Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5534/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Cavabdeh2 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın nəticələrinin etibarsızhesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(005)-1656/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. 2.İddiaçı keçirilən hərracın qanunun tələblərinə uyğun keçirilmədiyini, ipoteka predmetinin bazar dəyərindən aşağı qiymətə satışa çıxarıldığını, hərracdan məəlumatlı olmadığını bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Cavabdeh2 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın keçirilməsi barədə 48/04 saylı, 21 avqust 2017-ci il tarixli yekun protokolunun qanunsuz hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, hərraca çıxarılmış evin və 0.45 ha torpaq sahəsinə təyin edilmiş qiymətləndirmənin və 25 sentyabr 2014-cü il tarixli hərracın keçirilməsi barədə 48/04 saylı, 21 avqust 2017-ci il tarixli yekun protokolunun qanunsuz hesab edilərək ləğv edilməklə və ondan doğan hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia onunla əsaslandırılmışdır ki, “ Bank Respublika” Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 ilə Cavabdeh2 ASC arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli, 14033-1/009425 saylı kredit müqaviəsi üzrə kredit müqaviləsinin resrukturizasiyasına dair 28 iyil 2015-ci il tarixli razılaşmanın ləğv edilməsi, cavabdehlər X12, X9 və X10 oğlundan kredit müqaviləsinin resrukturzasiyasına dair 28 iyul 2015-ci il tarixli razılaşma üzrə Cavabdeh2 ASC-yə 22778,93 ABŞ dolları əsas, 2773,68 ABŞ dolları kreditdən istifadəyə görə faiz, 606.85 dollar peniya olmaqla, cəmi 26159,46 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada ödənilməsi, cavabdeh İddiaçı məxsus olan Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən evinə mülkiyyətdə olan 0,45 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh X5 Cavabdeh2 ASC-yə olan kredit borcunu, faizləri, cəriməni də dövlət rüsumu ödənilməsi, İddiaçı, X6, X7 və X13 tərəfindən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdeh X5 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 03 may 2016-cı il tarixdə Cəlilabad rayon Məhkəməsi iddia tələbinə baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarmışdır. 03 may 2016-cı il tarixli qətnamə üzrə Cəlilabad rayon Məhkəməsi iddia tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxarkən evin və evin yerləşdiyi torpaq sahısi üçün nə qiymətləndirmə, nədə ki, ekspertiza təyin etməmişdir. Tərəflər arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli, 14033-1/249786 saylı ipoteka müqaviləsi üzrə İddiaçı ilə onun mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndinəd yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Bank Respublika Açıq Səhmdar Cəmiyyətində ipotekya qoyulmuş və tərəflərin qarşılıqlı razılığı ilə 25.000 manat müəyyən edilmişdir. Halbuki, kredit müqaviləsinin məbləği 25.000 ABŞ Doları olmuşdur. Məhkəmədə iki ildən sonra iddia tələbi üzrə işə baxaraq ipoteka müqaviəsində qeyd edilən qiymətlə evin hərraca çıxarılması barədə qətnamə çıxarmışdır. 21 avqust 2017-ci il tarixində Cəlilabad rayon İcra şöbəsinin icra X11 hərracın keçirilməsi sifarişinə əsasən hərracın yekunları barədə protocol tərtib edərək evin və 0,45 ha torpaq sahəsinin qiymətini 15937,50 manat qiymətləndirmə ilə qiymət qoyulmuş və həmin qiymətə evin torpaq sahəsi ilə birlıikdə satılmamışdır. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə iddiaçı təşkilata verilmişdir. İzah edərək bildirirəm ki, məhkəmə 0,45 ha torpaq sahəsi olan, iki mərtəbəli evin dəyər-dəyməzinə 15937,50 manat qiymətləndirilməsi və hərracı mülkiyyətçidən gizlin keçirilməsi, sonda evlə birlikdə 0,45 ha torpaq sahəsinin iddiçıya verilməsi və bununla bağlı borclu çıxarılması sadəcə mülkiyyət hüququnun kobud surətdə pozulmasından və hərracın qanuna zidd keçirilməsindən xəbər verir. İcra sənədinin üzrə hərracın keçirilməsi 3 ildən sonra, köhnə qoyulan qiymətlə hərraca çıxarmış, əmlakın yenidən qiymətləndiririlərək hərraca çıxarılması barədə heç bir hərəkət etməmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, İddiaçı məxsus Cəlilabad rayonu Uzuntəpə kəndidə yerləşən 0,45 ha torpaq sahəsi üzərində yerləşən evin qiymətlədirilməsinə dair ipoteka müqaviəsinin məzmunundan görünür ki, məzmunundan göründüyü kimi, müqaviə üzrə qiymətləndirmə formal şablon və standart trafaret əsasında tərtib olunmuş, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən səthi təhlillə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin real qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, ipoteka müqaviəsində qiymətləndirmə əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Cəlilabad rayonu, Uzuntəpə kəndində 0,45ha torpaq sahəsində yerləşən ümumi sahəsi 196,5 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin (əslində ev iki mərtəbəlidir, fotoşəkillər iddia ərizəsinə əlavə edilir)15937,50 qəpiyə qiymətləndirirlərək hərraca çıxarılması evin mülkiyyətçisinin talan olunması deməkdir.Göründüyü kimi əmlak dəyərindən qat-qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmışdır və hərrac qanuna zidd olaraq keçirilmişdir. Hərracda kimlərin iştirak edilməsi barədə müraciətlərin olunması barədə müraciət olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh2 ASC iddia tələbinə qarşı etiraz təqdim edərək, İddiaçı iddia ərizəsində guya hərracın AR MM və “İpoteka haqqında” AR Qanunvericiliyinin bir sıra normalarının tələblərini pozmaqla keçirildiyini qeyd etsə də, bu tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim istinad elədiyi halları sübut etməlidir. Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X3 və qeyrilərindən, cəmi 26159 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş və tutma ipoteka predmeti olan İddiaçı məxsus Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə yönəldilmiş, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər tərəfindən ən geci 1 ay ərzində boşaldılması və s. qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-1519/2016 nömrəli 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-518/2017 nömrəli, 07 fevral 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı müvafiq hərrac təşkil edilmiş, əmlakın ilkin satış qiyməti (qətnamə ilə müəyyən edilmiş qiymət) 25.000 manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı qiyməti (ilkin satış qiymətindən 15% aşağı) 21250 manat müəyyən edilmişdir. Lakin təkrar hərracda da, əmlakın alıcısı olmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə-15937.50 manat qiymətə tələbkara təqdim edilmiş və hərracın yekunları barədə 48/04 №-li 21 avqust2017-ci il tarixli protokola əsasən Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi (yerləşdiyi 0.45 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 ASC tərəfindən alınmış və xx.xx.2018-ci il tarili RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən bankın mülkiyyətinə keçirilmişdir. Göründüyü kimi qeyd olunan qətnamələr illər öncə qanuni qüvvəsini almış və mübahisələndirilən hərrac isə 6 il əvvəl keçirilmişdir. Yuxarıda sadalanan məhkəmə qətnamələri bunu deməyə əsas verir ki, İddiaçı ən azından 6 il öncə, yəni 2017-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin 21 avqust 2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolu və müqavilə əsasında satılmasından xəbərdar olmuşdur. Bununla belə yalnız 2023-cü ildə həmin protokol və müqavilənin etibarsız hesab olunmasına dair iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu tələbləri, yəni hazırki mülki iş üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiaçının bu əsasla bildiyi və ya bilməli olduğu gündən yalnız bir il ərzində mübahisələndirmək hüququnun olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə plenum qərarlarında da, öz əksini tapmışdır. 7.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 iyun 2023-cü il tarixli, 2(005)-1656/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Aytən Novruzova) ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. 8.Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X3 və qeyrilərindən, cəmi 26159 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş və tutma ipoteka predmeti olan İddiaçı məxsus Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə yönəldilmiş, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evi satıldıqdan sonracavabdehlər tərəfindən ən geci 1 ay ərzində boşaldılması və s. qət edilmişdir. 9.Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 10.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-518/2017 nömrəli, 07 fevral 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11.21 avqust 2017-ci il tarixli Hərracın yekunları barədə 48/04 saylı protokolun məzmunundan görünür ki, İddiaçı məxsus Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016cı il tarixli, 2(073)-1608/2016 saylı icra vərəqəsinin, Cəlilabad Rayon İcra Şöbəsinin 118013/30-4 saylı, xx.xx.2017-ci il tarixli sifarişli məktubuna əsasən Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "xxxx" MMC tərəfindən Cavabdeh2 ASC-nin nümayəndəsi X2 15937,50 (on beş min doqquz yüz otuz yeddi manat əlli qəpik) manata satılmışdır. 12.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə birlikdə Bank Respublika” ASC-yə məxsusdur. 13.Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd etmişdir ki, iddiaçı hərracın keçirilməsi zamanı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən ilkin hərracdan başlanmalı olduğu halda birbaşa olaraq təkrar hərrac keçirilərək qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi mülkiyyətində olan 0,45 ha torpaq sahəsi ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. 14.Digər tərəfdən, hərraca çıxarılmış əmlakın bazar dəyərinin aşağı olması ilə bağlı məsələyə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. 15.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh “Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Cavabdeh2 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2, 354.2, ; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 41.5, 42.1, 43.7, 43.8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmuru qətnamədə olan qiyməti ilkin satış qiyməti kimi göstərmişdir. Halbuki, məzil ipotekaya götürüldükdən 3 il sonra hərraca çıxarılmışdır. Yəni ev və onun yerləşdiyi torpaq sahəsi qiymətini dahada artırmışdır. Göründüyü kimi ev və onun yerləşdiyi torpaq sahəsi dəyərindən qat-qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmış və hərrac keçirilmiçdir. Məhkəmə işdə olan qətnamələrə istinad etmişdir. Lakin Hərracın qanuna uyğun keçirilib keçirilməməsi barədə heç bir məhkəmə araşdırması aparmamışdır.Hərracın keçirilməsi vaxtı müəyyən edilməli olan qiymətlər müəyyən edilməmiş, ev və onun daxil olduğu torpaq sahəsi aşağı qiymətlə satılmadığı üçün tələbkara aşaolan qiymətə satılmışdır. Hərracın cavabdehlərin xəbəri olmadan məlumatlandırılmadan keçirilməsi bilavasitə iddiaçının mənafeyinə xidmət edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə tərəflərindən təqdim edilən sübutları tam araşdırmamış və araşdırdığı sübutlara isə düzgün hüquqi qiymət verməmişdir. Ekspertiza təyin edilməsi barədə verilən vəsatət əsassız olaraq rədd edilmişdir. Ümumiyyətlə cavabdeh "xxxx" MMC-nin iddia tələbi barədə fikri alınmamış, hərracın keçirilməsi ilə bağlı sənədlər tələb edilib yoxlanılmamış, araşdırlmamışdır.13 iyun 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə hazırlıq iclasında iştirakı ilə bağlı məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmir. O, üzürlü səbəbdən iştirak edə bilmədiyi, hansı səbəbdən üzrlü olaraq iştirak edə bilmədiyi barədə məhkəməyə rəsmi elektron qaydada üç gün əvvəl bildirmişdir.Göründüyü kimi məhkəmə onun məhkəmə baxışının təxirə salınması barədə ərizəsini müzakirə etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 21.Kollegiya qeyd edir ki, Vəkil özünü iddiaçının nümayəndəsi və vəkili kimi qeyd edərək, səhhəti ilə bağlı işin baxılmasının təxirə salınmasını xahiş etsə də, onun Apellyasiya mərhələsində tərəfin vəkili kimi iştirak etməsi üçün orderi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Göründüyü kimi, Vəkil iddiaçının nümayəndəsi olması üçün, onun Apellyasiya mərhələsinə görə vəkil orderi mövcud deyildir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 22.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 23.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 24.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 25.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. 26.Maddə 42.1.Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 27.Maddə 42.3.Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. 28.Maddə 42.8.Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 29.Maddə 43.1.Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir:43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 30.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 31.Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 32.Maddə 43.6.Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 33.Maddə 43.7.Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 34.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 35.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 39.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 40.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunu: 42.Maddə 1.0.10.Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir.
Apellyasiya baxışının hədləri
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraqyoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 46.Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 47.Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. 48.Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş əmlaka tutmanın yönəldilməsi məqsədilə Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Hərrac Mərkəzi "xxxx"MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. 49.Belə ki, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsinə əsasən cavabdehlər X3 və qeyrilərindən, cəmi 26159 ABŞ dolları məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş və tutma ipoteka predmeti olan İddiaçı məxsus Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə yönəldilmiş, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və ipoteka predmetinin qiyməti 25.000 manat müəyyən edilmişdir. Fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər tərəfindən ən geci 1 ay ərzində boşaldılması və s. qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-1519/2016 nömrəli 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 2(073)-1608/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-518/2017 nömrəli, 07 fevral 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1519/2016 nömrəli, 22 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı müvafiq hərrac təşkil edilmiş, əmlakın ilkin satış qiyməti (qətnamə ilə müəyyən edilmiş qiymət) 25.000 manat müəyyən edilmiş, ilkin hərrac 27 iyun 2017-ci il tarixdə baş tutmadığından ipoteka predmetinin təkrar hərracdakı qiyməti (ilkin satış qiymətindən 15% aşağı) 21250 manat müəyyən edilmişdir. Lakin 31 iyul 2017-ci il tarixdə təkrar hərracda əmlakın alıcısı olmadığından baş tutmamışdır. 04 avqust 2017-ci il tarixdə “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə-15937.50 manata tələbkara təqdim edilmiş və hərracın yekunları barədə 48/04 №-li, 21 avqust 2017-ci il tarixli protokola əsasən Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evi (yerləşdiyi 0.45 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 ASC tərəfindən alınmış və xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən bankın mülkiyyətinə keçirilmişdir. 50.Buna görə də, kollegiya hesab edir ki, ipoteka ilə yüklü edilmiş Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,45 ha torpaq sahəsi ilə birlikdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. 51.Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, bundan əlavə qəzetdə elanlar verilmişdir. 52.Belə ki, F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 53.Göründüyü kimi, keçirilən hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuşlar. 54.Digər tərəfdən, hərraca çıxarılmış əmlakın bazar dəyərinin aşağı olması ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, bu məsələyə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. 55.Kollegiya apellyatorun məhkəmənin onun müraciəti olduğu halda, məhkəmə iclasının təxirə salınmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş, 08 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı ilə bağlı qəbzə imza etməklə məlumatlı olmuş, həmin iclasda iştirakının başqa məhkəmədə işə baxılması ilə bağlı təxirə salınmasını xahiş etmişdir. Buna görə də, məhkəmə 08 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasını 16 iyun 2023-cü il tarixə, saat 16-00-a təxirə salmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil yenidən başqa məhkəmədə baxılan işlə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə 16 iyun 2023-cü il tarixdə işə baxaraq, qətnamə qəbul etmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi hazırlıq mərhələsində məhkəmə iclaslarında iştirak etmiş, bütün sübutlarını təqdim etmək üçün hər cür şərait yaradılmışdır. Buna görə də, kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 56.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(005)-1656/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdiyev
Fərrux Qasımov