Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5578/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab, mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə (Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1480/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixli, 2015/00117-01 saylı kredit müqaviləsi üzrə 49.062,14 ABŞ dolları əsas, 12.554,47 ABŞ dolları faiz, 2.000 ABŞ dolları cərimə, cəmi 63.616,61 ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Mövsümov Hafiz Rza oğlundan alınaraq tələbkar Cavabdeh1 BOKT ASC-yə ödənilməli, tələbin ipoteka predmeti olan ünvan 2nə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 70.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, əldə edilən vəsaitdən göstərilən borc məbləği və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi tələbkar Cavabdeh1 BOKT ASC-yə ödənilməlidir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 2nə dair keçirilmiş hərracın yekunları barədə 45/05 saylı, xx.xx.2020-ci il tarixli protokol və bu protokol əsasında ünvan 2nə dair Cavabdeh1 BOKT ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilmişdir (hakim Vüqar Quliyev).
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-909/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, 45/05 saylı protokol və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 BOKT ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir (hakimlər Namiq Cəfərov, Emin Mehdiyev, Xəyal Sarıyev). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakim Ələsgər Əliyev).
4. "xxxx" MMC tərəfindən aidiyyəti şəxslərə, o cümlədən Cavabdeh1 BOKT ASC-yə və İddiaçı göndərilmiş “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli bildirişə əsasən həmin şəxslərə ünvan 2nin satılmasına dair xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq auksionun keçiriləcəyi və əmlakın ilkin satış qiymətinin 70.000 manat müəyyən edildiyi barədə məlumat göndərilmiş, eyni zamanda, bu barədə “birja yenilikləri” qəzetində məlumat yerləşdirilmişdir.
5. "xxxx" MMC tərəfindən aidiyyəti şəxslərə, o cümlədən Cavabdeh1 BOKT ASC-yə və İddiaçı göndərilmiş “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli bildirişə əsasən həmin şəxslərə ünvan 2nin satılmasına dair xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq auksionun keçiriləcəyi və əmlakın ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 59.500 manat müəyyən edildiyi barədə məlumat göndərilmiş, eyni zamanda, bu barədə “birja yenilikləri” qəzetində məlumat yerləşdirilmişdir.
6. Cavabdeh1 BOKT ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlərə əsasən cəmiyyət özü də ipoteka predmeti ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçiriləcək hərrac barədə ona məlumat vermiş, lakin “Azari” Ekspress poçt-daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən Cavabdeh1 BOKT ASC-dən qəbul edilmiş zərf məktubda qeyd edilən ünvanda başqa şəxs yaşadığından İddiaçı çatdırılmamışdır.
7. "xxxx" MMC tərəfindən aidiyyəti şəxslərə, o cümlədən Cavabdeh1 BOKT ASC-yə və İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin əldə olunmasına dair” təklifə əsasən Sabunçu rayon İcra şöbəsinin 4828-197439/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş ünvan 2nin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elanın dərc edildiyini bildirilmiş və “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 44.625 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir.
8. “FM Express” poçt-daşıma kuryer xidmətinin xəbərnamələrinə əsasən isə İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli bildiriş xx.xx.2021-ci il tarixdə Mövsümova Aytən, xx.xx.2021-ci il tarixli bildiriş xx.xx.2021-ci il tarixdə Mövsümova, xx.xx.2021-ci il tarixli bildiriş xx.xx.2021-ci il tarixdə Hacıbəyli soyadlı şəxs tərəfindən təhvil alınmışdır. Eyni zamanda, birinci və təkrar hərrac barədə, habelə hərracın baş tutmaması barədə məlumatlar “Birja Yenilikləri” Qəzetinin aidiyyəti buraxılışlarında dərc edilmişdir.
9. Hərracın Yekunları barədə 81/01 saylı, xx.xx.2021-ci il tarixli protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 4828-197439/17 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubuna əsasən ipoteka predmetinin 25% aşağı olan qiyməti: 44.625 manat məbləğə əldə etmək hüququnun olması bildirilmişdir.
10. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evi "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə 44.625 manata satılmışdır
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 BOKT ASC-nin ünvan 2nə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sabunçu rayon İcra şöbəsinin sifarişinə əsasən ünvan 2nin açıq hərracdan satışına dair cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021- ci il tarixlərdə keçirilmiş hərracların və həmin əmlakın Cavabdeh1 BOKT ASC-yə satılmasına dair xx.xx.2021-ci il tarixli, 81/01 saylı Hərracın Yekunları barədə protokolun etibarsız hesab edilməsi, ünvan 2nə dair Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüquqlarına dair ********** qeydin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Mövsümov Hafiz Rza oğlundan tələbkar Cavabdeh1 BOKT ASC-nin xeyrinə cəmi 63.616 ABŞ dolları kredit borcunun tutulması, tutmanın İddiaçı mülkiyyətində olan ünvan 2nə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, əldə edilən vəsaitdən kredit borcunun ödənilməsi və sair qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixli qərar ilə icraata başlanılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 4206- 28692/17 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan ünvan 2 "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə açıq hərracdan ilkin və təkrar hərraca çıxarılmış, daha sonra xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokola və xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən 44.625 manata Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilmişdir. O, həmin protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 2nə dair keçirilmiş hərracın yekunları barədə 45/05 saylı, xx.xx.2020ci il tarixli protokol və bu protokol əsasında ünvan 2nə dair Cavabdeh1 BOKT ASC ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 909/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən həmin qətnamədən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, 45/05 saylı protokolun və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 BOKT ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-909/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra həmin qətnamənin icrası ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən icra vərəqəsi verilmiş və icra olunması üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, lakin hələ icra olunmamış, yəni əmlakın açıq hərracdan satışı ilə bağlı müvafiq hərrac protokolu və alqı-satqı müqaviləsi ləğv edilməmişdir. Beləliklə, ipoteka predmeti olan əmlakın açıq hərracdan satışı ilə bağlı xx.xx.2020-ci il tarixli, 45/05 saylı protokol və alqı-satqı müqaviləsi faktiki olaraq qüvvədə olduğu və onun ləğvi ilə bağlı hər hansı icra hərəkəti aparılmadığı halda həmin hərrac təşkilatı tərəfindən növbəti hərraclar keçirilmişdir. Eyni zamanda, Sabunçu rayon İcra şöbəsinin 4206-28692/17 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan əmlakın "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə keçirilmiş açıq hərracı və xx.xx.2020-ci il tarixli, 45/05 saylı protokol və alqı-satqı müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməsinə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunmasına, bütün bunlarla bağlı Bakı şəhəri Sabunçu rayon İcra şöbəsini yazılı qaydada məlumatlandırmağına, sonuncunun həm də sözügedən məhkəmə mübahisəsi üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmasına və icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı müraciət etməyinə baxmayaraq, paralel olaraq Sabunçu rayon İcra şöbəsi əvvəlki hərracın nəticələri hələ qüvvədə olduğu halda və bununla bağlı məhkəmə qətnaməsi hələ qanuni qüvvəyə minmədiyi və mübahisələndirldiyi halda ipoteka predmeti olan əmlakın yenidən hərraca çıxarılması ilə bağlı "xxxx" MMC-yə hərrac sifarişi vermiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin (əslində üçüncü) və xx.xx.2021ci il tarixdə təkrar (əslində dördüncü) hərraclar keçirilmiş, keçirilən hərraclar baş tutmamış və əmlak yenə də qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, 81/01 saylı Hərracın yekunları barədə protokola əsasən 44.625 manat qiymətə ipoteka saxlayan Cavabdeh1 BOKT ASCyə satılmışdır. Halbuki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin sifarişi ilə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilərkən və icra hərəkətləri davam etdirilərkən iddiaçının həmin hərrac təşkilatı tərəfindən eyni ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı 2020-ci ildə keçirdiyi hərraclar nəticəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokolun mübahisələndirilməsinə dair iddia tələbinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında 2(103)-909/2022 saylı iş üzrə baxılmaqda idi. Məsələ burasındadır ki, həmin iddia tələbi üzrə məhkəmə icraatına həm Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi, həm də mübahisəli protokolun tərəfləri olan - "xxxx" ASC və "xxxx" MMC müvafiq tərəflər qismində cəlb olunmuşdular və proses barədə işə baxmış məhkəmələr tərəfindən də lazımi qaydada xəbərdar edilmişdilər. Məhkəmə qətnaməsi məhz qanuni qüvvəyə mindikdən sonra məcburilik, müstəsnalıq və preyudisiallıq xüsusiyyətləri əldə etdiyindən "xxxx" MMC tərəfindən hələ xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş hərraclar və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi növbəti instansiya məhkəmələrində mübahisələndirildiyinə görə qanuni qüvvəyə minmədiyindən və faktiki olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində eyni cavabdeh hərrac təşkilatçısı tərəfindən hərraclar keçirilərkən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində keçirilmiş hərraclar hələ də qüvvədə olduğundan (həmin vaxt bu hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildi) əvvəlki hərracların nəticələri məhkəmə qaydasında etibarsız hesab olunmadan və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmadan hər hansı əsasla yeni hərracların keçirilməsi qanunsuz olmuşdur. Bununla yanaşı, eyni əmlakın eyni ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair eyni hərrac təşkilatının xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolu qüvvədə olduğu halda paralel olaraq həmin hərrac təşkilatı tərəfindən eyni əmlakın eyni ipoteka saxlayana satılması ilə bağlı xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun mübahisələndirilməsinə dair məhkəmə işi xx.xx.2021-ci il tarixli eyni tərəflər arasında eyni predmetlə bağlı eyni protokolun imzalanmasından 10 ay sonra yekunlaşmış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir.
14. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehlər Mövsümov Hafiz Rza oğlu və İddiaçı qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilərək, 49.062,14 ABŞ dolları əsas, 12.745,25 ABŞ dolları faiz, 2.000 ABŞ dolları cərimə, cəmi 63.807,39 ABŞ dolları pulun cavabdehlərdən tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 231/2017 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 BOKT ASC və cavabdeh Mövsümov Hafiz Rza oğlu apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-569/2018-ci il saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Mövsümov Hafiz Rza oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 2106/2019 saylı qərarı ilə cavabdeh Mövsümov Hafiz Rza oğlunun kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2( 103)-569/2018-ci il saylı qətnaməsi cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün hesablanmış ikiqat faiz borcuna görə 18.850,79 ABŞ dolları pulun tutulması hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 8288/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin iddiası təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilə bitdikdən sonra hesablanmış faiz borcuna görə 25.490,50 ABŞ dolları borcun tutulmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən Cavabdeh1 BOKT ASC-yə təklif edilmişdir. Sözügedən təşkilat ilə Cavabdeh1 BOKT ASC arasında xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və 45/05 saylı Hərracın nəticələri haqqında yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 2nə Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Daha sonra Cavabdeh1 BOKT ASC tərəfindən ünvan 2 yüklülükdən azad edilmiş, yalnız bundan sonra şirkət tərəfindən həmin əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmuşdur. Daha sonra isə İddiaçı hərracın etibarsızlığına dair iddia qaldırmışdır. Yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-909/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokol və həmin bağ evinə dair "xxxx" MMC ilə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-nin arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. Bundan sonra ünvan 2nin hərracdan satışını təmin edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə müraciət edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi ipoteka predmetinin açıq hərracda satılması üçün "xxxx" MMCyə sifariş məktubu göndərmişdir. Həmin əmlak iki dəfə - xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə açıq hərraca çıxarılmış, lakin həm ilkin, həm də təkrar hərrac baş tutmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2021 -ci il tarixli, 81/01 saylı protokola əsasən “FİNOKO" BOKT ASC tərəfindən 44.625 manata əldə edilmişdir. Əmlak Cavabdeh1 BOKT ASC-nin balansına keçmişdir. Həmin müqaviləyə və Hərracın nəticələri haqqında yekun protokola əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 2nə Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Bir sıra səbəblərə görə iddiaçının hazırki tələbi əsassızdır. Belə ki, xx.xx.2021 -ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən Mövsümov Hafiz Rza oğluna və İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. Poçt qaimələrinin surətindən də göründüyü kimi, məktublar Mövsümov Hafiz Rza oğlu tərəfindən və İddiaçı təqdim edilməsi üçün Mövsümova Aytən tərəfindən qol çəkilərək qəbul edilmişdir. Bundan sonra xx.xx.2021 -ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu Mövsümov Hafiz Rza oğluna və İddiaçı göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaimələri xx.xx.2021-ci il tarixində Mövsümov Hafiz Rza oğlu tərəfindən imzalanmış və qəbul edilmişdir. İddiaçı qeyd olunan ünvanında başqa şəxs yaşadığından məktubun çatdırılması mümkün olmamışdır. “Birja” qəzetinin xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ünvan 2nin - ipoteka predmetinin ilkin satış qiyməti 70 000 olmaqla hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. xx.xx.2021-ci il tarixində, saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu. Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin - ipoteka predmetinin ilkin satış qiyməti 59.000 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə "xxxx" MMC tərəfindən Mövsümov Hafiz Rza oğluna və İddiaçı xx.xx.2021-ci il tarixində məktub göndərilmişdir. Poçt qaimələrinin surətindən də göründüyü kimi, məktublar Mövsümov Hafiz Rza oğlu tərəfindən və İddiaçı təqdim edilməsi üçün “Mövsümova” soyadlı şəxs tərəfindən qol çəkilərək qəbul edilmişdir. Bundan sonra həmçinin, xx.xx.2021-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəfimizdən Mövsümov Hafiz Rza oğluna və İddiaçı göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaimələri xx.xx.2021-ci il tarixdə Mövsümov Hafiz Rza oğlu və İddiaçı tərəfindən imzalanmış və qəbul edilmişdir. "Birja" qəzetinin xx.xx.2021-ci il tarixli sayında xx.xx.2021 -ci il tarixdə, saat 11:00-da Bakı şəhəri. Sabunçu rayonu. Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin - ipoteka predmetinin ilkin satış qiyməti 59.000 olmaqla təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2021-ci il tarixində "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Təqdim edilən sübutlardan da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8288/2019 saylı qətnaməsi qanuni hüquqi qüvvəyə mindikdən sonra Sabunçu rayon İcra şöbəsinə icraya yönəldilmişdir. Hərracın yekunlarına dair 81/01 saylı protokol və ipoteka predmetinin alqı-satqısına dair müqavilə xx.xx.2021-ci il tarixində bağlanılmışdır və ipoteka predmeti Cavabdeh1 BOKT ASC-nin balansına keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8288/2019 saylı qətnaməsi üzrə icra hərəkətləri davam etdirilərkən qanuni hüquqi qüvvəsini almışdır. İddiaçı isə hərrac prosesi tam yekunlaşandan 14 ay sonra məhkəməyə müraciət etmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1480/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, "xxxx" MMC-yə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X5)
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun prosesləri eşitməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Digər tərəfdən, xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokolun və alqı-satqı müqaviləsinin faktiki olaraq qüvvədə olduğu və onun ləğvi ilə bağlı hər hansı icra hərəkəti aparılmadığı halda həmin hərrac təşkilatı tərəfindən növbəti hərracların keçirilməsi, Sabunçu rayon İcra şöbəsinin əvvəlki hərracın nəticələri hələ qüvvədə olduğu halda ipoteka predmeti olan əmlakın yenidən hərraca çıxarılması ilə bağlı "xxxx" MMC-yə hərrac sifarişi verilməsi dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, göstərilən hallar müvafiq icra şöbəsinin icra tədbirləri ilə bağlıdır. Həmin icra hərəkətlərinin aparılmasında iddiaçının ehtimal etdiyi qanunvericiliyin tələblərinin pozulması hərracın keçirilmə qaydalarının düzgün həyata keçirilmədiyini demək üçün əsas deyil. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, 416.1-ci, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2-ci, 41.3-cü, 41.5-ci, 42.1-ci, 42.3-cü, 46.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, habelə “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ipoteka predmeti olan əmlakın tutmaya yönəldilməsi nəticəsində yalnız iki hərrac keçirilə bilər, hər hansı bir əsasla üçüncü və dördüncü hərrac keçirilə bilməzdi, növbəti hərracların keçirilməsinə müstəsna hal kimi yalnız o halda yol verilə bilər ki, ilkin və təkrar hərrac qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında etibarsız sayılmış olsun. Bununla yanaşı, eyni əmlakın eyni ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair eyni hərrac təşkilatının xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolu qüvvədə olduğu halda paralel olaraq həmin hərrac təşkilatı tərəfindən eyni əmlakın eyni ipoteka saxlayana satılması ilə bağlı xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun mübahisələndirilməsinə dair məhkəmə işi xx.xx.2021-ci il tarixli eyni tərəflər arasında eyni predmetlə bağlı eyni protokolun imzalanmasından 10 ay sonra yekunlaşmış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3589/2022 saylı, xx.xx.2022ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş qanunsuz hərraclar barəsində də o məlumatlandırılmamışdır. Belə ki, hərrac sənədlərindəki kuryer xidmətlnin mədaxil qəbzlərindən də aydın olur ki, həmin qəbzlər onun tərəfindən deyil, digər kənar şəxslər tərəfindən imzalanmışdır. O, sözügedən hərraclar və mübahisəli hərrac protokolu barədə yalnız Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)- 1001/2021 saylı mülki iş üzrə məhkəmə bildirişi ilə xx.xx.2023-cü il tarixdə xəbər tuta bilmişdir. Mübahisəli hərraclarla bağlı digər qanun pozuntusu ondan ibarət olmuşdur ki, o, ipoteka predmeti olan həmin əmlakın açıq hərracdan satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmiş, nə icra qurumu, nə də hərrac təşkilatı onu bu barədə rəsmi və s. qaydada məlumatlandırmamışdır. Halbuki, həmin bağ evinin açıq hərracdan satışı ilə bağlı keçirilən hərraclar barədə məlumatı olsa idi, mülkiyyətindəki ipoteka predmeti olan həmin bağ evini açıq hərracdan özü alıcı qismində iştirak edərək əldə edəcəkdi və belə olan halda icra sənədi üzrə ilkin satış qiyməti 70 000 manat müəyyən edilmiş bağ evinin tələbkar tərəfindən hətta likvid qiymətindən də xeyli aşağı qiymətə - 44 625 manata əldə edilməsi üçün şərait yaranmayacaqdı. Qanunvericilik hərracın keçirilməsi zamanı elanların verilməsi ilə bildirişlərin göndərilməsinin təyinatını fərqləndirərək, elanın verilməsinin bildirişlərin göndərilməsini istisna edən hala aid olmadığını müəyyən etmişdir. Məhkəmə qətnaməsi məhz qanuni qüvvəyə mindikdən sonra məcburilik, preyudisiallıq və təkzibolunmazlıq xassələrini əldə edir. Buna qədər isə məhkəmə aktı müvafiq prosessual vasitələrlə iş üzrə tərəflərin mübahisəsinə açıqdır. "xxxx" MMC tərəfindən hələ xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş hərraclar və xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun etibarsız hesab edilməsi barədə Nərimanov rayon məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi növbəti instansiya məhkəmələrində mübahisələndirildiyinə görə qanuni qüvvəyə minmədiyindən və faktiki olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində eyni cavabdeh hərrac təşkilatçısı tərəfindən hərraclar keçirilərkən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində keçirilmiş hərraclar hələ də qüvvədə olduğundan (həmin vaxt bu hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildi) əvvəlki hərracların nəticələri məhkəmə qaydasında etibarsız hesab olunmadan və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmadan hər hansı əsasla yeni hərracların keçirilməsi qanunsuz olmuşdur. Başqa sözlə, əmlakın ipoteka saxlayana satılması ilə bağlı xx.xx.2021-ci il tarixli protokol imzalanarkən eyni əmlakın eyni ipoteka saxlayana satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokol da paralel olaraq qüvvədə olmuş və bu zaman onun etibarsız hesab edilməsi ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra edən Sabunçu rayon icra şöbəsi ən azından bu prosessual ehtimalı nəzərə alaraq əmlakın satışı ilə bağlı 2020-ci ildə keçirilmiş hərracların nəticələrinin hüquqi talehi məhkəmədə həll olunmadan və bununla bağlı yekun məhkəmə aktı qəbul edilmədən icra hərəkətlərini davam etdirməməli və yeni hərrac sifarişi verməməli idi. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)- 909/2022 saylı iş üzrə o, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokolun etibarsız hesab edilməsi barədə tələbdən imtina etmiş olsa idi, bu zaman hər hansı yeni hərracın keçirilməsinə ehtiyac qalmayacaqdı. Odur ki, hər bir halda icra şöbəsi əvvəlki hərracın nəticələrinin etibarsızlığı ilə bağlı iddia məhkəmədə baxılıb yekunlaşana qədər əmlakın realizəsi istiqamətində əlavə hər hansı tədbir görməməli idi. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, guya iddiaçının keçirilən hərraclar barədə məlumatlandırılmaması iş üzrə mateiallarda öz əksini tapmamışdır. Bundan əlavə, məhkəmə vahid məhkəmə təcrübəsini pozaraq sifarişli bildirişin çatdırılması barədə poçt qəbzinin iddiaçının özü tərəfindən və ya qeyri şəxslər tərəfindən imzalanmasını xüsusatını araşdırmamış və bununla bağlı xəttşünaslıq ekspertizası təyin etməmişdir. Halbuki, o, həmin poçt sənədlərinin özü tərəfindən deyil, digər kənar şəxslər tərəfindən imzalandığını göstərmişdir. Məhkəmə isə xüsusi bilik tələb edən həmin halları aydınlaşdırmaq üçün ekspertiza da təyin etməmişdir. İpoteka predmeti olan əmlakın tutmaya yönəldilməsi nəticəsində yalnız iki hərracı keçirilə bilər, hər hansı bir əsasla üçüncü və dördüncü hərrac keçirilə bilməzdi, növbəti hərracların keçirilməsinə müstəsna hal kimi yalnız o halda yol verilə bilər ki, ilkin və təkrar hərrac qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında etibarsız sayılmış olsun. Hərracların keçirilməsi barədə bildirişlərin iddiaçıya çatdırılması barədə poçt qəbzlərinin və müvafiq qaimələrdəki imza xətt nümunələrinin iddiaçıya məxsus olub-olmaması, mübahisəli hərracların keçirilməsi zamanı həmin əmlakla bağlı paralel olaraq qüvvədə olan hüquq-müəyyənedici mülkiyyət sənədinin və ya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan sənədin (hərracın yekunlarına dair protokol, alqı-satqı müqaviləsi) mövcud olub-olmaması faktları məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Qanunvericilik ipoteka predmetinin yalnız 2 sayda hərracının keçirilməsinə imkan verdiyi halda, hərrac təşkilatı əvvəlki hərracların nəticələri ilə bağlı məhkəmə prosesləri yekunlaşmadan və əmlakın satışı ilə bağlı əvvəlki hərrac protokolunun hüquqi müqəddəratı həll olunmadan eyni əmlakın təkrar hərraclarını təşkil etmiş, hərrac bildirişlərində əmlakın mülkiyyətçisi kimi o göstərilsə də hələ etibarsız hesab edilməsi və ləğv olunması barədə qanuni qüvvəyə minmiş və icra edilmiş məhkəmə aktı və ya icra sənədi mövcud olmayan əvvəlki hərrac protokoluna əsasən əmlakın yeni mülkiyyətçisi Cavabdeh1 BOKT olmuşdur. Başqa sözlə, hərrac təşkilatçısı qüvvədə olan əvvəlki hərrac protokoluna əsasən mülkiyyətçisi Cavabdeh1 BOKT olan əmlakı onun əmlakı kimi təqdim edərək hərraca çıxarmışdır. Məhkəmə isə qeyd olunan xüsusatları nəzərə almamış və bununla bağlı icra şöbəsinə qarşı tələb irəli sürülməli olmasını qeyd etmişdir. Halbuki, icra şöbəsinin sifarişindən asılı olmayaraq iş üzrə materiallardan aydın olur ki, 2020-ci ildəki sözügedən hərracları da, hazırki mülki iş üzrə mübahisələndirilmiş hərracları da eyni hərrac təşkilatçısı həyata keçirmiş və əvvəlki hərracların hüquqi müqəddəratı barədə məlumatlı olmuşdur. Məhkəmənin mübahisəli hərracların keçirilməsi ilə bağlı iddiaçının hərrac təşkilatı tərəfindən lazımi qaydada xəbərdar edilməsi barədə gəldiyi qənaət işin hallarına uyğun deyil. Məhkəmə cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərracların və həmin əmlakın "xxxx" ASC-yə satılmasına dair xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə 81/01 saylı protokolun qanuni və etibarlı əqd hesab edilməsi qənaətinə gəlmişdir, lakin məsələ burasındadır ki, həmin əmlakın paralel olaraq eyni alıcıya satılması ilə bağlı eyni hərrac təşkilatının xx.xx.2020-ci il tarixli, 45/05 nömrəli protokolu və alqı-satqı müqaviləsi də mövcuddur. Məhkəmənin hazırki mövqeyi eyni əmlakla bağlı paralel olaraq 2 hüquqmüəyyənedici sənədin mövcud olmasına rəvac verir. Məhkəmə əsassız olaraq o qənaətə gəlmişdir ki, iddia ərizəsində hərracın etibarsızlığı ilə bağlı istinad olunan hallar müvafiq icra şöbəsinin icra tədbirləri ilə bağlıdır. Həmin icra hərəkətlərinin aparılmasında iddiaçının ehtimal etdiyi qanunvericiliyin tələblərinin pozulması hərracın keçirilmə qaydalarının düzgün həyata keçirilmədiyini demək üçün əsas deyil. Halbuki, icra haqqında qanunvericilikdə və hərracların təşkili ilə bağlı mülki və ipoteka qanunvericiliyindən göründüyü kimi hərracın keçirilməsinə məhz hərracın təşkilatçısı cavabdehdir və icra şöbəsinin fəaliyyəti hərrac sifarişinin verilməsi ilə başa çatır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
22. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
23. Digər cavabdehlər "xxxx" MMC, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən bu cavabdehlər və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə bu cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur;
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isəünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir.
28. Məhkəmə F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.
29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında sərgilənən mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin yuxarıda göstərilən plenum qərarlarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin və iddia tələbinin əsasını mübahisəli bağ evinə dair keçirilmiş hərracın yekunları barədə 45/05 saylı, xx.xx.2020-ci il tarixli protokolun və bu protokol əsasında bağlanılmış xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmədən həmin əmlakla bağlı eyni icra qurumunun sifarişi əsasında eyni hərrac təşkilatçısı tərəfindən yenidən ilkin və təkrar hərracın keçirilməsi və bunun nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin bağlanması, həmçinin onun bu barədə məlumatlandırılmaması təşkil edir.
36. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin 4206-28692/17 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 2 ilə bağlı xx.xx.2020-ci il tarixdə ilkin və xx.xx.2020-ci il tarixdə təkrar hərrac keçirilmiş, buna baxmayaraq həmin əmlak təkrar hərracdan 3 gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə bağlanmış “Hərracın yekunları barədə” protokola və xx.xx.2020-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən 44.625 manata Cavabdeh1 BOKT ASC tərəfindən satın alınmışdır. Həmin protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçının iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1001/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə təmin edilərək, qeyd edilən hərracın nəticələri, o cümlədən xx.xx.2020-ci il tarixli protokol və müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 909/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia yenidən təmin edilərək, hərracın nəticələri etibarsız hesab edilmişdir. İddiaçının kassasiya şikayəti isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3589/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Hüquqi nəticə etibarı ilə həmin iş üzrə iddiaçının mülkiyyətində olan və ipoteka predmetini təşkil edən əmlakla bağlı keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair yekun məhkəmə aktı yalnız xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
37. Bununla belə, xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmadan (birinci instansiya məhkəməsinin bu barədə qətnaməsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman), bu baxımdan hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixli protokol və müqavilənin qüvvədə olduğu və bu sənədlərin ipoteka predmetini təşkil edən əmlakın Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə keçməsi üçün əsas yaratdığı bir halda, eyni icra qurumunun sifarişi əsasında eyni hərrac təşkilatçısı tərəfindən iş üzrə eyni tərəflərə, o cümlədən Cavabdeh1 BOKT ASC-yə bu barədə bildiriş göndərilməklə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yenidən ilkin və təkrar hərraclar keçirilmiş, hərrac baş tutmadığından əmlak təklif əsasında yenidən ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilmişdir.
38. Bununla da, eyni ipoteka predmeti barəsində eyni tərəflərin təşkilatçılığı və iştirakı ilə ümumilikdə 2 dəfə hərrac proseduru, o cümlədən 2 dəfə ilkin və 2 dəfə təkrar hərrac keçirilmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir. Əvvəlki hərracın nəticələri, o cümlədən xx.xx.2020-ci il tarixli protokol və müqavilə qüvvəsini itirmədiyindən həmin hərracın predmeti olan əmlakla bağlı "xxxx" MMC tərəfindən yenidən xx.xx.2021-ci il tarixdə ilkin və xx.xx.2021-ci il tarixdə təkrar hərracın keçirilməsi qanunsuz olmuşdur. Hərracın nəticələrinə əsasən mübahisələndirilən əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırılması hüququ əldə etmiş Cavabdeh1 BOKT ASC-yə həmin əmlakın satın alınması ilə bağlı yenidən təklif irəli sürülməsi və yekun olaraq yenidən eyni əmlakın eyni mülkiyyətçiyə satılması nəinki qanunvericiliyin, ümumilikdə mülki hüququn təbiətinə uyğun deyil. Əmlakı hərracdan əldə etdikdən sonra hüquqi nəticə etibarı ilə ona məxsus olan əmlakı hər hansı əsas olmadan yenidən hərrac prosedurunda iştirak edərək, əldə etməsi ilə bağlı Cavabdeh1 BOKT ASC-nin hərəkətləri ümumiyyətlə anlaşılmazdır. Hər bir halda, bu sahədə ixtisaslaşan "xxxx" MMC tərəfindən keçirilmiş hərraclar və bu hərraclara çıxarılmış əmlakların qeydiyyatı aparılır. Cavabdeh1 BOKT ASC-nin bu qaydada əldə etdiyi əmlaklar barədə məlumatlı olmaması isə mümkün deyil.
39. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində istinad etdiyi digər, yəni xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərrac barədə məlumatlandırılmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin hərracların əvvəlki hərracın nəticələrinin qüvvədə olduğu müddətdə keçirilməsi artıq onların etibarsız hesab edilməsi üçün hüquqi əsas yaratdığından bu dəlillərə münasibət bildirilməsinə ümumiyyətlə hər hansı hüquqi zərurət qalmır.
40. Hər bir halda, məhkəmə kollegiyası hərracın keçirilməsi yeri və vaxtı, habelə özündə digər məlumatları əks etdirən bildirişlərin iddiaçıya göndərilməməsi ilə bağlı vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın (iddiaçının) faktiki ünvanı və ya həmin vaxt olduğu yer üzrə göndərilməsi, elanların yerləşdirildiyi qəzetlərin ona təqdim edilməsi, habelə bildirişlərin hər hansı səbəbdən çatdırılması mümkün olmadıqda hərracın təxirə salınması istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair mediada və internet saytda elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə, habelə media və internet saytda elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
41. Eyni zamanda, qeyd olunmalıdır ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, bununla bağlı müddətlərin müəyyən edilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət və imkan verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd mülkiyyətçinin hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. Əksinə müəyyən edilmiş bu qayda üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Bu barədə məlumatlandırmanın müxtəlif növlərinin (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən ipoteka qoyan üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır.
42. İş materiallarında olan “FM Express” poçt-daşıma kuryer xidmətinin xəbərnamələrinə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərraclar, habelə hərracın baş tutumaması barədə məlumatlar xəbərnaməli bildirişlər vasitəsi ilə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə iddiaçının (ipoteka qoyanın) qeydiyyatda olduğu ünvan 3 ünvanına göndərilmiş, habelə bu barədə ”Birja yenilikləri” qəzetində məlumatlar dərc edilmişdir. Bununla belə, hərrac təşkilatı bu məsələ ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələrini yerinə yetirmişdir. Həmin ünvanda başqa şəxsin yaşaması və bildirişi bilavasitə iddiaçıya çatdırılmaması bildirişin göndərilməməsi kimi qiymətləndirilə bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmamışdır. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ilkin və təkrar hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş, nəticədə iddiaçının mülkiyyətində olmaqla hərraca çıxarılmış ipoteka predmeti təklif əsasında xx.xx.2021-ci il tarixli protokol və alqı-satqı müqaviləsinə əsasən yenidən Cavabdeh1 BOKT ASC tərəfindən mülkiyyətə qəbul edilmişdir. Bu da öz növbəsində həmin hərracların və onların baş tutmaması nəticəsində edilmiş təklifin qəbulu əsasında xx.xx.2021-ci il tarixdə bağlanmış hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi üçün əsas yaradır. Bu barədə tələb irəli sürülüb-sürülməməsindən asılı olmayaraq, protokolun etibarsızlığı, eyni zamanda xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin də etibarsızlığına səbəb olur və bu əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 BOKT ASC-nin xeyrinə mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin ləğv edilməsini şərtləndirir.
44. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1480/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməli, ünvan 2nin açıq hərracdan satışına dair cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərraclar və həmin əmlakın Cavabdeh1 BOKT ASC-yə satılmasına dair xx.xx.2021-ci il tarixli, 81/01 saylı “Hərracın yekunları barədə” protokol, habelə “Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, ünvan 2nə dair Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1480/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. ünvan 2nin açıq hərracdan satışına dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərraclar və həmin əmlakın Cavabdeh1 BOKT ASC-yə satılmasına dair xx.xx.2021-ci il tarixli, 81/01 saylı “Hərracın yekunları barədə” protokol, habelə “Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin. ünvan 2nə dair Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.