, həmin mənzilin tikintisi üçün İddiaçı pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaiti, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat (əldən çıxmış fayda), mənəvi zərərin əvəzi kimi 5.000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat olmaqla, cəmi 255.302 (iki yüz əlli beş min üç yüz iki) manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli qətnaməsindən yaranan öhdəliklərin icrası üçün məsuliyyət daşıyan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmuş X10 və X11 məsuliyyətə cəlb edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi və işinə səhlənkar yanaşan icra məmuru Sahib Allahverdiyevin haqqında tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 46 ünvanda 558-ci məhəllədə yerləşmiş “xxxx” MMC-nin tikməkdə olduğu binasında 3-cü giriş, 5-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 149.7 kv.m olan 148 nömrəli mənzilin tikintisi haqqında cavabdeh “xxxx” MMCnin adından direktoru R.S.Qazaxlı ilə “payçı” İddiaçı arasında bağlanmış 20.05.2014-cü il tarixli müqavilə ləğv edilməsi, həmin mənzilin tikintisi üçün İddiaçı pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaiti, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat (əldən çıxmış fayda), mənəvi zərərin əvəzi kimi 5.000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat olmaqla, cəmi 255.302 (iki yüz əlli beş min üç yüz iki) manat pul cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)- 3401/2019 nömrəli qətnaməsindən yaranan öhdəliklərin icrası üçün məsuliyyət daşıyan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmuş X10 və X11 məsuliyyətə cəlb edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi və işinə səhlənkar yanaşan icra məmuru Sahib Allahverdiyevin haqqında tədbir görülməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. İddiaçı 10.11.2020-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.12.2020-ci il tarixli 2(103)- 9003/2020 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ləğv edilmiş və bu qərardadda göstərilən hallar nəzərə alınmaqla, növbəti prosessual hərəkətlər yerinə yetirlməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə İddiaçı ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra vərəqəsinin icrasının təmin edilməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətləri qanunsuz hesab edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra vərəqəsi üzrə “İcra haqqında” Qanunun tələbinə uyğun olaraq məcburi icra hərəkətlərinin davam etdirilməsi, bu barədə tələbkara və məhkəməyə mütəmadi olaraq məlumat verilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin üzərinə qoyulmuş, ərizə qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev 12.03.2021-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadının “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)- 3401/2019 nömrəli icra vərəqəsinin icrasının təmin edilməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətləri qanunsuz hesab edilməsi” hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019cu il tarixli 2(004)- 3401/2019 nömrəli icra vərəqəsinin icrasının təmin edilməməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsində ləğv edilmişdir. İddiaçı şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadının qismən ləğv edilməsini, ərizəsinin bütövlükdə təmin edilməsini, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş təsisçisi X6 və indiki təsisçisi X11 mülki, inzibati və cinayət məsuliyyətə cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra, İddiaçı şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadının ləğv edilməsini, ərizəsinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.04.2021-ci il tarixli 2(103)- 4387/2021 nömrəli qərardadı ilə İddiaçı şikayəti rədd edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(004)-3401/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Yasamal rayon İcra Şöbəsinin nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını və səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədinin icrası üçün “xxxx” MMC-nin təsisçiləri deyil, MMC-nin qanuni təmsilçisi, yəni rəhbəri məsuliyyət daşıyır. 11.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMCnin təsisçisi X10 “xxxx” MMC-dəki 100% pay dəyərini X2. Rəsmi sənədlərə əsasən “xxxx” MMC-nin direktoru kimi Ramiz Qazaxlı göstərilir. İcra sənədi üzrə icra məmuru müvafiq icra tədbirlərini həyata keçirmiş və tələbkara bu barədə mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. İcra sənədi üzrə borclu “xxxx” MMC-dir, yəni icra sənədi üzrə qət olunan məbləği ödəmək MMC-nin borcudur, ona görə də, icra sənədinin icra edilməməsinə görə borclu MMC məsuliyyət daşıyır. MMC-nin qanuni təmsilçisinin barəsində həbs qətimkan tədbirinin seçilməsi MMC-nin icra sənədi üzrə öhdəliyini yerinə yetirməkdən azad etmir. İcra məmuru icra sənədi üzrə borclu MMC-nin bank hesabında pul vəsaitinin, eləcə də mülkiyyətində hər hansı bir daşınar və daşınmaz əmlakın olub-olmamasının yoxlanılması üçün tədbirlər görsə də, icra sənədini hansı səbəbdən icra etmədiyinə görə rəsmi şəkildə müvafiq qərar qəbul etməmiş, bu qərarını tələbkara və məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktı icra edilməlidir. Qətnamə icra edilməzsə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Qeyd olunan bu hallar icra məmurunun diqqətinə çatdırılmaqla, icra sənədi üzrə hərəkətlər davam etdirilməklə, icra sənədinin icrası təmin edilməli, icra mümkün olmadığı təqdirdə icra məmuru tərəfindən “İcra haqqında” Qanunun tələbinə uyğun olaraq əsaslandırılmış qərar qəbul edilməklə, tələbkarın həmin qərardan şikayət vermək hüququ təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bibrlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi icra sənədinin icrası prosesindən aslıdır.Bu daha çox icra sənədində göstərilən tələblərin orada göstərilən üsul və qaydada icrasının mümkün olmadığı hallara aiddir. Azərbaycan Respublikası MPM-in 15.3-ci maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İşə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədi ilə bağlı icra məmuru tərəfindən bütün icra tədbirləri həyata keçirilmiş və tələbkara bu barədə mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Belə ki, qeyd olunan icra sənədi üzrə 02.08.2019-cu il tarixli qərarla icraata başlanılmış və borclu “xxxx” MMC-yə 02.08.2019-cu il tarixli könüllü icra haqqında bildiriş göndərilmişdir. İcraat zamanı “Elektron icra” İnformasiya sistemindən borclu “xxxx” MMC-nin fəaliyyətini dayandırdığı, onun Bank “xxxx” ASC-də və “xxxx” İKB ASC-də bank hesablarının olduğu aşkar edilərək onların üzərinə həbs qoyulması haqqında qərar qəbul olunaraq həmin banklara göndərilmişdir. “xxxx” ASC-nin 28.12.2019-cu il tarixli məktubunda “xxxx” MMC-nin bankda hesablarının olmadığı, Bank “xxxx” ASC-nin 28.11.2019-cu il tarixli məktubunda isə hesabların bağlı olduğu bildirilmişdir. “Elektron icra” informasiya sistemində borclunun mülkiyyətində hər-hansı əmlakın olmadığı müəyyən edilsə də, icra sənədinin icrasını təmin etmək məqsədilə təkrarən borclu Cəmiyyətin mülkiyyətində hər-hansı daşınar və ya daşınmaz əmlakın olması ilə bağlı aidiyyatı təşkilatlara sorğular göndərilmiş və Kənd Təsərrüfatı Nazirliyinin, ƏMDK yanında DƏDRX-nin, Fövqəladə Hallar Nazirliyi yanında X5 Görülməsi və X9 Agentliyinin, Milli Depozit Mərkəzinin, Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq məktubları ilə borclunun mülkiyyətində hər-hansı əmlakın olmadığı məlum olmuşdur. Eyni zamanda, borclu “xxxx” MMC-nin rəhbəri X12 icra şöbəsinə dəvət edilərək, 15.10.2019-cu il tarixdə izahatı alınmış və ona barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolun veriləcəyi barədə xəbərdarlıq verilmişdir. Bundan sonra borclu “xxxx” MMC-nin rəhbəri X7 barəsində 31.10.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.12.2019-cu il tarixli 3(004)-2845/2019 nömrəli qərarı ilə “xxxx” MMC-nin rəhbəri X12 1200 manat inzibati qaydada cərimə edilmişdir. Daha sonra, Penitensiar Xidmətin 10.10.2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, borclu “xxxx” MMC-nin rəhbəri X12 Cinayət Məcəlləsinin 178.3.2, 306, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində həbs qətimkan tədbiri seçilmişdir və Bakı İstintaq Təcridxanasında saxlanılır. Borclu “xxxx” MMC-nin rəhbəri X7 məhkəmə qətnaməsini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq verilə bilmədiyi və həbs olunması ilə bağlı məhkəmə qərarını qərəzli şəkildə icra etməməsini əsaslandırmaq mümkün olmadığı üçün cinayət məsuliyyətinə cəlb edilmə haqqında təqdimat verilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.02.2021-ci il tarixli 1(101)-122/2021 nömrəli hökmü ilə “xxxx” MMC-nin rəhbəri X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 306.2-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən X12 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və ona həmin maddə üzrə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən X8 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza həmin Məcəllənin 306.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza ilə qismən toplanılvsi, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilsin və X8 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X7 22 noyabr 2019-cu il tarixdən 08 fevral 2021-ci tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddət ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasına daxil edilərək, həmin cəzadan çıxılvsi və onun üzərində 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X7 üzərində saxlanılan 5 (beş) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. X12 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. X8 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Cinayət Məcəlləsinin 46.3- cü maddəsinə əsasən hazırki iş üzrə hökm qanuni qüvvəyə mindiyi andan hesablanması qərara alınmışdır. Sınaq müddəti ərzində X7 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmuşdur. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Yasamal rayon Probasiya şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatında “xxxx” MMC-nin borclu qismində tərəf olduğu 32 icra sənədi üzrə “xxxx” MMC-nin rəhbəri X7 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra emədiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. “xxxx” MMC-nin rəhbəri X12 barəsində olan cinayət işi üzrə 1 (bir) il 2 (iki) ay 16 (on altı) gün müddətdə 22.11.2019-cu il tarixdən 08.02.2021-ci il tarixədək həbsdə saxlanıldığı üçün icra məmuru Sahib Allahverdiyev Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədi üzrə borclu “xxxx” MMC-nin rəhbəri X12 barəsində məcburi icra hərəkətlərinin tam şəkildə həyata keçirilməsini təmin edə bilməmişdir. Yəni, icra məmuru borclunun pul vəsaitinin və əmlakının axtarılması ilə bağlı zəruri icra tədbirlərini həyata keçirmişdir və hazırda da məcburi icra tədbirlərinin həyata keçirilməsini davam etdirilir, icra məmuru öz iradəsindən asılı olmayan səbəblərdən hazırkı vaxta kimi icra sənədini icra edilə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki,Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədinin icrası üçün “xxxx” MMC-nin təsisçiləri deyil, MMC-nin qanuni təmsilçisi, yəni rəhbəri məsuliyyət daşıdığından, qeyd olunan icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığından, İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(004)- 3401/2019 nömrəli qərardadının ləğv edilməsinə dair şikayəti təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 3401/2019 saylı, 15.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar