Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5578/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “X1”nə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadından cavabdeh müəssisənin nümayəndəsi (İdarə Heyətinin sədri) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1”nə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, “X1” İdarə Heyətinin sədrinin 10.09.2020-ci il tarixli **********2 nömrəli əmrinin etibarsız hesab edilməsi, İddiaçı “X1”nin 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının “Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçısı” vəzifəsinə bərpa olunması, işdən çıxarıldığı 10 sentyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ona ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh müəssisənin nümayəndəsi (İdarə Heyətinin sədri) tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin 08 aprel 2021-ci il tarixli qərardadı ilə “X1”nin qətnaməni 03.03.2021-ci il tarixdə almış olması və müddəti ötürməklə şikayət verməsi əsas göstərilməklə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh müəssisənin nümayəndəsinin (İdarə Heyətinin sədrinin) verdiyi şikayət məhkəmənin 08.04.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş cavabdehin irəli sürdüyü dəlilin araşdırılması və apellyasiya şikayətinin müddətin ötürülməsi əsası ilə geri qaytarılmalı olub-olmadığı məsələsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi tərəflərə göndərilmək üçün 24.02.2021-ci il tarixdə rabitə orqanına təhvil verilmiş, “X1”nə ünvanlanmış korrespondensiya 03.02.2021-ci il tarixdə həmin quruma çatdırılmış, Agentliyin apellyasiya şikayəti üçün 05.04.2021-ci il tarixdə dövlət rüsumu ödənilmiş və şikayət 07.04.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə çatdırılmışdır. Bununla yanaşı Agentliyin şikayətinə əlavə olunan sənəd surətindən görünür ki, apellyasiya şikayəti 05.04.2021-ci il tarixdə, yəni şikayət vermə müddətinin sonuncu günü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Xüsusi Rabitə şöbəsinə verilmişdir və cavabdehin şikayəti də məhz həmin halla əsaslandırılmışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1200/2021 saylı iş üzrə 08 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla cavabdehin irəli sürdüyü dəlilin araşdırılması və apellyasiya şikayətinin müddətin ötürülməsi əsası ilə geri qaytarılmalı olub-olmadığı məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5578/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5578/2021
27.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver