Məhkəmə qərarları › İş №2(103)-558/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-558/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-558/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 qızının, X3 və X1 Cavabdeh MMC-yə qarşı iş üzrə (açar sözlər:öhdəliyin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1 qızının, X3 və X1 nümayəndəsi (anaları) Nümayəndə, Cavabdeh Poleks MMC-in nümayəndəsi (vəkil) X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 qızının, X3 və X1 cavabdeh Poleks MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranan kirayə haqqı borc üzrə pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-2428/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar Satıcı Poleks MMC ilə alıcı İddiaçı1 qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 qızı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33.4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Poleks MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83.00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” - İddiaçı1 qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqəsdilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 manat ödəyir.“Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Satıcı Cavabdeh MMC ilə alıcı Mahmud-zadə Səbinə Ramiz qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Mahmud-zadə Səbinə Ramiz qızı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33.4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83.00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” Mahmud-zadə Nəzrin Ramiz qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 AZN ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Satıcı Poleks MMC ilə alıcı İddiaçı2 arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33.4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə “Tikinti Şirkəti” həmin ərazidə inşa ediləcək binada 83.00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” Mahmud-zadə Nəzrin Ramiz qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqəsdilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 AZN ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İddiaçı1 qızı, X9, X6 tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, iddiaçılar tərəfindən Cavabdeh MMC-yə kirayə haqları üzrə yığılan 51000 manat məbləğində borcun 3 gün ərzində ödənilməsini təmin edilməsini, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bank Respublika tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2021ci il tarixli məktubdan görünür ki, Poleks MMC şirkətinə məxsus hesablara yönləndirilən 229944-2021 saylı xx.xx.2021-ci il tarixli 31530 AZN məbləğli inkasso sərəncamından hesabda qalıq 21078.22 AZN hissəsi icra edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-276/2021 saylı qətnaməsinə əsasən, ilk iddianın təmin edilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı1 qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı1 qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin İddiaçı1 qızına təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub İddiaçı1 qızına ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X6 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X2 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub X2 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X9 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X7 təhvil verilməsi və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub X7 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu 30 (otuz) manatın 10 manatı Cavabdeh MMC-dən tutulub X7, 10 manatı İddiaçı1 qızına və 10 manatı X2 ödənilməsi, iddiaçı X10 Cəmiyyətinin cavabdehlər İddiaçı1 qızına, X7 və X2 qarşı pul ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-276/2021 nömrəli qətnaməsindən cavabdeh X10 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-276/2021 nömrəli qətnaməsi qismən - X10 Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılması, ilkin və qarşılıqlı iddiaların qismən təmin edilməsi, X10 Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil İddiaçı1 qızına təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzil X2 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X7 təhvil verilməsi, 30 sentyabr 2017-ci il tarixli müqavilələrə əsasən İddiaçı1 qızı, X9 və X2 təhvil verilməli olan 83 kv.m. mənzillərin əvəzində təhvil verilən 79 kv.m. mənzillərin sahələri arasında olan 4 kv.m. görə hər kv.m. üçün 2300 manat hesablanmaqla X10 Cəmiyyəti tərəfindən müvafiq olaraq İddiaçı1 qızı, X9 və X1 hər birinə 9200 manat məbləğində pul ödənilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2394/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Mahmud-zadə Nəzrin Ramiz qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2024-cü il tarixli 2(103)-238/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli mənzilin təhvil verilməsinə dair aktdan müəyyən olunur ki, əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh MMC tərəfindən icra sənədində qeyd olunan mənzillər icra sənədi üzrə tələbkarların nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 qızı, X9, X6 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranan borc üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı1 qızı ilə Poleks MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı1 qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirli mənzilin İddiaçı1 qızına bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub İddiaçı1 qızına verilməsi; Bakı şəhəri 21 saylı notariat kontorunda X6 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh "Poleks” MMC tərəfindən ünvan 3 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirlimənzilin iddiaçı X2 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul) və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub iddiaçı X2 verilməsi; Bakı şəhəri 21 saylı notariat kontorunda X9 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh "Poleks” MMC tərəfindən ünvan 4 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X7 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul) və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub iddiaçı X7 verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pilot layihəyə əsasən cavabdeh “Poleks" MMC ilə iddiaçılar İddiaçı1 qızı və X6 arasında 30 sentyabr 2017-ci il tarixində, “Poleks" MMC ilə X9 arasında isə 03 oktyabr 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 21 saylı notariat kontorunda müqavilələr imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdəh “Poleks" MMC ünvan 5 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hündürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli sahələri 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı mənzilləri iddiaçılara təhvil verənədək, iddiaçıların yaşayışlarını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçilərinə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 01 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir. Ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay), 2019-cu ilin dekabr ayından Cavabdeh MMC müqavilədə qeyd olunan sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı mənzilləri də vermir, yaşayış üçün razılaşdırılan kirayə haqlarını da 34 (otuz dörd) aydır ki (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayinədək), ödəmir (hər ay üçün 500 (beş yüz) manat). Bu isə bu günkü günə “Poleks" MMC tərəfindən hər bir iddiaçıya 17000 (on yeddi min) manat borcun yaranmasına səbəb olub. Bundan əlavə, binanın komendantı bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb" və guya “hazırda bizə verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur”. Qeyd olunur ki, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında mütəmadi təkrarlayıb ki, “iş adamları, tikinti rəhbərləri ilk öncə sakinləri düşünüb, onları mənzillərlə təmin etməlidirlər, yalnız bundan sonra kənara mənzillər satıla bilər". "Heç bir məmur, iş adamı toxunulmaz deyil!”. Lakin praktikada “Poleks" MMC-nin rəhbərinin əməllərindən bunların tam əksini görünür. Beləliklə, aydın görünür ki, “Poleks" MMC müqavilələr üzrə iddiaçıların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Dəfələrlə, şifahi və yazılı şəkildə Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımova müqavilələrdə qeyd olunan 02 (iki) otaqlı 83 kv.m. (83 m2) mənzillərin iddiaçılara təhvil verilməsi və eyni zamanda kirayə haqlarının ödənilməsi xahişi ilə müraciət etsələr də, o, bunu etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, bilə-bilə qarşı tərəfin etimadından istifadə edərək, onları aldadır, artıq gəlir əldə etməyə çalışır. Yuxarıda qeyd edildiyi hüquq pozuntusu barədə iddiaçılar iradını Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımova bildirmişlər və mübahisənin könüllü həllinin tərəfdarı olmuşlar. Lakin "Poleks” MMC-nin direktoru onların həmin müraciətlərinə cavab verməmiş və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı mənzilləri verməməklə yanaşı, iddiaçıların yaşayışını təmin etmək üçün kirayə haqlarını da ödəməyərək Şahin Qasımov onları çox acınacaqlı duruma salıb. İddiaçılar artıq dözülməz vəziyyətdə olduğunu bildirir. Cavabdeh "Poleks” MMC-in iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçılar və cavabdeh arasında sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnamayə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-276/2021 nömrəli qətnaməsi qismən - X10 Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılmışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14- cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzilin İddiaçı1 qızına təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzilin X2 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X7 təhvil verilməsi qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-2394/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk gündən iddiaçılara təqdim edilən mənzillər məhkəmənin yekun qərarı ilə iddiaçılara verilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçılar əsassız olaraq təklif edilən mənzilləri 4 ildən artıq müddətdir ki, təhvil almır və əsassız olaraq təhvil almadığı mənzillərə görə kirayə haqqı tələb edirlər. Qeyd edilən halların nəzərə alınmasını, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2428/2024 nömrəli qətnaməsi iddia təmin edilərək cavabdeh Poleks MMC-dən 17000 manat kirayə haqqı pulunun və 81 manat dövlət rüsumunun X3, 17000 manat kirayə haqqı pulunun və 81 manat dövlət rüsumunun X1, 17000 manat kirayə haqqı pulunun və 81 manat dövlət rüsumunun İddiaçı1 qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən 36 saylı mənzilin iddiaçılar İddiaçı1 qızının, X3 və X1 hər birinin 1/3 hissədə xüsusi mülkiyyətində olması mübahisələndirilmir. Bu əmlakın iddiaçıların mülkiyyəti olması qəbul edildiyindən iddiaçıların bu əmlakla bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da vardır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranan kirayə borcunu iddiaçılara ödəməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.2, 152.5, 158.1.2, 157.8, 385.1, 405.1, 421.2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Poleks MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Poleks" MMC (hal-hazırda MTK) ilə İddiaçı1 qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, İddiaçı1 qızı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33.4 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, “Tikinti Şirkəti” isə həmin ərazidə inşa ediləcək binada 83.00 kv.m, iki otaqlı təmirli mənzili “Əmlak mülkiyyətçisi” - İddiaçı1 qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqəsdilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə 1500 AZN ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti Şirkəti” həmin məbləği ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Eyni şərtli, eyni tarixli müqavilə Cavabdeh MMC ilə iddiaçı X8 və X9 ilə də bağlanmışdır. Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş və artıq 4 ildən artıqdır ki, mənzillər iddiaçılara təhvil verilmək üçün təklif edilməkdədir. Buna baxmayaraq, iddiaçılar hüquqdan suiistifadəyə yol verərək mənzilləri təhvil almaqdan yayınmışlar. Əsassız və şişirdilmiş iddia tələbləri ilə məhkəməyə müraciət edərək qanunsuz tələblər irəli sürməkdədirlər. Belə ki, iddiaçılar tərəfindən əsassız tələblərlə 2021-ci il tarixində Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş, həmin qətnamayə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(005)-276/2021 nömrəli qətnaməsi qismən - Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahələrinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 2 otaqlı tam təmirli mənzillərin təhvil verilməsi və qarşılıqlı iddia üzrə hissələrdə ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılmışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14- cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzilin İddiaçı1 qızına təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3- cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzilin X2 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X7 təhvil verilməsi qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)- 2394/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-238/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda iddiaçılar tərəfindən oxşar tələbli iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək, Bakı şəhəri 21 saylı notariat kontorunda İddiaçı1 qızı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı1 qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirli mənzilin İddiaçı1 qızına bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub İddiaçı1 qızına verilməsi; Bakı şəhəri 21 saylı notariat kontorunda X6 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh "Poleks” MMC tərəfindən ünvan 3 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X2 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul) və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub iddiaçı X2 verilməsi; Bakı şəhəri 21 saylı notariat kontorunda X9 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq cavabdeh "Poleks” MMC tərəfindən ünvan 4 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. (83 m2) olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X7 bu günədək təhvil vermədiyinə görə hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat kirayə haqqı (2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək 34 ay üçün yaranan 17000 (on yeddi min) manat pul) və ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun 81 (səksən bir) manatı, cəmi 17081 (on yeddi min səksən bir) manat pul tutulub iddiaçı X7 verilməsi barədə barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 2(005)-2428/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh "xxxx" MMC-dən 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu X3, 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu X1 və 17000 manat kirayə haqqı pulu və 81 manat dövlət rüsumu İddiaçı1 qızının xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. Hal-hazırkı işdə iddia tələbini 2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək olan kirayə haqqı pulu təşkil etməkdədir. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)- 2394/2024 saylı qərarı ilə Cavabdeh MMC-nin ilk gündən bildirdiyi təkliflər öz təsdiqlərini tapmışdır. Belə ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 2-ci blok, 14- cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzilin İddiaçı1 qızına təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli 4 saylı mənzilin X2 təhvil verilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, sahəsi 79 kv.m. olan 2 otaqlı tam təmirli, 48 saylı mənzil X7 təhvil verilməsi, təhvil verilməli olan 83 kv.m. mənzillərin əvəzində təhvil verilən 79 kv.m. mənzillərin sahələri arasında olan 4 kv.m. görə hər kv.m. üçün 2300 manat hesablanmaqla Cavabdeh tərəfindən müvafiq olaraq İddiaçı1 qızı, X9 və X1 hər birinə 9200 manat məbləğində pul ödənilməsi qət edilmişdir. Həmin iş üzrə iddiaçılar məhkəməyə ilk müraciət edən və qarşılıqlı iddia təqdim edilən vaxtdan xx.xx.2024-cü il tarixli yekun qərar ilə iddiaçılara təqdim edilən mənzillər, eyni zamanda fərqə görə yaranmış kompensasiya məbləği Cavabdeh MTK tərəfindən iddiaçılara əvvəlcədən təqdim olunurdu. Yəni, Cavabdeh MTK-nin iddiaçılara təqdim etdiyi mənzillər yekun olaraq 5 ildən sonra qəbul edilmiş və bu keçən müddət ərzində hər evə 9200 manat ödənilməsi qət edilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçılara hər birinin ümumi sahəsi 83 kv.m olan mənzillər təhvil verilməli olsa da, tikinti dövründə iddiaçıdan asılı olmayan səbəblərdən ümumi sahəsi 83 kv.m olan mənzillərin inşa olunması mümkün olmamış, müəyyən dərəcədə azalmalar yaranmışdır. İddiaçı tərəfindən yaşayış kompleksinin tikintisi vaxtında tamamlanmış, ümumi sahəsi 79 kv.m olan mənzillər təhvil üçün təklif edilmişdir. Əlavə olaraq, arada yaranmış 4 kv.m sahə fərqinə görə hər bir iddiaçıya kompensasiyanın ödənilməsi təklif edilmişdir. Buna baxmayaraq, 83 kv.m mənzillərin təhvil verilməsinin mümkün olmadığını bildikləri halda ümumi sahədə olan fərqə əsaslanaraq iddiaçılar təklif olunan mənzilləri qəbul etməkdən imtina etmişdirlər. Müqavilələr üzrə kreditorlar İddiaçı1 qızı, X9 və X6 tərəfindən vaxtı çatmış və təklif olunan icranı qəbul etməmiş, bununla da icranı gecikdirmişdirlər. Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası da Cavabdeh MMC-nin ilk gündən etdiyi təkliflə razılaşmışdır. Müqavilə üzrə gecikmə isə yalnız iddiaçıların təqsirli hərəkətləri səbəbindən baş vermişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan, hazırki maddi hüquq normasının tələblərini pozaraq qətnamə qəbul etmişdir ki, hazırki hal həmin qətnamənin ləğvi üçün birbaşa əsasdır. Yuxarıda qeyd edilənlərdən aydın şəkildə görünməkdədir ki, iddiaçıların qərəzli şəkildə gecikdirməyə yol vermələrindəki əsas məqsəd hüquqdan sui-istifadə edərək şəxsi mənfəət əldə etməkdir. Belə ki, təklif edilən mənzilləri qəbul etməyərək gecikmənin yaranmasına şərait yaratmış, daha sonra isə özlərinin yaratdığı gecikməyə əsaslanaraq kirayə haqqı borcları tələb etməkdədirlər. Bununla da, məhkəməyə müraciət etmək hüquqlarından sui-istifadə edərək Cavabdeh MMC-nin hüquqlarının pozulmasına səbəb olmaqdadırlar. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd olunan xüsusatlar nəzərə alınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: “məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.” Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları apellyasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, №2(005)-2428/2024 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçıların apellyasiya şikayətinə qarşı etirazları onunla əsaslandırılmışdır ki, pilot layihəyə əsasən cavabdeh Poleks MMC 2017-ci ildə 21 saylı notariat kontorunda qarşılıqlı razılaşma ilə aralarında bağlanılan üç müqaviləyə əsasən Qarabağ 34 ünvanında mülkiyyətlərində olan mənzilləri sökərək, yerində inşa etdiyi binada sahəsi 83 m2 olan iki otaqlı tam təmirli mənzilləri onlara təhvil verənədək yaşamaları üçün hər birinə 500 (beş yüz) manat kirayə pulu ödəməlidir. Bu kirayə haqqı 2017-ci ildən 2021-ci ilin avqust ayınadək ödənilib (və ödətdirilib), 2021-ci ilin senyabr ayından 2024-cü ilin iyun ayınadək müqavilədə qeyd olunan sahəsi 83 m2-lik iki otaqlı mənzillər də cavabdeh Poleks MMC tərəfindən verilməyib kirayə haqları ödənilməyib. Pretenziya qaydasında dəfələrlə şifahi və yazılı Poleks MMC-yə müraciət etsələr də o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məsələnin qanun çərçivəsində həll olunması naminə Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olmuşlar. Həmin vaxtadək Poleks MMC-nin hər birinə 17000 (on yeddi min) manat borcu yaranmışdır. Lakin, Ali Məhkəmənin qərarı ilə müqavilədə qeyd olunan sahəsi 83 m2-lik iki otaqlı mənzillərin əvəzinə onlara aşağı sahəli bir otaqlı mənzillərin təhvil verilməsi icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə baş tutub və həmin tarixədək cavabdeh Poleks MMC-nin onlara 38 ay üçün hər birinə yaranan borcu 19000 (on doqquz min) manat təşkil edir. Qeyd edilir ki, cavabdeh Poleks MMC tərəfindən onlara verilən mənzillər yaşayış üçün yararsızdır və həyat üçün təhlükəlidir. Buna sübut kimi FHN-nin TTNDA-nin iki məktubunu məhkəməyə təqdim edilir. Əlavə olaraq onu da bildirir ki, Əmlak Komitəsi xx.xx.2024-cü ildən bugünədək (2,5 ay) mənzillərə nə çıxarış, nə texniki passport verə bilmir. Çünki, məhkəmə qərarında cavabdeh Poleks MMC bizə sahəsi 79 m2 olan ikiotaqlı üç mənzilin təqdim edilməsi qeyd olunsa da, əsas layihədə onlara təhvil verilən mənzillər birotaqlı və sahəsi 71 m2 kimi göstərilir. Onu da qeyd etmək vacibdir ki, Poleks MMC iddia ərizələrinə yazdığı etirazda və apellyasiya şikayətində səhvən istinad etdiyi məqam odur ki, inşa etdiyi binada sahəsi 83 m2 iki otaqlı bütün (24 ədəd) mənzilləri satdığına görə onlara həmin mənzilləri güya verə bilməyib. Məhkəmənin bu məqama nəzər salmağını da xahiş edilir. Bina inşa edilməmişdən əvvəl sahəsi 83 m2-lik iki otaqlı mənzillərə dair ilk müqavilələr qarşılıqlı razılaşma ilə məhz onlarla bağlanılmışdı və bu mənzillər ilk olaraq onlara verilməliydi. Lakin, Poleks MMC bu 24 mənzili satdıqdan sonra hesab edib ki, onlara satılmayan, yaşayış üçün yararsız, sahəsi 71 m2 olan birotaqlı mənzilləri Poleks MMC xərcə düşməsin və kirayə haqqı ödəməsin. Müqavilədə elə şərt yoxdur ki, onlara sahəsi 83 m2-lik ikiotaqlı mənzillər verilmədiyi təqdirdə biz cavabdeh Poleks MMC-nin təklif etdiyi digər mənzilləri qəbul etməlidir. Qeyd olunanlardan məlum olur ki, cavabdeh Poleks MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qəsdən yerinə yetirmək istəmir, bilə-bilə onların etimadından istifadə edərək, onları aldadıb və bunun nəticəsində artıq gəlir əldə edib. Pretenziya qaydasında müraciətlərinə cavab verməyib, mübahisəni könüllü həll etmək istəmir, hətta notariat kontorunda qarşılıqlı razılaşma ilə üzərinə götürdüyü yaşayışları üçün üç ayda bir dəfə 1500 manat ödəməyi öhdəsinə götürsə də, öhdəliyi bu günədək icra etmir. Göründüyü kimi cavabdeh Poleks MMC öhdəliyi pozub, ağlabatan müddətdə icra etmədiyinə görə öz günahı nəticəsində 38 ay üçün yaranan 57000 (əlli yeddi min) manat hər birinə 19000 manat borcu ödəməlidir. Məhkəmədən avabdeh Poleks MC-nin şikayəti əsassız olduğuna görə təmin edilməməsi, 2021-ci ilin sentyabr ayından 2024-cü ilin 30 oktyabrınadək (mənzillər təhvil verilənədək) yaranan 57000 (əlli yeddi min) manat (hər birimizə 19000 manat) pulun cavabdeh Poleks MMC-dən alınaraq (həmçinin 243 manat dövlət rüsumu) onlara verilməsinə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)2428/2024 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair ədalətli və qanuni qətnamənə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Poleks MMC-in nümayəndəsi (vəkili) oğlu apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 qızının, X3 və X1 nümayəndəsi (anaları) Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayıb, etirazın məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, “Poleks" MMC ilə iddiaçılar X6 və İddiaçı1 qızı arasında 21 may 2018-ci il tarixdə, X9 arasında isə 03 oktyabr 2017-ci il tarixdə bağlanmış müqavilələrə əsasən, “Poleks" MMC iddiaçıların hər birinin 1/3 hissədə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanda yerləşən 36 saylı mənzilin sökülməsini, həmin sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirməyi, yeni binada iddiaçıların hər birinə sahəsi 83 kv.m. olan 2 otaqlı mənzili təmirli şəkildə mülkiyyətinə verməyi, mənzillər təhvil verilənədək aylıq 500 manat kirayə haqqını üç ayda bir dəfə 1500 manat ödəməyi öhdəsinə götürmüş, mənzillərin təhvil verilməsi hissəsində müqavilə öhdəliyini, yalnız xx.xx.2024-cü il tarixdə icra etmişdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-276/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən, iddiaçıların hər birinə, dekabr 2019dan avqust ayı 2021-ci il tarixinədək, yəni 21 aya görə 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulmasının qət edilmiş və həmin hissədə qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçılar 2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək olan 34 ay üçün hər birinə hər ay üçün 500 manat olmaqla cəmi hər birinə 17000 manat kirayə haqqının tutulmasını tələb edirlər. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı, cavabdehin müqavilə öhdəliklərini vaxtında icra etməməsi qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunaraq cavabdehdən dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinədək, yəni 21 aya görə 10.500 (on min beş yüz) manat kirayə haqqının hər bir iddiaçının xeyrinə tutulması qət edildiyindən, iddiaçılar hazırda 2021-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək olan 34 ay üçün hər birinə 17000 manat kirayə haqqının tutulmasını tələb etdiklərindən, cavabdeh mənzillərin təhvil verilməsi öhdəliyini xx.xx.2024-cü il tarixdə icra etdiyindən iddia tələblərini tam təmin edən birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya iddiaçıların apellyasiya şikayətinə qarşı etirazlarında göstərdikləri 2024-cü ilin iyun ayından 2024-cü ilin 30 oktyabr ayınadək (mənzillər təhvil verilənədək) olan dövr üçün də kirayə haqqının hazırkı icraatda tutulması ilə bağlı izah edir ki, iddiaçılar həmin dövr üzrə kirayə haqqının tutulması ilə bağlı müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. (MPM-in 372.2. mad.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Poleks MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2428/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar