Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5590/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli 21 avqust 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin öz əmlakları ilə birlikdə xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15, Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, giriş 50, M4, m3 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh öz əmlakı ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixli məktubla cavabdehin ünvanı üzrə göndərilmiş və “ünvan düzgün deyil” qeydi ilə poçt xəbərnaməsi geri qaytarılmışdır. Qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ona göndərilmədiyini və məhkəmə iclaslarında iştirak etmədiyini göstərmiş, qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli məktubu ilə qətnamə cavabdehin ünvanı üzrə göndərilmiş və xx.xx.2025-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh apellyasiya şikayəti vermiş, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir, həmin tarixdə cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab olunmuş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2025 nömrəli qərardadı ilə mülki iş apellyasiya baxışından çıxarılaraq Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və xx.xx.2024-cü il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması məqsədi ilə (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizə rədd edilmişdir. Hazırda həmin qərardaddan cavabdeh şikayət vermiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4614/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “...mülki işin materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişini və icraata başlamaq haqqında qərarı cavabdeh xx.xx.2025-ci il tarixində imzalayaraq qəbul etmişdir. O, xx.xx.2025-ci il tarixində məhkəməyə ünvanladığı ərizədə həmin məsələ ilə əlaqədar cinayət işi üzrə istintaq davam etdiyi üçün icra sənədi üzrə icra hərəkətlərinin aparılmasına dair icraatın dayandırılmasını, cinayət işi yekunlaşana qədər mənzildən çıxarılmanın Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin əməkdaşlarına qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-3911/2024 saylı qərardadı ilə 2(004)-3911/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Cavabdeh şikayəti təmin edilməmişdir. Başqa sözlə, Cavabdeh ən azından xx.xx.2025-ci il tarixində qətnamədən xəbərdar olduğu şübhəsizdir; bu isə o deməkdir ki, onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən xx.xx.2025-ci il tarixində verdiyi apellyasiya şikayəti üzrə müddətin üzrlü səbəbdən ötürülüb-ötürülmədiyi məsələsi müzakirə olunmadan şikayət mümkün hesab edilə bilməz. Belə ki, cavabdeh mübahisələndirmək niyyətində olduğu qətnamənin rəsmi qaydada ona verilmədiyinə istinad etsə də, mülki işin materiallarından müəyyən edilir ki, o, xx.xx.2025-ci il tarixindən məhkəmənin qətnamə ilə gəldiyi qənaətdən məlumatlı olmuşdur. Buna baxmayaraq bu müddət ərzində həmin qətnamənin taleyi ilə maraqlanmamış, bunu da hər hansı üzrlü səbəblə əsaslandıra bilməmişdir. Onun hərəkətsizliyi ağlabatan hesab edilə bilməz. Göründüyü kimi mövcud vəziyyətdə apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur.” Göründüyü kimi birinci dəfə cavabdehə göndərilmiş qətnamə geri qayıtmış, cavabdeh qətnaməni xx.xx.2025-ci il tarixdə almışdır, buna baxmayaraq iş materiallarından görünür ki, cavabdeh tələbin könüllü icrası haqqında bildirişi və icraata başlamaq haqqında qərarı cavabdeh xx.xx.2025-ci il tarixində imzalayaraq qəbul etmiş, eyni tarixdə məhkəməyə ünvanladığı ərizədə həmin məsələ ilə əlaqədar cinayət işi üzrə istintaq davam etdiyi üçün icra sənədi üzrə icra hərəkətlərinin aparılmasına dair icraatın dayandırılmasını, cinayət işi yekunlaşana qədər mənzildən çıxarılmanın Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin əməkdaşlarına qadağan edilməsini xahiş etmişdir. Məlumdur ki, cavabdeh qətnaməni həmin vaxt əldə etməmiş olsa da, ən azından xx.xx.2025-ci il tarixdən məlumatlı olmuşdur. Buna baxmayaraq barəsində çıxarılmış məhkəmə qətnaməsinə yenidən baxılmasında maraqlı tərəf olan cavabdeh təxminən 3 ay müddət hərəkətsizlik göstərmiş və kifayət qədər uzun müddət keçdikdən sonra apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3911/2024 nömrəli 21 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5590/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5590/2025
07.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver