Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5565/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyul 2023-cü il tarixli qərardaddan iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 vəkili (nümayəndəsi) Vəkil6 vasitəsi ilə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 31 saylı Notariat Ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması tələbi barədə” qarşılıqlı iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və X5 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması tələbi barədə” iddia ərizəsi; müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişlər. Bundan sonra müstəqil tələb irəli sürən üçüncü şəxs Kamilə Heydərova vəkili (nümayəndəsi) Vəkil6 vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Kamilə Heydərovanın verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizənin icraata qəbul edilməməsini və ərizənin geri qaytarılmasını qərara almışdır. Kamilə Heydərovanın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı onunla əsaslandırmışdır ki, iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin icraata götürülməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi və ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçıdan asılı olmayan səbəblərə görə təqdim edilməməsinin əsasları müəyyən edilmədiyindən, ərizə məhkəmə baxışı gedişində icraata götürülmədən geri qaytarılmalıdır. Kamilə Heydərovanın həmin qərardaddan verdiyi şikayət isə onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni icraata götürmədən geri qaytarmışdır. Bundan sonra tərəflərinən şahidin (bundan öncə dinlənilmiş) dinlənilməsinə, digər şahidin ərizəsinin və sübut qismində olan üçüncü şəxslər tərəfindən miras kimi qəbul edilmiş “üzüyün” iş materiallarına əlavə edilməsinə dair vəsatət təmin edilmişdir. Şahidin dinlənilməsi zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş üzük və iş materiallarında olan saat (şəkil) məhrum X2 məxsusdur və rəhmətə gedəndən sonra həmin əmlaklar üçüncü şəxslərin sahibliyində olmuşdur. Beləliklə, şahidin verdiyi izahat asasında həmin əsaslar yenidən yaranmışdır. Eyni zamanda, onlardan asılı olmayan səbəblərdən yaranması da açıq aşkar görünür. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsində şahid qismində ifadə vermiş şəxslər “nişan üzüyünün” məhz mərhum X2 məxsus olmasını təsdiq etmişlər. Bundan sonra isə müstəqil tələb irəli sürən üçüncü şəxs Kamilə Heydərovanın vəkili (nümayəndəsi) məhkəmə baxışı zamanı yeni əsaslar yaranmasına istinad etməklə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa yol verilən hallardan biri də bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması göstərilmişdir. Hazırki iş üzrə də müstəqil tələb irəli sürən üçüncü şəxs Kamilə Heydərovanın vəkili (nümayəndəsi) tərəfindən verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə məhkəmə baxışı zamanı yaranmış yeni əsaslara istinad edilməklə verilmişdir. Rayon Məhkəməsi isə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin verilməsi üçün əsasların məhkəmə baxışında yaranıb-yaranmamasını araşdırmamışdır. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni icraata götürülmədən geri qaytarmaqla haqlı olmamışdır. Şikayətin dəlili əsassız deyil. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 iyul 2023-cü il tarixli qərardad ləğv edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin qəbulu məsələsinə yenidən baxılması üçün iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5565/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5565/2023
29.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver