Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5574/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli, 2(005)-936/2021 nömrəli qətnaməsindən Ərizəçi nümayəndəsi Musabəyova İradə(İrina) Rza qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs şəxslər kimi Bakı şəhəri Maraqlı şəxs1 və X1 göstərməklə ərizə ilə məhkəməyə müraciət edərək 27 sentyabr 1995-ci il tarixli atalığın müəyyən edilməsi barədə şəhadətnamənin ləğv edilməsi, doğum haqqında şəhadətnamədə dəyişiklik edilərək ata qrafasında “X2” ifadəsinin “X3” ifadəsinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli, 2(005)-936/2021 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədən Ərizəçi nümayəndəsi Musabəyova İradə(İrina) Rza qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətlərini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yəni Musabəyova İradə(İrina) Rza qızı tərəfindən imzalanmış, sonuncu apellyasiya şikayətini imzalamasını apellyasiya baxışı zamanı da təsdiq etmişdir. Belə ki, ərizəçi tərəfindən verilmiş və işdə olan etibarnamə Musabəyova İradə(İrina) Rza qızına ümumiyyətlə ərizəçini məhkəmədə təmsil etmək üçün verilməmişdir. Yəni, etibarnamədə nümayəndəyə məhkəmədə iştirak etmək və MPM-in 74-cü maddəsində nəzərdə tutulan, o cümlədən etibarnamədə xüsusi göstərilməsi nəzərdə tutulan məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyətlər verilməmişdir (bax.i.v. 27). Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli, 2(005)-936/2021 nömrəli qətnaməsindən Ərizəçi nümayəndəsi Musabəyova İradə(İrina) Rza qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 74, 361, 363, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Ərizəçi nümayəndəsi Musabəyova İradə(İrina) Rza qızının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli, 2(005)-936/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5574/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5574/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver