Məhkəmə qərarları › İş №2(103)-5578/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5578/2020

13.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5578/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X10, Cavabdehin nümayəndəsi-vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-250/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı 3-cü şəxs qismində “xxxxxx” MTK cəlb olunmaqla “pul” təbəinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 593-cü məhəllə ünvanındakı 5 bloklu binada yerləşmiş, ona məxsus iki ədəd 4 və bir ədəd 3 otaqlı mənzilin satışından Cavabdeh əldə etdiyi 240000 ABŞ dolları məbləğində pul vəsaitinin ondan alınaraq ona qaytarılmasına, həmçinin 2012-ci ilin avqust ayından 2019-cu ilin avqust ayının birinə kimi istifadə etdiyi və qaytarmalı olduğu halda qaytarmadığı 300000 ABŞ dollarına görə illik beş faiz olmaqla gecikdirməyə görə vurulmuş zərərlə bağlı 105000 ABŞ dolları faiz məbləğinin, cəmi 345000 (üç yüz qırx beş min) ABŞ dolları məbləğində pul vəsaitinin ondan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İran İslam Respublikasının vətəndaşıdır, Tehran şəhərində yaşayır, ixtisasca mühəndisdir, fabrik işlədir. Artıq 73 yaşı tamam olmuşdur. Əslən Bakıdandır, azərbaycanlıdır. Bir zamanlar - sovet hökumətinin təqiblərindən qurtulmaq üçün İrana köç etmiş həmvətənlərin nəslindəndir. Azərbaycanı sevən,bu ölkəyə bağlı olan bir şəxsdir. Hal-hazırda Bakışəhərində yaşayan, Azərbaycan vətəndaşı olan qohumları da vardır. 1990-cı illərin əvvəllərindən Azərbaycana gəlib-gedir. 2000-ci illərin əvvəllərində Azərbaycana - öz doğma ana vətəninə investisya yatıran, tikinti sektoruna yatırım edən şəxslərdən də biridir. Cavabdehlə də elə həmin zamanlarda - Bakıda tikinti sektoruna yatırım etdiyi zamanlarda hüquqi işlərinin həllindən ötrü dostlarının köməyi ilə tanış olmuşdur. ünvan 2 593-cü məhəllədə yerləşən (hazırki ünvan: Yasamal rayon, Məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi, ev 2C və 2D)5 bloklu binanın tikinti ortaqlarından biri olmuşdur. Həmin ünvanda sovet hökuməti vaxtından yarımçıq qalmış binanın mühəndislik layihələri və təklifləri əsasında sökülüb yenidən daha keyfiyyətli şəkildə inşa olunmasının memarıdır. Həmin tikintiyə 2000-ci illərin əvvələri üçün böyük miqdar hesab olunan külli miqdarda vəsait yatırmışdır, bunun üçün İranda mülkiyyətində olan zavodunu, böyük torpaq sahələrini sataraq bu işə sərmayə qoymuşdur. Lakin sonradan ona qarşı müxtəlif məkrli planlar qurularaq və təhdidlər edilərək bu ortaqlıqdan uzaqlaşdırılmışdır. Haqsızcasına məhkəmələrə çəkilmişdir, sıxışdırılmışdır, təzyiqlər görmüşdür. Həmin bina rəsmi olaraq "xxxxxx" MTK tərəfindən tikilirdi, lakin əsas maliyyə yatırımçısı o, idi. Sonradan MTK rəhbərliyi ilə arasında mübahisələr yarandı və onlar onu ortaqlıqdan uzaqlaşdırdılar. xx xxxxxx 2005-ci ildə onunla "xxxxxx" MTK-nın rəhbərliyi arasında müqavilə bağlandı və həmin müqaviləyə görə ona 19 mənzil, 5 qaraj və 300 kv.m. qeyri-yaşayış sahəsi verilməli idi. Bu müqaviləni onun tərəfindən cavabdeh də imzalamışdır. Lakin 2009-cu ilədək bu əmlaklar ona təhvil verilmədiyi üçün o, onları Yasamal Rayon Məhkəməsinə verməli oldu vəəmlakının qaytarılmasına dair iddia ərizəsi irəli sürdü. Onlar isə təzyiq olaraq onu 1 saylı yerli İqtisad məhkəməsinə vermişdirlər. 2009-cu ildə onların müxtəlif formalı təzyiqləri nəticəsində Yasamal Rayon Məhkəməsindəki iddialarından imtina etməli oldu və barışıq sazişi bağlamaq məcburiyyətində qaldı. Belə ki, xx xxxxxxxx 2009-cu il tarixdə cavabdeh qismində iştirakçısı olduğu 1583/2009 saylı iqtisadi işüzrə keçirilmiş məhkəmə baxışı nəticəsində qərardad qəbul edilmiş, iddiaçı "xxxxxx" MTK ilə barışdığı(barışdırıldığı) və barışıq sazişi bağlandığı(təhdid altında bağlatdırıldığı) üçün işüzrə icraata xitam verilmişdir. Sözügedən həmin məhkəmə aktına əsasən, ona haqqı olub verilməli olan qeyri-yaşayış sahələri verilmədi, bunlar sazişdən çıxarıldı, mənzillərin də sayı azaldıldı. Ona cəmi 13 mənzil vəəlavə 46 kv.m. mənzil sahəsi verilməli idi ki, bunlardan da 3 (üç) ədəd mənzil - 2-ci blokun 6-cı mərtəbəsində yerləşən 57 nömrəli mənzil vəkil cavabdehin adına, 3-cü blokun 5-ci mərtəbəsində yerləşən 99 nömrəli mənzil (134 kv.m.) X7 adına və 3-cü blokun 8-ci mərtəbəsində yerləşən 108 nömrəli mənzil (135 kv.m.) X5 adına iradəsinin əksinə olaraq rəsmiləşdirildi. Bu mənzillərdən birini cavabdeh öz adına, ikisini isə Quliyev Elxan adlı birisi öz yaxınlarının adına rəsmiləşdirdi ona görə ki, guya onlar bu işlərdə vasitəçilik xidməti göstərmiş, guya "xxxxxx" MTK-dan əmlakların alınıb ona verilməsində yardımçı olmuşlar. Əslində Ağaların təklifi və dəstəyi ilə onun tərəfdən danışıqlara qoşulan Elxan qarşı tərəflə danışıqlar aparmalı, onun haqlarını təmin etməli, haqqı olan payı(300 kv.m.qeyri-yaşayış sahəsini,19 mənzili,5 qarajı) almalı, buna nail olmalı idi. Lakin nə Ağalar,nə də Elxan haqqı olan paya mütənasib olan obyektləri "xxxxxx" MTK-dan ala bilməmişdirlər. Lakin bununla belə, Ağalar ondan bir 4 (dörd) otaqlı mənzil, onun tanışı Elxan Quliyev isə guya "ona kömək etmiş" deyə, ondan iki 3(otaqlı) mənzil aldı ki, o, da bunlardan birini həyat yoldaşının, digərini isəövladının adına rəsmiləşdirmişdir. Yerdə qalan 10 mənzilin və bir dəəlavə olaraq 46 kv.m. mənzil sahəsinin, həmçinin 5 ədəd qaraj sahəsinin ona verilməsi qərara alındı. Bunlardan bir ədəd qarajıözü satmışdır. Daha sonra, 10 (on) ədəd mənzilin və 4 ədəd qarajın satılması vəkil Cavabdeh etibar olundu, "Torqovı" deyilən yerə yaxın notariat kontorlarından birində(yerini xatırlasa da kontor artıq yerini dəyişmişdir) Ağalara etibarnamə də verildi, mənzillərə və qarajlara aid sənədlər və mənzillərin açarları da nümayəndə olaraq ona təqdim edildi. Özü isə təhdid olunduğu və bərk qorxduğundan, həm də ona olan şantaj və təzyiqlər üzündən buralardan qəlbi qırıldığından İrana qayıtmışdır. Həmin vaxtdan sonra, 10 (on) ədəd mənzildən 7 (yeddi) ədədi cavabdeh vəkil Cavabdeh tərəfindən müxtəlif vaxtlarda satılaraq əldə olunmuş pul vəsaiti ona ödənilmiş, yaxud göndərilmişdir. Geridə qalan 3 (üç) ədəd mənzilin və 3 (üç) ədəd qarajın Cavabdeh özü tərəfindən bir neçə il bundan əvvəl Moskvada yaşayan bir azərbaycanlıya satılması Ağaların özü tərəfindən ona bildirilsə də, mənzillərin və qarajların satılmasından əldə edilməli (yaxud edilmiş) 330000 (üç yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaitindən ona 2018-ci ilin may ayına kimi cəmi 60000 (altmış min) ABŞ dollarıödənilmiş, yerdə qalan məbləğ isə ödənilməmişdir. Buna qədər Ağalar 60000 dolların özünü də ona ayrı-ayrı vaxtlarda hissə-hissəödəmişdi, belə ki, hər dəfə ona az miqdarda pul verirdi (3,4,yaxud 8 min və s. məbləğdə) ki, bunu onunla bəzən Bakıya gələn və söhbətlərdə iştirak edən həyat yoldaşı da təsdiq edə bilər. Bildirirdi ki, Moskvada işlər yaxşı getmədiyi üçün alıcı borcun ödənilməsində çətinlik çəkir. Bu, o vaxtlar idi ki, Moskvada 2015-ci ildən sonra iqtisadi böhran başlamışdı və 2016-2017-ci illərdə də davam etmişdi. 3 (üç) ədəd qaraj sahəsinin də 3 (üç) ədəd mənzili alan şəxs tərəfindən mənzillərlə bir yerdə alındığı, lakin alqı-satqı qiymətinin ödənilmədiyi, bununla belə yaxın zamanlarda ödəniləcəyi vəkil Cavabdeh özü tərəfindən son bir neçə il ərzində ona təkrar-təkrar bildirilsə də, sonradan vəkil Cavabdeh mənzilləri alan şəxsin həmin qarajların alqısatqısından imtina etdiyini keçən ilin, yəni 2018-ci ilin may ayında söyləyərək qarajlara dair maliyyə arayışlarını ona geri qaytarmışdır. Lakin o, alqı-satqı müqavilələrini ona təqdim etməmişdir. Digər mənzillərin sənədlərini istədikdə isə, bunları itirdiyini bildirmiş, sənədləri ona verməkdən boyun qaçırmışdır. Bundan sonra o, həmin köhnə tarixli maliyyə arayışlarını "xxxxxx" MTK-ya təqdim edərək qarajların daşınmaz əmlakın dövlət reyestrində adına sənədləşdirilməsi üçün tələb olunan sənədlər paketini (yeni maliyyə arayışı, iclas protokolundan çıxarış, sxem, qarajın yerləşmə yeri sənədi, BakıŞİH-nin razılaşdırma məktubu) təkrar almalı olmuşdur. Daha sonra isə 70 və 71 saylı qarajlara çıxarış alaraq bunları bu ilin fevral ayında satmışdır. Lakin 81 və 82 saylı qarajları uyğunsuz bir yerdə yerləşdiyi üçün bunları sata bilməmişdir. Məhz bu il MTK-ya gedib qarajların yerinə baxarkən öyrənmişdir ki, xx.xx.2009-cuil tarixli məhkəmə aktı ilə qarajlarıəldə edərkən cavabdeh bunların sahəsinə və yerləşmə yerinə lazımi diqqət yetirməmişdir (çünki, o, həmin zaman münaqişədə olduğu üçün binaya getmirdi, daha doğrusu, aralarındakı münaqişə üzündən onu ora buraxmamışdırdılar), "xxxxxx" MTK tərəfindən ona layihədə göstərilən qarajların qaraj təyinatlı yerlərin) verilməsinə nail olmamışdır, nəticədə, yeraltı qarajda yol keçidinin ərazisindən ona yer ayrılmışdır. Həmçinin,qarajların Moskvada yaşayan azərbaycanlı tərəfindən alındığı söylənilsə də, öyrənmişdir ki, qarajlar artıq neçə illərdir ki, cavabdehin səhlənkarlığı, yaxud onu aldatması üzündən "xxxxxx" MTK-nın rəhbərliyi tərəfindən kimlərəsə icarəyə verilib, hər ay haqsız qazanclar əldə edilib. Hətta "xxxxxx" MTK ilkin olaraq qarajların sənədlərini ona verməməsi və buraya başqa şəxsləri yerləşdirməsi səbəbindən 2018-ci ilin sonlarında AR-nın İqtisadiyyat Nazirliyinə də müraciət etmişdir. Məhz nazirliyin işə qarışmasından sonra qarajlarla bağlı müvafiq sənədlər ona təqdim edilmiş və kənar şəxslər qaraj sahələrindən istifadəni dayandırmışlar. 2018-ci ilin ilin may ayında onun Bakı şəhərində olan Əjdər vəİslah adlı dostları ilə görüşərkən vəkil Cavabdeh onlara da təkrar olaraq bir daha bildirmişdir ki, “3 (üç) ədəd mənzili Moskvada yaşayan və Azərbaycan vətəndaşı olan, əslən Bakıdan olan bir şəxs alıb, lakin pulunu indiyə kimi ödəməyib, bu üzdən də həmin məbləği (300000 dolları) X17 ödəyə bilmir". Həmin məbləğin yaxın aylar ərzində, ən sonu, 2018-ci ilin oktyabr- noyabr aylarında ödəniləcəyini onlara söyləsə də buna da əməl edilməmiş, pul vəsaiti indiyə kimi ona ödənilməmişdir. Artıq bir ildən çoxdur ki, Cavabdeh xaricdən telefon vasitəsilə ilə verdiyi mesajlarını və xahişlərini cavabsız buraxır, telefon zənglərinə cavab vermir, onunla görüşməkdən və danışıqlardan imtina edir, məsələnin ikitərəfli qaydada müzakirə və həllindən boyun qaçırır. Hətta ona təklif etmişdir ki, əgər Moskvalı azərbaycanlıödəniş edə bilmirsə və mənzilləri qaytarmaq istəyirsə, o, 60000 dolları geri qaytarmağa hazırdır, o, da onun mənzillərini geri qaytarsın. Bununla əlaqədar olaraq, o, keçən ilin son aylarında Bakıya gələrək məsələləri aydınlaşdırmaq məcburiyyətində qalmışdır. Lakin cavabdeh onunla görüşməkdən imtina etmişdir, görüşünə gəlməmişdir. Bu üzdən, əlində heç bir sənəd olmadığından, ilk öncə, cavabdehin özünə hüquqşünas nümayəndəsi vasitəsilə xx.xx.2018-ci il tarixdə yazılı müraciət edərək, satılmış mənzillərin alqı-satqı sənədlərini, yaxud satılmayan mənzil varsa, bunların sənədlərini və açarlarını qaytarmağı tələb etmişdir. Lakin, cavabdeh müraciətlərini cavabsız buraxmış, yenə də onunla görüşməkdən və tələb olunan sənədləri verməkdən yayınmışdır. Bundan sonra o, müxtəlif orqanlara müraciət edərək sənəd toplamağa və məlumat əldə etməyəçalışmışdır. Daha sonra, məsələnin məhkəmədənkənar qaydada həlli üçün xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət etmişdir. Vəkillər Kollegiyasının İntizam Komissiyasında bir neçə ay araşdırılma aparılmış, onun iştirakıilə məsələ müzakirə olumuşdur. Lakin cavabdeh burada da onunla üzbəüz gəlməkdən çəkinmişdir, İntizam Komissiyasının iclasına gəlməmişdir. Bundan sonra bu ilin aprel ayına kimi o, VK-dan cavab gözləmişdir. Aprel ayında VK-sı ona məlumat verərək cavabdeh barəsində intizam tədbiri görmədiklərini bildirmişdir, məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər. Bundan sonra, o, VK-dan da bir kömək olmadığını görərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Son bir ildə əldə etdiyi sənədlər və məlumatlar əsasında belə qənaətə gəlmişdir ki, Moskvada yaşayan azərbaycanlıya satılması adı ilə 2(iki) ədəd dörd otaqlı və 1 (bir) ədəd üç otaqlı mənzillər Cavabdeh özü tərəfindən kənar ayrı-ayrı şəxslərə satılaraq satışdan əldə edilmiş pul vəsaiti onun özü tərəfindən ələ keçirilmişdir, ona qaytarılmamışdır, yaxud çatdırılmamışdır. Cavabdeh uzun müddət həmin pul vəsaitindən öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Daha sonra isə 2015-ci ilin may ayında onu dəvət edərək ona 3(üç) mənzili Moskvada yaşayan bir azərbaycanlıya satdığını bildirərək pulun hissə-hissəödəniləcəyi ilə onu aldatmış, əslində həmin mənzillərin müxtəlif şəxslərə satılmasından əldə edilmiş pul vəsaitinin bir hissəsini (altmış min dollarını) ona müxtəlif vaxtlarda hissə-hissə ödəyərək Moskvalıya vahid satış görüntüsü yaratmış, pul vəsaitinin digər hissəsini isə indiyə kimi özündə saxlayaraq bundan öz məqsədləri üçün istifadə etmişdir və etməkdədir. Keçən ilin sonlarından başlayaraq, o, buna qədər cavabdehə satışüçün etibar etdiyi mənzillərin (son 3 ədəd) həqiqətən də satılıbsatılmadığını, kimə və nə zaman, hansı məbləğə satılmasını öyrənməyə, bu mənzillərin binanın hansı blokunda, hansı mərtəbəsində yerləşməsini və nömrələrini öyrənməyə,indiyə qədər ödənilməmiş məbləğin ödənilməməsinin səbəbləri, mənzilləri alan şəxsin kimliyi ilə maraqlanmağa çalışmışdır. Lakin, cavabdeh bunlar barədə onu məlumatlandırmamışdır. Hətta, bildirmək istəyir ki, keçən ilin sonlarına kimi o, məhkəmə qərarına əsasən ona ayrılan mənzillərin nömrələrini belə bilməmişdir. Çünki o, cavabdehəçox etimad göstərmişdir, onun dürüstlüyünə inanırdı və bütün işlərini həll etməyini ona həvalə etmişdir. Keçən il başqa bir hüquqşünasın vasitəsilə əldə etdiyi məhkəmə qərardadından ona məlum olmuşdur ki, ünvan 1 593-cü məhəllə ünvanında “xxxxxx” MTK-nın inşa etdiyi 5 bloklu binadan ona mənzillərdən 1-ci blokdan: 3-cü mərtəbə - 2 otaq - 81kv.m.- mənzil 6, 9-cu mərtəbə - 2 otaq - 81kv.m.-mənzil 24, 9-cu mərtəbə - 3 otaq – 135 kv.m.mənzil 23, 9-cu mərtəbə - 4 otaq - 158kv.m.-mənzil 22, 10-cu mərtəbə - 4 otaq – 158 kv.m.-mənzil 25, 12-ci mərtəbə - 3 otaq - 135kv.m.-mənzil 32, 14-cü mərtəbə - 4 otaq - 158kv.m.-mənzil 37, 2-ci blokdan: 4-cü mərtəbə - 2 otaq - 81kv.m.-mənzil 49, 9-cu mərtəbə - 2 otaq - 81kv.m.-mənzil 64, 5ci mərtəbə - 4 otaq - 158kv.m.-mənzil 54 qalmışdır.Keçən ilin sonlarına- bu ilin əvvəlinə kimi, o, sadəcə onu bilmişdir ki, cavabdehin deməsinə görə, Moskvada yaşayan azərbaycanlı 2 ədəd dörd otaqlı,bir ədəd 3(üç) otaqlı almışdı,bu mənzillər onun satışda olan sonuncu mənzilləri olmuşdur. Lakin, bu ilin əvvəlindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət etdikdən sonra məsələnin həqiqətini üzə çıxarmışdır. Məlum olu ki, bu mənzillər artıq 2012-ci ilə kimi satılıbmış. Belə ki, həmin İdarənin verdiyi xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1) ünvan 3 ünvanında yerləşən 4(dörd) otaqlı 22 nömrəli mənzil 10,10.2011-ci il tarixdə X8 adına, 2) ünvan 3 ünvanında yerləşən 3 (üç) otaqlı 23 nömrəli mənzil ilkin olaraq xx.xx.2010-cu il tarixdə X3, 3) ünvan 4 ünvanında yerləşən 4(dörd) otaqlı 25 nömrəli mənzil ilkin olaraq xx.xx.2010-cu il tarixdə X4, 4) ünvan 3 ünvanında yerləşən 3(üç) otaqlı 32 nömrəli mənzil ilkin olaraq xx.xx.2012-ci il tarixdə X1, 5) ünvan 3 ünvanında yerləşən 4(dörd) otaqlı 37 nömrəli mənzil ilkin olaraq xx.xx.2011-ci il tarixdə X19 adına, 6) ünvan 3 ünvanında yerləşən 4 otaqlı 54 nömrəli mənzil ilkin olaraq xx.xx.2011-ci il tarixdə X6 adına sənədləşdirilmişdir. Cavabdeh ona məxsus 3 (üç) və 4(dörd) otaqlı mənzilləri 2010-2012-ci illərdə sataraq satışdan əldə edilmiş pul vəsaitinin bir hissəsini ona ödəmiş, digər hissəsini isə ödəməmişdir. Sonuncu 3 mənzilin (2 ədəd dörd otaqlı,bir ədəd 3 otaqlı) və 3 ədəd qarajın isə Moskvada yaşayan bir azərbaycanlı tərəfindən 330000 dollara alındığını, lakin bunların pulunun hissə-hissə ödəniləcəyini ona 2015-ci ildə bildirmişdir. O, mənzillər satılsın deyə buna etiraz etməmişdir. Bundan sonra 2015-ci ilin may ayından başlayaraq 2018-ci ilin may ayına kimi cavabdeh ona hissə-hissə 60000 (altmış min) dollar ödəmiş, 2018-ci ilin may ayında isə 3 ədəd qarajın sənədlərini qaytararaq Moskvada yaşayan azərbaycanlının qarajlardan imtina etdiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, 2018-ci ilin oktyabr-noyabr aylarına kimi, mənzillərin yerdə qalan məbləği – 240000 (iki yüz qırx min) dollarıödəniləcəkdir. Lakin, bu vədinəəməl etməmişdir. Gətirdiyi dəlillərlə sübut olunur ki, əslində, o, 3 ədəd mənzili 2011 -2012-ci illərdə sataraq (bunu o, keçən ilin sonları-bu ilin əvvəllərindəəldə etdiyi sənədlərlə dəqiqləşdirmişdir) cavabdeh bunu ondan gizlətmiş,həmin pulu Sabirabad rayonunda mal-qara təsərrüfatına yatırmış, Xətai rayonunda iki ədəd mənzili, İsmayıllı rayonunda 10 sot torpağın içində bir fərdi həyət evini alaraq pul vəsaitindən şəxsi məqsədləri, şəxsi problemlərinin həlli üçün istifadə etmiş, əmlakının hesabına əsassız olaraq varlanmışdır. Həmçinin, onu əmlakından uzun müddət məhrum etməklə qazanc əldə etməyinə imkan verməmişdir, ona zərər vurmuşdur. Hazırda isə əmlakının satışından əldə etdiyi pul vəsaitini tələblərinə baxmayaraq qaytarmaqdan imtina edir. Xəbərdarlıqlarına baxmayaraq, pul vəsaitindən qanunsuz istifadəni dayandırmır, pul vəsaitinə qanunsuz sahibliklə bağlıəməllərinə son vermir, bunları özbaşına şəkildə və laqeydliklə davam etdirir. Hal-hazırda, cavabdehin təqsirli hüquqazidd əməlləri səbəbindən öz qanuni pul vəsaitindən məhrum olunması üzündən əmlakı ilə (pul vəsaiti şəklində) bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mülki və digər hüquqlarını gerçəkləşdirə bilmir. Cavabdehin ona qarşı yol verdiyi hüquqa zidd əməllərin qarşısının alınması, aradan qaldırılması, vurulmuş zərərin əvəzinin alınması və mübahisənin mülki qaydada baxılıb həll edilməsi üçün məhkəmə orqanına müraciət edi. Tələbləri ondan ibarətdir ki, ona məxsus iki ədəd 4 və bir ədəd 3 otaqlı mənzilin satışındın cavabdehin əldə etdiyi 240000 ABŞ dolları ona qaytarılmalı, həmçinin 2012-ci ildən istifadə etdiyi və qaytarmalı olduğu halda qaytarmadığı 300000 ABŞ dollarının qanunsuz istifadəsinə görə illik beş faiz olmaqla vurulmuş zərərə görə 105000 dolları məbləğində gecikdirməyə görə faiz məbləği ödəməlidir. Vurulmuş zərərə görə, faiz məbləğinin ödənilməsi ilə bağlı tələbini onunla əsaslandırılır ki, o, tapşırığını yerinə yetirməmiş, əldə etdiyi 300000 ABŞ dolları məbləğində pulun ona qaytarılmasına dair zəruri hərəkətləri vaxtında yerinə yetirməmişdir. Cavabdeh tərəfindən əldə edilmiş, lakin vaxtında qaytarılmayan 300000 ABŞ dolları əsas borc 2012-ci ilin sentyabr ayının 1-ə kimi ödənilməli idi (sonuncu müqavilə xx.xx.2012-ci il tarixdə bağlanıb və sonuncu pul vəsaiti həmin tarixdə əldə edilib). Lakin borc məbləğin qaytarılması düz yeddi ildir ki, gecikdirilib. Bu üzdən bir il üçün beş faizlik geçikdirmə haqqı 15000, yeddi il üçün geçikdirmə haqqı isə 105.000 dollar təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin olunası xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, iddia müddətləri ilə bağlı məhkəmənin gəldiyi nəticənin iş materialları ilə uyğunsuzluğunu, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə 3-cü şəxs qismində “xxxxxx” MTK-nın səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən “xxxxxx” MTK-nın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında iddiaçının səlahiyyətli nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Kollegiyanın iclasında cavabdehin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, xx.xx.2001-ci ildə İddiaçı Cavabdeh etibarnamə verərək “Qasımi” Mənzil Tikinti Kooperativinin yaradılması tapşırığı vermişdir. Bu vaxtdan A. Ağaşirinov İddiaçı və Sammi Barmasın birgə fəaliyyəti olan tikinti-inşaat fəaliyyəti sahəsində hüquqi xidmətlər göstərmişdir. ünvan 5 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binaların tikintisi İddiaçı sərmayəsi, Sammi Barmasın (ixtisası memar olduqundan) mühəndis işi və rəhbərliyi ilə həyata keçirilmişdir. İddiaçı ilə Sammi Barmas arasında olan razılaşmaya görə inşa edilən binalar satıldıqdan sonra əldə olunan İddiaçı aid gəlirin 20% hissəsi Sammi Barmasa verilməlidir. 2005-ci ildə 16 mərtəbəli 2 binanın beton işləri bitmiş, digər 3 binanın təməl betonları töküldüyü zaman İddiaçı binanın tikintisinə sərmayəni dayandırmışdır. “xxxxxx” MTK rəhbərliyi İddiaçı sərmayənin davamını ala bilmədiyindən layihəni digər şəxslərlə davam etmək qərarına gəlmişdir. Buna görə İddiaçı ilə“xxxxxx” MTK arasında xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı qoyduğu sərmayəəvəzi olaraq “xxxxxx” MTK birinciyə 19 ədəd mənzil, 300 kv metr qeyri yaşayış sahəsi və 5 ədəd qarajın verilməsi öhdəliyini üzərinə götürmüşdir. İddiaçı payına düşən əmlakların 20%-ni şəriki Sammi Barmasa vermədiyindən xx.xx.2006-cı il tarixdə X37 Ghassemiyə qarşı 20% payının tələbinə dair iddia ərizəsi ilə Bakışəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Tehran şəhərində yaşadığından Azərbaycan Respublikasında məhkəmələrdə onu təmsil etmək səlahiyyətlərini vəkil A. Ağaşirinova vermişdir. Sammi Barmasın iddiasıüzrə məhkəməçəkişmələri 2009-cu ilədək davam etmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin xx.xx.2007-ci il tarixli, 10040 nömrəli Ekspert rəyi alınmış, ekspert rəyi ilə İddiaçı tərəfindən “xxxxxx” MTK-nin tikintisinə qoyulan sərmayənin məbləği 330 257 ABŞ dolları müəyyən edilmiş, İddiaçı gəliri 1 620 587 ABŞ dolları göstərilmişdir. Məhkəmələr Sammi Barmasın iddiasının rədd edilməsinə dair qərarlar qəbul etmişdir. “xxxxxx” MTK xx.xx.2005-ci il tarixli müqavilə iləüzərinə götürdüyüöhdəlikləri icra etməmiş, müqavilədə İddiaçı 19 ədəd mənzil, 1 maqazin və 5 ədəd qarajın verilməsi göstərilsə də, əmlakların açarları və orderləri İddiaçı təhvil verilməmişdir. Sammi Barmas ilə İddiaçı arasında olan məhkəməçəkişmələri bitdikdən sonra, xx.xx.2009-cu il tarixdə A. Ağaşirinov İddiaçı adından ərizə hazırlayaraq “xxxxxx” MTK-a təqdim edərək müqavilə ilə verilən əmlakların açarları və orderlərini tələb etmişdir. Ərizədə göstərilənləri icra etməyən "xxxxxx" MTK-a qarşı İddiaçı tapşırığı ilə A. Ağaşirinov məhkəmədə iddia qaldırmışdır. "xxxxxx” MTK -da İddiaçı qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Bu mərhələdə İddiaçı əvvəlcədən tanıdığı Elxan Quliyevlə A. Ağaşirinovu tanış etmişdir. X36 Ghasseminin yaxın dostu olmuş, “xxxxxx” MTK ilə Ghassemi arasında yaranan mübahisənin həll edilməsində ona köməklik etmişdir. Qeyd olunan məhkəməçəkişmələrinin nəticəsi olaraq xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi qərardad çıxarmış və İddiaçı ilə“xxxxxx” MTK arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişi və məhkəmə aktına görə“xxxxxx” MTK tərəfindən İddiaçı 10 ədəd mənzil 5 ədəd qaraj, axırıncının payından 2 ədəd mənzil Elxan Quliyevin qohumlarına və 1 ədəd A. Ağaşirinova mənzillər verilmişdir. xx.xx.2009-cu il tarixli Aktla “xxxxxx” MTKnın sədri Babayeva Əminəİsmayıl qızı 10 ədəd mənzilin və 46 kv metr mənzil sahəsi üçün tərtib edilən Müqavilələr və Maliyyə arayışları, mənzillərin açarları İddiaçı təhvil verilmişdir. Həmin mənzillərin müqavilələri, maliyyə arayışları, açarları mənzillər özgəninkiləşdirilənədək İddiaçı saxlanılmışdır. Barışıq sazişinin və məhkəmə qərardadında göstərilənlərə əsasən “xxxxxx” MTK Müqavilənin 2.2.1.-ci bəndində göstərilən mənzillər İddiaçı Hasangholinin iradəsinə uyğun olaraq digər şəxslərə özgəninkiləşdirdikdə, əmlaka dair müqavilə və maliyyə arayışının İddiaçı Hasangholinin notariat orqanında təsdiq edilmişərizəsi əsasında, elektrik enerjisi, su və sair sayğacların əvəzi ödənildikdən sonra alan şəxsin adına 2 (iki) iş günüərzində rəsmiləşdirilir. Məhkəmənin qərarı ilə İddiaçı mənzillərinin özgəninkiləşdirilməsi qaydası müəyyən edilmiş, hər mənzil satıldıqda mənzilin müqaviləsi, maliyyə arayışı və notariat orqanında təsdiq edilmişərizəsi “xxxxxx” MTK-a təqdim edildikdə yalnız İddiaçı tərəfindən özgəninkiləşdirilə bilərdi. “xxxxxx” MTK-nın rəhbərliyi məhkəmə qərarından kənar, yəni mənzilin müqaviləsi, maliyyə arayışı və İddiaçı notariat orqanında təsdiq edilmişərizəsi olmadan mənzili digər şəxsin adına hec vaxt rəsmiləşdirməzdi. Buna görə İddiaçı hər mənzil üçün müştəri ilə qiyməti razılaşdırdıqdan sonra Bakı şəhərinə gəlmiş, alıcının bəyəndiyi mənzilin müqaviləsi, maliyyə arayışı və açarınıözü ilə gətirərək, mənzilin pulunu alıcıdan aldıqdan sonra notariat kontorunda razılıq ərizəsini notariat qeydiyyatına salındıqdan sonra həmin ərizəni, mənzilin müqaviləsinin əslini, maliyyə arayışının əslini və mənzilin açarlarını alıcıya verməklə mənzilini özgəninkiləşdirmişdir. Alıcı qeyd olunan sənədləri (müqaviləni, maliyyə arayışı, İddiaçı razılıq ərizəsini) “xxxxxx” MTK-ya təhvil verməkləöz adına yeni maliyyə arayışı, mənzilə dair müqaviləni almaqla aldığı mənzili adına rəsmiləşdirmişdir. Qeyd olunan sənədlər əsasında alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrinə daxil edilmişdir. İddiaçı bu qayda ilə ona məxsus 10 mənzili və 46 kv metr sahəni 2012-ci ilədək tamamilə satmış və pulları şəxsən alaraq İran İslam Respublikasına aparmışdır. Cavabdeh A. Ağaşirinov iddiaçıya məxsus mənzilləri satmamış, eləcədə Rusiyada yaşayan şəxslərə mənzil satılmamışdır. Mənzilləri alan şəxslər Azərbaycan Respublikası vətəndaşlar olmuş, alıcılar İddiaçı iləşəxsən görüşərək pullarını axırıncıya ödəyərək mənzilin alqı-satqısını həyata keçirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilir ki, İddiaçı məxsus mənzillərin sənədləşdirilməsində nümayəndə Cavabdeh iştirakı barədə məlumat arxiv qovluğunda aşkar edilməmişdir. Bu hal bir daha təsdiq edir ki, İddiaçı mənzillərinin özgəninkiləşdirilməsində A. Ağaşirinov iştirak etməmiş, İddiaçı mənzillərininin satışını şəxsən icra etmişdir. İddiaçı 2012-ci ildən sonra hər il 4-6 dəfə Bakı şəhərinə gəlmiş, 2015-ci ildə Sammi Barmasın ona qarşı yeni iddialarına görə məhkəmələrdə müdafiə olunması üçün Cavabdeh İddiaçı vəkil xidmətləri göstərmişdir. Məhkəmələr bu zamanda İddiaçı xeyrinə qərarlar çıxarmışdır. Bu ərəfədə İddiaçı A. Ağaşirinova bildirmişdir ki, Elxan Quliyevə verdiyi iki ədəd mənzilləri geri almaq istəyir, məhkəmədə iddia qaldırsa ona vəkil xidməti göstərəcəyini soruşmuşdur. A. X21 bildirmişdir ki, Elxan Quliyevə mənzillər məhkəmə qərardadı ilə verilmiş, barışıq sazişində təsdiq edilmiş bu səbəbdən geri alınması qeyri mümkündür. İddiaçı Cavabdeh ona olan borcunun yaranma tarixini 2012- ci il göstərir. Həmin vaxtdan 8 il müddət keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. İşdə olan “xxxxxx” MTK-nın üzvlərinin və digərlərinin xx xxxxxx 2005-ci il tarixli razılaşmasının surətindən görünür ki, xx xxxxxx 2005-ci il tarixli müqavilədə göstərilən ümumi sahəsi 2196 kv metr olan mənzillər, ümumi sahəsi 300 kv metr olan mağaza və 5 ədəd dayanacaqlar xx.xx.2004-cü il tarixli Müqavilə, Müqaviləyə 1 və 2 saylı Əlavələrin müddəaları ilə müəyyən edilən 866000 ABŞ dolları həcmində sərmayə ilə əvəz edilməsi barədə “xxxxxx” MTKnın sədri X14, X25, Cavabdeh arasında razılıq əldə olunmuşdur. İş materiallarında olan Bakışəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3170/2009 nömrəli xx xxxxxx 2009-cu il tarixli Qərardadının surətindən məlum olur ki, İddiaçı Hassangholinin cavabdehlər “xxxxxx” Mənzil Tikinti Kooperativinə və Bakışəhəri icra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfatıİdarəsinə qarşı“əmlakın verilməsi, zərərin ödənilməsi və sənədlərin rəsmiləşdirilməsi” tələbi barədə mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi nəticəsində mülki işüzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1583/2009 nömrəli, xx xxxxxxxx 2009-cu il tarixli qərardadının surətindən görünür ki, tərəflər arasında barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinin şərtlərindən görünür ki, “xxxxxx” MTK tərəfindən İddiaçı 10 ədəd mənzil 5 ədəd qaraj, axırıncının payından 2 ədəd mənzil Elxan Quliyevin qohumlarına və 1 ədəd A. Ağaşirinova mənzillər verilmişdir. Həmin sazişin 3.4-cü bəndində nəzərdə tutulmuşdur ki, İddiaçı Hasangholi bu sazişin 3.2 və 3.3 bəndlərində göstərilən əmlakları digər şəxslərəözgəninkiləşdirdikdə notariat kontorunda təsdiq edilən ərizəsini “xxxxxx” MTK-na təqdim edir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixində, Təhvil verən - İddiaçı nümayəndəsi X22 və təhvil alan- Babayeva Əminəİsmayıl qızının iştirakları ilə tərtib olunmuş AKTdan görünür ki, İddiaçı nümayəndəsi tərəfindən “xxxxxx” MTK-nın sədrinə, 5 bloklu binada yerləşən 4 ədəd qeyri yaşayış sahəsi ilə bağlı tərtib olunmuş maliyyə arayışları sənədlərinin əsilləri verilmişdir. “xxxxxx” MTK-nın sədri də İddiaçı nümayəndəsinə MTK üzvlərinin ümumi iclas protokollarını, maliyyə arayışlarısənədlərini, qarajların sxemini vermişdir. İş materiallarında olan Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsinin fərdi vəkil X11 ünvanladığı **********60 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3, mənzil 22 X8 adına xx.xx.2011-ci il tarixdə“xxxxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxx 2011-ci il tarixli protokoldan çıxarışa, “xxxxxx” MTK-nın xx xxxxxx 2011 -ci il tarixli 621 nömrəli maliyyə arayışına (mənzilin dəyərinin 15000 (on beş min) manat olduğu qeyd olunmuşdur), xx xxxxxx 2011-ci il tarixli, 621 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. ünvan 3, mənzil 23 ilkin olaraq X12 adına xx.xx.2010-cu il tarixdə“xxxxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxx 2010-cu il tarixli protokoldan çıxarışa, “xxxxxx” MTK-nın xx xxxx 2010-cu il tarixli 493 nömrəli maliyyə arayışına (mənzilin dəyərinin 23000 (iyirmi üç min) manat olduğu qeyd olunmuşdur), xx xxxx 2010-cu il tarixli, 493 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. ünvan 3, mənzil 25 ilkin olaraq X13 adına xx.xx.2010-cu il tarixdə“xxxxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxx 2010-cu il tarixli protokoldan çıxarışa, "xxxxxx" MTK-nın xx xxxx 2010-cu il tarixil 474 nömrəli maliyyə arayışına (mənzilin dəyərinin 12500 (on iki min beş yüz) manat olduğu qeyd olunmuşdur), xx xxxx 2010-cu il tarixli, 474 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. Bakışəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 2C, mənzil 32 ( kin olaraq X2 adına xx.xx.2012-ci il tarixdə 'xxxxxx” MTKnın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxxxx 2012-ci il tarixli protokoldan çıxarışa, “xxxxxx” MTK-nın xx xxxxxx 2012-ci il tarixli 677 nömrəli maliyyə arayışına (mənzilin dəyərinin 38401 (otuz səkkiz min dörd yüz bir) manat olduğu qeyd olunmuşdur), xx xxxxxx 2012-ci il tarixli, 677 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. ünvan 3, mənzil 37 kin olaraq X19 adına xx.xx.2011 -ci il tarixli “xxxxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxxxx 2011 -ci il tarixli protokoldan çıxarışa, “xxxxxx” MTK-nın xx xxxxxx 2011 -ci il tarixli 573 nömrəli maliyyə arayışına (mənzilin oəyərinin 15400 (on beş min dörd yüz) manat olduğu qeyd olunmuşdur), xx xxxxxx 2012- :i il tarixli, 573 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 2C, mənzil 54 kin olaraq xx.xx.2011 -ci il tarixdəX6 adına “xxxxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxxxx 2010-cu il tarixli protokoldan çıxarışa, “xxxxxx” MTK-nın xx xxxxxx 2010-cu il tarixli 566 nömrəli maliyyəarayışına (mənzilin dəyərinin 13200 (on üç min iki yüz) manat olduğu qeyd olunmuşdur), xx xxxxxx 2010-cu il tarixli, 566 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. Yuxarıda sadalanan mənzillərin sənədləşdirilməsində nümayəndə Cavabdehiştirakı barədə məlumat arxiv qovluğunda aşkar edilməmişdir. Azərbaycan Respublikasıüzrə Cavabdeh adına İsmayıllı rayon Cülyan kəndində mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Bakı səhəri, Xətai rayonu, Serqev Senyuşkin küçəsi, ev 13, mənzil 9 və ünvan 7 mənzil 71 ünvanlıəmlak məlumatları aşkar edilmişdir. X31 üzrəCavabdeh adına daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Başİdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********46006 nömrəli məktubunun surətindən görünür ki, "xxxxxx" Mənzil-tikinti Kooperativi (Ləğv prosesindədir) xx.xx.2020 tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığıəqdləri, işləri və ya digər xidmətləri konkret nəticəəldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə görə hüququ pozulmuşşəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqaşəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuşşəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılmasıüçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin vəüçüncüşəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı X16 Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı işüzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtıötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı tərəfindən “xxxxxx” MTK-nin tikintisinə qoyulan sərmayənin məbləği 330 257 ABŞ dolları olmuş, bu sərmayənin müqabilində ona barışıq sazişi və məhkəmə aktına görə “xxxxxx” MTK tərəfindən 10 ədəd mənzil 5 ədəd qaraj verilmişdir. İddiaçı tələbində ona məxsus iki ədəd 4 və bir ədəd 3 otaqlı mənzilin satışından Cavabdeh əldə etdiyi 240000 ABŞ dolları məbləğində pul vəsaitinin ondan alınaraq ona qaytarılmasını tələb etsə də, həmin mənzillərin cavabdeh tərəfindən satılmasını və ödənilmiş pul vəsaitlərinin iddiaçıya verilməməsini sübut edə bilməmişdir. Bununla yanaşı mülki işdə olan sübutlardan görünür ki, xx xxxxxxxx 2009-cu il tarixli qərardadla təsdiq edilmiş tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri arasında nəzərdə tutulmuşdur ki, bu sazişin 3.2 və 3.3 bəndlərində göstərilən əmlakların digər şəxslərə özgəninkiləşdirilməsi yalnız İddiaçı Hasangholinin “xxxxxx” MTK-na təqdim etdiyi notariat kontorunda təsdiq edilən ərizəsi əsasında mümkün olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsinin **********60 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda verilən məlumatdan müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh tərəfindən satılmasını iddia etdiyi mənzillərin sənədləşdirilməsində nümayəndə Cavabdeh iştirakı barədə məlumat arxiv qovluğundaaşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq, hesab edir ki, iddiaçınıniddia tələbləri mötəbər sübutlarla təsdiq edilmədiyindənvə həmçinin iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar