Məhkəmə qərarları › İş №2(103)-5540/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5540/2020

14.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5540/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdeh "X14” Bakı filialın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "X14” Bakı filialına və Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv olunması, vurulmuş maddi-mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1931/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "X14” Bakı filialına və Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsində, 4 mərtəbəli 11 -ci binada yerləşən ümumi sahəsi 107,1 kv.m., yaşayış sahəsi 52,8 kv.m., köməkçi sahəsi 54.3 kv.m. olan 4 otaqlı 40 nömrəli mənzilə dair Bakı şəhəri 5 saylı Notariat Kontorunda daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə dair bağlanılmış xx.xx.2005-ci il tarixli, 128 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Cavabdeh "X14” Bakı filialı iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək göstərmişdir ki, hazırkı iddia iddia müddəti ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Belə ki, aralarında bağlanılmış xx.xx.2005-ci il tarixli, 233 nömrəli kredit müqaviləsinə əsasən, 24 ay müddətinə, illik 20 faiz hesablanmaq şərti ilə 233.500.000 (46700 AZN) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx.xx.2005-ci il tarixli, 128 nömrəli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Engels (indiki Cəfərov qardaşları) küçəsi, 11 nömrəli evin, 40 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsi iddiaçının iştirakı ilə bağlanılmış və notarial təsdiq olunmuşdur, müqavilənin bağlanılma tarixindən 15 ilə yaxın müddət keçmiş və iddiaçı yalnız 15 ildən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetinnəyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüquqi pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti saylır. Yenə həmin Məcəllənin 377.2-ci maddəsinə görə İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 373-cü maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir, ümumi iddia müddəti isə 10 ildir. Bundan başqa Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə görə isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin çoxlu sayda Qərarlarında iddia müddətinin əhəmiyyətinə toxunaraq, müəyyənləşdirdiyi hüquqi mövqeyinə görə iddia müddəti və onun tətbiqi hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, iddia müddəti tərəflərə üzərindən çox vaxt keçmiş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hüququn müdafıəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MPM, maddə 375). Göründüyü kimi İddiaçı hazırkı iş üzrə iddiası iddia müddəti ötürülməklə təqdim olunduğundan məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır (səh.165); Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(102)-974/08 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 2-76/07 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə "X14” Bakı filialının cavabdeh İddiaçı oluna qarşı kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsinə dair iddiası təmin edilərək tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli 233 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən cəmi 47039,52 manat alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Engels küçəsi, ev 11, 40 saylı mənzilə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə ödənişin İddiaçı digər əmlakına yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nin xx.xx.2007-ci il tarixli,İMK-3621/2007 saylı qətnaməsi ilə Bakı şəhəri, Səbail rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir (səh.55); Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(102)-6121/08 saylı qərarının surətinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin O5.o2.2018-ci il tarixli, 2(009)-453/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Səbail rayon İcra şöbəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli feürməyən üçüncü şəxs qismində cəlb olunmuş "X14” Bakı fılialına qarşı məhkəmə jcraçılarının hərəkətinə, məhkəmə xərclərinin düzgünlüyünə qiymət verilməsi, qiymətləndirmə obyekti olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsi, ev 11, 40 saylı mənzilin "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən qiymətləndirilməsinin nəticələrinin ləğv edilməsi, həmin mənzilin yenidən ekspert qiymətləndiriiməsinin təmin edilməsi və qiymətləndirmə xərcinin "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-5480/2018 saylı, qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır.Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2224/2019 saylı qərarının surətinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.03. 2018-ci il tarıxlı, 2(009)-292/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsində istifadədə olan 0.0928 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli binada yerləşən 51.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 40 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkərnəsi Mülki Kollegiyasının xx.xx.2018-cj il tarixli, 2(103)-8348/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasıya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinın qətnaməsı dəyışdirilmədən saxlanılmışdır.Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir (səh.138); Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-8262/2019 saylı qərarının surətinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-533/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "X14” Bakı filialına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "hərracın yekunlarının, alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9615/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin İddiaçı Letif oğluna münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir (səh.161). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1931/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324, 337, 354, 372, 375, 377-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarına; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4, 9, 14.2, 77.1, 78.1, 80, 81, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki,İddiaçı cavabdeh "X14” Bakı filialı ilə aralarında Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları küçəsində, 4 mərtəbəli 11 -ci binada yerləşən ümumi sahəsi 107,1 kv.m., yaşayış sahəsi 52,8 kv.m., köməkçi sahəsi 54.3 kv.m. olan 4 otaqlı 40 nömrəli mənzilə dair Bakı şəhəri 5 saylı Notariat Kontorunda daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə dair bağlanılmış xx.xx.2005-ci il tarixli, 128 saylı ipoteka müqaviləsinin etibarsızlığını əsaslandıra bilmədiyindən, həmçinin, cavabdeh tərəfindən əqdin etibarsız sayılması barədə iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizə verildiyindən iddia ərizəsi həm əsassız olduğuna, həm də iddia müddəti ötürülməklə verildiyinə görə rədd olunmalıdır. İddiaçıapellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-1931/2020 saylı qətnaməsinin ləğv edib, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Məcəllənin 307-ci maddəsinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4 maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına; Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli N.Manafovun işinə dair qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2007-ci il tarixli qərarına; Avropa Konvensiyasının 1 saylı Protokoluna; “Mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsinə; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385, 386-cı maddələrinə istinadən göstərilmişdir ki, Belə ki: Mən,iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş Bakı şəhəri Səbail rayonu "Cəfərov Qardaşları" küçəsində yerləşən 11 №li evin 40№li mənzili ilə bağlı keçirilmiş hərracın neticələrinə dair "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin xx xxxxxx 2008-ci İİ tarixli "Hərracın nəticələri haqqında Protokolunun" etibarsız sayılması və hüquqi nəticələrinin ləğv edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsası bu idi ki, mənzilin "Texniki Pasportu"nda ümumi sahə 107.1 m2, yaşayış sahəsi 52.8 m2, köməkçi sahə 54.3m2 olduğu halda, köməkçi sahə nəzərə alınmadan, mənzilin ümumi sahəsi cəmi 51.2 m2 yaşayış sahəsindən ibarət olduğu göstərilərək qiymətləndirilmiş və doğru olmayan qiymətləndirmə əsasında hərrac keçirilmişdir. Bundan əlavə, mənzil dördmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşdiyi halda, qiymətləndirmə rəyində mənzilin ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşməsi qeyd olunmuşdur və bu yalandan doğan növbəti sənədlərdə(hərrac protokolu,alqı-satqı müqaviləsi və reyestr xidmətinin "X14" Bakı filialının mülkiyyət hüququnu təsdiq edən verdiyi çıxarışda) də mənzilin ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşməsi qeyd olunmuşdur. Lakin, Məhkəmə kolleqiyası hesab etmişdir ki, iddiaçının ipoteka müqaviləsi ilə girov qoyduğu mənzilin "Yardımçı sahənin üzərində mülkiyyət hüququ yoxdur, yardımçı sahənin üzərində mülkiyyət hüququnun tanınması üçün müvafiq dövlət orqanlarına müraciət etməmişdir". Buna görə də iddia rədd edilmişdir. Buna görə də, “iran Milli Bank”la aramızda bağlanmış № 128 saylı, xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsi etibarsız sayılmalıdır. Çünki, “iran Milli Bank”la onun arasında ipoteka predmeti mənzildir. Məhkəmələr isə sübut edir ki,ipoteka predmeti otaqdır .Yəni, o, üzərində mülkiyyət hüququ olmayan əmlakı girov qoymuşdur. Buna görə də, “İran Milli Bank”la aralarında bağlanmış № 128 saylı, xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməli və hüquqi nəticələri ləğv olunmalıdır. Qeyd etmək lazımdır ki, cavabdehlər etibarından sui-istifadə edib daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi teləbli əqdin bağlanılması zamanı mənzil mülkiyyətçisi olaraq mənim razılığı ilə bərabər yetkinlik yaşına çatmış ailə üzvlərimin də yazılı razılığını almalı və birgə mülkiyyət olan daşınmaz əmlakın idarə edilməsində onların da subyektiv fikirlərini mütləq nəzərə almalı idilər: oğlu-X6-1982-ci il təvəllüdlü, qızı- X5 -1985-ci il təvəllüdlü, oğlu- X7-1987-ci il təvəllüdlü. Birinci instansiya məhkəməsi buna münasibət bildirməyib. Bundan başqa mübahisə predimeti olan ipoteka müqaviləsi özü də qanuncericilkdə nəzərdə tutulan tələblərə cavab vermədən bağlanılmışdır. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilən əmlakın ölçüləri tam əks edilməmiş, mənzilin köməkçi və əsas yaşayış sahəsi təsvir edilməmiş, mənzilin neçə mərtəbədən ibarət olması və ipoteka ilə yüklü edilən mənzilin məhz hansı mərtəbədə olması qeyd edilməmişdir. Qanunun konkret və birmənalı tələbinə əhəmiyyət verməyən cavabdehlər qeyd edilən halların müqavilədə əks edilməməsinə rəğmən qeyri-hüquqi üsulla müqavilənin bağlanılmasına nail olmuşlar. İpoteka ilə yüklü edilən 40 saylı mənzil Səbail rayonu ərazisində yerləşməsinə baxmayaraq o vaxt qüvvədə olmuş Mülki Qanunvericiliyin və “X1 Haqqında" Təlimatın müddəalarının əksinə olaraq mənzilin yerləşdiyi rayonun deyil, başqa rayon ərazisində yerləşən Notariat Kontoru tərəfindən təsdiq edilmişdir ki, bu da əqdin etibarsızlığı üçün əsas olan hallardandır. Göründüyü kimi yuxarıda sadaladığı xüsusatlar ailə həyatı üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də Qanunvericilik bu cür əqdlərin bağlanılması üçün ər- arvadın, yetkinlik yaşına çatan ailə üzvlərinin razılığının olmasını vacib sayır. Bütün bu faktlara birinci instasiya məhkəməsi heç bir münasibət və fikir bildirməmişdir. Əvəzində isə, qaldırılmış iddianın həllinə aid olmayan mülahizələr irəli sürmüşdür. Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli 2(102)-974/08 saylı qərarını dəlil gətirir. Bu qərar ipoteka müqaviləsinin qanuna uyğun bağlandığı sübüt etmir və məsələyə aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi, iş materialı adlandıraraq, Mənzilin qiymətləndirilməsinin düzgün olmadığına dair iddianın rədd edilməsini də (İş №2(009)- 453/2018) də dəlil gətirir, bu qərarın da ipoteka müqaviləsinin qanunsuz olduğunu tekzib etmədiyi açıq aydın görünür. Yenə də, Birinci instansiya məhkəməsinin istinad etdiyi, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli,"mənzildən çıxarılmaq barədə" qərarı İpoteka müqaviləsinə heç bir aidiyyəti yoxdur. Amma, onun istinad edərək iddianın əsasını təşkil edən, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli,2(102)-8262/2019 saylı qətnaməsini araşdırmadan, bu qətnaməni də, onun əleyhinə yönəldib. Halbuki, bu qətnamə "ipoteka müqaviləsinin" qeyri-qanuni bağlandığını sübut edir. Bu qətnamədən məlum olur ki, onun, mənzilimə aid olan Yardımçı sahə üzərində mülkiyyət hüququ yoxdur. Deməli,mülkiyyət hüququ olmayan mülkiyyəti ipoteka müqaviləsi ilə girov qoymuşdur. Bu da İpoteka müqaviləsinin etibarsız olmasına dəlalət edir. Birinci instansiya məhkəməsi,qeyd edir ki:"Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. "Bununla da Hakim özünü sübut etməkdən azad edir?Hansı məhkəmənin qətnaməsi əsasında?Hakim,Sərdar Mehrəliyev,Preyudisiallığı əsas götürərək,özü etiraf edir ki,icraatında olan,İpoteka müqviləsinin etibarsızlığı barədə işi,"mənzildən çıxarılmaq "işi ilə eyniləşdirərək,araşdırma aparmağa lüzum görməmişdir. Elə idisə,qaldırdığım iddia üzrə iş icraata götürülməməli idi.Ayrı-ayrı mübahisə mövzusu olan məhkəmə proseslərini, hakim, hansı əsaslarla eyniləşdirir.?Göründüyü kimi, hakim qərəzli mövqe tutaraq,icraatında olan işi araşdırmaqdan boyun qaçırır.Notariat kontorundan lazım olan sənədlərin eldə edilməsinə dair verdiyim vəsatətə də heç bir münasibət bildirməyib. Hakim Sərdar Mehrəliyevin aşağıda qeyd etdiyi cümlələri, onun bu işin mahiyyətinə varmadığından xəbər verir:"...İddiaçı cavabdeh "X14" Bakı filialı ilə aralarında Bakı şəhəri,Səbail rayonu,Cəfərov qardaşları küçəsində,4 mərtəbəli 11-ci binada yerləşən ümumi sahəsi 107,1 kv.m.yaşayış sahəsi 52.8 kv.m.kömekşi sahəsi 54.3 kv.m olan 4 otaqlı 40 nömrəli mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli, 128 saylı ipoteka müqaviləsinin etibarsızlığını əsaslandıra bilmədiyindən....və sair." Məhkəmələrin qərarlarını əlində əsas tutan Hakim,Sərdar Mehrəliyev,İpoteka müqaviləsində mənzilin ölçüləri,Mülki Məcəllənin 307,1 maddəsi pozularaq gösterilməyib.Hərrac protokolunun etibarsızlığı barədə məhkəmə isə,İpoteka müqaviləsinin etibarsızlığını sübut edir-yəni,bağlanmış müqavilə yalnız otaqlardan ibarətdir,Mənzil deyil. İpoteka müqaviləsində isə Mənzil yazılıb,vəssalam, mənzilin ümumi sahəsi,yaşayış sahəsi və yardımçı sahələrinin ölçüləri qeyd olunmayıb. Azərbaycan Respublikasının Əsas Qanunu və əsas qanundan irəli gələn digər qanunlar hər kəsin hüquqlardan bərabər istifadə etməsinə zəmin və şərait yaradır. Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Qanunvericilik, Ailə Məcəlləsi, həmçinin, digər normativ hüquqi aktlar hüquqlarımızın pozulmasını, eyni zamanda birgə nigah dövründə birgə zəhmətimizin, əməyimizin nəzərə alınmayaraq hansısa maraqlar ucbatından olduqca kobud şəkildə pozulmasını konkret olaraq bir daha təsdiq edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqedən de göründüyü kimi, istənilən şəxsin hüququnun pozulmasının müəyyən olunması, özlüyündə maddi ziyanla yanaşı mənəvi ziyanın mövcudluğunu ehtiva edir. İstinad edilən çoxsaylı qanun pozulması halları yuxarıda sadaladığım Qanunların müddəaları ilə ziddiyyət təşkil edən, hüquq pozulması hallarını təsdiqləyən pozuntulardır və bütün bunlara Ədalət Mühakiməsinin-məhkəmənin qətnaməsi ilə düzgün hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi əslində cavabdehlerin qanunsuz hərəkətlərini dərk etmiş, bütün faktların onların əleyhinə olduğunu bilərək iddianı təmin etməmək üçün qanunsuz şəkildə iddia qaldırmaq üçün prosessual müddəti buraxmağına istinad etmişdir. Halbuki, o, iddia qaldırmaq üçün prosessual müddəti ötürməmişdir. Söhbət mülkiyyətdən gedir və İpoteka məhdud əşya hüququna aiddir. Əgər Notarius müqaviləni bağlayarkən Azərbaycan Raspublikasının "X10" və Qaydalarının tələblərini pozmuşsa, MM-nin maddələrinə riayət etməmişdirsə,bu müqavilə, zatən bağlandığı andan etibarsızdır. Digər tərəfdən,bu İpoteka müqaviləsinin etibarsızlığının ortaya çıxardan "Hərrac protokulunun və hüquqi nəticələrinin ləğvi barədə verdiyim iddiamı rədd edən Məhkəmələrin qərarları olub.Sonuncu məhkəmə, yəni Ali Məhkəmə xx.xx.2019-cu ildə olub və bu da ipoteka müqaviləsinin etibarsız olduğunu meydana çıxardıb.Demeli,o, bunu bildiyi vaxtdan hələ 1 (bir) il ötməyib. Halbuki, mülkiyyət hüququna iddia müddəti şamil edilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi iddia müddətinin ötürülməsini əsas gətirib iddia tələbini rədd etmişdir. Xətai Rayon Məhkəməsinin çıxartdığı qətnamə əsassızdır. Çünki, məhkəmə iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin məhkəməyə təqdim etdiyi dəlilləri təhqiq etməmiş, təqdim olunmuş sənədləri araşdırmamış və iddia tələbini əsassız hesab etmişdir. Bakı şəhəri 5 saylı DNK-da cavabdeh «X14» Bakı Filialı ilə aralarında daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinə dair bağlanılmış 128 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən faktlardır. Lakin birinci instansiya məhkəməsinin hakimi heç bir qanuni əsası olmayan fikirlərə istinad edərək qanunsuz qətnamə qəbul etmişdir. Hakim öz qətnaməsində onun iddia qaldırmaq üçün bir illik prosessual müddəti buraxmağını göstərmişdir. Ümumiyyətlə hakimin sözügedən məsələdə iddia qaldırmasına dair prosessual müddəti heç bir qanuni əsası olmayan haldır. Birinci instansiya məhkəməsi,mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikləri sübut və dəlillərə qiymət verməli olduğu halda, belə bir iradə ifadəsi olmadan, yalnız bir tərəfincavabdeh X14 Bakı Filialının iradə ifadəçisi rolunda çıxış etməsi aşkar olaraq iş materialları ilə sübuta yetirilir. Avropa Konvensiyasının 1 saylı Protokoluna əsasən; Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülkiyyətçi mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda məhkəmə, arbitraj məhkəməsi və ya münsiflər məhkəməsi mübahisəni həll edənədək həmin qərar həyata keçirilə bilməz. Dəymiş zərərin mülkiyyətçiyə qaytarılması ilə əlaqədar bütün məsələlər mübahisəyə baxılarkən həll edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, mübahisəli mənzilə dair texniki pasportda ümumi sahə 107.1 kv.m göstərildiyi halda, ipoteka müqaviləsində 51.0 kv.m qeyd edildiyini, yardımçı sahənin ipoteka müqaviləsinə daxil edilmədiyini, mülkiyyətlə bağlı iddia müddətinin tətbiqinin yolverilməzliyini və müddətin tətbiq edildiyi halda belə bu məsələnin ona Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı qəbul edildikdən sonra aydın olduğunu bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "X14” Bakı filialın nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə nəzərə alaraq və MM-in 324, 342, 354, 372-377; MPM-in 342-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə yoxlayan məhkəmə kollegiyası apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, şikayətin sahiblik hüquqlarının pozulması ilə bağlı müddətin tətbiqi yolverilməzliyi əsasları istisna edilir. Belə ki, iddiaçı ipoteka müqaviləsini imzalayan zaman özünün mülkiyyət hüquqlarının məhdudlaşdırıldığını və müqavilə münasibətlərinə daxil olduğunu bilməli idi. Mülki qanunvericilik isə iddia müddətinin başlanğıcını şəxsin öz hüquqlarının pozulduğunun bilməli olan andan hesablanmalı olduğunu ehtiva edir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.5-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1931/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar