Məhkəmə qərarları › İş №2(103)-5535/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5535/2022

09.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5535/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, sığorta ödənişi kimi 2.100 manat və dəbbə pulu kimi 567 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, sığorta ödənişi kimi 2.100 manat, dəbbə pulu kimi 567 manat, dövlət rüsumunun əvəzi kimi 50 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıya məxsus olan “BMW320D” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən sığortalanıb. Sığorta risklərinə avtonəqliyyat hadisələri də daxildir. xx.xx.2021-ci il tarixdə, yəni sığorta müddətində yol-nəqliyyat hadisəsi baş verib. İddiaçının avtomobili başqa avtomobillə - “Qazel” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Baş vermiş hadisəyə görə iddiaçı inzibati məsuliyyətə cəlb edilib. Cavabdeh sığorta hadisəsini qeydə alıb, lakin sığorta ödənişi verməkdən imtina edib. İmtina onunla əsaslandırılıb ki, yol-nəqliyyat hadisəsi sığorta ödənişi almaq məqsədilə qabaqcadan planlaşdırılıb və süni şəkildə törədilib. Cavabdeh apellyasiya şikayətini eyni hal ilə əsaslandırııb. Lakin yol-nəqliyyat hadisəsinin süni şəkildə tərədilməsi sübut olunmur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünslıq ekspertizasının rəyinə görə iddiaçnın avtomobilinin zədələnməsi nəticəsində vurulan zərərin məbləği 2.200 manat təşkil edir. İddia ərizəsində 2.100 manat tələb olunub, yəni 100 manat azad olma məbləği nəzərə alınıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 926-cı maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sığorta ödənişi kimi 2.100 manat tutulmasını qət edib. Sığorta ödənişinin verilməsi 270 gün gecikdirilib. Ona görə də məhkəmə Mülki Məcəllənin 934.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 567 manat dəbbə pulunun tutulmasını qət edib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar