Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5579/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və “ İcraçı Kredit Agentliyi”-nə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi ” hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh "xxxx" MMC BOKT-un qanuni nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC BOKT-a qarşı (Abşeron Rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1470/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" X10 X2rşı “X20” MMC-nin 02/2 saylı hərracın keçirilməsi barədə protokolu etibarsız hesab olunması barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1470/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 269.5, 311.2, 317.1, 317.2, 319.1, 354.1,354.2, 416,421.1, 421.2; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 44, 46; “ İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.1, 53.2, 53.3; “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına; Azərbaycan Respubliikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 5.2, 14.2, 76.1, 76.2, 77.1, 80, 82.3, 106, 119.1, 206-cı maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Abşeron Rayon İcra Şöbəsinin sifarişi əsasında "X20” MMC-nin təşkilatçılığı ilə iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı "Kaspi” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərrac baş tutmadığından, ipoteka predmeti ipoteka saxlayan "İcraçı Kredit Agentliyi” MMC-yə təklif edilmiş və sonuncu tərəfindən xx.xx.2016-cı tarixdə təklif qəbul edilərək, əldə etmişdir. Hazırda iddiaçı hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, "ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” protokolun etibarsız hesab edilməsini tələb edir. Belə ki, hərracın keçirilməsi zamanı qüvvədə olan "İpoteka haqqında” Qanunun 36.1- ci maddəsinin yeni redaksiyasına əsasən - ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış fərdi yaşayış evinin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin fərdi yaşayış evini hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Çünki hərrac təşkilatı mümkün olan bütün üsullarla - hər iki hərracın yeri və vaxtı barədə həm bildiriş göndərməklə, həm də kütləvi informasiya vasitəsində elan verməklə hərraca dəvət edilməli olan şəxsləri məlumatlandırmış hesab edilir. Hərracın nəticələrinin icra edilməsinə mane olan yuxarıda qeyd edilən hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur.Göründüyü kimi, qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.İnsan hüquqları üzrə Avropa Məhkəməsinin "Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi açıq hərracdan satılmasına dair hərrac təşkilatının "ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları” barədə 02/2 nömrəli protokolun nəticəsinin etibarsız hesab edilməsinə dair hallar aşkar olmamaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.Hərracın keçirilməsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, "X20” MMC tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi dair hərrac alıcı olmadığına görə baş tutmamışdır. Bundan sonra hərrac mərkəzi hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "İcraçı Kredit Agentliyi” BOKT MMC-yə təklif məktubları göndərərək, "İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 15% az olmayan qiymətlə almağı təklif etmişdir.Hərracın keçirilməsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, "X20” MMC tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Hərracın keçirilməsi və nəticələri barədə məlumat "Kaspi” qəzetində dərc edilmişdir.Daha sonra - Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi "xxxx" MMC tərəfindən əldə edilmişdir. Hazırda torpaq sahəsinin mülkiyyətçisi” "xxxx" MMC-dir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsindən açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərracın keçirələcəyi barədə məlumatı özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitəsində elan dərc edilmişdir, bu səbəbdən də iddiaçının dəlilləri əsassız hesab edilməlidir. Hərracların keçirilməsindən 8 ilə yaxın müddət keçib. Tərəfin mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə məhkəmə qətnaməsi qəbul edilib və icraata başlanılıb. Belə olan təqdirdə iddiaçının, onun mərhum atasının hərracların keçirilməsindən məlumatsız olması ağlabatan deyil.Eyni zamanda mülki işin materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2024-cü ildə ipoteka müqaviləsinin etibarsızlığını da mübahisələndirmiş, həmin tələb üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edərək, hərracın etibarsızlığı tələbini irəli sürmüşdür. İddiaçının dəlilləri subyektiv xarakterlidir, iddianın əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
2.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - İddia tələbi onunla əsaslandırmışdır ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddialar tam təmin edilmiş, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh "xxxx" MMC-dən 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 16 iyul 2012-ci il tarixli 2 nömrəli əlavə üzrə 25748 manat 93 qəpik əsas kredit borcu, 28 yanvar 2013-cü il tarixli 12 saylı kredit müqaviləsi və həmin müqaviləyə 08 fevral 2013-cü il tarixli 1 saylı əlavə üzrə ******* manat əsas kredit borcu 677500 manat faiz borcu, hər iki müqavilə üzrə cəmi 77523 manat 93 qəpik məbləğində kredit borcu ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutma 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh X23, X1, X21, X22, X28, X32 və qeyrilərinin 02 may 2011 ci il tarixli 8/3 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Yardımlı rayonu Zəngələ kəndində mülkiyyətlərində olan 1.285161 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə, 28 yanvar 2013-cü il tarixli 12 saylı kredit müqaviləsi üzrə iddia üzrə cavabdehlər X24 və qeyriləri 28 yanvar 2013-cü il tarixli 12/1 saylı ipoteka müqaviləsi ilə yükül edilmiş Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətlərində olan 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılaraq, əmlakların satışı nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satışına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin girov saxlayan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "İcraçı Kredit Agentliyi MMC Bank olmayan Kredit Təşkilatına olan 77523 manat 93 qəpik məbləğində kredit və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissə ilkin iddia üzrə cavabdehlərə qaytarılması 28 yanvar 2013-cü il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə X16 və digərlərinin Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətlərində olan ipoteka ilə yükül edilmiş 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 107.400 manat 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə X36 və qeyrilərinin Yardımlı rayonu Zəngələ kəndində mülkiyyətlərində olan ipoteka ilə yüklü edilmiş 128516 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin ikin satış qiyməti isə 7000 manat müəyyən edilməsi, ilkin iddia üzrə cavabdehlər X12 və qeyrilərinin Yardımlı rayonu Zəngərə kəndində olan 1.285161 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmçinin ilkin iddia üzrə cavabdehlər X24 və qeyriləri Abşeron rayonu Saray qəsəbəsində olan 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqları məhdudlaşdırılması, ilkin və qarşılıqlı iddialar üzrə cavbdeh "Astanlı Kredit İttifaqı” MMC-dən ilkin iddia üzrə cavbdehlər X8 və qeyrilərindən müştərək qaydada 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "İcraçı Kresit Agentliyi” MMC olamayan kredit təşkilatının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Abşeron Rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə "X20” 05 yanvar 2018-ci il tarixində hərrac keçirilmiş, Yardım Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)- 02/2016 saylı icra sənədinə əsasən X13, X9, İddiaçı, X17 ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi satışa çıxarılmış, əmlakın ilkin satış qiyməti 68467 manat müəyyən edilmiş, əmlakın satılmış son qiyməti 68467 manat müəyyən olunmuşdur. Hərrac barədə iddiaçının məlumatı olmamışdır; - Cavabdeh "İcraçı Kredit Agentliyi” MMC tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur.Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı qətlaməsi ilə "İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA MMC) ilə "Astanlı Kredit İttifaqı” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tutmanın cavabdehlər - X13, X9, X17, X3, İddiaçı Zilfı qızının Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətlərində olan ipoteka ilə yüklü edilmiş 0.4296 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 107400 manat müəyyən edilməsi, həmin torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması və iş üzrə digər cavabdehlərlə birlikdə onlardan 30 manat dövlət rüsumunun alınaraq "İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Adı çəkilən Saray qəsəbəsində yerləşən 04296 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının bildirdiyi kimi Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatında deyil, hazırda xx.xx.2019-cu il tarixli ********** qeydiyyat N-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən "İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının mülkiyyətindədir. Qeyd edir ki, İddiaçı oxşar iddia ərizəsi ilə Abşeron Rayon məhkəməsinə müraciət edərək "İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı ilə bağlanmış 28 yanvar 2013-cü il tarixli 12/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Abşeron Rayon məhkəməsi xx.xx.2024-cü il tarixli e-2(0l2)-4511/2024 N-li Qərardadı ilə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-0l/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə borcun tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə əmlaka yönəldilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanların həmin torpaq sahəsindən istifadə hüquqlanna xitam verilməsi haqqında iddia təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-834/2023 saylı, 19 iyul 2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-834/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar X14 və İddiaçı cavabdehlər X18, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı notariat kontorunda 28 yanvar 2013-cü il tarixdə bağlanmış 12/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları "Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 N-li, 14 iyun 2022-ci il tarixli qərardadına əsasən. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları"Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 N-li, 14 iyun 2022-ci il tarixli qərardadına istinad edərək, hesab edir ki. iddiaçılar X14 və İddiaçı cavabdehlər X18 "xxxx" MmC BOKT- na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı ərizəsində göstərir ki,'05 yanvar 2018-ci il tarixində "X15” MMC-də keçirilən hərracda "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci maddəsinin tələbləri pozulmuşdur.05 yanvar 2018-ci il tarixində hərrac keçirilməmişdir, 1-ci və 2-ci hərraclar 13 noyabr 2017-ci il tarixdə (bildiriş N° 05/49), 21 dekabr 2017-ci il tarixdə keçirilmiş (bildiriş N° 05/49-1), 28 dekabr 2017-ci il tarixdə (N° 1258) ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə ala biləcəyi barədə hər iki tərəfə bildirişlər göndərilmişdir. Qeyd edilir ki, 1439-VQD N°-li "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Ölkə Prezidenti tərəfindən 28 dekabr 2018-ci il tarixdə imzalanmış və Qanunun iddiaçının istinad etdiyi 41.2-ci maddəsinə dəyişiklik edilmişdir. Ancaq, hərraclar isə bu dəyişikliklərə qədər yəni 2017-ci ilin noyabr - dekabr aylarında keçirilmiş və 05 yanvar 2018-ci il tarixdə "Hərracın yekunları barədə protokol” imzalanmışdır, Göründüyü kimi, iddiaçı qeyri-səmimilik göstərir, tələblərinin heç bir qanuni əsası yoxdur, təhrif olunmuş faktlar göstərməklə çaşqınlıq yaratmağa çalışır; - Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddialar tam təmin edilmiş, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh "Astanlı Kredit İttifaqı” MMC-dən 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə 16 iyul 2012-ci il tarixli 2 nömrəli əlavə üzrə 25.748 manat 93 qəpik əsas kredit borcu, 28 yanvar 2013-cü il tarixli 12 saylı kredit müqaviləsi və həmin müqaviləyə 08 fevral 2013-cü il tarixli 1 saylı əlavə üzrə 45.000.00 manat əsas kredit borcu 6.775.00 manat faiz borcu, hər iki müqavilə üzrə cəmi 77.523 manat 93 qəpik məbləğində kredit borcu ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "İcraçı Kredit Agentliyi” MMC olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutma 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh X23, X1, X21, X22, X28, X32 və qeyrilərinin 02 may 2011 ci il tarixli 8/3 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Yardımlı rayonu Zəngələ kəndində mülkiyyətlərində olan 1.285161 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə, 28 yanvar 2013-cü il tarixli 12 saylı kredit müqaviləsi üzrə iddia üzrə cavabdehlər X24 və qeyriləri 28 yanvar 2013-cü il tarixli 12/1 saylı ipoteka müqaviləsi ilə yükül edilmiş Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətlərində olan 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılaraq, əmlakların satışı nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satışına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, ilkin və qarşılıqlı iddia üzrə cavabdeh "Astanlı Kredit” MMC- nin girov saxlayan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "İcraçı Kredit Agentliyi MMC Bak olmayan Kredit Təşkilatına olan 77.523 manat 93 qəpik məbləğində kredit və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissə ilkin iddia üzrə cavabdehlərə qaytarılması 28 yanvar 2013-cü il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə X16 və digərlərinin Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətlərində olan ipoteka ilə yükül edilmiş 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 107.400 manat 02 may 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə X36 və qeyrilərinin Yardımlı rayonu Zəngələ kəndində mükiyyətlərində olan ipoteka ilə yüklü edilmiş 1.28516 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin ikin satış qiyməti isə 7000 (yeddi min) manat müəyyən edilməsi, ilkin iddia üzrə cavabdehlər X12 və qeyrilərinin Yardımlı rayonu Zəngərə kəndində olan 1.285161 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmçinin ilkin iddia üzrə cavabdehlər X24 və qeyriləri Abşeron rayonu Saray qəsəbəsində olan 0,4296 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsindən istifadə hüquqları məhdudlaşdırılması, İlkin və qarşılıqlı iddialar üzrə cavbdeh "Astanlı Kredit İttifaqı” MMCdən ilkin iddia üzrə cavbdehlər X8 və qeyrilərindən müştərək qaydada 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "İcraçı Kresit Agentliyi” MMC olamayan kredit təşkilatının xeyrinə tutulması qət edilmişdir; - "X20” MMC tərəfindən 21 noyabr 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 05/49-1 nömrəli bildirişə əsasən, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı icra vərəqəsi üzrə X5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinə dair Abşeron Rayon İcra şöbəsinin sifarişi əsasında 21 dekabr 2017-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında hərrac keçirilməsi və ilkin satış qiyməti 107 400 manat,hərracda iştirak üçün 5% -4564 manat məbləğ müəyyən edilmişdir; - "X20” MMC tərəfindən 24 dekabr 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 05/49 nömrəli bildirişdən görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı icra vərəqəsi üzrə X5 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinə dair Abşeron Rayon İcra şöbəsinin sifarişi əsasında 13 noyabr 2017-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında hərrac keçirilməsi və ilkin satış qiyməti 107 400 manat,hərracda iştirak üçün 5% -5370 manat məbləğ müəyyən edilmişdir; - "X20” MMC tərəfindən 28 dekabr 2017-ci il tarixli 1258 nömrəli "İcraçı Kredit Agentliyi” BOKT MMC-yə ünvanlanan məktuba əsasən, X24, X29, İddiaçı Zilfı qızı, X26 və X3 mülkiyyətində olan Abşeron rayonu,Saray qəsəbəsində yerləşən 0.4296 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 107400 manat, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 43.5-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 91290 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tulmaması ilə bağlı Kaspi qəzetində elan dərc olunmuşdur. Bildirilmişdir ki, İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 43.7 maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər; - 05 yanvar 2018-ci il tarixli "hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə”müqavilənin surətinə əsasən,”sifarişçi”- "X20” MMC Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsini "alıcı”- "xxxx" BOKT MMC-nin tam mülkiyyətinə verir,”Alıcı”- "xxxx" BOKT MMC isə həmin mülkiyyəti qəbul edib onun dəyərini tam ödəməyi öz üzərinə götürmüşdür.Bu müqaviləyə əsasən "xxxx" BOKT MMC Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsini 68 467,50 manata satın almışdır; - "X20” MMC tərəfindən tərtib edilən 05 yanvar 2018-ci il tarixli hərracın yekunları barədə 02/2 nömrəli protokolun surətinə əsasən, "X20” 05 yanvar 2018-ci il tarixində hərrac keçirilmiş, Yardım Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(038)-02/2016 saylı icra sənədinə əsasən X13, X9, İddiaçı, X17 ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi satışa çıxarılmış, əmlakın ilkin satış qiyməti 68467 (altmış səkkiz min dörd yüz altmış yeddi) manat müəyyən edilmiş, əmlakın satılmış son qiyməti 68467 (altmış səkkiz min dörd yüz altmış yeddi) manat müəyyən olunmuşdur; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2(012)- 4511/2024 saylı qərardadının surətinə əsasən, iddiaçılar X14 və İddiaçı cavabdehlər X18, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən ******* nömrəli çıxarışın surətinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4296 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.Bu barədə xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli,2(105)-344/2025 saylı qərardadının surətinə əsasən ,İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş,Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(012)-4511/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır; - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli,2(105)-475/2025 saylı qərardadının surətinə əsasən, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş,Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(012)-4304/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 3.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10, 42.1,42.2, 42.3, 42.4, 42.5, 42.6, 42.7,42.8, 44; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14, 77,88, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qeyd edir ki, “Qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur.” Məhkəmə nəzərə almamışdır ki, təmsil etdiyi şəxsin məlumatı olmadan əmlak ipoteka qoyulmuşdur. Ona görə də təmsil etdiyi şəxsin nə əmlakın ipotekaya qoyulmasından, nə də məhkəmə mübahisələrindən xəbəri olmamışdır. Müqavilələrin etibarsızlığı ilə bağlı 2024-cü il üçün aparılan məhkəmə işlərinə gəldikdə isə məqsəd məlumatı olmadan qeydə alınmış ipoteka münasibətlərinin hansı mərhələdə olması və lazımı sənədlərin əldə edilməsindən ibarət olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar: 4.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi X19 apellyasiya şikayətini əsassız hesab etdiyini, hərracın qanun tələblərinə tam riayət edilməklə keçirildiyini, iddiaçının ayrı-ayrı məhkəmələrdə oxşar iddia tələbləri qaldıraraq sadəcə süni şəkildə vaxtı uzatmaq istədiyini, iddiaçının bir tərəfdən artıq qanuni qüvvəsini almış məhkəmə aktlarını mübahisələndirmədiyini, digər tərəfdən isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək keçirilmiş hərrac barədə ümumiyyətlə məlumatlı olmadığını bildiridiyini və dedikləri nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. 5.İddiaçının nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məlumatla müraciət edərək, səhhətinin pis olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, üzürlü səbəb kimi nəzərə alınmağını və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə kollegiyası sübutedici əsaslar olmadığından onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 6.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdeh " Capital Auctions ” MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: (əvvəlki redaksiya) 1.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, habelə hərrac baş tutmadıqda sonrakı prosedurlar, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandıqdan sonra müəyyən edilən razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;43.1.2. hərracın iştirakçısı olmadıqda;43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda, habelə elektron hərracda satışınadək (alqı-satqı müqaviləsi bağlananadək, tərəflərin razılığı əsasında həyata keçirilən hərracın nəticələri üzrə protokol imzalananadək, elektron hərracın nəticələri haqqında protokol tərtib olunanadək), yaxud “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilənədək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 271.2. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər.272. Girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir.307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər.311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.311.3. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər.317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 11.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosessual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 119, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini iddia etsə də, iddiasını təsdiq edəcək hər hansı mötəbər sübut nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyasına təqdim edilə bilməmiş, əsas dəlil kimi əmlakın ipotekaya qoyulmasından və məhkəmə mübahisələrindən xəbəri olmadığını olmuşdur ki, buda qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilən və iddiaçının şikayət vermək hüququ olan haldır.Qeyd edilməlidir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bundan əlavə, iş materialları ilə hərracın tam qanunun tələblərinə cavab verməklə təşkil edildiyi, iddiaçının bütün bu proseslərdən məlumatlı olduğu öz təsdiqini tapır. Digər tərəfdən iddiaçının 2024-cü ildə ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməsi və həmin iş üzrə icraata xitam verilməsi, daha sonra isə hazırkı iddia tələbi, yəni hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi iddiaçı tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneə yaratmaq və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. 12.Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyənə aid edilməlidir. 13.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1470/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.