Məhkəmə qərarları › İş №2(103)-5587/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5587/2023

01.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5587/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Ərizəçi və onun vəkili Nümayəndə şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, ərizənin qəbul edilməsindən imtina olunsun. Qərardad onunla əsaslandırılıb ki, ərizəyə ümumi məhkəmədə baxılmalı deyil, ərizəçi ilkin olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və inzibati orqanın hərəkət və ya hərəkətsizliyinə dair inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldırmalıdır. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 153.2.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə icraata qəbul edilsin. Şikayət təmin olunmalı, qərardad ləğv olunmalı və iş icraata qəbul edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı ərizəyə MPM-in 153.2.1-ci maddəsinin tətbiqi üçün əsas yoxdur. Ərizəyə ümumi məhkəmə tərəfindən mülki məhkəmə icraatı (xüsusi icraat) qaydasında baxılmalıdır. MPM-in 307.2.10-1-ci maddəsinə görə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi ərizəsi həmin faktın müəyyən edilməsi barədədir, bu ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmama və Azərbaycan Respublikasında daimi yaşama faktının müəyyən edilməsi barədə” ərizəsi icraata qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar