Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5599/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X1, ilkin iddia Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” barədə ilkin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 İddiaçı QSC-nə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 20L000001704 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 20R000008481 saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 20R000008481S saylı sazişə, xx.xx.2014-cü il tarixli 020R********** saylı kredit razılaşmasına və xx.xx.2015-ci il tarixli 020R**********S saylı sazişə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 20R000008481 saylı kredit razılaşması üzrə 41 550,66 ABŞ dolları məbləğində əsas, 15 726,92 ABŞ dolları faiz, 30 235,42 ABŞ dolları cərimə borcu olmaqla cəmi 87 513 ABŞ dolları kredit borcunun, 020R********** saylı kredit razılaşması üzrə 60 679,32 ABŞ dolları əsas, 22 963,04 ABŞ dolları faiz, 44 224,7 ABŞ dolları cərimə borcu olmaqla cəmi 12 7867,06 ABŞ dolları kredit borcunun, ümumilikdə 215 380 (iki yüz on beş min üç yüz səksən) ABŞ dolları 06 (altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 105 manat xidmət haqqlarının tutulması; tələbin Cəlilabad rayonu, Göytəpə şəhərində Cavabdeh1 mülkiyyətində olan 0.36 ha torpaq sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 35 nömrəli evin Cavabdeh1 mülkiyyətində olan 20 nömrəli mənzilinə, Masallı rayonu İsi kəndində Cavabdeh1 mülkiyyətində olan 0,1378 ha torpaq sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh1 mülkiyyətində olan 6 nömrəli mənzilinə və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh4 mülkiyyətində olan 5 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və 215 380 (iki yüz on beş min üç yüz səksən) ABŞ Dolları 06 (altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 105 manat xidmət haqqlarının ipoteka predmetlərinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması; Cəlilabad rayonu, Göytəpə şəhərində Cavabdeh1 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və banka təhvil verilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 35 nömrəli evin Cavabdeh1 mülkiyyətində olan 20 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi; Masallı rayonunun İsi kəndində Cavabdeh1 mülkiyyətində olan 0,1378 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və banka təhvil verilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh1 mülkiyyətində olan 6 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh4 mülkiyyətində olan 5 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank iddia tələblərini belə əsaslandırmışdır ki, bankla bağladığı xx.xx.2013-cü il tarixli 20L000001704 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500 000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğin və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunacağı təsbit olunmuş, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı xx.xx.2014-cü il tarixli 20R000008481 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 65 000 (altmış beş min) ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 20R000008481S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamış, götürdüyü kredit borcundan 23 449,34 ABŞ dolları ödəsə də, 41 550,66 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 728 gün üçün hesablanmış faiz borcu 15 726,92 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018ci il tarixə 728 gün üçün hesablanmış cərimə 30 235,42 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı xx.xx.2014-cü il tarixli 020R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80000 (səksən min) ABŞ Dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 020R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamış, kredit borcundan 19 320,68 ABŞ Dolları ödəsə də, 60 679,32 ABŞ Dolları borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 729 gün üçün hesablanmış faiz borcu 22963,04 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 729 gün üçün hesablanmış cərimə 44 224,7 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2014cü il tarixli 20M000000446 saylı ipoteka müqaviləsi əsasında Cəlilabad rayonu, Göytəpə şəhərində onun mülkiyyətində olan 0.36 ha torpaq sahəsi, xx.xx.2014-cü il tarixli 002/1 saylı sonraki ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 35 nömrəli evin Cavabdeh1 mülkiyyətində olan 20 nömrəli mənzili, xx.xx.2014-cü il tarixli 20M000000447 saylı ipoteka müqaviləsi əsasında Masallı rayonunun İsi kəndində Cavabdeh1 mülkiyyətində olan 0,1378 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli 20M000000443 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Asif Əsədullayev küçəsi 37 saylı evin 6 nömrəli mənzili, Cavabdeh4 bankla bağladığı xx.xx.2013-cü il tarixli 20M000000278 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin 5 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank tərəfindən Cavabdeh1 və Cavabdeh4 qızma “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş, sonuncular tərəfindən bildirişlər qəbul edilmiş, bildirişlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər və 8 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 50 manat dövlət rüsumu və 105 manat xidmət haqqı ödənilmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 qızı və Cavabdeh4 isə banka qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, onlarla bank arasında bağlanmış zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbləri belə əsaslandırılmışdır ki, X2 və bank arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsi və ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə onlarla zaminlik müqavilələri bağlanmış, lakin bank mülki qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla sonradan razılıqları olmadan və onların bununla bağlı iradə ifadələrini müəyyən etmədən Cavabdeh1 ilə sazişlər bağlayaraq onların məsuliyyətinin artmasına, eyni zamanda bu və ya digər dərəcədə onlar üçün əlverişsiz nəticlərin yaranmasına şərait yaratmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 20L000001704 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 20R000008481 saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 20R000008481S saylı sazişə, xx.xx.2014-cü il tarixli 020R********** saylı kredit razılaşmasına və xx.xx.2015-ci il tarixli 020R**********S saylı sazişə xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 020R********** saylı kredit razılaşması üzrə53 115,38 ABŞ dolları məbləğində əsas, 11 303.25 ABŞ dolları məbləğində faiz və 2000 ABŞ dolları məbləğində cərimə, xx.xx.2014cü il tarixli 20R000008481 saylı kredit razılaşması üzrə36 268,54 ABŞ dolları məbləğində əsas, 5840,64 ABŞ dolları məbləğində faiz və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə hər iki razılaşma üzrə 109 527,81 ABŞ dolları məbləğində borcun (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun, 105 manat xidmət haqqının tutulması, tələbin, ilkin satış qiyməti 30 000 manat müəyyən edilməklə Cəlilabad rayonu, Göytəpə şəhərində Cavabdeh1 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinə, ilkin satış qiyməti 65 000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 35 nömrəli evin Cavabdeh1 mülkiyyətində olan 20 nömrəli mənzilinə, ilkin satış qiyməti 13 000 manat müəyyən edilməklə Masallı rayonunun İsi kəndində Cavabdeh1 mülkiyyətində olan 0,1378 ha torpaq sahəsinə, ilkin satış qiyməti 25 000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh1 mülkiyyətində olan 6 nömrəli mənzilinə və ilkin satış qiyməti 25 000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh4 mülkiyyətində olan 5 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 109,527,81 (bir yüz doqquz min beş yüz iyirmi yeddi ABŞ dolları 81 sent) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 105 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2,Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 bankın xeyrinə müştərək qaydada tutulması, Cəlilabad rayonu,Göytəpə şəhərində Cavabdeh1 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 35 nömrəli evin Cavabdeh1 mülkiyyətində olan 20 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi, Masallı rayonunun İsi kəndində Cavabdeh1 mülkiyyətində olan 0,1378 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və banka təhvil verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh1 mülkiyyətində olan 6 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh4 mülkiyyətində olan 5 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxarılmaları, mənzilin boşaldılmaqla banka təhvil verilməsi, ilk iddia tələblərinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət olunmuş, eyni tarixli qərardadla ilkin iddia tələbləri üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilməsi qərara alınmışdır. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – ilkin iddia üzrə tələb olunan əsas, faiz və cərimə borclarının azaldılması ilə bağlı hissələrdə ləğv edilməsini və həmin hissələrdə ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin düzgün olmayan ekspert rəyinə istinadla səhv nəticəyə gəldiyi, habelə cərimə borclarını tənasübsüz azaltdığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddiaçının əsas, faiz və cərimə borcunun ödənilməsi ilə bağlı tələblərinin təmin olunmadığı hissədə və ilkin iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Çünki bank qətnaməni ancaq həmin iddia tələblərinin təmin olunmadığı hissədə mübahisələndirmiş, ilkin iddia üzrə cavabdehlər isə şikayət verməmişlər. Bu o deməkdir ki, qətnamənin “Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 20L000001704 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 20R000008481 saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 20R000008481S saylı sazişə, xx.xx.2014-cü il tarixli 020R********** saylı kredit razılaşmasına və xx.xx.2015-ci il tarixli 020R**********S saylı sazişə xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun, 105 manat xidmət haqqının tutulması, tələbin, ilkin satış qiyməti 30 000 manat müəyyən edilməklə Cəlilabad rayonu, Göytəpə şəhərində Cavabdeh1 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinə, ilkin satış qiyməti 65 000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 35 nömrəli evin Cavabdeh1 mülkiyyətində olan 20 nömrəli mənzilinə, ilkin satış qiyməti 13 000 manat müəyyən edilməklə Masallı rayonunun İsi kəndində Cavabdeh1 mülkiyyətində olan 0,1378 ha torpaq sahəsinə, ilkin satış qiyməti 25 000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh1 mülkiyyətində olan 6 nömrəli mənzilinə və ilkin satış qiyməti 25 000 manat müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh4 mülkiyyətində olan 5 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 105 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2,Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 bankın xeyrinə müştərək qaydada tutulması, Cəlilabad rayonu,Göytəpə şəhərində Cavabdeh1 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 35 nömrəli evin Cavabdeh1 mülkiyyətində olan 20 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi, Masallı rayonunun İsi kəndində Cavabdeh1 mülkiyyətində olan 0,1378 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və banka təhvil verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh1 mülkiyyətində olan 6 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 37 saylı evin Cavabdeh4 mülkiyyətində olan 5 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxarılmaları, mənzilin boşaldılmaqla banka təhvil verilməsi”, həmçinin qarşılıqlı iddia tələblərinin rədd edilməsi ilə bağlı hissələri, eləcə də ilkin iddia tələbləri üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilməsi ilə bağlı qərardad hazırkı apellyasiya baxışının predmeti deyildir. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cərimənin məbləğinin azaldılması” hissəsində dəyişdirilməli, qətnamə İddiaçı QSC-nə münasibətdə və onun mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, bankla bağladığı xx.xx.2013-cü il tarixli 20L000001704 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500 000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğin və müddətin ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunacağı təsbit olunmuş, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı xx.xx.2014-cü il tarixli 20R000008481 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 65 000 (altmış beş min) ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 20R000008481S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, Cavabdeh1 xx.xx.2016-cı il tarixindən sonra öhdəliyini icra edə bilməmiş, həmin razılaşma üzrə xx.xx.2018-ci il tarixinə onun 41 550,66 ABŞ dolları əsas, 15 726,92 ABŞ dolları faiz, 30 235,42 ABŞ dolları cərimə borcunun yarandığı hesablanmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 bankla bağladığı xx.xx.2014-cü il tarixli 020R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80 000 (səksən min) ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 020R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, xx.xx.2016cı il tarixindən etibarən o, öhdəliyini icra edə bilməmiş, xx.xx.2018-ci il tarixinə onun 60 679,32 ABŞ dolları əsas, 22 963,04 ABŞ dolları faiz, 44 224,7 ABŞ dolları cərimə borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyləri əsasında müvafiq müqavilələrin müddətlərinin bitdiyi tarixlərə borcalanın əsas və faiz borclarının məbləğlərini müəyyən etmiş, məhz həmin rəyləri əsas götürməklə və cərimə borclarının məbləğini mütənasib hesab etdiyi həddədək azaltmaqla həmin tələblər üzrə müvafiq nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bankın təqdim etdiyi sənədləri ekspert rəyləri ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, müvafiq rəylərlə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi kredit borcunun məbləğini Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı hüquqi mövqeyə uyğun olaraq müqavilə müddətinin bitdiyi tarixədək hesablamaqda haqlı olmuşdur. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni ilkin iddia üzrə cavabdehlərdən tutulmalı olan cərimə məbləğlərinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, bank, Cavabdeh1 53 115,38 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 44 224,7 ABŞ dolları, 36 268,54 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə isə 30 235,42 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğlərin əsas borclara mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini düzgün müəyyənləşdirməmişdir. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğlərinin müvafiq müqavilələr üzrə 4000 ABŞ dolları və 2000 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi ekspertiza xərcinə dair məsələ də həllini tapmalı, keçirilmiş ekspertiza xərci İlkin İbrahimovdan alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə ilkin iddiaçının özünə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-138/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014cü il tarixli 020R********** saylı kredit razılaşması üzrə2000 ABŞ dolları məbləğində cərimə, xx.xx.2014-cü il tarixli 20R000008481 saylı kredit razılaşması üzrə1000 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 020R********** saylı kredit razılaşması üzrə4000 (dörd min) ABŞ dolları məbləğində cərimə, xx.xx.2014-cü il tarixli 20R000008481 saylı kredit razılaşması üzrə2000 (iki min) ABŞ dolları məbləğində cərimə tutulsun. Qətnamə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə və onun mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manat Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5599/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5599/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver