Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-559/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İlkin İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, "xxxx" Mənzil Tikinti Kooperativi və Bank "xxxx" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız sayılması və s." tələbinə dair qaşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(005)-2006/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 iyun 2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə, 1-ci Alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzil Cavabdeh1 MTK tərəfindən 31 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2. 2007-ci ildə isə həmin mənzil X7 mülkiyyətindən onun adına keçirilmişdir. Bundan əlavə, 19 noyabr 2009-cu ildə tərəfindən "xxxx" ASC ilə arasında həmin mənzilə dair girov müqaviləsi bağlanmışdır. Hazırda ona məlum olmuşdur ki, həmin mənzil cavabdeh tərəfindən 21 iyun 2010-cu il tarixli müqavilə ilə X1, halbuki ev əslində həmin vaxt onun mülkiyyətində olmuş və girov olaraq yuxarıda qeyd olunan bankla arasında bağlanmış müqavilə üzrə yüklü edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilən 04 sentyabr 2007-ci il tarixli 000062 saylı mənzil sertifikatında da Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə 1-ci Alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilin mülkiyyətçisinin həmin vaxt X19 olduğu göstərilmişdir. Həmçinin 23 aprel 2018-ci il tarixində X15 və X21 Cavabdeh1 MTK-ya 7E9901 və 7E-9902 saylı məktub yazaraq mübahisələndirilən mənzilin X9 adına olan paydan imtina etmişlər. Ümumiyyətlə, onda olan məlumata görə Cavabdeh1 MTK 2010-cu ildən 2018-ci ilə qədər fəaliyyət göstərməmişdir. X15 və X21 ona görə həmin tarixdə ərizə ilə müraciət etmişlər ki, faktiki olaraq qeyd olunan mənzilin Cavabdeh2 adına sənədləşdirilməsi 2010-cu ildə deyil, 2018-ci ildə baş vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.03.2019-cu il tarixli icra vərəqəsindən də görünür ki, onunla Yunayted Kredit Bank ASC arasında bağlanmış 19.11.2009-cu il tarixli girov müqaviləsi ləğv edilmişdir. Faktiki olaraq Cavabdeh1 MTK ona məxsus mənzili girovla yüklü edildiyi halda, digər Cavabdeh2 satmışdır. Cavabdehlər arasında bağlanmış 20.06.2010-cu il tarixli mənzilin alqı-satqısı ilə bağlı müqavilədə mənzilin əvvəllər onun mülkiyyətində olubolmaması və ya onunla Cavabdeh1 MTK arasında bağlanmış 2005-ci il tarixli müqavilənin ləğv edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. Əgər tərəflər arasında sözügedən mənzilin 2010-cu ildə alqı-satqısı olsa idi, o zaman həmin vaxt o evin satılmasına icazə verməli idi, onun isə belə bir icazəsi olmamış, faktiki o, mülkiyyətçi olduğu halda mənzil başqa şəxsə satılmışdır. Həmçinin, Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər X8 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “protokoldan çıxarışın etibarsızlığı və reyesterdən çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərinin rədd edilməsi və Cavabdeh1 MMC tərəfindən X4 adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsinə, həmçinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmış 14.01.2021-ci il tarixli ********** saylı reyesterdən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, 21.06.2010-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən ümumi sahəsi 160 kv.m-dən ibarət olan 14 saylı mənzil onun tərəfindən alınmışdır. Ondan öncə həmin mənzil X9 adına Cavabdeh1 MMC-də qeydiyyatdan keçirilmişdir. Daha sonra X15 və həyat yoldaşı X22 tərəfindən mənzildən və paydan imtinaya dair ərizə yazılmış və notarial qaydada rəsmiləşərək, təsdiq edilmişdir. Həmin paydan imtina ərizələrinə əsasən, mübahisəli mənzil onun adına rəsmiləşdirilmişdir. Qeyd edilən hallar tərəfindən X12 qarşı mənzildən çıxarılma ilə bağlı iddia tələbinə əsasən, məhkəmə qətnamələrində qeyd edilmişdir. Həmin məhkəmə qətnamələrinə əsasən, müəyyən edilmiş və qeyd edilmişdir ki, mübahisəli mənzil onun sahiblik və istifadəsindədir, ona məxsusdur. Buna görə də X15 və ailə üzvləri həmin mənzili tək etməlidir. Eləcə də, Cavabdeh1 MMC tərəfindən verilmiş 20.06.2010-cu il tarixli maliyyə arayışına və 27 may 2019-cu il tarixli arayışlara əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən ümumi sahəsi 160 kv.m-dən ibarət olan 14 saylı mənzil, hazırki ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil ona məxsusdur və onun adına qeydiyyatdan keçmişdir. Məhkəmə mübahisəsi zamanı qanunsuz olaraq hazırki iş üzrə ilkin iddiaçı X10 özünün qohumu X15 və Cavabdeh1 MMC ilə cinayət əlaqəsinə girmiş, qanunsuz olaraq öz adına Cavabdeh1 MMC 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarış almışdır. Həmin sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil X4 adına rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh kimi Bank "xxxx" ASC cəlb edilməklə Cavabdeh1 MTK tərəfindən X4 adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışının, 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,ünvan 7 AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş və onun adına qeydə alınmış 14.01.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, İddiaçı adına AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş və onun adına qeydə alınmış 14.01.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın əsasında İddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında AR ƏMDK yanında DƏDRX-də qeydə alınmış ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini, mülkiyyət hüquqlarının pozulmasına əsas olmuş və qanuna zidd əməllərə yol vermiş şəxslərin dairəsini müəyyən edərək həmin şəxslərin əməllərinə cinayət hüquqi istiqamətində qiymət verilməsi üçün xüsusi qərarın qəbul edilərək araşdırılması üçün müvafiq prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(005)- 2006/2021 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 MTK tərəfindən İddiaçı adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışının və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,ünvan 7 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.01.2021ci il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli DENG-000002-00/21A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1033.,ünvan 7 26.02.2021-ci il tarixli DENG-000002- 00/21A saylı ipoteka müqaviləsi əsasında yaranmış ipotekaya xitam verilməsi və ipoteka qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(005)-2006/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilk iddia ərizəsinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, sözügedən mənzil İddiaçı mülkiyyətində olmuş və həmin mənzilə dair çıxarışı olmuşdur. Məhkəmə cavabdehlər arasında bağlanmış saxta müqaviləyə əsaslanıb ona məxsus 14.01.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv olunması haqqında qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə gəlmiş olduğu nəticəni əsaslandırmaq üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3069/2019 saylı, 12.09.2019-cu il tarixli qətnaməsinə əsaslanmış və həmin qərarın bu iş üçün preyudisial əhəmiyyət kəsb etməsini bildirmişdir. Lakin bu tamamilə yanlış yanaşmadır, ona görə ki, həmin qətnamə ilə X11 və ailə üzvlərinin mənzildən çıxarılması qeyd olunmuş, Cavabdeh2 həmin mənzilə dair mülkiyyət hüququ verilməmişdir. Halbuki, mənzil İddiaçı məxsusdur və həmin qətnamənin ona hər hansı aidiyyəti yoxdur, bu iş üçün preyudisial xarakter daşıya bilməz. Məhkəmənin bu qətnamə ilə gəlmiş olduğu ən böyük səhv ondan ibarətdir ki, Cavabdeh2 Allhaverdi qızına saxta verilmiş müqavilə əsasında qanunla nəzərdə tutulmuş qaydada ilkin iddiaçının əldə etdiyi çıxarışı ləğv etmişdir. Müqavilənin olması hələ Cavabdeh2 tam mülkiyyətçi hüququ vermir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi və qarşılıqlı iddia üzrə cavabdeh Bank "xxxx" ASC nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(005)-2006/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair ilkin iddia tələbi təmin edilməli, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, "xxxx" Mənzil Tikinti Kooperativi və Bank "xxxx" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız sayılması və s." tələbinə dair qaşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Cavabdeh1 MMC ilə X15 arasında bağlanmış 31 oktyabr 2005-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürmüşlər. Birinci tərəf Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 30.10.2003-cü il tarixli 499 saylı sərəncamına əsasən, çoxmərtəbəli çoxmənzilli yaşayış evinin tikintisinə uyğun olan layihəyə əsasən ikinci tərəf ilə razılaşdırılmış müddət ərzində onun mülkiyyətinə ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzili təhvil verməklə ona özgəninkiləşdirilməsini və ikinci tərəfin özünün və ya onun mülahizəsinə görə başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsini, ikinci tərəf isə alınmasına dair razılıq əldə edilmiş mənzilin dəyərini bu müqavilədə şərtləşdirilmiş müddət və məbləğlərdə tam ödəməyi öz öhdələrinə götürmüşlər. Bu müqaviləyə əsasən, gələcəkdə alqı-satqı müqaviləsi sayılan əsas müqavilənin bağlanması Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evindəki ümumi sahəsi 160 kv.m-dən ibarət olan binanın 1-ci alaqapısında olmaqla, 8-ci mərtəbədə yerləşən 4 otaqdan ibarət 14 saylı mənzil barəsində həyata keçirilməlidir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə tam əməl olunacağı halında yaşayış sahəsini 01 yanvar 2006-cı ilədək olan müddət ərzində ikinci tərəfin adına rəsmiləşdirilməsi üçün təklif vermək və binanın qüvvədə olan qanunvericliklə müəyyən olunmuş qaydada qəbulundan sonra əsas müqaviləni bağlamaq birinci tərəfin vəzifəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, həmin müqavilə ilə gələcəkdə barəsində alqı-satqı müqaviləsi bağlanması haqqında razılaşma əldə edilmiş yaşayış mənzilinin ümumi satış qiyməti bu müqavilənin ayrılmaz hissəsi olan Əlavəyə uyğun olaraq ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnə ilə Azərbaycan manatı ifadəsində məbləğ müəyyən edilir. 31 oktyabr 2005-ci il tarixli ilkin müqaviləyə əlavədən görünür ki, müqavilə ilə gələcəkdə barəsində alqı-satqı müqaviləsi bağlanması haqqında razılaşma əldə edilmiş yaşayış mənzilinin ümumi satış qiyməti 85.000 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnə ilə Azərbaycan manatı ifadəsində məbləğ müəyyən edilir. İş materiallarında olan Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Birinci tərəf Bakı şəhəri İcra Hakimiyyətinin 30.10.2003-cü il tarixli 499 saylı sərəncamına əsasən, çoxmərtəbəli çoxmənzilli yaşayış evinin tikintisinə uyğun olan layihəyə əsasən ikinci tərəf ilə razılaşdırılmış müddət ərzində onun mülkiyyətinə ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzili təhvil verməklə ona özgəninkiləşdirilməsini və ikinci tərəfin özünün və ya onun mülahizəsinə görə başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsini, ikinci tərəf isə alınmasına dair razılıq əldə edilmiş mənzilin dəyərini bu müqavilə şərtləşdirilmiş müddət və məbləğlərdə tam ödəməyi öz öhdələrinə götürürlər. Bu müqaviləyə əsasən, Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evindəki ümumi sahəsi 160 kv.m-dən ibarət olan binanın 1-ci alaqapısında olmaqla, 8-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzili ikinci tərəfin özünün və ya onun mülahizəsinə görə başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsi həyata keçirilməlidir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə tam əməl olunacağı halında yaşayış sahəsini 18 iyun 2010-cu ilədək olan müddət ərzində ikinci tərəfin adına rəsmiləşdirilməsi üçün lazımi tədbirlər görmək birinci tərəfin vəzifəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflərin razılaşmasına əsasən Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evindəki ümumi sahəsi 160 kv.mdən ibarət olan binanın 1-ci alaqapısında olmaqla, 8-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzilin dəyəri 48.000 (qırx səkkiz min) manat müəyən edilir. İş materiallarında olan X9 və X14 23 aprel 2018-ci il tarixli ərizələrindən görünür ki, onlar, Cavabdeh1 MTK-nın inşa etdiyi ünvan 3 ünvanında yerləşən kooperativ binada X9 adına olan 14 saylı mənzil və paydan imtina etmişlər. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında 619704 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, M8, m2) İddiaçı adına 14.01.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X15 və X14 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-dən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilinin X15 və X21 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-707/2020 saylı 13.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3718/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin 46/32 nömrəli 27 may 2019-cu il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən çoxmənzilli binanın 14 saylı mənzili (hazırki ünvan: ünvan 5şən çoxmərtəbəli çoxmənzilli yaşayış binası, giriş 15, mərtəbə 8, mənzil 1) mövcud olan müqavilə və maliyyə arayışı sənədlərinə əsasən, Cavabdeh2 məxsusdur. Yuxarıda göstərilən ünvandakı mənzil Cavabdeh2 əvvəl X12 məxsus olmuşdur. Hazırda həmin mənzildə X15 öz ailə üzvləri ilə yaşayır. İş materiallarında olan Cavabdeh1 MTK-nın üzvlərinin Ümumi Yığıncağının 07 mart 2020-ci il tarixli 21 saylı Prokolundan Çıxarışdan görünür ki, İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın ünvan 6 ünvanında yerləşən 6 girişli 14 mərtəbəli kooperativ binada 15-ci giriş, mərtəbə 8, mənzil 2 (əvvəlki 14) ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzil tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilən 07 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən 6 girişli 14 mərtəbəli kooperativ binada 15-ci giriş, mərtəbə 8, mənzil 2 (əvvəlki 14), ümumi sahəsi 160 kv.m olan 4 otaqlı mənzilin tam dəyərini ödəmişdir. İş materiallarında olan MS seriyalı 000062 №-li mənzil sertifikatının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, emitent Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllədə yerləşən yaşayış evindəki ümumi sahəsi 160 kv.m-dən ibarət olan, binanın 1-ci alaqapı, 8-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 14 saylı mənzilə xüsusi mülkiyyət hüququnu 31 oktyabr 2007-ci il tarixdən gec olmayaraq sertifikat sahibi X13 adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Həmin mənzil sertfikatı 04 sentyabr 2007ci ildə ödənilmiş, mənzil sertifikatı 28 iyul 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, 04 sentyabr 2007-ci ildə isə mənzil sertifikatının sahibinə verilmişdir. Qeyd edilən mənzil sertifikatında aparılmış və notarial qaydada təsdiq edilmiş indossamentdən görünür ki, X16 həmin mənzil sertifikatı üzrə öz tələblərini X6 ötürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 05 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ödənilmə tarixi 30.06.2007-ci il olan mənzil sertifikatları emitent Cavabdeh1 MMC tərəfindən, ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 28.07.2006-cı il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışı və 07.03.2020-ci il tarixli 21 saylı protokoldan çıxarış əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan mənzil 01.03.2021-ci il tarixli müraciətə əsasən, Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bank "xxxx" ASC ipoteka qoyan İddiaçı və borcalan X15 arasında bağlanmış DENG-00002-00/21A nömrəli 26 fevral 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 26 fevral 2021-ci il tarixli DEN-00002-00/21A nömrəli kredit müqaviləsinə əsasən ipoteka saxlayan borc alana illik 22 faiz ödəmək şərti ilə 36 ay mqddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit vermişdir. İddiaçı məxsus olan ünvan 2 , m2 (yeni qaydalarla: AZ 1033.,Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 15, M8, mənzil 2bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, ünvan 2 , mənzil 2 (yeni qaydalarla: AZ 1033.,ünvan 7 ünvanda yerləşən mübahisəli mənzil Cavabdeh1 MMC tərəfindən inşa edilmiş, 31 oktyabr 2005-ci il tarixdə hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 ilkin müqavilə əsasında həmin mənzilin alqı-satqısına dair gələcəkdə sonuncu ilə əsas müqavilə bağlanacağı barədə öhdəlik götürmüş, 04 sentyabr 2007-ci il tarixdə bu mənzillə bağlı Cavabdeh1 MMC tərəfindən buraxılmış MS seriyalı 000062 №-li adlı mənzil sertifikatı X12 verilmişdir. 07.01.2009-cu il tarixdə həmin mənzil sertifikatı üzrə tələblər İddiaçı keçmişdir. Bundan sonra həmin mənzil 19 noyabr 2009-cu ildə İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq "xxxx" ASC qarşısında yüklü edilmişdir. Bundan sonra, yəni 25 iyun 2010-cu il tarixdə mübahisəli mənzilin 48.000 manata satılması öhdəliyinə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında ilkin müqavilə bağlanmışdır. 23 aprel 2018-ci il tarixdə X15 və X21 notarial qaydada təsdiq olunmuş ərizə verərək mübahisəli mənzildən və paydan imtina etdiklərini bildirmişlər. Cavabdeh1 MTK-nın ümumi yığıncağının 07 mart 2020-ci il tarixli 21 saylı qərarı ilə İddiaçı MTK-ya üzv qəbul edilmiş və mübahisəli mənzil həmin tarixdə onun mülkiyyətinə verilmişdir. Bundan sonra İddiaçı qeyd edilən sənədlər əsasında mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və bununla bağlı ona reyestrdən Cıxarış verilmişdir. Həmin mənzil İddiaçı tərəfindən 01.03.2021-ci il tarixdə Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin müəyyən edilir ki, mübahisəli mənzildə hal-hazıradək iş üzrə üçüncü şəxs olan X15 ailəsi ilə birlikdə yaşamış, Cavabdeh2 iddiası üzrə qəbul edilmiş Nərimanov rayon məhkəməsinin 12.09.2019-cu il tarixli qətnaməsi ilə X15 və onun həyat yoldaşı X14 həmin mənzildən çıxarılması, mənzilin X15 və X21 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən verilmiş apellyasiya və kassasia şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mübahisə etmək hüququ maraqlı şəxsə mənsubdur. Mübahisə edilən əqdin etibarsız sayılması tələbini bu Məcəllədə göstərilən şəxslər irəli sürə bilərlər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nətiçələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu cür nətiçələri öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Həmin Məcəllənin 651-ci maddəsinə əsasən tələblərin və digər hüquqların alğısatqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 654.1-ci maddəsinə əsasən hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır. Həmin Məcəllənin 993.1-ci maddəsinin hazırkı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən (2015-ci ildə qüvvədən düşmüşdür), qiymətli kağıza mülkiyyət hüququ qiymətli kağıza sahiblik hüququnun verilməsi yolu ilə verilir. Həmin Məcəllənin 993.6-cı maddəsinin hazırkı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyasında (2015-ci ildə qüvvədən düşmüşdür) göstərilirdi ki, qiymətli kağız başqasına verildikdə və bu Məcəllənin 993-cü maddəsində nəzərdə tutulmuş digər şərtlər yerinə yetirildikdə qiymətli kağıza bütün hüquqlar əldə edənə keçir, bu şərtlə ki, həmin qiymətli kağızı başqasına vermək hüququ mövcud olsun. Həmin Məcəllənin hazırkı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 1078-1.1-ci maddəsinə əsasən (2015-ci ildə qüvvədən düşmüşdür) mənzil sertifikatları fiziki və hüquqi şəxslər arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək ixtiyarını verir. Həmin Məcəllənin 1078-1.2-ci maddəsinə əsasən (2015-ci ildə qüvvədən düşmüşdür) mənzil sertifikatı adlı və ya adsız qiymətli kağız ola bilər. Mənzil sertifikatlarının buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2021-ci il tarixli Qərarında Məhkəmə qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd edərkən Cavabdeh1 MMC ilə X9 arasında 31 oktyabr 2005-ci il tarixli ilkin müqavilə bağlandığına, bu müqaviləyə əsasən tərəflərin həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürmələrinə, lakin qeyd edilən alqı-satqı müqaviləsinin əslinin ilkin iddiaçıdan tələb edilsə də, məhkəməyə təqdim olunmadığına, həmçinin hazırki iş üzrə ilkin İddiaçı və Cavabdeh1 MTK arasında mənzilə dair müqavilə mövcud olmadığına istinad etmişdir. Məhkəmə həmçinin Mərkəzi Bank tərəfindən verilmiş arayışa istinad etməklə ilk iddiaçının istinad etdiyi mənzil sertifikatının ləğv edilməsi, bu səbəbdən Cavabdeh1 MTKnın ümumi yığıncağının protokulundan 07.03.2020-ci il tarixli çıxarışın və həmin tarixli maliyyə arayışının əsassız olaraq verilməsi qənaətinə gəlmişdir. Bundan başqa, məhkəmə Cavabdeh1 MMC ilə X15 arasında 31 oktyabr 2005-ci ildə ilkin müqavilə bağlandığını, bundan sonra həmin mənzilə dair əsas müqavilə bağlanmadığına istinad etmişdir. Nəhayət, məhkəmə ilk iddianı rədd edərkən X15 və X14 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-dən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi barədə Nərimanov rayon məhkəməsinin 2(005)-3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsinin MPM-in 82.3-cü maddəsinə görə, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmasına əsaslanmışdır. Qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı mövqeyini isə məhkəmə belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında hər hansı müqavilə bağlanmamışdır, onun adına verilmiş maliyyə arayışının hər hansı bir hüquqi əsası mövcud deyildir. Lakin İddiaçı həmin maliyyə arayışına, habelə ümumi yığıncağın protokolundan çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Qarşılıqlı iddia üzrə hüquqların dövlət qeydiyyatı haqda Çıxarışın verilməsinə əsas olan "xxxx" MTK tərəfindən İddiaçı adına verilmiş ümumi yığıncağın protokolundan çıxarış və maliyyə arayışı sonradan verildiyindənqarşılıqlı iddiaçının mübahisəli mənzilə dair hüquqları müvafiq qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında tanındığından hazırkı mübahisədə hüquqi cəhətdən hər hansı nəticə doğurmaması kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə hesab etmişdir ki, İddiaçı 26.02.2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən mənzilin mülkiyyətçisi kimi qiymətləndirilə bilməz, ona görə də ipoteka müqaviləsi etibarsız hesab edilməli, ipotekaya xitam verilməli və ipoteka qeydi ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlərlə razılaşmır və aşağıdakıları qeyd edir: İş materiallarının araşdırılması əsasında müəyyən edilir ki, mübahisəli mənzillə bağlı Cavabdeh1 MMC ilə X15 arasında 31 oktyabr 2005-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqavilədən mənzilin dəyərinin Famil Orucov tərəfindən MMC-yə ödənilməsi tam aydın olmasa da, sonradan Cavabdeh1 MMC tərəfindən emissiya edilmiş qiymətli kağız olan MS seriyalı 000062 №-li mənzil sertifikatından görünür ki, həmin sertifikata görə məbləğ tam ödənilmiş, məhz buna görə MMC həmin mənzilin qeyd şərtsiz olaraq mənzil sertifikatının sahibinin adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi öhdəliyini üzərinə götürmüşdür. Göründüyü kimi, Famil Orucov həmin mənzillə bağlı razılaşdırılmış pul məbləğini tam ödəmiş və mənzil sertifikatından irəli gələn hüquqlar əldə etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Mərkəzi Bank tərəfindən verilmiş 05.04.2021-ci il tarixli arayışın məzmununu düzgün şərh etməyərək belə qənaətə gəlmişdir ki, iddiaçının sahibliyində olmuş mənzil sertifikatı ləğv edilmişdir. Halbuki, həmin arayışdakı «ləğv edilmiş» ifadəsi mənzil sertifikatına deyil, həmin sertifikatı dövlət qeydiyyatına almış Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə aid olmuşdur. Bundan sonra Famil Orucov mənzil sertifikatı üzrə həmin mənzilə dair hüquqları 07.01.2009-cu il tarixdə indossament yolu ilə hazırkı iş üzrə ilk iddiaçı olan İddiaçı ötürmüşdür. Nəticədə mənzil sertifikatı üzrə mübahisəli mənzilə dair bütün hüquqlar İddiaçı keçmiş, X15 isə həmin mənzil sertifikatı əsasında mübahisəli mənzil üzərində mövcud olmuş hüquqlarını itirmişdir. Göstərilənlərdən bu nəticəyə gəlmək olur ki, Cavabdeh1 MMC mübahisəli mənzilə dair digər Cavabdeh2 ilə 25 iyun 2010-cu il tarixli ilkin müqavilə bağlayan zaman bu mənzil üzərində sərəncam verilməsi ilə bağlı hər hansı hüquqa malik olmamış, həmçinin belə əqdi bağlamaq üçün mülkiyyətçi tərəfindən ona səlahiyyət verilməmişdir. Deməli, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2010-cu il tarixdə bağlanmış ilkin müqavilə əhəmiyyətsiz əqd olmuşdur. Bu nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, həmin müqavilə bağlanan zaman mübahisəli mənzillə bağlı hüquqlar Cavabdeh1 MMC-nin özü tərəfindən emissiya edilmiş mənzil sertifikatı əsasında İddiaçı məxsus olmuşdur. Bu hüquqların real olmasını İddiaçı tərəfindən həmin mənzil sertifikatını 19.11.2009-cu il tarixdə "xxxx" ASC qarşısında girov qoyması, 15.03.2019-cu ildə isə onun iddiası əsasında çıxarılmış məhkəmə qətnaməsi ilə həmin girov müqaviləsinin və girov qeydiyyatının ləğv edilməsi, bütün bu müddət ərzində həmin mənzildə İddiaçı bacısının öz ailəsi ilə birlikdə yaşaması kimi hallar bir daha təsdiq edir. Beləliklə müəyyən edilir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 onunla Cavabdeh1 MMC arasında bağlanmış 25.06.2010-cu il tarixli ilkin müqavilə əsasında həmin mənzilə dair hər hansı hüquqlar əldə etməmişdir. Nəticədə ilk iddia üzrə iddiaçının hüquqları pozulmuş, ona məxsus olan mənzilin qanunsuz olaraq alqı-satqısı həyata keçirilmişdir və hazırda həmin mənzil hüquqların dövlət qeydiyyatı haqqında 619704 nömrəli Çıxarışa əsasən İddiaçı adına 14.01.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş olsa da, hazırda iddiaçı öz əmlakına müstəqil şəkildə sərəncam verə, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Qarşılıqlı iddiaçının istinad etdiyi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-3069/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiyanın mövcud olması üçün summar qaydada tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar (1- ci hal) məhkəmə qətnaməsində əks olunmalı (2-ci hal), araşdırılmalı (3-cü hal) və qiymətləndiriməlidir (4-cü hal). Bu halların birinin olmaması preyudisiyanı istisna edir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin həmin qətnaməsi ilə hazırkı iş üzrə mübahisənin tərəfi olmayan X15 və X14 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-dən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-ən ibarət olan yaşayış evinin 14 saylı mənzilinin X15 və X21 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi, həmin qətnamə eyni tərəflər arasında olan mübahisə ilə bağlı olmamışdır, habelə həmin qətnamədə hazırkı mübahisənin predmetini təşkil edən hallarla bağlı preyudisial əhəmiyyət daşıyan hər hansı halın mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli mənzillə bağlı hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən, onun qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışının və həmin tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsini məhkəmə qaydasında tələb etməyə subyektiv hüququ olmamışdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair ilk İddiaçı iddiası əsaslı olmuşdur. Eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən İddiaçı adına verilmiş 07.03.2020-ci il tarixli maliyyə arayışının və həmin tarixli 21 saylı protokoldan çıxarışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 26.02.2021-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsinə dair verilmiş qarşılıqlı iddia tələbləri isə əsassız olmuşdur. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara düzgün qiymət verməmiş, bunun nəticəsi olaraq işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını səhv tətbiq etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(005)-2006/2021 nömrəli qətnaməsi ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934cü məhəllə 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2010-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(005)- 2006/2021 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə 1-ci alaqapı, 8-ci mərtəbədə yerləşən 14 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2010-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-559/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-559/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver