Məhkəmə qərarları › İş №2(103)-5536/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5536/2021

09.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5536/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, Cavabdehn nümayəndələri X9 və X2 iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(007)-1047/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv olunması, işə bərpa, məcburi buraxılmış iş gününə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin olunaraq, Cavabdeh MMC-nin 07 avqust 2020-ci il tarixli əmrini ləğv edilməsi, iddiaçının işlədiyi kargüzar işçisi vəzifəsinə işə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 07 avqust 2020-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanılaraq ödənilməsi, cavabdeh tərəfindən vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 5000 (beş min) manat tutulmasına və əlavə işlədiyi günlər və saatlar müəyyən edilərək, həmin günlərə və saatlara görə cavabdeh tərəfindən ödənişin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçının nümayəndəsi və vəkili tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01 (bir) il müddəti olmaqla, 01.02.2018ci il tarixli Əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsinə Əlavə olaraq müqavilənin müddəti 01.08.2019-cu il tarixindən-01.08.2020-ciil tarixinədək 01 (bir) il müddətinə uzadılmış və həmin müddət bitdikdən sonra işəgötürən tərəfindən 07.08.2020-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən qəbul edilən 07.08.2020-ci il tarixli əmr əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, iddiaçı iddia edir ki, sözügedən 01.08.2019-cu il tarixli əmək müqaviləsinin müddəti 01.08.2020-ci il tarixində bitmiş olsa da, lakin həmin müqavilənin uzadılıb-uzadılmaması və ya xitamı barədə cavabdeh tərəfindən iddiaçıya heç bir şifahi və ya yazılı şəkildə məlumat verilməmiş və xeyli müddət keçdikdən sonra iddiaçı bu barədə işlədiyi şirkətin rəhbərliyi ilə görüşdüyü zaman ona məlum olmuşdur ki, onun əmək müqaviləsinə müddətin bitməsi səbəbi ilə xitam verilmişdir. Qanunvericilyin normasından da göründüyü kimi iş üzrə cavabdeh olan "Cavabdeh” MMC daimi iş fəaliyyəti ilə məşğul olan bir şirkət olduğuna görə, işçi ilə bağladığı əmək müqaviləsini müddəti müəyyən edilmədən bağlanılmalıdır. Göründüyü kimi əmək münasibətlərini tənzim edən bu maddənin normasında da hal-hazırki iş üzrə bağlanılmış əmək müqaviləsində müqavilənin digər tərəfi olan iddiaçının vəziyyətini tənzimləyəcək hər hansı bir əsas yoxdur və buna görə də hesab edirlər ki, işəgötürən tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi səbəbi ilə xitam verilməsi tam əsassız bir haldır. İddiaçı ilə cavabdeh arasında bağlanılmış müqaviləyə görə İddiaçı Cavabdeh MMC şirkətində anbarında kargüzarlıq xidmətinə işə qəbul olunub və anbardakı kargüzarlıq işi müvəqqəti və ya mövsümü iş deyil. Bundan əlavə onu qeyd etmək istəyirlər ki, iddiaçı işlədiyi müddətdə əmək müqaviləsinin işəgötürən tərəfindən uzadılmasını zənn edərək, həmin müddətdə kreditlə telefon almış və həmin telefonun kredit ödənişini öz aylıq əmək haqqı hesabına ödəyəcəyini düşünmüş və sonradan işdən çıxarılmağı ona məlum olandabu hal onun kreditə götürdüyü telefonun aylıq olaraq pulunun ödənilməsində çətinlik yaratmış və həmin kreditə görə gecikmə halı olmasın deyə yaxınlarından və tanışlarından kreditin ödənilməsi üçün müxtəlif vaxtlarda borc kimi pul götürmüşdür, həmin borc məbləğinin qaytarılması və kreditin sonrakı ayları üçün ödənilməsi üçün əldə olunacaq pul məbləğinin hardan, kimdən alması onda xeyli dərəcədə mənəvi sıxıntı yaratmışdır. Yaranmış mənəvi sıxıntı İddiaçı səhətində problemlər yaratmış və İddiaçı müailəcə almaq məcburiyyətində qalmışdır. Müalicə olunaraq səhətini bərpa etmişdir. Bundan başqa iddiaçı işlədiyi müddət ərzində daimi olaraq nümunəvi işçi olmuş, işəgötürən tərəfindən ona tapşırılan vəzifə öhdəliklərini layiqincə yerinə yetirimiş, baxmayaraq ki, əmək müqaviləsi bağlanılan zaman iddiaçının işə gəlmə vaxtı saat 09:00 və işdən çıxma saatı 16:30 müəyyən olunsa da, lakin iddiaçı qeyd olunan tarixdən-yəni saat 16:30-dan artıq müddət qalaraq işləmiş və bundan əlavə işlədiyi müddət ərzində ilərzində qanunvericiliklə müəyyən olunmuş qaydada ona düşən 21 (iyirmi bir) təqvim günlük məzuniyyətindən, ümumi olaraq yalnız 08 (səkkiz) gününü istifadə etmiş, iş günü olmayan günlərdə, bayramlarda işə çıxıb işləmişdir. İddiaçı işlədiyi müddət ərzində (bayram günləri və istirahət günlərində daxil olmaqla) iş saatından artıq qalaraq işləməsini, şirkətin kart sistemi ilə və onunla birlikdə işləyən işçilərin şahidliyiilə müəyyən edilə bilər. (İnzibati departamentin direktoru X6, anbar müdiri Fariz Vəliyev, satış üzrə nəzarətçi Zaur Heydərov və Audit departamentinin sabiq auditi Moİİayev Sənan Fərhad oğlu) Azərbaycan Respublikasının Prezidentinin 19 mart 2020-ci il tarixdə sahibkarlara 215 milyon manat həcmində maliyə dəstəyi göstərilməsi və pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əmək haqqılarının müəyyən hissələrinin ödəniməsi və işçi sayının azaldılmaması ilə bağlı sərəncam imzalamışdır. Cavabdeh MMC şirkətinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidentinin sərəncamına məhəl qoymayaraq, İddiaçı əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. İddiaçı işdən çıxmamışdan əvvəl kart vasitəsi ilə 440 (dörd yüz qırx) manat, əlbəəl isə 155 (yüz əlli beş) manat maaş almışdır. İddiaçı Cavabdeh MMC şirkətində işlədiyi müddət ərzində heç bir əsas və sübut olmadan şər və böhtanlar atılmış, təhqir edilmiş, onun şərəf və ləyaqətinə ləkə yaxmaq istənilmişdir. Cavabdeh MMC şirkətinin Təhlükəsizlik Xidmətinin Şöbə müdiri X1 Həsənovanı dəfələrlə öz xidməti otağına dəvət edərək, ona əxlaqsız təkliflər etmiş, İddiaçı ona rədd cavabını verdiyi zaman onu söyərək təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bundan sonra şirkət daxilində İddiaçı ilə cinsi əlaqəsinin olduğunu bildirmiş və şirkətə yaymışdır. Bu məsələlərdən sonra İnsan Resursları Departamentinin direktoru Elcan Məmmədov işlədiyi İnzibati Departamentin direktoru X15 Həsənovanın əxlaqsız olduğunu və şirkət daxilində əxlaqsız hərəktlər etdiyini bildirmiş və bu səbəbdən X12 Həsənovanın işdən azad edilməsinə dair təqdimat verməsini istəmişdir. (X16 təsdiq edə bilər). İddiaçı işdən çıxdıqdan sonra Cavabdeh MMC şirkətinin əməkdaşı Əflatun Babayev onu xidməti otağına çağıraraq ona bildirmişdir ki, araşdırıb İddiaçı heç bir günahı olmamış, Elcan Məmmədovun, Rüfət Bağırovun və İntiqam Qurbanovun arasındakı çəkişmənin qurbanı olmuşdur. Göründüyü kimi, İddiaçı şər və böhtanlarla şərəf və ləyaqəti alçaldılaraq əmək müqaviləsinə heç bir əsas olmadan və qanunsuz şəkildə xitam verilmişdir. Bu isə İddiaçı mənəvi cəhətdən çox pis sarsıntı olmuş onun iş həyatına və kariyerasına xələl gətirmişdir. Bu səbəbdəndə o, başqa şirkətlərdə yenidən işə düzələ bilmir. Cavabdeh MMC tətəfındən İddiaçı iş həyatına və kariyerasına xələl gəldiyi üçün Cavabdeh MMC tərəfindən İddiaçı 5000 (beş min) manat mənəvi ziyan ödənilməlidir. Bununla da belə hesab edirlər ki, İddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada müəyyən olunmuş əmək münasibətlərinin tənzimləməsi zamanı işçi kimi üzərinə düşən öz hüquq və vəzifələrini layiqincə icra etmişdir. Bu səbəbdən də iddiaçı mübahisənin məhkəməyə getmədən məhkəmədən kənar həlli qaydasını nizama salmaq üçün işlədiyi vəzifəyə yenidən bərpa olunması üçün bir neçə dəfə cavabdehə rəsmi olaraq müraciətlər etmiş və həmin müraciətlərin nəticəsi olaraq iddiaçıya həmin idarədə başqa vəzifələrdə işləmək üçün iş təklifləri olunmuş, lakin bu iş təklifləri iddiaçı tərəfə uyğun bir vəzifə olmadığına görə iddiaçı bundan imtina etmiş, işəgötürənə əvvəlki vəzifəsinə qaytarılması üçün müraciətlər etməsinə baxmayaraq, işəgötürən həmin vəzifəyə bərpa olunmağın mümkün olmayacağını bildirmişdir. İddiaçı dəfələrlə yazılı və şifahi qaydada işdən çıxarılmasına dair əmrin surətini cavabdehdən istəsə də uzun müddət əmrin surəti ona verilməmiş, 17 noyabr 2020-ci il tarixdə Cavabdeh MMC-də Elcan Məmmədovun qəbulunda olmuş və əmrin surətini istəmişdir. Nəhayət 18 noyabr 2020-ci il tarixdə Cavabdeh MMC-nin sürücüsü Məhərrəm adlı şəxs əmrin surətini İddiaçı gətirərək əlbəəl vermişdir. Bundan sonra İddiaçı işin məhkəmədən kənar qaydada həll olunmayacağından əmin olduğu üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(007)-1047/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə İddiaçı işdən çıxarılmağını yalnız müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqələndirmiş, bu zaman Əmək Məcəlləsinin uyğun işlədiyi işin daimi əmək müqaviləsi kateqoriyasına aid olması, işdə ona qarşı cinsi istismara cəhd, bununla bağlı şərəf və ləyaqətinin alçaldılması, nüfüzunun azaldılması səbəbindən işdə əmək müqaviləsinin xitam verildiyi nəzərə alınmamışdır və bu hallara heç bir hüquqi qiymət verilməmişdir. Lakin məhkəmə işdən çıxarılma faktının kökünü araşdırmadan, buna düzgün hüquqi qiymət vermədən yalnız müqavilənin müddətinin bitdiyini əsas gətirərək, cavabdehi haqlı hesab etmişdir. Bu isə məhkəmənin obyektivliyini, tərəfsizliyini şübhə altına alır. Çünki qanunvericiliyə uyğun olaraq, ədalətli məhkəmə araşdırması hakimin borcudur və obyektiv olmaqla, hakim bütün hallara düzgün hüquqi qiymət verməlidir. Lakin göründüyü kimi hakim qanunvericiliyin normalarını pozmuş və vəzifə öhtəliklərini yerinə yetirməmişdir. Cavabdeh İddiaçı həmin bir həftə ərzində əmək müqqaviləsinə xitam verildiyi bildirilməmiş, sonradan o özü bu müddət keçdikdən sonra əmək müqaviləsinə xitam verildiyini bilmişdir. Bununla da işəgötürən tərəfindən Əmək Məcəlləsinin qeyd olunan tələbi pozulmuşdur. Bununlada iddiaçının əmək müqaviləsi bir həftə ərzində qanunvericiliyə uyğun xitam verilmədiyi və ona məlumat verilmədiyi üçün uzadılmış hesab edilməli idi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdehn nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, İddiaçı 01.02.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin dərman deposunda kargüzar vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsinin müddəti bitdikdən sonra tərəflərin razılığına əsasən 01.08.2018-ci il tarixindən 01.08.2019-cu ilə tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra İddiaçı ərizəsinə və tərəflərin razılığına əsasən 01.08.2019-cu il tarixindən 01.08.2020-ci il tarixədək 1 (bir) il müddətinə də müqavilənin müddəti uzadılmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi kimi, müqavilədə göstərilən müddət bitdikdən sonra işəgötürən tərəfindən 07.08.2020-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu haqda İddiaçı həmin gün məlumat verilmiş və o, əmək kitabçasını 10.08.2020-ci il tarixdə götürmüş və onunla son haqq-hesab aparılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 16.12.2020-ci il tarixdə müraciət etmişdir, yəni əmrin verildiyi, iddaiçının işdən azad olunduğu vaxtdan 4 ay 9 gün sonra. Qanunvericilikdə göstərilir ki, fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı bu müddətin üzürlü səbəblərdən buraxıldığını sübut edən heç bir sənəd təqdim etməmişdir. Beləliklə də iddiaçı məhkəməyə müraciət üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Müəssisə 09.10.2014-cü ildə fəaliyyətə başlamış və giriş-çıxış vaxtları bir aydan artıq qalmır. Rəsmi sorğuya cavab da verilmiş və sübutlar da təqdim etmişlər. Onların müddətli əmək müqaviləsi bağlamaq hüquqları var. iddiaçı 01.02.2018-ci il tarixdə işə qəbul olunmuş və əmək müqaviləsi əvvəlcə 6 aylıq olmuş, sonradan isə 1 il müddətinə uzadılmışdır. Həmin müddət bitəndən sonra 1 il daha əmək müqaviləsi uzadılmışdır. 07.08.2020-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsi müddətli bağlanmışdır. Əməkdaşlar iddiaçının çalışdığı yerə getmiş, işdən çıxarılma əmrini ona təqdim etmək istəmişlər, lakin o razılaşmamış və qalıb işləmək istədiyini bildirmişdir. 10 avqustda iddiaçı imza ataraq həmin əmri götürmüşdür. İddiaçıya dəfələrlə müxtəlif vəzifələr təklif etmişlər, lakin razılaşmamışdır. 15 oktyabrda aptekdə nəzarətçi vəzifəsi son təklifləri olmuş və o yenə də razılaşmamışdır. Şirkətin daimi və ya mövsümi fəaliyyət göstərməsini dəqiq deyə bilmir. O, işlədiyi vaxtdan şirkətin fəaliyyətinin dayandığını görməmişdir. Şirkətə giriş-çıxış qaydaları barədə məlumatsızdır. İddiaçı iddia müddətini keçirmişdir. İddia müddətinin üzürlü səbəbdən buraxmaqla barədə heç bir sübut təqdim edilməmişdir. Müqavilə tam qanuni sürətdə bağlanmışdır. Müqavilə müdddəti bitmiş və buna görə də xitam verilmişdir. Onların şirkəti dərman satışı ilə məşğul olur. Bağlanılan müqavilə qanuna uyğundur. İddiaçının bütün pulları ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdehn nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, digər nümayəndə X4 izahatına uyğun məzmunda izahat verdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(007)-1047/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan: - Cavabdeh 01.02.2018-ci il tarixli, 109/K saylı əmrindən görünür ki, İddiaçı 01.02.2018-ci il tarixdən Cavabdeh MMC-yə kargüzar vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı ştat cədvəlinə müvafiq olaraq müəyyən edilmişdir. - İşəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı kargüzar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 1il müddətinə (3 ay sınaq müddəti ilə) olaraq 01 fevral 2018-ci il tarixindən 01.08.2018-ci iltarixinə kimi bağlanmışdır. İşçi 01 fevral 2018-ci il tarixdən işə başlayır. İşçiyə hər ay 204,82 manat məbləğində əmək haqqı ödənilir. - 01.02.2018-ci il tarixli 56 №-li Əmək müqaviləsinə 2 saylı əlavədən görünür ki,işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 01.08.2019-cu il tarixdən 01.08.2020-ci il müddətinə uzadılmışdır. - İddiaçı ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.02.2018-ci il tarixdə Cavabdehndə kargüzar vəzifəsinə işə qəbul edilmiş, 07.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmişdirdir. - Cavabdeh 07.08.2020-ci il tarixli1215/K saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin kargüzarı 07.08.2020-ci il tarixdən müqavilə müddətinin qurtarması səbəbilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 01.02.2018-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) ləğv edilmişdir. Mühasibatlığa istifadə edilməyən əmək məzuniyyəti də daxil olmaqla son haqq-hesab tapşırılmışdır. - Cavabdeh Əmək kitabçalarının və Əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərinin surətlərinin təhvil-təslim kitabından görünür ki, İddiaçı 10.08.2020-ci il tarixdə ******* saylı əmək kitabçasını təhvil almışdır. - İddiaçı tərəfindən Cavabdehə ünvanlanmış 20.10.2020-ci il tarixli ərizədən görünür ki, o, işdən azad olunmağına dair 07.08.2020-ci il tarixli, 1215/K nömrəli əmrin surətini 05 (beş) iş günü müddətində ona rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən HəsənovaNailə Bəxtiyar qızına ünvanlanmış 27.10.2020-ci il tarixli 2183/10 saylı məktubdan görünürki, əmək müqaviləsinin müddətinin qurtarması səbəbilə onün ləğv edilməsi və tutduğu vəzifədən azad olunmağına dair 07.08.2020-ci il tarixli, 1215/K nömrəli əmrin surəti və əmək kitabçası işdən azad olunduğu vaxt artıq ona təqdim edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 10.12.2020-ci il tarixli **********5 syalı məktubundan görünür ki, araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdə onunla bağlanmış müddətli əmək müqavilənizə 07.08.2020-ci il tarixdə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsininin 2-ci hissəsinin “b” əsasən xitam verildiyi və son haqq-hesabınızın son iş günü ödənildiyi bildirilmişdir. İşlədiyi dövr ərzində əmək haqqının tam və vaxtında ödənildiyi, iş vaxtından artıq əlavə saatlarda işəgötürən tərəfindən işə cəlb edilmədiyindən, ona əlavə əmək haqqının ödənilmədiyi bildirilmişdir. Qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır - Cavabdeh 18.03.2021-ci il tarixli 499/03 saylı məktubundan görünür ki, Cəmiyyət xarici ölkələrdən müəyyən müddətə bağlanmış idxal müqavilələri əsasında dərman məhsullarının ölkəyə təchizatını həyata keçirərək distribüterlik fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən də şirkətin fəaliyyətinin müddətli və ya müddətsiz olması əsas etibarı ilə həmin müqavilələrdən asılıdır. Əlavə olaraq da bildirmək istəryirlər ki, Cəmiyyətdə aylıq işə giriş-çıxış üzrə elektron məlumat bazasının texniki səbəblərdən elektron informasiya sistemində bir aydan çox saxlanılması mümkün deyildir. Bu səbəbdən də İddiaçı Cəmiyyətdə işlədiyi müddət ərzində işdən giriş-çıxış vaxtları barədə hər hansı məlumatın təqdim edilməsi qeyri-mümkündür. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı 01 fevral 2018-ci il tarixdə Cavabdeh kargüzar vəzifəsinə təyin edilmişdir. Həmin müqabilə 01.08.2018-ci il tarixinə kimi bağlanmışdır. Daha sonra 01.02.2018-ci il tarixli 56 №-li Əmək müqaviləsinə dəyişiklikdə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti əvvəl 01.08.2018-ci il tarixdə 01.08.2019-cu il tarixinə, sonra isə 01.08.2020-ci il müddətinə uzadılmışdır. “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.08.2020-ci il tarixli 1215/K saylı əmri ilə İddiaçı Cavabdeh MMC-nin kargüzarı 07.08.2020- ci il tarixdən müqavilə müddətinin qurtarması səbəbilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 01.02.2018-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 56 saylı əmək müqaviləsinə əsasən İddiaçı cəmiyyətdə kargüzar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olaraq 01.02.2018-ci il tarixindən 01.08.2018-ci il tarixədək bağlanmışdır. Həmin müqaviləyə edilmiş sonuncu dəyişikliklə əmək müqaviləsi 01.08.2020-ci il tarixədək bağlanmışdır. Daha sonra 07.08.2020-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 07.08.2020-ci il tarixdən xitam verilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi əmək müqaviləsinin xitamı əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtamasıdır. Hazırda da qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməklə Cavabdeh MMC iddiaçının cəmiyyətdə olan vəzifəsinə xitam vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı hər hansı hüquq pozuntusu müəyyən edilmədiyindən, məhkəmə “Cavabdeh MMCnin 07 avqust 2020-ci il tarixli əmrini ləğv edilməsi, iddiaçının işlədiyi kargüzar işçisi vəzifəsinə işə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 07 avqust 2020-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanılaraq ödənilməsi” hissəsində iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehlə bağlanmış əmək müqaviləsi 07.08.2020-ci il tarixdə ləğv edilmiş və cavabdeh 10.08.2020-ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsinə dair əmri götürmüşdür. Qeyd edilənlərə əsasən müddəti tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci, 3-cü və 4cü hissələrinə görə isə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İş materiallarına əlavə edilmiş Əmək kitabçalarının və Əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərinin surətlərinin təhvil-təslim kitabından görünür ki, İddiaçı 10.08.2020-ci il tarixdə ******* saylı əmək kitabçasını təhvil almışdır. Belə olan halda məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni 16.12.2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi haqqlı olaraq Cavabdeh MMC-nin 07 avqust 2020-ci il tarixli əmrini ləğv edilməsi, iddiaçının işlədiyi kargüzar işçisi vəzifəsinə işə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 07 avqust 2020-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanılaraq ödənilməsi” hissəsində rədd edilməlidir. Kollegiya iddia tələbinin “cavabdeh tərəfindən vurulmuş mənəvi ziyan görə cavabdehdən iddiaçının xeyrinə 5000 (beş min) manat tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin qeydinə əsasən- Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Kollegiya mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı 5000 (beş min) manat mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbinin Cavabdeh MMC-dən mənəvi ziyana görə 5000 manatın tutulması ilə bağlı hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının əlavə işlədiyi günlər və saatlar müəyyən edilərək həmin günlərə və saatlara görə cavabdeh tərəfindən ödənişin edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasında izahat verən zaman iddiaçı qeyd etmişdir ki, iş saatları 09:00-dan 16:30-adək olmasına baxmayaraq, işdən gec çıxmış və iş saatlarından artıq işdə qalaraq vəzifələrini icra etmişdir. Həmçinin, cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, iş saatından artıq işləməsinə dair ona heç bir rəsmi məlumat daxil olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının könüllü olaraq işdə artıq işləməsi və daha sonra artıq işlədiyi vaxt üçün ödənişin tələb edilməsinə dair iddia tələbi əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya bununla bağlı rəsmi məlumat verilməmiş və iddiaçı ona bu barədə tapşırıq verilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iddianı rədd etməklə qanuni və əsaslı qərar qəbul etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmamaqla, apellyasiya şikayəti təmin edilmədən və iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsaən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(007)- 1047/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar