Məhkəmə qərarları › İş №2(103)-5542/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5542/2024

28.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5542/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödəniməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(004)-141/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMCnin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmrinə əsasən “Satınalma və təchizat departamenti, Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Həmin əmrin verilməsi əsası kimi qeyd edilmişdir ki, daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı İddiaçı Cəmiyyətin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün “Unidez Center" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verdiyi aşkar edilmişdir. Həmçinin, İddiaçı “Unidez Center" MMC-nin şirkət nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə həmin şirkət tərəfindən xidmətin göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə İddiaçı inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə akt imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə İddiaçı 210 (iki yüz on) manat məbləğin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəmişdir. Daha sonra İddiaçı təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş, yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt İddiaçı tərəfindən imzalanmışdır. Daxili nəzarət şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində müvafiq sahənin artıq yazılması aşkarlanmış və aparılan araşdırma zamanı qeyd olunan hallar izahatlar və digər toplanılan dəlil və materiallar vasitəsilə sübuta yetirilmişdir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli, 298 saylı əmrilə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən (ştatların ixtisarı ilə əlaqədar) tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 470 nömrəli əmrilə Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 8461/2017 saylı qətnaməsi əsasında işə bərpa olunmuşdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 40 nömrəli əmri ilə satınalma və təchizat Departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmri ilə “Satınalma və təchizat departamenti, Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya işçiləri Həmkarlar İqqifaqı Respublika Komitəsi Bakı 1 şöbəsinin Aztelekom” MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, STD-nin Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsinə Bakı 1 şöbəsinin Həmkarlar İttifaqı Komitəsi razılığını bildirmişdir. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli, 1100-04-22/11-878 nömrəli xidmət müqaviləsi və müqaviləyə 1 saylı əlavədən görünür ki, müqavilə qüvvədə olduğu müddətdə “icraçı” “sifarişçi”nin obyektində sanitar epidemioloji vəziyyəti nəzarətdə saxlamalıdır. Göstərilən xidmətlərin növü dezinfeksiya və deratizasiya, ödəniləcək ümumi məbləğ 59971,66 manat, faktiki işlənəcək fiziki sahə dezinfeksiya üzrə 247195,7 kv.metr, deratizasiya üzrə 247195,7 kv.metr təşkil edir. Elektron ünvan 1 email ünvanından Elektron ünvan 2 email ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda Cavabdeh MMC-nin inzibati binasında iş otaqlarında mərtəbələrdə cücü və birə olması ilə əlaqədar əməkdaşlar tərəfindən müraciət olunduğu və inzibati binada dezinfeksiya işinin aparılmasına müraciət bildirməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli, 419 nömrəli görülmüş işlərin təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMCnin inzibati binasında deratizasiya və dezinfeksiya sahəsi 9900 kv.m təşkil etmiş, görülmüş işlər Pərviz İbrahimov tərəfindən İddiaçı təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, 524 nömrəli görülmüş işlərin təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMCnin inzibati binasında deratizasiya və dezinfeksiya sahəsi 9900 kv.m təşkil etmiş, görülmüş işlər Pərviz İbrahimov tərəfindən İddiaçı təhvil verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallara baxılaraq, İddiaçı hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı əmrin ləğv edilməsini, əmək haqqlnln ödənilməsini, işə bərpa olunması və mənəvi zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin baş direktoru vəzifəsini icra edən şəxsin 167/ş/AZT saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi və ona vurulmuş mənəvi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin baş direktoru vəzifəsini icra edən şəxsin 167/ş/AZT saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə onun vəzifədən azad edilməsi əmr edilmişdir. xx.xx.1999-cu ildən xx.xx.2017-ci il tarixinədək eyni müəssisədə, eyni şöbədə təchizat mühəndisi olaraq işləmişdir. xx.xx.2017-ci il tarixli, 298 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8461/2017 saylı qətnaməsi ilə işə bərpa olunmuş və həmin tarixdən xx.xx.2023-cü il tarixinədək cəmiyyətdə Satınalma və Təchizat departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə barəsində heç bir intizam xarakterli tədbir tətbiq edilməmiş, əksinə çoxsaylı fəxri fərmanlar, təltiflər və pul mükafatları ilə mükafatlandırılmışdır. Barəsində olan işdən çıxarmaya dair əmri qanunsuz və əsassız hesab edir. Əvvəla sözügedən əmrdə qeyd edilir ki, cəmiyyətin daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırmaya əsasən məlum olmuşdur ki, guya o əmək vəzifələrini kobud şəkildə pozmuşdur, yəni daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı guya onun tərəfindən cəmiyyətin Yasamal rayonu, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətini həyata keçirən "xxxx" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin ona verilməsi ilə bağlı razılığa gəlinməsi və bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfeksiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verməsi müəyyən edilmişdir. Qeyd etdiyi kimi, o cavabdeh müəssisədə Satınalma və Təchizat departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Cəmiyyətdə dezinfeksiya işlərinin həyata keçirilməsi üzrə Satınalma və Təchizat departamentində təchizat və nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən şəxsin hansı səlahiyyətlərinin olduğu və bu məqsədlə kiminlə və nə kimi əlaqəyə gedə biləcəyi müəyyənləşdirilməlidir. Sözügedən əmr ona qarşı qərəzli bir hərəkətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(004)- 141/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi kimi 1000 (min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə, əvvəla mübahisələndirilən əmrin məzmununa istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmrinə əsasən “Satınalma və təchizat departamenti, Təsərrüfat və nəqliyyat şöbəsinin aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Əmrdən görünür ki, həmin əmrin verilməsi əsası kimi qeyd edilmişdir ki, daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı İddiaçı cəmiyyətin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün “Unidez Center" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verdiyi aşkar edilmişdir. Həmçinin, İddiaçı “Unidez Center" MMC-nin şirkət nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə həmin şirkət tərəfindən xidmətin göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə İddiaçı inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə akt imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə İddiaçı 210 (iki yüz on) manat məbləğin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəmişdir. Daha sonra İddiaçı təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş, yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt İddiaçı tərəfindən imzalanmışdır. Daxili nəzarət şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində müvafiq sahənin artıq yazılması aşkarlanmış və aparılan araşdırma zamanı qeyd olunan hallar izahatlar və digər toplanılan dəlil və materiallar vasitəsilə sübuta yetirilmişdir. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq materiallar Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallara baxılaraq, İddiaçı hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Buradan da görünür ki, şəxsin işdən çıxarılmasına əsas olmuş fakt məhkəmə qaydasında sübuta yetirilməmiş, şəxsin təqsirliliyi məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilən normanın məzmununadan belə qənaətə gəlmək olar ki, inzibati xətalara dair işlər üzrə icraatla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işçinin işdən çıxarılmasına əsas olan fakt Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmadığından Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “ona vurulmuş mənəvi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehdən tutulması” hissəsində qismən, yəni 1000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab etmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, şəxs əsassız olaraq işdən çıxarılmış, qulluq mövqeyindən sui-istifadə yolu ilə qanunsuz olaraq 210 manat məbləğində pul vəsaitini mənimsədiyi iddia olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə müvafiq olaraq inzibati xətalar haqqında işlər üzrə icraat aparılmışdır. Bunun nəticəsi olaraq iş kollektivi arasında nüfuzu zədələnmişdir. Yekun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qeyd edilən faktlar öz təsdiqini tapmamışdır. Qeyd edilən faktların hər biri şəxsə mənəvi zərər vurulmasını təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 1000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmamaqla yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyri-qanunu olaraq qanunu geniş təfsir edərək heç bir əsas gətirmədən inzibati xəta barədə icraatla bağlı qərara cinayət təqibi ilə əlaqədar qərara aid olan normanı tətbiq etmişdir. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Yasamal Rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara dair iş üzrə icraata xitam verilməsi qərarını əsas götürmüş, lakin qeyd olunan əsaslardan olan hər iki işdə Cavabdeh MMC-nin hüquqi statusunun eyni olmaması faktını nəzərə almamışdır. Yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. İddiaçı öz vəzifəsini yerinə yetirən zaman qanunsuz olaraq adını qurban payı adlandıraraq 210 manat məbləğində pul vəsaitini qəbul etmiş və bu barədə rəhbərliyə məlumat verməmiş, həmin fakt Zaur Sucayevin prokurorluqda verdiyi ifadəsi ilə təsdiqlənmişdir. İddiaçı öz əmək vəzifələrini kobud surətdə pozmuş və hərəkətləri ilə cəmiyyətin mənafeyinə xələl gətirməsinə baxmayaraq məhkəmə tərəfindən ətraflı araşdırılma aparılmadan yalnız qanunun analogiyası tətbiq edilərək qanunsuz nəticəyə gəlinmişdir. İddiaçı əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə onunla əmək münasibətlərinə xitam verilməsi qərarına gəlinmiş, lakin məhkəmə tərəfindən onun işə bərpa olunması barədə qətnamə qəbul edilmişdir, məhkəmə bu qərarı ilə gələcəkdə qanunsuz əməl törətmiş bu kimi işçilərin sayının artacağına səbəb olacağını nəzərə almamışdır. İddiaçı ilə “Unidez Center" MMC nin direktoru X10 arasında münasibətlər Cavabdeh MMC ilə müqavilə bağlanması nəticəsində yaranmış iş münasibətləridir və iddiaçının 210 manat pul vəsaitini hədiyyə və ya Qurban payı kimi Zaur Sucayevdən qəbul etməsi qanunvericiliyə uyğun deyil. Qeyd olunan məsələ ilə bağlı iddiaçının hesabına 210 manat pul vəsaiti göndərilmiş və bununla bağlı rəhbərliyə məruzə edilməmişdir. Hər bir halda iddiaçı tərəfindən həmin məbləğdə pul vəsaitinin qəbul edilməsi qanunla qadağandır. İddiaçı 210 manat məbləğində pul vəsaitini vəzifə səlahiyyətlərini yerinə yetirən zaman qurban payı adı adlandıraraq qəbul etmiş, bununla bağlı rəhbərliyə heç bir məlumat verməmiş, qulluq mövqeyindən sui-istifadə edərək həmin məbləğdə pul vəsaitini mənimsəmişdir. Məhkəmə heç bir əsas olmadan iddiaçının bu əməlini ətraflı araşdırmadan yekun qərara gəlmişdir. Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Yasamal Rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını əsas götürmüş, lakin Cavabdeh MMC həmin iş üzrə nə təqsirləndirilən şəxs, nə də zərərçəkmiş şəxs kimi çıxış etmiş, yəni əsas iştirakçı kimi qeyd olunmamış və nəticədə məhkəmə qanunsuz olaraq həmin qərara əsaslanmışdır. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Göründüyü kimi müvafiq iş üzrə Cavabdeh MMCnin hüquqi statusu eyni olmamış, birinci instansiya məhkəməsi əsassız olaraq qanunun analogiyasını tətbiq etmiş, əlavə araşdırmaya zərurət olmadığı qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Əmək Məcəlləsi: 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai- təhlükəli əməllərə yol verməsi. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmrinin verilməsi əsası kimi qeyd edilmişdir ki, daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş monitorinq zamanı İddiaçı cəmiyyətin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün “Unidez Center" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verdiyi aşkar edilmişdir. Həmçinin, İddiaçı “Unidez Center" MMC-nin şirkət nümayəndəsinə onun şərtləri ilə razı olmayacaqları təqdirdə həmin şirkət tərəfindən xidmətin göstərilməsinə maneə yaradılacağını bildirmişdir. Nəticədə İddiaçı inzibati binada dezinfeksiya olunacaq sahənin həcmini böyüdərək dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahənin dezinfeksiya olunması barədə akt imzalamış və xidmətin həyata keçirilməsinə nail olmuşdur. Bunun qarşılığında isə İddiaçı 210 (iki yüz on) manat məbləğin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği mənimsəmişdir. Daha sonra İddiaçı təşkilatçılığı ilə 2023-cü ilin iyun ayı ərzində 2-ci dəfə dezinfeksiya ilə bağlı müraciət edilmiş, yenidən dezinfeksiya olunması zəruri olan sahədən daha çox sahə göstərilmiş və müvafiq akt İddiaçı tərəfindən imzalanmışdır. Daxili nəzarət şöbəsi tərəfindən keçirilən monitorinq nəticəsində müvafiq sahənin artıq yazılması aşkarlanmış və aparılan araşdırma zamanı qeyd olunan hallar izahatlar və digər toplanılan dəlil və materiallar vasitəsilə sübuta yetirilmişdir. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq materiallar Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən isə İddiaçı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallara baxılaraq, İddiaçı hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmış, həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qərarda göstərilmişdir ki, “İddiaçı Həsən qulu oğlu tərəfindən "xxxx" MMCnin yaxud X6 əmlakı dələduzluq yolu ilə əldə edilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı tərəfindən Zaur Sucayevə hər hansı formada aldadılması, vəd verilməsi, etibarından sui istifadə edilərək pulunun ələ keçirilməsi və ya belə niyyətinin olması müəyyən edilmir. Ümumiyyətlə iş materiallarında X12 Məmmədova 210 manat verməsi ilə bağlı Cavabdeh MMC-yə ünvanlanmış müraciəti aşkar edilməmişdir. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, iş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarına əsasən Zaur Sucayevin öz izahatında qeyd etdiyi hallar öz təsdiqini tapmır. Zaur Sucayev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmiş 25 oktyabr 2023-cü il tarixli izahatına əsasən "Aztelekom” MMC tərəfindən göstərdiyi xidmətə görə ödənişi gözləmədən İddiaçı özünə məxsus mobil nömrədən “whatsapp” vasitəsi ilə ona X4 məxsus “Leo bank” kart hesabının sürətini göndərmiş və həmin hesaba 210 manat pul köçürməyini bildirdi. O, İddiaçı MMC tərəfdən ödənişi almadığını bildirdikdə o, pulun köçürüləcəyini, lakin 210 manat pulu ona əvvəlcədən verməyini tələb etmişdir. Çıxarışlara baxış keçirilərkən ifadə qeyd edilən hallar yəni İddiaçı Zaur Sucayevdən 210 manat tələb etməsi və pulun Cavabdeh MMC tərəfindən ödəniş edilmədən göndərilməsi kimi yazılar İddiaçı tərəfindən qeyd edilməmişdir. Bundan başqa dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. İddiaçı tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlər həmçinin əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə edilməsi halları müəyyən edilməmişdir. X3 ifadəsinə mötəbər sübut kimi yanaşılaraq yalnız həmin ifadə əsasında İddiaçı təqsirli hesab edilməsi mükün deyildir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına əsasən Məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Qulluq mövqeyindən sui-istifadə yolu ilə talamaya gəldikə məhkəmə qeyd edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxs etdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməlidir. Lakin, bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Başqa sözlə, söhbət vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dezinfeksiya ediləcək sahənin artırılmasından gedirsə, məsuliyyətin yaranması üçün həmin dezinfeksiya ediləcək sahənin müəyyən edilməsi barədə müəyyən hərəkətləri yerinə yetirmək (məsələn, dezinfeksiya ediləcək sahənin ölçülərinin müəyyən edilməsi səlahiyyəti və s) vəzifəli şəxsin səlahiyyət dairəsində olmalıdır. Yalnız belə olduqda, şəxsin “öz qulluq mövqeyindən sui-istifadə etməsi” yəni, qanuni olaraq malik olduğu səlahiyyətdən qəsdən qulluq mənafeyi əleyhinə faydalanması mümkündür. Məhkəmə həmin xüsusatla bağlı qeyd edir ki, İddiaçı vəzifələri səlahiyyətləri siyahısında dezinfeksiya ediləcək sahənin ölçülərinin müəyyən edilməsi olmamışdır. Bu da onun öz qulluq mövqeyindən sui-istifadə etməsi halını aradan qaldırır. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli 1100-04-22/11-876 nömrəli xidməti müqavilədə dezinfeksiya və detarizasiya olunacaq sahənin ölçüləri və qiymət tam şəkildə müəyyənləşdirilmiş İddiaçı tərəfindən həmin müqavilədən kənara çıxma halı müəyyən edilməmişdir. Həmçinin tərəflər arasındakı email yazışmalarından görünür ki, hər iki halda dezinfeksiya və deratizasiya aparılmamışdan əvvəl Cavabdeh MMC-nin müxtəlif əməkdaşları İddiaçı həşəratların olması barədə məlumat vermişlər. İddiaçı isə ya bununla bağlı rəhbərliyə məlumat vermiş və rəhbərliyin göstərişi əsasında dezenfeksiya işləri məşğul olacaq qurum dəvət edilmişdir. İddiaçıla Cavabdeh MMC-nin əməkdaşı arasında olan digər bir email yazışmasına əsasən o binanın yeni dezinfeksiya olunduğunu bildirərək təkrar dezinfeksiyaya ehtiyac olmadığını bildirmişdir. Bu da İddiaçı məqsədinin dezenfeksiya işlərinin həyata keçirilməsi nəticəsində qazanc əldə edilməsi olması ilə bağlı fikirləri təkzib edir. Məhkəmə tərəfindən X8 dəfələrlə rəsmi bildiriş və mesaj göndərilməsinə, mobil telefon vasitəsilə əlaqə saxlanılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinə dair kifayət qədər sübutlar toplanmamış, İXM-in bir sıra tələbləri pozulmuşdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. İXM-in 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, X10 izahatında 210 manat məbləğində pulun İddiaçı tərəfindən dələduzluq yolu ələ keçirməsinin bildirsə də, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi və ya Zaur Sucayev tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən qərarın preyudisiyal əhəmiyyət kəsb etməməsi və birinci instansiya məhkəməsinin iddianı təmin edərkən həmin qərara istinad etməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə istinad etməsi ilə prosessual normaların tələblərini pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı”ndan bəhs edilmişdir, bu zaman inzibati xəta haqqında qərar qeyd edilməmişdir. Bununla belə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir ki, birinci instansiya məhkəməsi də hazırki iş üzrə iddiaçının barəsində verilmiş əmrin əsaslandığı halların aradan qaldıran Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarına istinad etməsi düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi də zəruri sayır ki, sözügedən qərar preyudisiyal əhəmiyyətli olması qəbul edilməsə də belə, birinci instansiya məhkəməsi Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarının məzmununda göstərilənlərin hazırki mübahisəyə tətbiq etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən çıxarılmasına əsas olan fakt, yəni, İddiaçı 210 (iki yüz on) manat məbləğin “Unidez Center" MMC-nin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq onun tərəfindən mənimsənilməsi Yasamal rayon Məhkəməsinin 3(004)-1104/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmamışdır. Bir sözlə, məhkəmə həmin qərara əsaslanması qanunsuz olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Cavabdehin əmrinin məzmununa əsasən iddiaçı tərəfindən öz əmək vəzifələrini kobud surətdə pozmuş və hərəkətləri ilə cəmiyyətin mənafeyinə xələl gətirməsi onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas olmuşdur. Apellyasiya şikayətində apellyator həmçinin işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirildiyini də qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun göstərdiyi kart hesabına 210 (iki yüz on) manat məbləğin “Unidez Center" MMC-nin şirkət nümayəndəsi tərəfindən göndərilməsini ianə (qurban payı) kimi qiymətləndirməsinə baxmayaraq, faktiki olaraq hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar nəticəsində onun bu əməlinin nə inzibati və nə cinayət qanunvericiliyində nəzərdə tutulmuş əməllər olması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını təsdiqi kimi xx.xx.2023-cü il tarixli əmrin verilməsinə əsas göstərilmiş daxili nəzarət şöbəsinin müdiri Kamilla Məmmədovanın xx.xx.2023-cü il tarixli xidməti qeydinin məzmununda göstərilənlərin işin faktiki hallarına uyğun olmamasını göstərmək olar. Belə ki, xidməti qeydin müəllifi göstərir ki, İddiaçı Cavabdeh tərəfindən ödənişin olunmasını gözləmədən şirkət nümayəndəsindən özünə çatacaq payı 210 AZN müəyyən edərək tələb etmişdir. Əvvəla yuxarıda qeyd edildiyi kimi 210 manatla bağlı hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan araşdırmalar nəticəsində onun bu əməlinin nə inzibati, nə cinayət qanunvericiliyində nəzərdə tutulmuş əməllər olması öz təsdiqini tapmamışdır. İkincisi də, təqdim edilmiş materiallardan görünür ki, qeyd edilən məbləğ xx.xx.2023-cü il tarixdə kart hesağına ödənilsə də, “Unidez Center" MMC-ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənişlər köçürmə yolu ilə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə həyata keçirilmişdir. Müqaviləyə olan əlavədən görünür ki, müqavilə əsasında il ərzində iki dəfə işlərin görülməsinin sayı, işlənəcək faktiki sahə, kv.m-in sahəsi və ödəniləcək məbləğ müəyyən edilmişdir. Həmçinin sənədlərdən görünür ki, Unidez Center" MMC- ilə bağlanmış xx.xx.2022ci il tarixli müqaviləyə əsasən ödənişlərin köçürmə yolu ilə ödənilməsi xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə də davam etmişdir. Göstərilən ödənişlər müqavilədə əksini tapmış məbləğlərlə üst-üstə düşür. Xidməti qeydin müəllifinin keçirilmiş monitorinq zamanı İddiaçı sahənin artıq yazılmasının aşkarlanması və araşdırmağa başlandığından aktın dəyişdirilməməsini göstərməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən akta əsasən cavabdeh tərəfindən ödənişlər həyata keçirilsə də, onların şişirdilmiş qiymətlə yazılması ilə əlaqədar hazırki vaxta kimi həmin akt mübahisələndirilməmiş və artıq ödənilmiş məbləği geri qaytarmağa cəhd belə edilməmişdir. Məhkəmə kollegiyası xidməti qeyddə keçirilmiş monitorinq zamanı İddiaçı cəmiyyətin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında dezinfeksiya xidmətinin həyata keçirilməsi üçün “Unidez Center" MMC-nin nümayəndəsi ilə məbləğin müəyyən hissəsinin özünə verilməsi ilə bağlı razılığa gəldiyi, bunun qarşılığında isə inzibati binada şirkət tərəfindən mütəmadi olaraq dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradılacağına dair şirkət nümayəndəsinə söz verdiyi aşkar edilməsi ilə bağlı göstərilənlərlə əlaqədar qeyd edir ki, iş materiallarında olan Elektron ünvan 1 email ünvanından Elektron ünvan 2 email ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda Cavabdeh MMC-nin inzibati binasında iş otaqlarında mərtəbələrdə cücü və birə olması ilə əlaqədar əməkdaşlar tərəfindən müraciət olunduğu və inzibati binada dezinfeksiya işinin aparılması və dezinfeksiya xidmətinin dəvət edilməsi bildirilmişdir. X7 email ünvanından “Unidez Center" MMC, İddiaçı və digərlərinin email ünvanlarına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin Bakı şəhəri, Tbilisi prospekti 187 ünvanında yerləşən inzibati binasında, eləcə də, S.Rüstəm küç. 54 ünvanında yerləşən “BATS”-a aid ərazinin dezinfeksiya xidmətinin həyata keçirilməsi xahiş edilmişdir. Elektron ünvan 2 email ünvanından iqrar.karimov @aztelekom.az email ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, bütün ərazi dezinfeksiya olunub, narahatçılığa əsas yoxdur. Göründüyü kimi, iddiaçı tərəfindən dezinfikesiya xidmətlərinin həyata keçirilməsi üçün təşəbbüs göstərilməmiş, sifariş verilməmiş,artıq pul köçürülməmiş, beləliklə də onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozmaması, habelə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi kimi öz təsdiqni tapmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4 məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə 1992-ci ildən cavabdeh müəssisədə fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi İddiaçı 210 (iki yüz on) manat məbləğin şirkət nümayəndəsi tərəfindən ona ödənilməsinə nail olaraq həmin məbləği alsa da əgər bu əməl pozuntu hesab edilsə belə - əməlin xarakterinə adekvat olmamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmışdır. Bu səbəbdən də, cavabdeh tərəfin iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 167/ş/AZT nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsi qeyd olunan normaya istinad etməklə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməlidir. Bununla yanaşı iş materiallarında olan sənədlərdən də görünür ki, şəxs əsassız olaraq işdən çıxarılmış, qulluq mövqeyindən sui-istifadə yolu ilə qanunsuz olaraq 210 manat məbləğində pul vəsaitini mənimsədiyi iddia olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə müvafiq olaraq inzibati xətalar haqqında işlər üzrə icraat aparılmışdır. Bunun nəticəsi olaraq iş kollektivi arasında nüfuzu zədələnmişdir. Yekun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qeyd edilən faktlar öz təsdiqini tapmamışdır. Qeyd edilən faktların hər biri şəxsə mənəvi zərər vurulmasını təsdiq edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin - iddiaçıya dəymiş mənəvi zərərin 1000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(004)- 141/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar