Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5547/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh şirkətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh şirkətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2(009)-1268/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14850 manat məbləğdə məzuniyyət pulunun və 55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2(009)- 1268/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(103)-5547/2023 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsi müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadında düzəliş edilməsi üçün işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası qeyd edilənlərə nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı Cavabdeh şirkətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2(009)-1268/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(103)- 5547/2023 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev