Məhkəmə qərarları › İş №2(103)-557/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-557/2024

15.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-557/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müavinətin tam ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh “Azneft” İB-in nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1629/2023 saylı iş üzrə 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2009-cu il tarixli 57 və 06-19ə nömrəli “ARDNŞ işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarından görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşmanın imzalanması qərara alınmışdır.

2. İş üzrə ARDNŞ-nin və ANQSİHİRK-nin 14 avqust 2009-cu il tarixli ARDNŞdə işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” birgə əmr-qərara dəyişiklik edilməsi haqqında əmr-qərarından görünür ki, 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bənddə “qərarı olduğu tarixdən” sözlərindən sonra “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözləri əlavə edilmişdir.

3. İş üzrə SOCAR “Azneft” İB tərəfindən “Azəriqaz” İB-yə ünvanlanmış məktubun surətindən görünür ki, “Azəriqaz” İB-nin xx.xx.2017-ci il tarixli SOCAR**********30740457X00044 nömrəli “əlil pensiyaçılara birdəfəlik işdənçıxma müavinətinin ödənilməsi haqqında” məktubuna baxılmış, SOCAR-a ünvanladığı məktubda əlil işçilərin qanunvericiliklə müəyyən edilmiş təqaüd yaşına çatdıqda, onlarla bağlanmış əmək müqaviləsinin xitamı zamanı orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətin bu kateqoriyaları şəxslərə şamil olub-olunmamasına münasibət bildirilməsi xahiş edilmişdir. Bununla əlaqədar bildirilir ki, SOCAR-ın və Azərbaycani Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarının (Əmr-Qərar) 4-cü bəndinə əsasən, işdənçıxarma müavinəti həmin Əmr-Qərarın verildiyi, eləcə də xx.xx.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdığı tarixdən bir ay müddətində öz təşəbbüsü ilə işdən çıxan və yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənlə müvafiq razılaşma imzalayan şəxslərə verilə bilər. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində əmək pensiyalarının 3 növü, yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya növü müəyyən olunmuşdur. Qeyd olunan Əmr-Qərarda da işçinin yaşa görə əmək pensiya almaq hüququnun yarandığı vaxt, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma ödənilməsi nəzərdə tutulur və əlilliyə görə əmək pensiyası təyin olunmuş işçilər də qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bu hüququndan istifadə edə bilərlər.

4. İş üzrə “İşəgötürən” qismində “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin rəisi ilə “İşçi” qismində İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair İşəgötürənlə işçi arasında xx.xx.2023-cü il tarixli Razılaşmanın surətindən görünür ki, tərəflər ARDNŞ və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli ƏmrQərarının 4-cü bəndinə və ARDNŞ və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 112/07- 22ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən işçi müvafiq müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət edərsə, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi qaydası müəyyən edildiyini nəzərə alaraq aşağıdakılar barədə razılığa gəlmişlər: -İşçi Razılaşmanın şərtlərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada İşəgötürənlə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi məqsədi ilə müraciət edir (bənd 1.1); -İşçi əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxarma müavinətdən və son haqq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını bəyan edir və təsdiqləyir (bənd 1.3); - İşəgötürən Razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə İşçiyə cəmi 10059,25 manat məbləğində müavinəti ödəməyi öhdəsinə götürür (bənd 2.1); - Bu Razılaşma işçi tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş qaydada xitam verildiyi halda və ARDNŞ və ANQSİHİRKnin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarının 57/06-19ə nömrəli Əmr Qərarının 4-cü bəndi və ARDNŞ və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 112/07-22ə nömrəli Əmr-Qərarının 1-ci bəndi ilə Kollektiv müqavilənin 5.16-cı bəndinin qüvvədə olduğu müddət ərzində tətbiq edilir.

5. İş üzrə İddiaçı işlədiyi müddət ərzində aldığı əmək haqqı hesablaşması barədə məlumatdan görünür ki, İddiaçı 172,09 manat (kompensasiyacari il), 1.524,81 manat (kompen.1-ci əvvəlki dövr), 1.524,81 manat (kompen.2-ci əvvəlki dövr), 450,32 manat (saatlıq tarif maaşı), 54,04 manat (oklad/tarif-Zərərli iş), 337,74 manat (oklad/tarifDəniz əmsalı), 242,48 manat (norm.artıq. vaxt. növbə), 96,99 manat (gecə saat işə ödəniş), 72,74 manat (gecə saatı – Dəniz əmsalı), 21,65 manat (işə gediş-gəlişə görə ödən.), 45,03 manat (iş staj.görə əlavə ödəniş), 10.059,25 manat (müav.əm.müqav.iş.təş.xitam), cəmi 14.601,95 manat hesablanmış, həmin məbləğdən 73,01 manat (işsizlik ödənişi-işçidən), 438,06 manat (3% ə/h-dan DSMF-a tutulma), 146,02 manat (Həmkarlar İttifaqı), 2.479,00 manat (gəlir vergisi), 241,34 manat (icbari tibbi sığorta-işçi), cəmi 3.377,43 manat tutulmuş, ödəniləcək məbləğ 11.224,52 manat təşkil etmişdir.

6. İş üzrə İddiaçı tərəfindən “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və SOCAR və ANQSİHİRK arasında 2022-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin ödənilməsin icazə verilməsini xahiş etmişdir.

7. İş üzrə SOCAR Cavabdeh “Neft Daşları” NQÇİ-nin xx.xx.2023-cü il tarixli 14- 2-1-5/3-1K-45/2023 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsini rəhbər tutaraq və yaşa görə təqaüdə çıxması ilə əlaqədar Cavabdeh “Neft Daşları” NQÇİ-nin QKS-nin Vakuum kompressor xidmət sahəsinin 05-ci dərəcəli kompressor qurğularının maşinisti İddiaçı ilə xx.xx.2013-cü il tarixli, 294 nömrəli əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi, SOCAR və ANQSİHİRK arasında 2022-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinətinin ödənilməsi əmr verilmişdir. Əsas: İddiaçı şəxsi ərizəsi.

8. İş üzrə “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən verilmiş arayışına əsasən “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsinin 5-ci dərəcəli kompressor qurğularının maşinisti İddiaçı xx.xx.2023-cü il tarixə orta aylıq əmək haqqından vergi tutulmayan hissənin 5 misli 10.059,25 manat təşkil edir.

9. İş üzrə “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən verilmiş arayışından görünür ki, “Azneft” İB “Neft Daşları” NQÇİ-nin işçisi olmuş İddiaçı Nazim oğlunun xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə öz ərizəsinə (AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmişdir. İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06- 19a nömrəliəmr qərarının 4-cü bəndinə və ona edilmiş xx.xx.2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli 10.059,25 manat məbləğində işdən çıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 1989,81 manat təşkil edir.

10. İş üzrə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-02664 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək mübahisəsi üzrə xx.xx.2023- cü il tarixdə saat 14.00-dan 14.30-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, uzun illər yəni xx.xx.2010-cu ildən xx.xx.2023-cü il tarixinə qədər “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2023- cü il tarixli 14-2-1-5/3-1 k-45/2023 saylı əmr ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq yaşa görə təqaüdə çıxması ilə əlaqədar öz müraciəti ilə işdən azad olunmuşdur. Ödənilmiş işdən çıxmaya görə müavinətinin az olması səbəbindən bu barədə mühasibatlığa müraciət etmiş və ona bildirilmişdir ki, ödənilmiş son haqqhesabdan tutulmalar olmuşdur. Təqdim edilən haqq-hesab vərəqəsindən də görünür ki, ona ödənilməli olan cəmi 11.224,52 manat məbləğində puldan 2479 manat gəlir vergisi tutulmuşdur. Hesab edir ki, bu tutulmalar qanunsuz və əsassızdır. Belə ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il (əmək müqaviləsinə xitam verilən gün) tarixli razılaşmanın 2.1-ci bəndinə əsasən işəgötürən həmin razılaşma ilə müəyyən edilmiş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 10059,25 manat məbləğində müavinat ödəməyi öhdəsinə götürmuşdur. Lakin buna baxmayaraq həmin məbləği tam ödəməmişdir. Bununla əlaqədar idarəyə müraciət edərək əmək haqqından qanunsuz tutulmaların qısa zamanda qaytarılmasını bildirmişdir. Lakin buna baxmayaraq heç bir nəticə olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “Azneft” İBnin “Neft Daşları” NQÇİ tərəfindən ona ödənilmiş müavinətdən tutulmaların qanunsuz və əsassız hesab edilərək tutulmuş 2479 manat və 50 manat mediasiya xərcini, ümumilikdə 2529 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuşdur. İddiaçı ilə “Azneft” İB xx.xx.2023-cü il tarixdə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik ödəniş edilməsinə dair razılaşma bağlanmışdır. “Azneft” İB-nin xx.xx.2023- cü il tarixdə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik ödəniş edilməsinə dair razılaşma bağlanmışdır. “Azneft” İBnin xx.xx.2023-cü il tarixli 14-2-1-5/3-1K-45/2023 saylı əmr ilə İddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarının 4-cü bəndinə və ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 112/07-22Ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin verəcəyindən xəbəri olmuşdur. 02/2023 tarixli haqqhesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli miqdarından və digər ödənişlərdən vergi tutulmuş və İddiaçı bundan xəbəri olmuşdur. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilib, ARDNŞ-nin ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr- Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində birdəfəlik müavinəti də daxildir. İddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinəti olaraq 10.059,25 manat pul hesablanmış, həmin puldan 1989,81 manat gəlir vergisi tutulmuşdur. Həmin Əmr-Qərarın girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin xx.xx.2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrinin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə” xərclərin, azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir”. Sözügedən əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Göründüyü kimi iddiaçı onunla bağlanmış əmək müqaviləsi onun yazılı ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilmiş və bununla əlaqədar orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsi haqqında əmək müqaviləsinin ləğv edilməsinə dair razılaşma bağlandıqdan sonra həmin məbləğ iddiaçılara ödənilmişdir. Vəsatətin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları, Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olunması üçün heç bir qanuni əsası yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70-ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c” və “e” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Müqaviləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Həmçinin Azərbaycan Respublikası VM-nin 102.1.4-cü maddəsində (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır) hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlərdən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir və qanunsuzdur. Bundan əlavə, işçinin ərizəsi əsasında əmək müqaviləsi ləğv olunduqda, əmək müqaviləsinin müddəti başa çatdığı üçün ləğv olunduqda, işçi attestasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsi ləğv olunduqda, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunduqda (məsələn, üzürsüz səbəbdən və xəbərdarlıq etmədən bir iş günü ərzində işə gəlmədiyinə görə və s.) sınaq müddəti ərzində (mak.3 ay) işçi özünü doğrultmadığına görə əmək müqaviləsi ləğv olunduqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə (65 yaş) çatdığına görə işdən azad edildikdə, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə, əmək müqaviləsində tərəflərin müəyyən etdiyi hər hansı digər bir səbəbə görə əmək müqaviləsi xitam olunduqda işçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir. Bundan əlavə, Əmək Məcəlləsinin 175.4cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1- ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Bundan əlavə iddiaçı iddia ərizəsində ona ödənilməli olan 10.059,25 manat məbləğində puldan 2479 manat tutulmasını qeyd etməsi əsassızdır. Belə ki, 02/2023 saylı haqqhesab vərəqəsindən görünür ki, iddiaçıya hesablanmış 2479 manat gəlir vergisinə həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ölənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir.

13. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ-nin Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsas ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmr qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. Əmək Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəllənin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. İddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırda halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1629/2023 saylı iş üzrə 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdehndən İddiaçı xeyrinə ödənilmiş müavinətdən gəlir vergisi kimi çıxılmış və iddiaçıya müavinətin ödənilməyən hissəsini təşkil edən 1989,81 manat, həmçinin mediasiya xərcləri kimi ödənilən 50 manat, cəmi 2039,81 (iki min otuz doqquz manat, səksən bir qəpik) manat məbləğində pulun tutulması, Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 39,89 (otuz doqquz manat, səksən doqquz qəpik) manat məbləğində pulun tutulması qət etmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-ci bəndinin “a” və “e” yarımbəndlərinə, 69-cu maddəsinin 3-cü hissəsinə, 75-ci maddəsinin 1-ci hissəsinə, 2-ci hissəsinin “a” bəndinə, 77, 175-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4.1, 97.3, 98.1, 102.1.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1, 36.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

16. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iddianın təmin edilmə əsası kimi qətnamədə qeyd etmişdir ki, işdənçıxama müavinətindən vergi məbləğinin tutulmasına yol verilmir. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70-ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c” və “e” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Həmçinin, Azərbaycan RespublikasıVM-nin102.1.4-cü maddəsində (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.) hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlərdən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir və qanunsuzdur. Bundan əlavə, işçinin ərizəsi əsasındaəmək müqaviləsi ləğv olunduqda; əmək müqaviləsinin müddəti başaçatdığı üçün ləğv olunduqda; işçi aGestasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsi ləğv olunduqda; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunduqda (məsələn, üzürsüz səbəbdən və xəbərdarlıq etmədən bir iş günü ərzində işə gəlmədiyinə görə vs.); sınaq müddəti ərzində (mak. 3 ay) işçi özünü doğrultmadığına görə əmək müqaviləsi ləğv olunduqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə (65 yaş) çatdığına görə işdən azad edildikdə; tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə; əmək müqaviləsində tərəflərin müəyyən etdiyi hər hansı digər bir səbəbə görə əmək müqaviləsi xitam olunduqdaişçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir. Bundan əlavə, Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddəəmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. İş materiallarından da göründüyü kimi əmək müqaviləsinə işçilərin ixtisar edilməsi və sayının azaldılması ilə deyil, işçinin özərizəsi əsasındaxitam verilmişdir.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu qənaətə gələrkən işin faktiki hallarını düzgün araşdırmamış və tətbiq edilməli maddi hüquq normalarının tələblərini əhəmiyyətli şəkildə pozmuşdur. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarındanaşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Halbuki, Vergi Məcəlləsinin102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri; Əvəzsiz dövlət köçürmələri; Dövlət pensiyaları və dövlət təqaüdləri; İşçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi. Göründüyü kimi vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bu müavinət həmin Məcəllənin 77-cimaddəsinin 3-cü hissəsi ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə g ö r ə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Hazırkı halda isə işəgötürəntərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Eyni zamanda bildiririk ki, məhkəmənin məsələyə dair ifadə etdiyi mövqe kökündən yanlış olmaqla Azərbaycan Respublikası Konstitusiyasına və Vergi Məcəlləsinin bir sıra müddəalarına ziddir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən ona ödənilən vəsaitdən vergi tutulması barədə məlumatlı olmuşdur. Bununla bağlı sübutlar cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən qeyd olunan sübuta qiymət məhkəmə tərəfindən qeyd olunan sübuta qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Digər prosessual hərəkətlər

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-557/2024 nömrəli iş üzrə 10 yanvar 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə, Vergi Məcəlləsinin 2.4-1-ci və 102.1.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560.2 və 560.3.3-cü maddələrinin şərh edilməsinə dair sorğu üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı qüvvəyə minənədək dayandırılması qərara alınmış, daha sonra Kollegiyanın 30 aprel 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı dərc edildiyindən mülki işin icraatı təzələnmişdir.

d) Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azneft” İB-in nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

23. 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

24. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarına tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar daxildir.

25. 70-ci maddəsinə görə Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

26. 77-ci maddəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

27. 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin

28. 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (Vergi Məcəlləsinin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

29. 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki halda, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1629/2023 saylı iş üzrə 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

39. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

41. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

42. İş materiallarından müəyyən olunur ki, İddiaçı uzun illər Cavabdeh “Neft Daşları” NQÇİ-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Eyni zamanda iddiaçıya ARDNŞ-nin və ANQSİHİRK-nn 2022-2023-cü il üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16- cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin müavinətdən 1989,81 manat gəlir vergisi tutulmuşdur.

43. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur və onunla əmək müqaviləsinə xitam verilərək əmək haqqının 5 misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilərkən ondan vergi çıxılmışdır. İddiaçı hesab edir ki, ona ödənilən müavinətdən verginin tutulması qanunsuz olmuşdur və bu səbəbdən iddiaçı müavinətin ödənilməyən hissəsinin (vergiyə çıxılmış hissəsinin) cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

44. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı hesab etməklə təmin etmişdir.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

46. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarı ilə müəyyən olunmuşdur ki, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.

47. Kollegiya ilk növbədə qeyd edir ki, əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Belə təminatlardan biri də əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar işəgötürən tərəfindən işçiyə müavinətlərin, eləcə də işdənçıxarma müavinətlərinin ödənilməsidir. İşdənçıxarma müavinətinin hansı hallarda və miqdarda ödənilməsi isə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

48. Hazırkı mülki iş materiallarından görünür ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası işçinin təqaüd yaşına çatması ilə əlaqədar olmuşdur. Bu halda işəgötürən tərəfindən verilmiş işdən çıxma müavinəti əmək qanunvericiliyinin imperativ tələbindən irəli gəlməmişdir və könüllü xarakter daşıyır. Yəni, verilmiş müavinət Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənən müavinətlərlə eyniləşdirilə bilməz.

49. Kollegiya işəgötürən tərəfindən könüllü qaydada işçiyə verilmiş işdənçıxma müavinətindən vergi tutulub-tutulmaması ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (Vergi Məcəlləsinin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Əmək münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir.

50. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.

51. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə, məhz Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin, həmçinin həmin maddənin 7-ci hissəsi ilə müəyyən edilən işçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Belə ki, əvvəldə də göstərildiyi kimi, bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması, eləcə də ölümü səbəbindən ailəsinin üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bu ödəmələrin gəlir vergisindən azad edilən ödənişlər kateqoriyasına aid edilməsi dövlətin vətəndaşların layiqli həyat səviyyəsinin qayğısına qalması və sosial müdafiəsinin təmin edilməsi ilə bağlı vəzifəsinin icrasına yönəlmişdir.

52. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir.

53. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid edilmişdir.

54. Odur ki, Konstitusiyanın 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. (“Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarı)

55. Yuxarıda qeyd edilənlərə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən iş üzrə düzgün nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1629/2023 saylı iş üzrə 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar