Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5599/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsi, çıxarış və vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1210/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 72 saylı evin 114 saylı mənzilinin 5/8 hissəsi iddiaçının, 1/8 hissəsi qardaşı Cavabdeh, 1/8 hissəsi bacısı X2, 1/8 hissəsi isə bacısı X4 xüsusi mülkiyyətindədir. Həmin mənzil onlara analarından miras qalmışdır. Mənzil üç otaq, bir mətbəx, iki eyvan, hamam-tualetdən ibarətdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 72 saylı evin 114 saylı, ümumi sahəsi 69,53 kv.m, 5/8 hissəsindən ibarət olan mənzilə köçürülməsi barədə iddia qaldırmışdır. İlkin iddia üzrə Cavabdeh anasının xx.xx.2021-ci il tarixdə vəfatından sonra vərəsəlik işi açılarkən ona məlum olmuşdur ki, həmin mənzil 1995-ci ildə anası tərəfindən özəlləşdirilmiş, daha sonra bacısı İddiaçı vəsiyyət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsi, çıxarış və vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ünvanında yerləşən 72 saylı evin 114 saylı mənzilinə dair özəlləşdirmənin və həmin özəlləşdirmə əsasında verilmiş xx.xx.1995-ci il tarixli, 30/50777 saylı qeydiyyat vəsiqəsinin və həmçinin xx.xx.2021-ci il tarixli ********** saylı dövlət reyestrindən çıxarışın, İddiaçı adına mərhum anası X9 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi irəli sürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat: İlkin iddia üzrə İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 72 saylı evin 114 saylı mənzilinin 5/8 hissəsi onun, 1/8 hissəsi qardaşı Cavabdeh, 1/8 hissəsi bacısı X2, 1/8 hissəsi isə bacısı X4 xüsusi mülkiyyətindədir. Həmin mənzil onlara analarından miras qalmışdır. Mənzil üç otaq, bir mətbəx, iki eyvan, hamam-tualetdən ibarətdir. İş üzrə cavabdeh onu xüsusi mülkiyyətində olan mənzilə yaşamağa buraxmır. Belə ki, o, uzun illər orada yaşayaraq anasına baxmışdır. Anasının bütün müalicəsini o etmiş, dərmanlarını o almış, xəstəxanaya yerləşdirib müalicə etdirmişdir. Mənzildə onun aşağıda qeyd olunan əmlakları vardır: soyuducu, paltaryuyan, kondisioner, 3 ədəd stol, 8 ədəd stul, şifoner, servant, divan, 3 ədəd çarpayı, qatlanan çarpayı (raskladuşka), ventilyator, 2 ədəd sandıq, qaz peçi, musiqi kalonkası, 2 ədəd televizor, termo, 6 ədəd xalça, kitab şkafı (kitablarla birlikdə), mətbəx mebeli, jurnal stolu, xrustallar, qab-qacaq, çilçıraq 1 ədəd, çay servizi, dibçəkdə təbii güllər, yorğan-döşəklər və s. İki il əvvəl cavabdeh həmin mənzilə gəlib-getsə də, lakin orada yaşamayıb. Cavabdeh anasına məxsus mənzildə ailə quranadək yaşamış, 1992-ci ildən isə orada yaşamamışdır. xx.xx.2021-ci ildə anası X9 vəfat etmiş, yas mərasimini o, həmin mənzildə vermiş və bütün xərcləri o çəkmiş və bacıqardaşı ona köməklik etmişlər. Anasının vəfatından sonra o, həmin mənzilə gedib-gəlmiş, mənzilin açarı onda olmuşdur. Cavabdeh iki ay əvvəl mənzilin qapısını qaynaqla çıxarmış, sonra qapının açarını dəyişmiş və onu hal-hazırda oraya buraxmır. O, bununla bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Dəfələrlə o, həmin mənzilə gedib içəri daxil olmaq istəsə də, cavabdeh onu mənzilə buraxmamışdır. O, əlildir, əsanın köməyi ilə gəzə bilir. Odur ki, göstərilənlərin nəzərə alınıb tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, dövlət tərəfindən verilən mənzillər otaqların sayı ailə üzvlərinin sayına uyğun şəkildə verilir. Başqa sözlə, mübahisə predmeti mənzilə dair orderdə anasının adı yazılsa da, həmin mənzildə həm onun, həm də digər ailə üzvlərinin hüququ olmuşdur. Onun həmin mənzilin mərhum anası tərəfindən öz adına özəlləşdirməsindən son dövrlərədək xəbəri olmamışdır. Yalnız anasının xx.xx.2021ci il tarixdə vəfatından sonra vərəsəlik işi açılarkən ona məlum olmuşdur ki, həmin mənzil 1995-ci ildə anası tərəfindən özəlləşdirilmiş, daha sonra bacısı İddiaçı vəsiyyət edilmişdir. Həmin mənzilin özəlləşdirilməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə aparılmışdır. Belə ki, həmin Qanunun 8-ci maddəsinə əsasən, mənzil özəlləşdirilərkən həmin mənzil sahəsinə hüququ olan şəxslərin razılıq ərizəsi tələb olunur. Lakin mənzilin özəlləşdirilməsindən xəbəri olmamış və onun razılığı olmadan həmin mənzil mərhum anasının adına rəsmiləşdirilmişdir. Daha sonra onun xəbəri və məlumatı olmadan vəsiyyətnamə ilə İddiaçı vəsiyyət edilmişdir. İddiaçı sağlamlıq vəziyyətini nəzərə alaraq, hər zaman maddi və mənəvi cəhətdən ona dəstək olmuşlar. Lakin qarşı tərəfin ondan xəbərsiz belə hərəkət etməsi yaxın ailə üzvü kimi ona çox pis təsir göstərir. Hesab edir ki, vəsiyyətnamədəki imza mərhum anasına məxsus deyildir. Ona görə də işin həmin halları araşdırılmalı və cavabdehin qanunsuz, əsassız olaraq əldə etdiyi mənzilin 5/8 hissəsinə mülkiyyət hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-1210/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyət hüququ əsasında 5/8 hissəsinə payı müəyyən edilmiş 114 saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsi, çıxarış və vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 72 saylı evin 114 saylı mənzili üzərində xx.xx.1995-ci il tarixdə tərəflərin anası X7 xüsusi mülkiyyət hüququ qeydə alınmış, sonuncu isə xx.xx.2011-ci il tarixdə ona məxsus bütün əmlakını, o cümlədən sözügedən mənzil üzərində pay hissəsini İddiaçı vəsiyyət etmişdir. Cavabdeh həmin mənzilin anasının adına özəlləşdirilməsindən məlumatı olmadığını, mənzilin özəlləşdirilməsindən və vəsiyyətnamədən yalnız vərəsəlik işi açıldıqdan sonra xəbər tutuduğuna istinad edib, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Onun hələ 1995-ci ildə sözügedən mənzilin anasının (özünün göstərdiyi kimi, onunla mütəmadi və yaxın münasibətdə olmasına baxmayaraq) adına özəlləşdirilməsindən məlumatlı olmaması məhkəmə tərəfindən inandırıcı və əsaslı qəbul edilmir. Üzərindən 27 il keçdikdən sonra qarşılıqlı iddia üzrə iddiaçının həmin halı mübahisələndirməsini, bununla bağlı qarşı tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi nəzərə alınaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürümüşdür. Bu səbəbdən də, qarşılıqlı tələbi həmin hissədə və onunla əlaqəli digər hissələrdə təmin edilməməlidir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin 5/8 hissəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, habelə Cavabdeh qarşılıqlı iddiasının dəlilləri məhkəmə tərəfindən qəbul edilmədiyindən, ilkin iddia tələbi təmin edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyət hüququ əsasında 5/8 hissəsinə payı müəyyən edilmiş 114 saylı mənzilinə köçürülməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 1133.1, 1246, 1243.1 və 1243.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandgrmgödgr. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Qətnamədən ilkin iddia üzrə Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İlkin iddia üzrə Cavabdeh apelyasiya şikayətində Bakı şəhəri Sabunzu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1210/2022 saylı qətnaməsinin ləğv olunması və onun qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi, qətnamənin əsaslandırıcı hissəsində onun tərəfindən iddia müddətini ötürüldüyü göstərilmiş və onun 1995-ci ildə sözügedən mənzilin anasının adına özəlləşdirilməsindən məlumatının olmamasını inandırıcı və əsaslı hesab etməmişdir. Mülki işin sənədlərində onun bu özəlləşdirmə prosesindən və həmin mənzilə dair mərhum anasının adına düvlət reyestrindən çıxarışın olması barədə məlumatlı olmağını təsdiq edən heç bir sübut olmadığı halda, məhkəmə yalnız öz mühakimələri əsasında belə qənaətə gəlmişdir. Təbii ki, bu da qanunvericilik baxımından yolverilməzdir. Məhkəmə qətnamə qəbul edərkən yalnız mülki işin sənədlərində olan faktlara və sübutlara istinad edərək qanuni qətnamə qəbul etməlidir. Onun bu mənzilə dair özəlləşdirmədən 2022-ci ilə qədər məlumatı olmağını təsdiq edən heç bir sübut olmadığı halda məhkəmə yalnız öz mühakiməsinə əsasən belə bir qənaətə gəlmişdir. Bu isə qanunvericilik baxımından yolverilməz bir haldır. Ona görə də məhkəmə tərəfindən AR MPM-nin 76-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İddia müddətinin axımı şəxsin öz hüququnun bildiyi gündən başlanır. Mülki işin sənədlərindən də görünür ki, onun bu mənzilin mərhum anasının adına özəlləşdirilməsindən yalnız İddiaçı ona qarşı mənzilə köçürülmə barədə məhkəməyə verdiyi iddia ərizəsindən sonra xəbər tutumuşdur. Yəni bu özəlləşdirmə məsələsindən yalnız 2022-ci ildə məlumatlı olmuşdur. Təbii ki, ona görə də ona nisbətdə bu mənzilə dair iddia müddəti 2022-ci ilin əvvəllərindən hesablanmalıdır. Qətnamənin ləğv olunması və onun qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən ilkin iddia üzrə cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 1131. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 171. Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə düzgün nəticəyə gəlsə də, qarşılıqlı iddianın rədd edilməli olması ilə bağlı əsaslandırılması zamanı prosessual pozuntulara yol verdiyi və hər iki iddianın qarşılıqlı əlaqəsi olduğu üçün iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk iddianın təmin, qarşılıqlı iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 72 saylı evin 114 saylı mənzili X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 ölən günədək ona məxsus olan bütün əmlakını qızı İddiaçı vəsiyyət etmiş, həmin vəsiyyətnamə şahidlər B.H.Cəfərova və V.A.Rzayevanın yanında texniki vasitədən istifadə etməklə tərtib edildiyinə dair qeyd aparılmaqla sonuncular tərəfindən imzalanmış və 16 saylı notariat kontoru xüsusi notariusu G.Ə.Abıyeva tərəfindən təsdiq edilmişdir. xx.xx.2021-ci ildə X9 vəfat etmişdir. Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 72 saylı evin 114 saylı mənzilinin Cavabdeh, X2 və X4 hər birinin ayrılıqda 1/8 hissədə məcburi payları müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 72 saylı evin 114 saylı mənzilinin 5/8 hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı xüsusi paylı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə, 1/8 hissəsi üzərində isə Cavabdeh xüsusi paylı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, iş materialarında olan çıxarışların məzmunundan müəyyən olunur ki, mərhumənin digər övladları X2 və X4 da həmin mənzil üzərində hərəsinin ayrılıqda 1\8 hissə payları müəyyən edilsə də, bu hüquqları dövlət reyestrində onların adına qeydiyyata alınmamışdır. Kollegiya qeyd edir ki, vərəsəlikdə məcburi payları müəyyən edilmiş, lakin mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamış vərəsələr X2 və X4 hazırki iş üzrə 3-cü şəxslər kimi cəlb edilməsinə zərurət yoxdur. İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küzəsi, 72 saylı evin 114 saylı mənzilinin 5/8 hissəsinin onun xüsusi mülkiyyətində olmasına istinad edərək payı müəyyən edilmiş 114 saylı mənzilinə köçürülməsini xahiş etmiş, Cavabdeh həmin mənzilin anasının adına özəlləşdirilməsindən məlumatı olmadığını, mənzilin özəlləşdirilməsindən və vəsiyyətnamədən yalnız vərəsəlik işi açıldıqdan sonra xəbər tutuduğuna istinad edib, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə tələblər X9 tərəfindən mübahisəli mənzilin özəlləşdirməsinın, həmin özəlləşdirmə əsasında onun adına verilmiş qeydiyyat vəsiqəsinin, İddiaçı adına verdiyi vəsiyyətnamənin və sonuncunun adına xx.xx.2021-ci il tarixdə verilən ********** saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi hələ 1995-ci ildə sözügedən mənzilin X7 (Cavabdeh göstərdiyi kimi, onunla mütəmadi və yaxın münasibətdə olmasına baxmayaraq) adına özəlləşdirilməsindən məlumatlı olmamasını inandırıcı və əsaslı qəbul etməyərək, üzərindən 27 il keçdikdən sonra qarşılıqlı iddia üzrə iddiaçının həmin halı mübahisələndirməsini, bununla barlı qarşı tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi nəzərə almaqla hesab etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürümüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi özəlləşdirmə ilə bağlı müddətin kesməsi ilə əlaqədar mövqeyinin iddia müddətinin keçməsi ilə əsaslandırsa da, müddətinin axımının hansı vaxtdan başlamasını, başqa sözlə, Cavabdeh orlunun bu özəlləşdirmədən nə vaxt və hansı şəraitdə xəbərdar olmasına iş materiallarında olan sənədlər əsasında aydınlıq gətirməmiş, tələbin bu hissələrinə də həmin sənədlərin məzmunu baxımından qiymət verməmişdir. Belə ki, iş materiallarında olan Sabunçu rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli qərardadından görünür ki, iddiaçı X9 Cavabdeh orluna qarşı mənzilə yaşayış hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonuncu da N.S.Səfərovaya və Tİ və MHQİ-yə qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun verilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının gedişatında tərəflər barışmış və iddialarından imtina etmişlər. Məhkəmənin qərardadı ilə tərəflərin iddialardan imtinaları qəbul edilmiş işin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə Cavabdeh mübahisəli mənzilin anası tərəfindən özəlləşdirilməsi və qeydiyyat vəsiqəsinin almasını 1999-cu ildə bilməsinin təsdiq edilməsinə diqqət yetirməyərək qarşılıqlı iddianın X9 tərəfindən mübahisəli mənzilin özəlləşdirməsi, həmin özəlləşdirmə əsasında onun adına verilmiş qeydiyyat vəsiqəsi üzrə tələblərə xx.xx.2000-ci ildən qüvvədə olan mülki qanunvericiliyə əsasən (372.1, 372.2, 373.1-ci maddələr) iddia müddətinin keçməsi ilə qiymət versə də, xx.xx.2000-ci ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin buna dair müddəalarına da diqqət yetirməli idi. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi iddia müddəti 3 il müəyyən edilir. Qeyd olunan Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnu pozulmasını bidiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətnin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın İddiaçı adına verdiyi vəsiyyətnamənin və sonuncunun adına xx.xx.2021ci il tarixdə verilən ********** saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh vəsiyyətnamədən yalnız vərəsəlik işi açıldıqdan sonra xəbər tutulduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi isə bu dəlillər üzrə də qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüməsi nəticəsinə gəlmişdir. Kollegiya qeyd edir ki, ümumiyyətlə cavabdehin vəsiyyətnamədən vərəsəlik şəhadətnaməsini almamışdan əvvəl məlumatlı olması iş materialları ilə təsdiq olunmur. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə baxılan dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 72 saylı evin 114 saylı mənzilin özəlləşdirilməsinə dair sənədlərin təqdim edilməsinə dair aidiyyatı orqana xx.xx.2022-ci il tarixdə sorğu ilə müraciət etmişdir. Lakin məhkəmə həmin sorğunun cavabını gözləmədən, başqa sözlə qarşılıqlı tələb üzrə etibarsızlığı tələb edilən vəsiyyətnamə üzrə verilmiş şəhadətnamənin surəti iş materiallarında olmadığı halda xx.xx.2022-ci ildə qətnamə qəbul etmişdir. Verilən sorğunun cavabı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və sorğu ilə əlaqədar təqdim edilən sənədlər sırasına Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti də əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə iş materiallarında olmadığı halda belə, məhkəmə işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ünvanında yerləşən 72 saylı evin 114 saylı mənzilinin 1/8 hissəsi üzərində isə Cavabdeh xüsusi paylı mülkiyyət hüququnun xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmasına diqqət yetirməmişdir. Beləliklə də kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın İddiaçı adına verilmiş vəsiyyətnamənin və sonuncunun adına xx.xx.2021-ci il tarixdə verilən ********** saylı düvlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı iddia tələblərinin dəlillərinə qiymət vermədən bu tələbi yalnız iddia müddəti tətbiq etməklə rədd etməkdə prosessual pozuntuya yol vermişdir. Qarşılıqlı iddiaçının tələbinin bu hissəsinin dəlillərinə əsasən İddiaçı adına verilmiş vəsiyyətnamədə olan imza anası tərəfindən icra edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə vermiş şahidlər B.H.Cəfərova və V.A.Rzayeva ifadələrində xx.xx.2021-ci il tarixdə X9 ölən günədək ona məxsus olan bütün əmlakını qızı İddiaçı vəsiyyət etmələrinin şahid olmalarına, bununla baülı Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnaməni də məhz mərhümənin özü tərəfindən onların yanında imzalamasını təsdiq etmişlər. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan video diskə də baxış keçirilmiş və görüntülərdən məlum olmuşdur ki, X1 Zemfira Hüseynağa qızına xitabən bildirir ki, evi ona bağışlamışdır, belə ki, qızı Zemfira xəstədir, əlildir, ona qulluq etmişdir, qayğısına qalmışdır, əziyyətini çox çəkmişdir, digər uşaqlarının evləri var, Zemfira isə 3 nəfər ailə üzvü ilə 1 otaqlı mənzildə qalır. Apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh mübahisələndirdiyi vəsiyyətnamədəki imzanın anasına məxsus olmasını sübut etmək üçün mütəxəssis rəyi gətirmək məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun bu xahişi yerinə yetirilmiş, lakin növbəti məhkəmə iclasına gəlməyərək yenidən təxirə salınması barədə teleqramma göndərmişdir. Məhkəmə kollegiyası cavabdeh bu hərəkətini süründürməçilik kimi qiymətləndirməklə yanaşı hesab etmişdir ki, onun qeyd etdiyi hal barədə müvafiq sübutu olduğu halda bunu birinci instansiya məhkəməsinə təqdim edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı adına verilmiş vəsiyyətnamənin və sonuncunun adına xx.xx.2021-ci il tarixdə verilən ********** saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia tələblərinin dəlilləri şahid ifadələri və işin müəyyən edilmiş faktiki halları ilə təkzib edilir. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirir. Belə ki, şahidlər X7 xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat kontorunda vəsiyyət verməsi ilə bağlı halları aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə birbiri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər vəsiyyətnamə texniki vasitədən istifadə etməklə tərtib edildiyinə dair qeyd aparılmaqla onlar tərəfindən imzalamışlar. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Məhkəmə kollegiyası həmçinin iş materiallarında olan video diski də sübut kimi qiymətləndirir. Belə ki, həmin diskdə X7 özünün sağlığında ikən bildirdiyi məlumatlar qarşılıqlı iddianın vəsiyyətnamənin etibarsızlığı ilə dəlillərinin tam təkzibidir. Diskdəki məlumatlar işin digər araşdırılmış halları ilə də uzlaşır və tamamlanır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin X9 tərəfindən mübahisəli mənzilin üzlləşdirməsinın, həmin üzlləşdirmə əsasında onun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsızlığı iddia müddəti keçməsi, İddiaçı adına verdiyi vəsiyyətnamənin və sonuncunun adına xx.xx.2021-ci il tarixdə verilən ********** saylı düvlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsi isə iddianın əsassız olması səbəbindən rədd edilməlidirlər. Məhkəmə kollegiyası ilk iddia tələblərinə hesab edir ki, mübahisəli mənzilin 5/8 hissəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın düvlət reyestrində qeydə alındırından, habelə Cavabdeh qarşılıqlı iddiasının dəlilləri məhkəmə tərəfindən qəbul edilmədiyindən, ilkin iddia tələbi təmin edilməli, İddiaçı ünvan 3 ünvanında yerləşən və onun xüsusi mülkiyyət hüququ əsasında 5/8 hissəsinə payı müəyyən edilmiş 114 saylı mənzilinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququəmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1210/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyət hüququ əsasında 5/8 hissəsinə payı müəyyən edilmiş 114 saylı mənzilinə köçürülsün. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsi, çıxarış və vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5599/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5599/2022
20.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver