Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-56/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 qarşı “pulun ödənilməsi tələbi barədə” ilk, Cavabdeh2 iddiaçıya qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2022-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı “pulun ödənilməsi tələbi barədə” iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdehlər 2019-cu ilin əvvəllərində ona müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisi 1 saylı sahədə yerləşən 0,05 ha torpaq sahəsində ona təqdim olunmuş eskiz layihədə müəyyən olunmuş forma və göstəricilərə uyğun olaraq 2 mərtəbəli yaşayış evinin tikintisini sifariş etmişlər. Razılaşmaya əsasən tikiləcək yaşayış evinin tikinti, material və əmək haqqı məbləği, yəni tikintiyə görə muzd cavabdehlərin hər üçü tərəfindən müştərək qaydada ona ödənilməli, o, öz işçi briqadası ilə sifarişi yerinə yetirməli, cavabdehlər isə evin bünövrəsindən dam örtüyü bitənədək işləri yerinə yetirdikdən sonra 90.000 manat müəyyən olunmuş muzd olan çəkilmiş xərcləri və əmək haqqını ona verməli idilər. Çünki tikinti xərclərini də o yerinə yetirməli idi. Sonrakı təmir və bəzək işlərinin xərcləri isə mərhələli şəkildə ödənilməli idi O, sifariş verilən iki mərtəbəli yaşayış evinin inşasını ona təqdim olunmuş layihə əsasında bir neçə ay müddətinə başa çatdırmışdır. Bundan sonra o, yerinə yetirdiyi işlərə görə yaranmış borcu, yəni razılaşdırılmış muzdu ödəmələrini tələb etsə də, cavabdehlər borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışlar. Yaşayış evi cavabdehlərdən birinin adına mülkiyyət hüququ üzrə qeydə alınmasına baxmayaraq cavabdehlərin hər üçünə məxsusdur. Göstərilənlərə əsasən o, 90.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
2. Cavabdeh2 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, 2010-cu ildə qohumu X5 Bülbülə qəsəbəsi 1-ci mədən ərazisində məskunlaşdığını öyrəndikdə, qonşuluqda yerləşən və xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsini alaraq orada fərdi yaşayış evi tikmək qərarına gəlmişdir. Həmin vaxt o, Bakıda olmadığı üçün torpaq sahəsi “Alğı-satqı müqaviləsi” əsasında Araz Aslanovun dostu (cavabdeh) Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 2019-cu ilin əvvəllərində tikintiyə başlamaq qərarına gələrək, ona pul borcu olan Rusiya Federasiyası vətəndaşı qohumu X3 planlarını danışaraq, ondan borcu qaytarmağı xahiş etmişdir. Nasir İsmayılov təxminən 2 həftədən sonra qarşıdakı xərcləri mümkün qədər azaltmaq üçün onun Bakı şəhərindəki biznes işlərinin bir qismini həll edən, tikinti materialları bazarında geniş əlaqələri və tikinti sahəsində təcrübəsi olan yaxın dostunun – ilk iddia üzrə iddiaçının 60.000 manat müqabilində iki mərtəbəli evi tikib başa çatdırmağı öhdəsinə götürə biləcəyini ona bildirmişdir. Bir neçə gündən sonra o ilk iddia üzrə iddiaçı ilə görüşüb pulu ona vermiş və iddiaçı ona izah etmişdir ki, 50.000 manat iki mərtəbəli evi qaldırıb damını örtmək, 10.000 manat isə vergi və digər dövlət ödənişləri üçün tələb olunur. O, xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsini Cavabdeh1 ilə “Alğı-satqı müqaviləsi” əsasında öz adına rəsmiləşdirmişdir. Bu zaman artıq evin tikintisi dayanmış, işin keyfiyyətsiz görülməsi səbəbindən mərtəbələrin arasındakı beton monolitin bir hissəsi çökmüş, buna görə ikinci mərtəbənin ara divarları uçmaq üzrədir. Hesablamalara görə, bərpa işlərinə azı 10.000 manat vəsait tələb olunur. Göstərilənlərə əsasən o, bərpa işlərinin həyata keçirilməsi üçün tələb olunan 10.000 manat, ilk iddia üzrə iddiaçının vergi və digər dövlət ödənişləri üçün ondan əsassız olaraq aldığı 10.000 manat, cəmi isə 20.000 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
3. Qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir. b) Tərəflərin mövqeyi barədə məlumat
4. İlk iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ilk iddianın təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. O, eyni zamanda ərizədə göstərmişdir ki, təmsil etdiyi iddiaçı evin tikintisində qüsur olduğunu etiraf edir, lakin qüsurların aradan qaldırılması üçün 10.000 manat məbləğində pul vəsaitinin tələb olunması ilə razı deyil, çünki bu kimi işlərin görülməsi üçün qat-qat az vəsait tələb olunur.
5. Cavabdeh2 vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə verdiyi izahatda ilk iddiaya etiraz etdiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyi bildirmiş və qarşılıqlı iddianın məzmunda izahat vermişdir.
6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iş üzrə Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, sözügedən torpaq sahəsi Cavabdeh2 məxsus olsa da, 10 il bundan əvvəl formal olaraq onun adına rəsmiləşdirilmişdir. 2019-cu ildə isə, o, torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün sonuncu ilə “Alğı-satqı müqaviləsi” bağlamışdır. Evin tikinti isə bağlı iddiaçı ilə söhbəti də, o deyil, torpaq sahəsinin əsl sahibi – iş üzrə Cavabdeh2 etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Nasir İsmayılov və iş üzrə üçüncü şəxs olan Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də, Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, 78.492,20 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, 1.373,30 manat məbləğində pul vəsaitinin ilk iddia iddiaçıdan tutularaq Cavabdeh2 ödənilməsini, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın ödənilməsi məqsədi ilə ilk iddia üzrə iddiaçıdan və Cavabdeh2 hər birindən 50 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manatın ödənilməsi məqsədi ilə ilk iddia üzrə iddiaçıdan və Cavabdeh2 hər birindən 150 manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 329.3, 753.1, 755, 756.1, 762.1, 764.2, 769; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı sifarişi həyata keçirib evin tikintisini başa çatdırsa da, razılaşdırılmış məbləği sifarişçidən – Cavabdeh2 ala bilməmişdir. Cavabdeh2 həmin məbləği öncədən iddiaçıya ödədiyini bildirsə də, bunu təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıya ödənilməli olan pulun məbləği "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəy əsas götürülməklə 78.492,20 manat müəyyən edilməlidir. İnşa edilmiş fərdi yaşayış evində olan nöqsanlar evin tikintisini həyata keçirmiş iddiaçının təqsiri ucbatından yarandığından iddiaçı həmin qüsurların aradan qaldırılması üçün tələb olunan pul məbləğini Cavabdeh2 ödəməlidir. Lakin bu məbləğ Cavabdeh2 iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddiada qeyd edilən 10.000 manat məbləğdə deyil, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydə göstərilən 1.373,30 manat məbləğində müəyyən edilməlidir. Çünki Cavabdeh2 qarşılıqlı iddiada göstərilən məbləğin real olmasını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydə göstərilən məbləğin əsassız olmasını təsdiq edə biləcək sübutlar da Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Rayon Məhkəməsi qarşılıqlı iddia tələbinin “vergi və digər dövlət ödənişləri üçün 10.000 manat məbləğində pul vəsaitinin ilk iddia üzrə iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə” hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2, ilk iddia üzrə iddiaçının həmin məbləği ondan almasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
10. İş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Sifarişçı Cavabdeh2 tapşırığı əsasında ilk iddia üzrə iddiaçının gördüyü işin – evin inşasının qüsurlu olması, habelə bununla bağlı Cavabdeh2 dəymiş zərərin təxmini hansı məbləğdə olması iş materiallarından tam aydın görünür. Lakin Rayon Məhkəməsi iş üzrə ekspertiza təyin etmədən "xxxx" MMC-nin verdiyi rəyi əsas götürmüşdür, halbuki rəydən də görünür ki, MMC-nin mütəxəssisi tərəfindən aparılmış qiymətləndirmə səthi aparılmış, mütəxəssis daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri, analoji əmlakların bazar dəyəri təhlil edilməmişdir. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, "xxxx" MMC-nin verdiyi rəyi mötəbər sübut kimi qəbul edərək, həmin rəyə əsaslanmışdır. Cavabdeh2, ona "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, QXM/151 saylı qiymətləndirmə rəyini Rayon Məhkəməsinə təqdim etsə də, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə bu rəyə ümumiyyətlə qiymət verməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh2 işə baxmış Rayon Məhkəməsinə vəsatət iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini və ekspertizanın keçirilməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsini xahiş etsə də, Rayon Məhkəməsi vəsatəti təmin etməmişdir. Halbuki, bu kimi ekspertizanın keçirilməsi zəruri idi. Bundan əlavə, Cavabdeh2 iclas protokolları ilə tanış olduqda müəyyən etmişdir ki, iclas protokolu düzgün tərtib edilməmişdir və buna dair öz qeydlərini vermişdir. Hətta şahid Nasir İsmayılovun evin tikintisi üçün İddiaçı 28.500 ABŞ dolları verməsini bildirsə də, bu barədə iclas protokoluna heç bir qeyd aparılmamış və qətnamədə şahid tərəfindən deyilənlər təhrif olunmuş formada yazılmışdır. Bundan başqa məhkəmə iclas protokoluna bir sıra qeydlər verilmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat
12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, hər iki iddia tələbi qismən təmin olunsa da, ilk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
13. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 isə qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.
14. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
17. İlk iddia üzrə iddiaçı (qarşılılıq iddia üzrə cavabdeh) özü apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.
18. İşdə iştirak edən digər şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Məhkəmə, apellyasiya baxışının hədlərini, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməlidir.
20. Belə ki, hər iki tələbin hüquqi əsasını tərəflər arasında yaramış podrat münasibətləri təşkil edir. İş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisi 1 saylı sahənin bir hissəsi xx.xx.2010-cu il tarixdə Cavabdeh1 adına, xx.xx.2019-cu il tarixdə isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Sözügedən evin tikintisinin Cavabdeh2 İddiaçı sifariş edildiyi və tikintisinin İddiaçı tərəfindən həyata keçirildiyi işin mübahisəsiz halıdır.
21. İşin mübahisəli halı tərəflər arasında olan sifarişin əvəzi olaraq pulun Cavabdeh2 tərəfindən İddiaçı ödənilib-ödənilməməsində və eyni zamanda İddiaçı tərəfindən inşası həyata keçirilmiş yaşayış evində olan qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği ilə bağlıdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.1.). Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (maddə 329.3.). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (maddə 753.1.). Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur (maddə 755.). Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur (maddə 756.1.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1.). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (maddə 762.3.). Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər (maddə 764.2.). Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir (maddə 769.).
23. Göstərilənləri nəzərə alan Məhkəmə ilk iddia tələbi ilə bağlı bildirir ki, 2019-cu ildə İddiaçı ilə Cavabdeh2 arasında 2 mərtəbəli yaşayış evinin tikintisi barədə şifahi razılıq əldə olunmuşdur. Belə ki, razılığa əsasən Cavabdeh2 sifarişi əsasında İddiaçı sözügedən yaşayış evinin tikintisi həyata keçirməli və sifarişçiyə təhvil verməli idi.
24. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 tanıyır. İddiaçı sifariş verilən evi tiksə də, pulunu almamışdır. Evin tikintisində o da iştirak etmişdir. Tikinti materiallarının və onların usta pulunu İddiaçı öz vəsaiti hesabına ödəyirdi.
25. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, tikintiyə ustaları o gətirmişdir. Eyni zamanda İddiaçı sifariş edəndə tikinti materiallarını da o, çatdırmışdır. Ustaların pulunu İddiaçı ödəmişdir. İddiaçı sifarişçidən pulu almamışdır. İddiaçı pulu bitdikdə isə ustaların pulunu vermək üçün Nuru öz avtomobilini 25.000 manata ona satmışdır.
26. Göründüyü kimi şahidlərin ifadələri ilə təsdiq edilir ki, İddiaçı sifarişi həyata keçirib evin tikintisini başa çatdırsa da, razılaşdırılmış məbləği sifarişçidən ala bilməmişdir. Sifarişçi həmin məbləği öncədən İddiaçı ödədiyini bildirsə də, bunu təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
27. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, yuxarıda qeyd edilən ünvanda inşa edilən 2 mərtəbəli fərdi yaşayış evinin hazırki vəziyyətə gətirilib başa çatdırılması üçün 78.492,20 manat pul xərclənmişdir.
28. Rayon Məhkəməsi şahidlərin ifadələrinə və rəyə istinad edərək qeyd etmişdir ki, ilkin iddia tələbi 78.492,20 manat məbləğində təmin edilməli və həmin pul vəsaiti Cavabdeh2 tutulub İddiaçı ödənilməlidir.
29. Cavabdeh2 apellyasiya şikayətində onun tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatına qiymət verilmədiyini qeyd edərək, evin tikintisinə çəkilmiş xərclərin məhkəmə tərəfindən düzgün araşdırılmasını tələb etmişdir.
30. İşin apellyasiya qaydasında araşdırılması zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında mübahisənin yaranmasına səbəb olmuş tikilinin inşasına sərf edilmiş vəsaitin məbləği, habelə tikilinin inşası zamanı yol verilən qüsurların aradan qaldırılmasına lazım olan vəsaitin məbləği ilə bağlı bir-birindən kəskin fərqlənən qiymətləndirmə rəyləri mövcuddur. Belə ki, iş materiallarından görünür ki, iş üzrə tərəflərin özlərinin sifarışı əsasında, habelə Rayon Məhkəməsinin təşəbbüsü ilə keçirilən qiymətləndirmə zamanı mübahisəli tikiliyə çəkilən xərclərin məbləği ilə bağlı fərqli rəqəmlər müəyyən edilmişdir.
31. Bunları nəzərə almış Məhkəmə apellyasiya şikayətinin dəlillərinin araşdırılması və iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparmaq məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 10/5843 saylı rəyini almışdır.
32. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş həmin rəydən görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin miqdarı 39.039,04 manat təşkil edir.
33. İş üzrə tərəflər bu rəyi şübhə altına ala biləcək sübutlarını Məhkəməyə təqdim etmədikləri üçün Məhkəmə həmin rəyi etibarlı sübut kimi qəbul edir və hesab edir ki, ilk iddianın təmin edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi qismən təmin edilməli və Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitinin miqdarı 39.039,04 manat müəyyən edilməlidir.
34. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirmiş X9 öz ifadəsində bildirmişdir ki, Nasir ilə İddiaçı birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Nasir qatarla satılması üçün ölkəyə mal göndərir, Nuru isə həmin malın satılması müqabilində hər vaqondan 500 ABŞ dolları pul qazanmalı idi. Lakin sonradan Nuru xidmətin müqabilində 500 deyil, 1.000 ABŞ dolları tələb etmişdir. Bu barədə Nasir ilə Nuru razılığa gələ bilmədilər. Bu səbəbdən Nuru hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 tikilən evin pulunu Nuruya ödəmişdir. Hazırda evdə qüsurlar vardır və o qüsurların aradan qaldırılması üçün kifayət qədər vəsait lazımdır.
35. Rayon Məhkəməsi eyni zamanda yaşayış evində olan qüsurların müəyyənləşdirilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
36. Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə Rayon Məhkəməsinə verdiyi xx.xx.2021-ci il tarixli, 10/4672 saylı rəyindən görünür ki, mübahisəli iki mərtəbəli fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin arasında beton monolit örtükdə (birinci mərtəbədə girişdə yerləşən zalın tavanında) qabarmalar olduğu, örtükdə çatlar əmələ gəldiyi müəyyən edildi. Həmin qüsurların aradan qaldırılması üçün layihə əsasında bərpagücləndirmə işləri aparılmalıdır.
37. Eyni zamanda "xxxx" MMC tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, həmin yaşayış evində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin həcmi və dəyəri 1.373,30 manat təşkil edir.
38. Rayon Məhkəməsi qeyd edilən bu rəylərə istinad edərək qeyd etmişdir ki, tikintisi həyata keçirilən yaşayış evində olan nöqsanlar evin tikintisini həyata keçirən İddiaçı təqsiri ucbatından yarandığından həmin qüsurların aradan qaldırılması üçün 1.373,30 manat məbləğində pul vəsaiti İddiaçı tutulub Cavabdeh2 ödənilməlidir.
39. Lakin Cavabdeh2 Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, iş üzrə ekspertiza təyin edilməklə həmin halın məhkəmə tərəfindən yoxlanılmasını xahiş etmişdir.
40. Məhkəmə apellyasiya baxışı zamanı şikayətin dəlillərinin yoxlanılması məqsədilə ekspertizalar təyin edərək müvafiq rəyləri əldə etmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 10/5843 nömrəli rəydə göstərilmişdir ki, mübahisəli iki mərtəbəli yaşayış evinin inşasına çəkilmiş xərcin məbləği 39.039,04 manat təşkil edir. Tədqiqat obyektinə baxış zamanı əldə edilmiş məlumatlara və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlət sənayelayihə” DLİ-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, həmin 2 mərtəbəli yaşayış evinin inşasında qüsurlar var. Yaşayış evinin inşasında olan mövcud qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) – 38.600,20 manat təşkil edir.
42. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1727 nömrəli rəydən görünür ki, həmin 2 mərtəbəli yaşayış evində bərpa-gücləndirmə və təmir işlərinin aparılmış, ilkin ekspertiza zamanı müəyyən edilmiş qüsurlar tamamilə aradan qaldırılmışdır. Yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmış işlərə dair layihə - smeta sənədləri, istifadə edilmiş materialların alınmasına dair qaimə sənədləri olmadığından qərardadla qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. İlkin ekspertiza zamanı müəyyən edilmişdir ki, yaşayış evinin inşasında mövcud olan qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 38.600,20 manat təşkil edir.
43. Ekspert rəyləri arasında kəskin fərqlər mövcud olduğundan Məhkəmə tərəfindən bu fərqlərin səbəbi araşdırılmış və bu məqsədlə iş üzrə yenidən ekspertiza təyin edilmişdir.
44. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1727 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, həmin 2 mərtəbəli yaşayış evində qüsurların aradan qaldırılması üçün görülmüş bərpa işlərinin təqribi ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 12.316 manat müəyyən edilmişdir. Əvvəlki ekspertizaların nəticələri arasında yaranmış fərq baxış zamanı qüsurların aradan qaldırılması üçün görülmüş bərpa işlərinin dəqiqləşdirilməsi ilə izah olunur.
45. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, fərdi yaşayış evində mövcud qüsurların aradan qaldırılması üçün 12.316 manat vəsait tələb olunur.
46. Bu rəy verildikdən sonra Cavabdeh2 apellyasiya baxışı zamanı qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş və evin inşası zamanı yol verilmiş qüsurların aradan qaldırılması və bərpa işlərinin həyata keçirilməsi üçün tələb olunan 12.316 manat məbləğində pul vəsaitinin ilk iddia üzrə iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
47. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (maddə 218.3.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.). Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4.).
48. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə Cavabdeh2 apellyasiya baxışı zamanı verdiyi “qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizəsini” nəzərə almamışdır.
49. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən əsaslıdır. Evin inşası zamanı yol verilmiş qüsurların aradan qaldırılması və bərpa işlərinin həyata keçirilməsi üçün 10.000 manat məbləğində pul İddiaçı Cavabdeh2 xeyrinə tutulmalıdır. Rayon Məhkəməsi tutulmalı olan məbləği 1.373,30 manat müəyyən etməklə səhv nəticəyə gəlmişdir.
50. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdehdən vergi və digər ödənişlər üçün ona ödənilmiş 10.000 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd olunan halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə qarşılıqlı iddianı rədd etməklə Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.
51. Məhkəmə həmçinin hesab edir ki, hər iki tərəfdən bir-birinin xeyrinə qarşılıqlı pul vəsaiti tutulmalı olduğundan, daha az tutulmalı olan vəsait daha artıq tutulmalı olan vəsaitdən çıxılmaqla tutulmalı məbləğlər əvəzləşdirilməli, son nəticədə (39.039,04 – 10.000 =) 29.039,04 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. h) apellyasiya baxışının nəticəsi
52. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni tutulmalı olan pul məbləğlərinin müəyyən edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilməli, 39.039,04 manat məbləğində pul vəsaiti Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, ilk iddia apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, 10.000 manat məbləğində pul vəsaiti İddiaçı Cavabdeh2 xeyrinə tutulmalı, qarşılıqlı iddia apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməməli, tələblər qarşılıqlı əvəzləşdirilməklə son nəticədə, Cavabdeh2 29.039,04 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.
53. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən apellyasiya baxışı zamanı yaranmış məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən bərabər şəkildə Nuruz Kazımov və Cavabdeh2 aid edilməlidir. Bu məqsədlə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 250 manat vəsaitin 125 manat hissəsi İddiaçı, 125 manat məbləğində hissəsi isə Cavabdeh2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
54. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni tutulmalı olan pul məbləğlərinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 qarşı “pulun ödənilməsi tələbi barədə” ilk iddiası qismən təmin edilsin. 39.039,04 (otuz doqquz min otuz doqquz manat dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiası qismən təmin edilsin. 10.000 (on min) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh2 xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk və qarşılıqlı iddia tələbləri üzrə tutulmalı olan məbləğlər əvəzləşdirilsin və son nəticədə 29.039,04 (iyirmi doqquz min otuz doqquz manat dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən apellyasiya baxışı zamanı aparılmış məhkəmə-tikinti texniki ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 250 manat vəsaitin 125 (yüz iyirmi beş) manat hissəsi İddiaçı, 125 (yüz iyirmi beş) manat məbləğində hissəsi isə Cavabdeh2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Nəzərə alınsın ki, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2022-ci il tarixli qətnamənin qalan hissəsi, yəni ilk iddianın bir qisminin təmin edilməməsi, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat məbləğində hissəsi isə Cavabdeh2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat vəsaitin 150 manat hissəsinin İddiaçı, 150 manat məbləğində hissəsinin isə Cavabdeh2 tutulub "xxxx" MMCnin hesabına ödənilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.