Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5557/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(005)-1720/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m olan mənzilə dair xx.xx.2022-ci il tarixli X1 yekunları protokollarının və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) 29 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, vəsatəti Yasamal rayon İcra şöbəsinin Bakı şəhərinin Yasamal rayonunun inzibati ərazisində yerləşməsini, işə həmin məhkəmədə baxılmasının daha ədalətli olması kimi əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(005)- 1720/2022 saylı qərardadı ilə (hakim Nuriyeva Səbinə) vəsatət təmin edilməmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil qərardaddan şikayət verərək, onun ləğv edilməsini və işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri vəsatətdə göstərilənlərlə uyğunluq təşkil etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(005)- 1720/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. Göstərilən daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı - ünvan 2yd olunmuşdur. MPM-in 31.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyi tələblərini, yəni iddia ərizəsinin ərazi aidiyyəti ilə bağlı tələblərə riayət edilməklə icraata qəbul edildiyini, eləcədə iddia tələbinin cavabdeh kimi "xxxx" MMC-yə yönəldiyini və sonuncunun hüquqi ünvanının olduğu yerə görə verildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhəməsi hazırkı mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə iddiaçı tərəfin şikayətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı mahiyyəti üzrə düzgündür, şikayətdə göstərilən dəlillər əsassız olmaqla qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(005)-1720/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(005)- 1720/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5557/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5557/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver