Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5584/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətlinə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələblərinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında 3-cü giriş, 11-ci mərtəbə, yaşayış sahəsi 124 kv.m olan, 3 otaqlı, 201 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC və “Kaspian-İnşaat MB“ MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələrin yaradılmasının onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Caspian İnşaat MB" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, həmin mənzilə dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanaraq, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, onun Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 4 otaqdan ibarət, müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m.) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs iddiası qismən təmin edilmiş, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeydin və 29 iyul 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş 135000 (bir yüz otuz beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair İddiaçı adına aparılmış qeydin və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X3 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m. təşkil edən) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın İddiaçı tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MTK tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5584/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-361-ci maddələrinə uyğun verildiyi üçün işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, 17 avqust 2023-cü il tarixli məktubu ilə Cavabdeh2 tərəfindən verilmiş şikayətə münasibət bildirməsi üçün mülki işi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5584/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5584/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5584/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5584/2023
21.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver