Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5557/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadından Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmlak payının naturada ayrılması və vurulmuş zərərin (əldən çıxmış faydanın) ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki 100530 ədəd (18,85%) səhmlərə sahibliyini nəzərə alaraq Cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi- 92 ünvanında yerləşən obyektinin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 1,968 kv.m qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektinin vahid girişindən ümumi istifadə etməklə torpaq sahəsindən 1256,5 kv. Metr ayrılmaqla 380 kv. metr qeyri-yaşayış sahəsinin, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən obyektinin ümumi girişindən istifadə etməklə torpaq sahəsindən 2.480 kv.m ayrılmaqla, 330 kv.m qeyri-yaşayış sahəsinin ayrılmasına və onun mülkiyyətinə verilməsinə, ona vurulmuş zərərin (əldən çıxmış fayda şəklində) Cəmiyyətdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarıİmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinə əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən məlum olmuşdur ki, onun Cavabdeh ASC-də olan 100530 ədəd (18,85%) səhmlərin əvəzində ünvan 2 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 2004,26 kv.m qeyri-yaşayış sahəsinin, həmin ünvanda yerlşən obyektin 2008-2012-ci illər dövründə icarəyə verilməsindən əldə olunan gəlir 2.749.950 manat, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə etməklə torpaq sahəsindən 1255 kv.m ayrılmaqla 327,6 kv.m qeyri-yaşayış sahəsinin, 2008-2012-ci illər ərzində icarəyə verilməsindən əldə olunan gəlir 68.976 manat, ümumilikdə isə hər iki obyekt üzrə 2.818.746,0 manat təşkil edir. Belə olan halda isə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Buna görə də ilkin iddia tələbləri ilə yanaşı, həmçinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki 100.530 ədəd (18,85%) səhmlərə sahibliyini nəzərə alaraq ünvan 3 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 2004,26 kv.m qeyriyaşayış sahəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə etməklə torpaq sahəsindən 1255 kv.m ayrılmaqla 327,6 kv.m qeyri-yaşayış sahəsinin, Əzizbəyov rayonu (Xəzər rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin ümumi girişindən istifadə etməklə torpaq sahəsindən 2479,4 kv.m ayrılmaqla, 194,6 kv.m qeyri-yaşayış sahəsinin ayrılmasına və onun mülkiyyətinə verilməsinə və ona 2.818.746,0 manat məbləğində vurulmuş zərərin (əldə çıxmış fayda şəklində) cəmiyyətdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələblərilə yanaşı, həmçinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki 100530 ədəd (18,85%) səhmlərə sahibliyini nəzərə alaraq ünvan 4 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.metr ayrılmaqla 2004,26 kv.metr qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə etməklə torpaq sahəsindən 1255 kv.metr ayrılmaqla 327,6 kv.metr qeyri-yaşayış sahəsinin, Əzizbəyov rayonu (Xəzərrayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin ümumi girişindən istifadə etməklə torpaq sahəsindən 2479,4 kv.m ayrılmaqla, 194,6 kv.m qeyri-yaşayış sahəsinin ayrılmasına, həmin sahələrə və tikililərə dair mülkiyyət hüquqlarının tanınaraq, bu hüquqların dövlət qeydiyyatına alınması barədə, həmçinin ona 2.818.746,0 manat məbləğində vurulmuş zərərin (əldən çıxmış fayda şəklində) cəmiyyətdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nin səhmdarlarının sırasından çıxarılması və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətindəki 100.530 ədəd (18,85%) səhminin qarşılığında ünvan 2 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsindən 1498,2 kv.m ayrılmaqla 2004,26 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin vahid girişindən istifadə edilməklə və torpaq sahəsindən 1255 kv.m ayrılmaqla 327,6 kv.m qeyri-yaşayış sahəsi, Xəzər rayonu (Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin ümumi girişindən istifadə edilməklə və torpaq sahəsindən 2479,4 kv.m ayrılmaqla 194,6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı verilməsi, həmin torpaq və qeyri-yaşayış sahələrinin naturada ayrılmasının aşağıdakı qaydada həyata keçirilməsi: ünvan 2 ünvanında yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: Həyətyanı sahədə sərhəd hasarı çəkilməsi, həmin qeyri- yaşayış obyektinin texniki pasportu üzrə göstərilən 4 nömrəli tikilidə (5 nömrəli tikilinin giriş hissəsindəki divarından 1,4 metr aralı) arakəsmə divarı hörülərək 4 nömrəli tikilinin 2-ci hissəsi, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 nömrəli tikililər digər tikililərdən təcrid olunması və həmin tikililər, həmçinin ofis və yuyucu sexi kimi istifadə olunan “B” tikilisi, texniki pasport üzrə göstərilən və təcrid şəkildə yerləşən “C”, “Ç”, “Çİ”, “D”, “E” tikililəri yerləşdikləri torpaq sahəsi ilə birlikdə və «A» tikilisinin 1-ci mərtəbəsində yerləşən 43,44,45,46,47 nömrəli tikililərin İddiaçı verilməsi, bölgü zamanı qeyd edilən torpaq sahəsinə Xəqani küçəsi tərəfdən olan giriş yolu bölünmüş sahəyə keçid məqsədilə tərəflərin ümumi istifadədəsində saxlanılması, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: Qeyriyaşayış obyekti üzrə giriş hissə tərəflərin ümumi istifadəsində saxlanılmaqla həyətyanı sahədə “A” saylı anbar binasının qarşısında sərhəd hasarı çəkilsin, həmin binanın texniki pasport üzrə göstərilən 1 nömrəli tikilisində arakəsmə divarından 9 metr aralı əlavə arakəsmə divar hörülsün və 1 nömrəli tikilinin bir hissəsi, həmçinin 2, 3, 4, 5 nömrəli tikililərin İddiaçı verilməsi, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən obyektin torpaq və qeyri-yaşayış sahəsinə münasibətdə: qeyri-yaşayış obyekti üzrə həyətyanı sahədə “C” nömrəli yaşayış binasının qarşısında sərhəd hasarı çəkilərək bu tikili digər tikililərdən təcrid olunması və həmin binanın texniki pasport üzrə göstərilən 1,2,3,4,5 nömrəli tikililəri İddiaçı verilməsi, yuxarıda göstərilən torpaq və qeyri-yaşayış sahələri üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınması və iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması, Cavabdeh ASC-dən İddiaçı xeyrinə vurulmuş zərərin (əldə çıxmış fayda şəklində) əvəzi qismində 2.818.746,0 manat məbləğində pul tutulması, Az. Res. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2013-cü il tarixli 485 saylı (məhkəmə tikintitexniki) və xx.xx.2013-cü il tarixli 11966 saylı (məhkəmə-mühasibatlıq) ekspert rəyləri ilə bağlı ekspertiza xərci - 200 (iki yüz) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq Az. Res. dövlət büdcəsinə (hesab: Az.MEM VÖİN********** X3, KOD 210005 VÖEN **********, Müxbir hesab Az 41 NABZ ********************4 S.W.l.F.T. Bik: CTREAZ 22 Hesab AZ 34 CTRE ********************) köçürülməsi, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin 24 aprel 2013-cü il tarixli ƏBİ/A 15-267 JMs-li ekspert rəyi ilə bağlı ekspertiza xərci 150 (bir yüz əlli) manat məbləğində pul cavabdeh Arena» Açıq Səhmdar Cəmiyyətindən tutularaq Əmlak Bazarı İştirakçıları) İctimai Birliyinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən 12 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2496/2017 saylı, 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, 22 aprel 2014-cü il tarixli qətnaməsi ‘‘ünvan 5 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsinin 1498,2 kv. metr hissəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin torpaq sahəsindən 1255 kv.m hissəsinin, Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin torpaq sahəsinin 2479,4 kv.m hissəsinin iddiaçıya verilməsi, həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, iddiaçının torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə olunması” hissəsində ləğv olunması və həmin hissələrdə iddianın təmin olunmaması qət edilmişdir. 26 dekabr 2022-ci ildə Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək maraqlarına toxunan şəxs kimi tanınmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, 16 mart 2023-cü il tarixli qərardadı ilə, İddiaçı - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3-cü şəxslər olan) «əmlak payının naturada ayrılması və vurulmuş zərərin (əldən çıxmış faydanın) ödənilməsi» tələbinə dair mülki iş üzrə əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC maraqlarına toxunan şəxs kimi tanınmışdır. Maraqlı şəxs əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Maraqlı şəxsin ərizəsi onunla əsaslandırmışdır ki, 2014-cü ildən əvvəl Cavabdeh ASC-nin nizamnaməsindəki əmlakların həcmində azalma olduğu baxımından, qətnamədə qət edilmiş məsələ əsas səhmdar Maraqlı şəxs MMC-nin maddi maraqlarına əhəmiyyətli dərəcədə toxunur. Yəni iddiaçıya 18,85% əmlak verildiyi zaman, Maraqlı şəxs MMC-nin əmlak payına girişmiş olur. Lakin qətnamə ilə bağlı məhkəməyə əsas səhmdar Maraqlı şəxs MMC cəlb edilməmiş, adı çəkilən qətnamə barəsində ona məlumat verilməmişdir. "xxxx" MMC 2014-cü il tarixli qətnamə və onun nəticəsindən 2022-ci ilin sonlarına yaxın məlumatlı olmuşdur.Maraqlı şəxs MMC xx.xx.2022-cü il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli müiki iş üzrə maraqlarına toxunulan şəxs kimi qəbul edilməsini və həmin qətnamədən apellyasiya şikayəti vermək üçün Bakı səhəri Səbail,Rayon Məhkəməsinə 2(009)- 1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin ona təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Maraqlı şəxs MMC-ni 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli mülki iş üzrə maraqlı şəxs kimi tanımış və apellyasiya şikayəti vermək üçün qətnaməni rəsmi qaydada Maraqlı şəxs MMC-yə təqdim etmişdir. Belə ki, İddiaçı Cavabdeh ASC-nin icarədə olan əmlakından idarəçilərin çıxarılması barədə yeni qətnamə qəbul ediləndən sonra qətnamə Cavabdeh ASC tərəfindən Maraqlı şəxs MMCyə təqdim edilmiş və qeyd olunan qətnamənin ‘Tərlan C” MMC-nin maraqlarına əhəmiyyətli dərəcədə toxunduğu məlum olmuşdur. Bu səbəbdən də Maraqlı şəxs MMC tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilən prossesual müddətin bərpası zərurəti vardır. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 25 aprel 2023cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən maraqlı şəxs əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. 10 may 2023-cü il tarixdə maraqlı şəxs əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC-nin nümayəndəsi qərardaddan şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 11 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3827/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs MMC-nin şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 25 aprel 2023- cü il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Maraqlı şəxs MMC-nin ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən maraqlı şəxs əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. 04 avqust 2023-cü il tarixdə maraqlı şəxs əvvəlki adı ilə "xxxx" MMC hazırda Maraqlı şəxs MMC-nin nümayəndəsi qərardaddan şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 07 avqust 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə hazırda maraqlı şəxs tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. İş materiallarında olan 24 iyun 2017-ci il tarixli cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağının iclas protokolundan görünür ki, 24 iyun 2017-ci il tarixli cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağının iclası keçirilmiş, ümumi yığıncaqda 98,73% səsə malik 25 səhmdar (o cümlədən Cəmiyyətin 75,73% səhmlərinə sahib olan Mersol MMC) iştirak etmişdir. Ümumi yığıncağın gündəliyində müzakirəyə 7 məsələ verilmiş vəhər bir məsələ haqda qərar qəbul edilmişdir. Ümumi yığıncaqda müzakirə edilən məsələlərdən biri də İddiaçı 18,85% səhmlərinin əvəzində əmlak payının naturada ayrılmasına razılıq verilməsi məsələsi olmuşdur. Cavabdeh ASC-nin 24 iyun 2017-ci il tarixli səhmdarlarının ümumi yığıncağında müzakirə edilən 4-cü məsələ haqda qərar qəbul edilmiş və səmdarların 98,68%-nin səs çoxluğu ilə İddiaçı İsamyıl oğlunun 18,85% səhmlərinin əvəzində əmlak payının naturada ayrılmasına razılıq verilmişdir. Həmin protokoldan görünür ki, Cavabdeh ASC-nin İdarə Heyətinin üzvü "xxxx" MMC-nin nümayəndəsi X6 iclası açıq elan etmiş və iclasda iştirak edən şəxslər barəsində məlumat vermişdir. İş materiallarında olan qəzet vərəqəsinin surətindən görünür ki, 24 iyun 2017-ci il tarixdə Cavabdeh ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcəyi ilə bağlı Cavabdeh ASC-nin Müşahidə Şurası tərəfindən elan yerləşdirilmişdir. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 25 avqust 2017ci il tarixli çıxarışından görünür ki, Cavabdeh ASC-nin həm əvvəlki, həm də həmin dövr üçün Müşahidə şurasının üzvləri sırasında X4 vardır. Eyni zamanda həmin dövr üçün ASC-nin qanuni təmsilçisi X7 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX (icarəyəverən) ilə (icarəçi) Cavabdeh ASC (X7) arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 532 nömrəli müqavilənin surətindən görünür ki, ünvan 6 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 5961.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX (icarəyəverən) ilə (icarəçi) Cavabdeh ASC (X7) arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 540 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 6567.4 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX (icarəyəverən) ilə (icarəçi) Cavabdeh ASC (X7) arasında bağlanmış 08 iyul 2021-ci il tarixli 593 nömrəli müqavilənin surətindən görünür ki, ünvan 8 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12930.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Daha sonra həmin qərarda qeyd edilmişdir ki, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən obyektin ümumi torpaq sahəsinin 1498,2 kv. metr hissəsinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektin torpaq sahəsindən 1255 kv.m hissəsinin, Bakı şəhəri, Xəzər rayonu (Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən obyektin torpaq sahəsinin 2479,4 kv. metr hissəsinin iddiaçıya verilməsi, həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, iddiaçının torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə olunması qət edildikdən sonra həmin əmlakların naturada ayrılmasına razılıq verilməsinə dair məsələ 24 iyun 2017-ci il tarixli Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağında müzakirə edilmiş və qərar qəbul edilmişdir. İş materiallarında olan 22 iyun 2017-ci il tarixli "xxxx" MMC-nin təsisçisi X2 qərarı ilə Cavabdeh ASC-nin 24 iyun 2017-ci il tarixdə keçiriləcək növbədənkənar iclasında "xxxx" MMC-nin adından çıxış etmək, müzakirə olunan məsələlərə münasibət bildirmək, qəbul olunan qərarları imzalamaq səlahiyyəti "xxxx" MMC-nin nümayəndəsi X5 həvalə olunmuşdur. Bundan sonra 24 iyun 2017-ci il tarixdə keçirilmiş yığıncaqda "xxxx" MMC-nin nümayəndəsi qismində X7 da iştirak etmişdir. Eyni zamanda iş materialları ilə təsdiq olunur ki, 30 iyun 2021 və 08 iyul 2021-ci il tarixli müqavilələr ilə icarəçi qismində Cavabdeh ASC-nin nümayəndəsi kimi X7 tərəfindən imzalanmaqla məhkəmə qətnaməsi ilə İddiaçı xeyrinə naturada ayrılması qət edilən hissə çıxarılmaqla hər 3 əmlakın yerdə qalan hissəsi Cavabdeh ASC tərəfindən icarəyə götürülmüşdür. Səbail rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli qətnaməsindən keçmiş adı ilə "xxxx" MMC, hazırki adı ilə Maraqlı şəxs MMC ən azından 2017-ci il tarixdə məlumatlı olmuşdur. Belə ki, həmin qətnamə ilə qət olunan məsələ 24 iyun 2017-ci il tarixdə keçirilmiş Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağında müzakirə olunarkən həmin iclasda və qərar qəbul edilməsində "xxxx" MMC-nin nümayəndəsi qismində X7 da iştirak etmişdir. Eyni zamanda həmin iclas keçirilən dövrdə isə "xxxx" MMC-nin təsisçisi X4 eyni zamanda Cavabdeh ASC-nin Müşahidə şurasının sədri olmuşdur. İddia tələbinə Səbail rayon Məhkəməsində mahiyyəti üzrə baxılarkən "xxxx" MMC işə cəlb edilməsə də, Cavabdeh ASC iş üzrə cavabdeh qismində iştirak etmişdir və həmin dövrdə də ASC-nin Müşahidə şurasının sədri məhz "xxxx" MMC-nin təsisçisi X4 olmuşdur. Bu səbəbdən məhkəmə qeyd edir ki, Səbail rayon məhkəməsində işə baxılarkən "xxxx" MMC-nin təsisçisi X2 Cavabdeh ASCnin Müşahidə şurasının sədri, qətnamədə qət olunan məsələdən isə həm "xxxx" MMCnin təsisçisi X2 Cavabdeh ASC-nin Müşahidə şurasının sədri, həm də 24 iyun 2017-ci il tarixdə keçirilmiş Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağında "xxxx" MMC-nin nümayəndəsi X7 şəxsində məlumatı olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Səbail Rayon Məhkəməsinin 22 aprel 2014cü il tarixli qətnaməsindən keçmiş adı ilə "xxxx" MMC, hazırki adı ilə Maraqlı şəxs MMCnin yalnız 2022-ci ilin sonlarında məlumatlı olması inandırıcı deyil. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, Maraqlı şəxs MMC-nin dəlilləri buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Belə ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1177/2014 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5557/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5557/2023
04.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver