Məhkəmə qərarları › İş №2(103)-5586/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5586/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5586/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)-2894/2024 nömrəli qətnaməsindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı fərdi yaşayış evi (İV-cü mərtəbədən 3 otaq y/s- 69.8 kv.m, k/s-60.2 kv.m) 04 aprel 2014-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmişdir.

2. RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı fərdi yaşayış evi (1-ci mərtəbədən 3 otaq y/s- 69.8 kv.m, k/s-46.5 kv.m) 04 aprel 2014-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 nömrəli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 nömrəli qətnaməsi qismən - tələbin cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilmiş, iddiaçının tələbi-cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 1ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır.

4. İddiaçılar tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 30 aprel 2024-cü il və 03 iyul 2024-cü il tarixli pretenziyalardan görünür ki, onlar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 46,5 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4- cü mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 60,2 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişlər. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən iddidaçılara ünvanlanmış 12 iyul 2024-cü il tarixli məktubda bankın üzərinə qoyulmuş hər hansı vəzifənin olmadığı göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə 14 noyabr 2013-cü il tarixli, 118957-1- 9782 saylı baş kredit müqaviləsinin təminatı kimi bağlanmış iddiaçılar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 46,5 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4cü mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 60,2 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi 03 aprel 2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və 03 aprel 2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bağlanmamış hesab olunması və ipoteka yüklülüyündən azad edilməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, daha əvvəl iddiaçı Cavabdeh1 ASC cavabdehlər X7, X8, İddiaçı1, İddiaçı2 və X9 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, X2 10 oktyabr 2016-cı il tarixə Banka borclu olduğu 281635,73 ABŞ dolları məbləğində əsas borcun, 38256,04 ABŞ dolları məbləğində faizin və 2800 ABŞ dolları məbləğində cərimənin, cəmi 322691,77 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının cavabdehlər X1 və X5 müştərək qaydada alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə, tələbin xüsusi paylı mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 46,5 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə-ilkin satış qiyməti 69700 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi paylı mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 60,2 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə ilkin satış qiyməti 84500 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi tam mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsində yerləşən 6 nömrəli 145,7 kv.m ümumi, 96,1 kv.m yaşayış, 49,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 48 nömrəli mənzilə ilkin satış qiyməti 154200 manat məbləğində müəyyənləşdirilməklə yönəldilməsinə və əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd olunan borcun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə, ipoteka predmetləri olan göstərilən əmlakların məcburi qaydada boşaldılmasına, 18957-1-9782 saylı 14 noyabr 2013-cü il tarixli baş kredit razılaşmasının, 118957-1-9782/2 saylı 03 aprel 2014-cü il tarixli kommersiya krediti müqaviləsinin və 118957-1-9782/3 saylı 03 aprel 03 aprel 2014-cü il tarixli kommersiya krediti müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı iş üzrə 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bank VTB (Azərbaycan) ASC ilə X6 arasında bağlanmış 14 noyabr 2013-cü il 118957-1-9782 saylı baş kredit razılaşması, 03 aprel 2014-cü il tarixli 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və 03 aprel 2014-cü il tarixli 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, X1 və X5 03 aprel 2014-cü il tarixli 118957-1-9782/2 saylı və 03 aprel 2014-cü il tarixli 118957-1-9782/3 saylı kommersiya krediti müqavilələri üzrə müştərək qaydada əsas borca görə 281635,73 ABŞ dolları, faiz borcuna görə 38256,04 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla cəmi 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, X1 və X5 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, X1 və X5 müştərək qaydada ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili ilkin satış qiyməti 204 000 manat, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 145400 manat, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 162500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün AzərbaycanRespublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASC-nin hesabına, 50 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərin müxtəlif vaxtlarda yuxarı instansiya məhkəmələrinə verdikləri şikayət ərizələri üzrə aparılmış çoxsaylı məhkəmə icraatları əsasında yekun olaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 nömrəli qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması barədə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2392/2023 saylı qərarı qəbul edilmişdir. Həmin məhkəmə aktlarına əsasən cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 nömrəli qətnaməsi qismən, tələbin cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilmiş, iddiaçının tələbi- cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 1- ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 4- ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamış, həmin hissədə iddia rədd edilmişdir. Məhkəmələr yekunda qeyd etmişlər ki, Bankla cavabdehlər İddiaçı1 və İddiaçı2 arasında rəsmiləşdirilmiş 14 noyabr 2013-cü il tarixli ipoteka müqavilələrinin 4.1-ci bəndində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evdə adları çəkilən şəxslərə məxsus payların Bankla kredit alan arasında bağlanmış eyni tarixli baş kredit razılaşmasından və onun ayrılmaz hissəsi olan ayrıca müqavilələrdən irəli gələn mövcud, həm də gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn tələblərin təminatı olduğu qeyd edilmişdir. Razılaşmanın 5.1-ci bəndində kredit üzrə faizlərinin miqdarının, ödənilməsi şərtlərinin və ödənişlərin silinməsi növbəliliyinin tərəflər arasında bağlanacaq kredit müqavilələri ilə müəyyən ediləcəyi göstərilmişdir. Beləliklə, ipoteka müqavilələrində zəruri şərtlər (müddət, faiz, məbləğ) göstərilməmiş və borcalanla sonradan bağlanmış kredit müqavilələrində və əlavə və dəyişikliklər edilməsi barədə razılaşmada ipoteka qoyanların razılığı alınmamışdır. Ona görə də ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Beləliklə əvvəllər başqa kredit müqavilələri üzrə ipoteka predmeti kimi çıxış etmiş əmlakları, həmin kredit müqavilələrinə icra nəticəsində xitam verilməsinə və həmin müqavilələr üzrə bütün öhdəliklərin tam həcmdə icra edilməsinə baxmayaraq, hazırda cavabdeh bankın xeyrinə girovda qalmaqdadır. Halbuki yuxarıda istinad olunan (hazırki iddia ərizəsinə surətləri əlavə edilmiş) qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ipoteka müqavilələri bankın sonradan bağladığı kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilmiş və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməklə, bankın əmlaklarına tələbin yönəldilməsi hissəsində iddia tələbləri təmin olunmamışdır. Tərəflərindən 30 aprel 2024-cü il tarixli pretenziya məktubu ilə cavabdeh banka müraciət olunmaqla, Cavabdeh1 ASC-nin xeyrinə yüklü edilmiş İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 60,2 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin 5 gün ərzində ipoteka yüklülüyündən azad edilməsi xahiş olunsa da, bank faktiki olaraq xahişlərinin təmin olunmasından imtina etmişdir. Bu hal isə onların qanunvericiliklə qorunan mülkiyyət və mülkiyyətdən azad istifadə hüquqlarını kobud şəkildə pozmaqdadır və heç bir qanuni və müqavilə əsası olmadan əmlakları bankın xeyrinə yüklü olaraq qalmaqda davam etməkdədir. Hesab etmişlər ki, hazırda həmin ipoteka predmetlərinin yüklü saxlanılması üçün heç bir qanuni əsas mövcud deyildir. Əksinə, əmlakların ipoteka yüklülüyündə qalması iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur.

7. Etiraz onunla əsaslandırılmışdır ki, 14 noyabr 2013-cü il tarixli, 118962-NEDVİJ- 1969 saylr ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun оlаrаq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənməklə dövlət qeydiyyatına alınmışdır. Наmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir, heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız, ləğv və ya xitam olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 202З-сü il tarixli, 2(10З)- 1712/2023 nömrəli qətnaməsində ipoteka müqaviləsinin ləğvi, və уа xitamı barədə heç bir qeyd edilməmişdir. İpoteka müqaviləsinə əsasən İddiaçı1 Вауrаm qızına və Həsənova Vəfа Теlmаn qızına məхsus daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin iсrаsının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Göründüyü kimi daşınmaz əmlakın yüklülükdən azad olunmasına heç bir hüquqi əsas yoxdur.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)- 2894/2024 nömrəli qərardadına əsasən mülki iş üzrə icraata - xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi bağlanmış iddiaçılar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bağlanmamış hesab olunması tələbinə dair hissəsində xitam verilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)- 2894/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq xx.xx.2013-cü il tarixli, 118957-1- 9782 saylı baş kredit müqaviləsinin təminatı kimi İddiaçı1 məxsus 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1- ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyinin qoyulması, xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi İddiaçı2 məxsus 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyinin qoyulması qət edilmişdir.

10. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi ilə borcun iddiaçılara məxsus əmalaka yönəldilməsi hissəsində təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka müqavilələrində zəruri şərtlər (müddət, faiz, məbləğ) göstərilməmiş və borcalanla sonradan bağlanmış kredit müqavilələrində və əlavə və dəyişikliklər edilməsi barədə razılaşmada ipoteka qoyanların razılığı alınmamışdır. Ona görə də ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməklə bu müqavilələrdən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilmiş öhdəlik olması hesab edilməməsi qət edilmişdir. İpoteka ilə əmlakın mülkiyyətçisinin hüquqları məhdudlaşdırılmaqla yüklü hala gəlir. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın məcburi satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Odur ki, reyestrdə ipoteka yüklülüyünün qurulması üçün keçərli hüquqi əsas – etibarlı bir ipoteka müqaviləsi mövcud olmalıdır. Əgər şəxsi borclu ilə bağlanmış konkret kredit müqavilələri üzrə ipoteka müqaviləsi bağlanmamış sayılırsa, gələcəkdə bağlanması ehtimal olunan başqa kredit müqavilələri üzrə ipotekanın yaranması üçün yenə də ipoteka qoyanın razılığı tələb olunursa, belə razılıq verilmədən etibarlı bir ipotekadan söhbət gedə bilməz. İpoteka qurulmadığı halda isə şəxsin əmlakı üzərindəki yüklülük onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı olaraq tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə ipoteka müqavilələrin bağlanmamış hesab edildiyindən, tutmanın yönəldilə bilinməyən ipoteka predmetinin yüklü vəziyyətdə qalması, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnməsi səbəbindən əmlaklar ipoteka yüklülüyündən azad edilməlidirlər.

Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İpoteka qoyanlar öz iradələrini tərəflər arasında bağlanmış “Baş Kredit Razılaşması”nın 2.1-ci bəndində müəyyən olunan, yəni açılan kredit xəttinin 120 ay müddətinə, ******* ABŞ dolları və ya manat ekvivalenti məbləği həddində olmasına dair razılıq vermələridir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, “Baş Kredit Razılaşması” ayrıca müqavilədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Plenum qərarında qeyd edilir ki, bir çox ölkələrdə geniş tətbiq olunan kreditləşmə növlərindən biri də kredit xətləridir (limitləridir). Belə müqavilələr ayrı-ayrı ölkələrdə “baş kredit razılaşması”, “kredit xətti müqaviləsi”, “çərçivə müqaviləsi”, “ümumi şərtlər müqaviləsi”, “açıq şərtlərlə razılaşma” və s. kimi tanınır. Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Həmçinin qərarda göstərilir ki, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Lakin, hazırki işdə tərəflər öz razılıqlarını əvvəlcədən bildirdiklərindən eləcə də, BKR-də heç bir dəyişiklik edilmədiyi üçün müvafiq düzəlişlərin edilməsinə və razılıqların alınmasına ehtiyac olmamışdır. Eyni zamanda yalnız ipoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edir. Digər hallarda “İpoteka haqqında” Qanununa əsasən “ipotekanın ləğv edilməsi” anlayışı mövcud deyildir. Belə ki, 14 noyabr 2013-cü il tarixli, 118962-NEDVİJ- 1969 saylı ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş va dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir ve heç bir qanuni qüvvəyə minmiş məhkəmə qararı ilə etibarsız hesab olunmamış, ləğv və ya xitam edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2023cü il tarixli, 2(103)-1712/2023 nömrəli qətnaməsində (nəticəvi hissəsində) ipoteka müqaviləsinin ləğv ve ya xitam edilməsi barədə heç bir qeyd edilməmişdir. İpoteka müqaviləsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus daşınmaz əmlakların Bank qarşısında ipoteka ila yüklü edilərək, kredit öhdəliyinin icrasının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanun 10.1-ci maddəsi). Belə ki, ipoteka qoyan iddiaçılar ərizədə məhkəmədən ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsini tələb edib və belə xahiş qeyri-müəyyən tələbdir. Lakin, sözügedən Konstitusiya Məhkəməsinin Plenum qərarında isə ipoteka müqaviləsi kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilib. Həmin qərarda ipoteka müqaviləsi kredit xətti müqaviləsinə yəni, “Baş Kredit Razılaşması”na münasibətdə bağlanmamış hesab olunmayıb və bu baxımdan ipoteka predmetinin yüklülüyünün ləğv edilməsi qanuna zidd olub. Göründüyü kimi, kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 46,5 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evin daşınmaz əmlakın yüklülüyündən azad edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan hesab olunur.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Qətnamənin nəticəvi hissəsindən görünür ki, digər tələblərlə yanaşı iddia ipoteka yüklülüyündən azad edilmə barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması hissəsində də təmin olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1- ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4- cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyinin qoyulması qət edilmişdir.

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 3.1-ci bəndində əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.2-ci bəndinə əsasən 31.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqanlar hesab olunur, yəni, cavabdeh inzibati orqandır, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Yəni, iddianın əsaslı olduğu halda belə inzibati funksiyanı həyata keçirir.

19. Hazırkı mübahisənin qeyd olunan hissədə mahiyyətini inzibati orqanın üzərinə vəzifə qoyulması təşkil edir və buna görə də həmin hissədə mübahisə yarandığı təqdirdə bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın ipoteka yüklülüyündən azad edilmə barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması hissəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və bu əsasla qətnamə həmin hissədə ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)- 2894/2024 nömrəli qətnaməsi qismən - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1- ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4- cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilsin. İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iş üzrə icraata - ipoteka yüklülüyündən azad edilmə barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması hissəsində xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar