Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-560/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyan tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022ci il tarixli, e-2(004)-4247/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı məxsus 016443 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 18 yanvar 2016-cı il tarixdə “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin hüquqşünası vəzifəsinə, xx.xx.2018-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin aparıcı hüquqşünası vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə keçirilmiş, 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir.
2. İş materiallarında olan “Accessbank" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli, 2016/0008 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı hüquqşünas vəzifəsinə işə götürülür, müvafiq müqavilə xx.xx.2016-cı il müddətinədək bağlanmışdır, işin birinci üç ayı sınaq müddəti hesab edilmişdir. Aylıq tarif (vəzifə) maaşı əsasında işçiyə hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğdə əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş vaxtı saat 09:00-da başlanır, 18:00-da qurtarır, nahar vaxtı 1 saat olmaqla işçiyə verirlir. İstirahət günləri hər həftənin şənbə və bazar günləridir. Əmək məzuniyyətinin ümumi müddəti 30 (otuz) təqvim günüdür.
3. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2016/0371 saylı əmək müqaviləsinə əlavədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə əsas iş yeri olmaqla təyin olunmuş, əmək haqqı 2600 (iki min altı yüz) manat təyin edilmişdir.
4. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üzrə 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmrin surətindən müəyyən olunur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması məqsədilə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası üzrə ştat vahidi xx.xx.2022-ci il tarixdən ixtisar edilmiş, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə 31 may 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr X16 üzvü, X20 Müavini, Maliyyə üzrə Baş X2 tərəfindən imzalanmışdır.
5. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 134 nömrəli rəsmi bildirişinin məzmunundan görünür ki, İddiaçı 6 həftə sonra onunla bağlanmış xx.xx.2016-cı il tarixli, 2016/0008 saylı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar hazırki bildiriş ona təqdim edildiyi vaxtdan sonra ləğv ediləcəkdir. Həmin bildirişin aşağı hissəsində İddiaçı tərəfindən əl yazısı ilə ilə aparılmış qeyddən məlum olur ki, iddiaçı özü xəbərdarlıq müddəti əvəzinə 1.4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik ödənilməsi və xx.xx.2022-ci il tarixin onun axırıncı iş günü kimi nəzərə alınmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin AA 371080 seriyalı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür.
7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron sistemdən çıxarışından görünür ki, X8 "xxxx" QSC-də idarə heyətinin üzvüdür və X20 müavini, maliyyə üzrə baş direktor vəzifəsini tutur.
8. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22-0347 saylı vəzifə artırılması barədə kadr əmrinin surətindən görünür ki, maliyyə üzrə Baş Direktor olan X8 xx.xx.2022-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü, X20 müavini, maliyyə üzrə baş direktor vəzifəsinə keçirilmiş və bununla əlaqədar əmək müqaviləsinə dəyişikliklər edilmişdir.
9. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətində Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Hüquqşünası ştatı mövcud deyildir.
10. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22-0199/1 nömrəli 14 mart 2022-ci il tarixli əmrindən görünür ki, Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin işçilərinin fəaliyyətinin dövri sürətdə effektivliyinin məqsədəuyğunluğu nəzərə alınaraq qiymətləndirilmə meyarları məyyən edilmişdir.
11. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 22-0817/2 saylı qiymətləndirmə hesabatından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22-0199/1 saylı əmrə əsasən işçinin icraatında olan işlərin sayı, işçinin iştirak etdiyi məhkəmə iclaslarının sayı və icraatında olan işlər üzrə müsbət nəticənin əldə olunmasını əks etdirən yekun məhkəmə aktlarının sayı əsas meyarlar kimi götürülərək, qiymətləndirmənin nəticəsi cədvəldə müvafiq olaraq X9 üçün 41, 112, 43, İddiaçı üçün 17, 72, 7, X18 üçün 23, 58, 17 qeyd edilmişdir.
12. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş təşəkkürnamədən görünür ki, Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentinin əməkdaşı İddiaçı 2019-cu ildə nümunəvi fəaliyyətinə görə təltif edilmişdir.
13. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X5 üzvü olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli, 22-0353 saylı əmrin ləğv edilməsi, onun Cavabdeh QSC-nin Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Hüquqşünası vəzifəsinə işə bərpa edilməyi, işdən azad olunduğu xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, işə bərpa olunarkən ləğv edilmiş əmək müqavilənin şərtləri ilə eyni şərtlər daxilində yeni əmək müqaviləsinin bağlanması, cavabdehdən 10000 (on min) manat məbləğində mənəvi ziyanın və mediasiya prosesilə bağlı ödənilmiş 50 (əlli) manat xərcin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. İddiaçı iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırılmışdır ki, elektron iddia ərizəsində qeyd edildiyi kimi onunla Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 15 yanvar 2016-cı il tarixdə 2016/0008 saylı əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən o, həmin bankda hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 18 yanvar 2016-cı il tarixdən qüvvəyə minmişdir. O zaman əmək müqaviləsi bir tərəfdən o, işəgötürən tərəfdən isə Cavabdeh QSC-nin X19 Michael Hoffmann tərəfindən verilmiş etibarnaməyə əsasən bankın İnsan Resusları Departamentinin rəhbəri Aynur Süleymanlı imzalamışdır. Əmək müqaviləsinə bir neçə dəfə dəyişikliklər və əlavələr edilmiş, sonuncu dəfə 30 noyabr 2020-ci il tarixdə əmək müqaviləsinə edilmiş əlavəyə görə o, Cavabdeh QSC-nin Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Hüquqşünası vəzifəsinə təyin edilmişdir. Bu əlavə 01 dekabr 2020-ci il tarixdən qüvvəyə minmişdir. O zaman həmin əlavəni bir tərəfdən o, işəgötürən tərəfdən isə Cavabdeh QSC-nin X19 Anar Həsənov imzalamışdır. 25 may 2022-ci il tarixdə ona əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar ləğv ediləcəyi barədə 24 may 2022-ci il tarixli 134 saylı bildiriş təqdim edilmişdir. Həmin bildirişi Cavabdeh QSC-nin X19 Davit Tsiklauri imzalamışdır. 27 may 2022-ci il tarixdə 22-0353 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə 31 may 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə əmr qəbul edilmişdir. Həmin əmr X16 üzvü, X20 Müavini, Maliyyə üzrə Baş X2 tərəfindən imzalanmışdır. Əmrin surəti və əmək kitabçası iddiaçıya 31 may 2022-ci il tarixdə təqdim edilmişdir. Sözügedən əmrlə iddiaçı işdən azad olunmağı ilə razı deyildir. Qeyd edilən normalara, hallara, faktlara, sübutlara görə həmin əmr qanunsuz və əsassızdır. 27 may 2022-ci il tarixli mübahisələndirilən əmr qəbul edilərkən Cavabdeh QSC-də boş vəzifələrin heç biri ləğv edilməmiş, əksinə bank öz rəsmi internet səhifəsində 15 müxtəlif vəzifə üzrə vakansiya yerləşdirilmişdir. Hətta bugündə bankın internet səhifəsində və iş axtaranlar üçün nəzərdə tutulmuş digər internet səhifələrində Cavabdeh QSC cari vakansiyalar yerləşdirmişdir. Mübahisləndirilən əmr qəbul edilərkən Cavabdeh QSC-də hər hansı bir ixtisarlar olmamış, yalnız onun tutduğu ştat ixtisar olunmuş, bu ştatdan başqa heç bir ştat və ondan başqa heç kim ixtisar olunmamışdır. Bankda həqiqətən də ixtisarlar olmamışdır. Əksinə Cavabdeh QSC-də müxtəlif vəzifə üzrə vakansiya elanları olmuş, hər ay təxminən 10-15 nəfər yeni işçi işə qəbul edilmiş və ya daha yüksək vəzifəyə keçirilmişdir. Bu gündə Cavabdeh QSC cari vakansiyalar mövcuddur. Bankda ondan daha az müddət iş stajına malik olan işçilərin olmasına, hətta müddəli əmək müqavilələri ilə işləyən başqa işçilərin olmasına baxmayaraq yalnız onun işdən azad olunmağı üçün hazırki ixtisar barədə əmr qəbul edilmişdir. Bu zaman işəgötürən onun işgüzar keyfiyyətlərini (peşəkarlığını, ixtisasını) nəzərə almamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən ləğv edilərkən əməl edilməli qanunvericilik normaları, prosedurlar çox və çətindir. Lakin ona nisbətdə 3-4 aylıq və ya başqa bir müddətli əmək müqaviləsinə xitam verilmənin proseduru daha asan və azdır. Məhkəmənin nəzərinə çatdırılmalıdır ki, işəgötürənin onun başqa işə (vəzifəyə) keçirilməyi üçün hər hansı bir tədbir görməmiş, hər hansı bir vəzifə təklif etməmiş, heç buna cəhd də etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Bank onunla bağlanmış əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyi, eləcədə ştatın ixtisarının zəruriliyi əmrdə əsaslandırmamışdır və həmin əmrin qəbul edilməsinə əsası kimi ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişin olduğu qeyd edilmişdir. Bu isə əmrin heç bir əsaslandırma olmadan qəbul edilməsini özüözlüyündə ehtiva edir. Qeyd edir ki, bankda işə qəbul var, bankın vəziyyəti illik və dövrü hesabatlardan da göründüyü kimi yaxşıdır və bank zərərlə işləmir. Həmin hesabatlar ilə bankın öz saytında https://www.accessbank.az/az/our-bank/in-figures/ linkinə daxil olmaqla tanış olmaq olar. Bank ödənilmiş əmək haqqları və digər kompensasiyalara görə 2021-ci il tarixdə 30760000 manat, 2022-ci ilin 1-ci rübündə isə ******* manat pul xərcləmişdir. Bankın vəziyyətinin yaxşı olduğu dövrdə, ixtisarların olmadığı bir dövrdə yalnız onun ixtisar edilməyi isə qanunsuz olmaqla yanaşı, həmdə məntiqsizlik və ədalətsizlikdir. Çünki onun aldığı əmək haqqının məbləği bankın xərclərinin əsaslı azalmasına və ya maliyyə nəticələrinin əsaslı şəkildə dəyişməsinə (yüksəlməsinə) səbəb olmayacaq qədər azdır. Həmçinin onu da qeyd etmək zəruridir ki, 25 may 2022-ci il tarixdə ona təqdim edilmiş 24 may 2022-ci il tarixli 134 saylı bildirişi vergi orqanın da qeydiyyatdan keçmiş Cavabdeh QSC-nin qanuni təmsilçisi - X19 Davit Tsiklauri imzalasa da mübahisləndirilən əmr X16 üzvü, X20 Müavini, Maliyyə üzrə Baş X2 tərəfindən imzalanmışdır. X6 belə bir əmr qəbul edib-etməmək səlahiyyətinin olub-olmaması barədə əmrə hər hansı bir sənəd (və ya etibarnamə), eləcədə onun həqiqətən də İdarə Heyətinin üzvü, X20 Müavini, Maliyyə üzrə Baş Direktoru vəzifəsində işləməsini təsdiq edən sənəd və onun bankın nizamnaməsində belə bir səlahiyyətinin olub-olmaması barədə sənəd əlavə edilməmişdir. Onun idarə heyətinin üzvü olması barədə xəbər bankın rəsmi internet səhfəsində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Həmin xəbərlə bağlı məlumatı https: //www.accessbank.az/az/private /news/103298 linkinə daxil olmaqla əldə etmək olar. Dünyaya gəldiyi və hazırda da qeydiyyatda olduğu Füzuli şəhəri 23 avqust 1993-cü il tarixdə işğal olduqdan sonra ailəsi ilə birlikdə məcburi köçkün olmuşdur. Hazırki vaxtda da məcburi köçkün statusuna malikdir. İşçinin peşəkarlıq səviyyəsi qiymətləndirilərkən işəgötürən onların əmək fəaliyyətini xarakterizə edən müxtəlif məlumatları (məsələn, təhsil haqqında sənədlər, işin ödənilməsi, ixtisas üzrə iş stajı, xidməti tapşırıqların yerinə yetirilmə keyfiyyəti, bu və ya digər ixtisas qrupuna mənsub olma haqqında məlumatları, həvəsləndirmələr, peşə üzrə ixtisasını artırması və s.) nəzərə alır. Bank onu ixtisar edərkən ixtisasını (peşəsini), iş stajını, əmək funksiyaları yerinə yetirilmə keyfiyyətini, həvəsləndirmələri və peşəkarlıq səviyyəsini nəzərə almamaqla yanaşı həm də məcburi köçkün statusu olan şəxs olmağına belə əhəmiyyət verməmişdir. Halbuki qanunvericiliyin yuxarıda qeyd edilən normalarından aydın olduğu kimi idarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı məcburi köçkünlər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Bundan əlavə, işəgötürən tərəfindən verilən əmrdə (sərəncamda, qərarda) əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il dəqiq göstərilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununa mütləq qaydada daxil edilməlidir. Bank onunla bağlanmış əmək müqaviləsini ləğv edərkən mübahisələndirilən əmrin qəbul edilməsinə əsas kimi ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişi göstərmişdir. Bu qeyd edilən əmrin qəbul edilməsi üçün əsas sayıla bilməz. Əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, Bank tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. İşçilərin sayının və ya ştatlarının ixtisarının həqiqətən olmasını təsdiq edilməsi üçün Bank tərəfindən konkret olaraq müvafiq ştatların, İşçilərin ixtisar olunmasını, bu ixtisara gətirib çıxaran səbəbləri, bankda boş vəzifələrin ləğv edilməsini və s. özündə əks etdirən əsaslandırmış müvafiq əmrlər (sərəncamlar, qərarlar) qəbul edilməli, bu qərarlarda əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar da əks etdirilməli, bu rəsmi sənədlər əmrin qəbul edilmə əsasına əlavə edilməlidir. Bank isə bunların heç birini etməmişdir. Ona görə də mübahisələndirilən əmrin əsasına bu rəsmi sənədlərin heç biri daxil edilməmişdir. Başqa sözlə hazırki mübahisələndirilən əmrin qəbul edilməsi üçün heç bir əsas da mövcud olmamışdır. İxtisarın həqiqətən olmasını təsdiq edən rəsmi sənədlərin əmrin əsasına daxil edilməməsi əsasın olmaması deməkdir və elə tək bu belə bu əmrin qanunsuz olmasına dəlalət edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirdikdə aydın olur ki, bank tərəfindən işçilərin sayının və ya ştatınn ixtisarı haqqında müvafiq qərar qəbul edilməmiş, bankda boş vəzifələr ləğv olunmamış, mübahisləndirilən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi, ştatın ixtisarının özüdə yalnız bir ştatın ixtisarının zəruriliyi əsaslandırmamış, əmr qəbul edilərkən bankda həqiqətən işçilərin sayının və ya ştatların ixtisar olunmamış, bunun əksini təsdiq edilən rəsmi sənədlər (müvafiq ştatların, işçilərin ixtisar olunmasını, bu ixtisara gətirib çıxaran səbəbləri, bankda boş vəzifələrin ləğv edilməsini, əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar və s. özündə əks etdirən əsaslandırmış müvafiq əmrlər (sərəncamlar, qərarlar)) mübahİsləndirilən əmrin əsasına əlavə edilməmiş, mübahisələndirilən əmr qəbul edilərkən onun işgüzar keyfiyyətləri, ixtisası (peşəsi), iş stajı, əmək funksiyalarını yerinə yetirmə keyfiyyəti, həvəsləndirmələri və peşəkarlıq səviyyəsi, işdə saxlanmaq üçün üstünlük hüququ olan şəxs olmağı nəzərə alınmamış, başqa işə (vəzifəyə) keçirilməyi üçün də tədbirlər görülməmişdir. Bu halları və şərh edilən qanunvericilik normalarını nəzərə alındıqda belə nəticəyə gəlmək olur ki, bank tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmr qanunsuz və əsassızdır. Belə ki, sözügedən əmr qəbul edilməmişdən qabaq onunla Cavabdeh QSC arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli, 2016/0008 saylı əmək müqavilənin şərtlərinin dəyişdirilməsi və onlara yeni əlavələrin edilməsi barədə ona xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavə təqdim edilmişdir. Həmin əlavədə olan şərtlərin bir qismi onu qane etməmiş, hətta onun fikrincə etibarsız şərtlər və işçinin vəziyyətini ağırlaşdıran, qanunda işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini azaldan şərtlər olduğundan tərəfindən imzalanmamışdır. Bu şərtlərin bəzilərinin əlavədən çıxarılması məqsədilə tərəfindən Cavabdeh QSC-nin İnsan Resusları Departamentinin məsul şəxsləri ilə bu ilin aprel ayında aparılmış danışıqların hər hansı bir müsbət nəticəsi olmamış, ona bildirilmişdir ki, artıq bu əlavə də olan şərtlər rəhbərlik tərəfindən bəyənilmiş, təsdiq edilmişdir, əlavədə olan şərtlərin dəyişdirilməsi, çıxarılması mümkün deyildir, bankın bütün işləri tərəfindən imzalanacaqdır, bu əlavəni imzalamağa məcbur deyilsiniz, lakın bu əlavəni imzalamayacağınız təqdirdə, gələcəkdə bankın işçisi olaraq saxlanmaya bilərsiniz, əlavəni imzalayıb-imzalamayacağı barədə yenidən fikirləşin və sizə əlavəni imzalamağınız tövsiyyə olunur. Bundan bir ay bir neçə gün müddət keçmiş, ona əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar ləğv ediləcəyi barədə bildiriş təqdim edilmiş, daha sonra hazırki mübahisləndirilən əmr qəbul edilmişdir. Göründüyü kimi işçilərin sayının və ya ştatların azaldılması zərurəti olmamış, hazırki əmr heç də ixtisarın zərurliyi ilə əlaqədar qəbul edilməmiş, yalnız onun ştat vahidi ixtisar edilmiş və o, bank tərəfindən işdən azad olunmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində dosttanış, qohumlar arasında malik olduğu nüfuz azalmış, onda müxtəlif psixoloji problemlər yaranmış, yuxusuzluq, depressiya, yorğunluq, əsəbilik kimi psixoloji problemlərdən əziyyət çəkməyə başlamışdır, mütəmadi olaraq narahatçılıq hissləri keçirmiş, əhval-ruhiyəsi indiyə kimi düzəlməmişdir. Bankda hər hansı bir ixtisarın zəruri olmamasına baxmayaraq yalnız onun ixtisar ilə işdən azad olunduğu ətrafdakılardan gizlətməyə çalışmış, bu barədə ona verilən suallardan hələ də yayınmağa çalışır. Özünə güvən və inam hissi azalmışdır, bankda hər hansı bir ixitisarın aparılmadığı bir dövrdə yalnız onun ixtisar ilə işdən azad olunmağı işə düzəlmək üçün müraciət etdiyi idarə və təşkilatlarda ona qarşı inamsızlıq yaratmış, onlar işdən bu qaydada azad olunmağında başqa səbəblər axtarmağa başlamışlar və ümumiyyətlə müraciətlərinə cavab belə verilməmişdir. Bütün bu hadisələrə görə iztirab çəkdiyindən psixoloji vəziyyəti daha da pisləşmişdir. Bütün diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri əsasında ona 10000 manat və daha çox həcmdə mənəvi zərər dəymişdir.
16. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e- 2(004)-4247/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 11, 70, 71.1, 76, 77.1, 77.2, 77.3, 78.1, 78.2, 79.1, 80.1, 80.2, 83-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına və «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində ştat ixtisar edilməmişdən qabaq bank tərəfindən ştatının ixtisarı haqqında müvafiq qərarın olduğunu, bu qərar qəbul edildikdən sonra iddiaçının ixtisar olunacağı barədə bildirişlə xx.xx.2022-ci il tarixdə xəbərdar edildiyini müəyyən etməklə faktiki halları təhrif etmişdir. Həmçinin məhkəmə düzgün olmayaraq müəyyən etmişdir ki, iddiaçının aid olduğu ştat vahidinin mövcud olmadığından, onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından əmək müqaviləsi ləğv edilmişdir. Mübahisləndirilən əmr qəbul edilməmişdən qabaq bank tərəfindən ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edilməmişdir. Çünki ştat vahidinin ixtisarı ilə, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi barədə qərar eyni bir əmrlə yəni hazırki mübahisləndirilən xx.xx.2022-ci il taxili əmr ilə rəsmiləşdirilmişdir. Məhkəmə iş materiallarına mülki işin gedişatında əlavə edilmiş, mübahisləndirilən əmrə aidiyyatı olamayan xx.xx.2022-ci il tarixli, 22-0817/2 saylı qiymətləndirmə hesabatına obyektiv qiymət verməyərək qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78, 79-cu maddələrində qeyd olunan işçinin işdə saxlanmaq üçün üstünlük hüququna malik olub-olmaması yoxlanılmış, bu baxımdan cavabdeh tərəfindən həmin Məcəllənin 78.1 və 78.2-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmə hesabatı tərtib edilmiş, həmin qiymətləndirmə hesabatı nəzərə alınmaqla, iş yeri üzrə ştatın ixtisar edilməsi artıq həmin ştatda işləyən iddiaçı əmək münasibətlərinin eyni ştat üzrə davam etdirilməsi mümkünsüz olduğundan tərəflər arasında bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixli əmrlə ləğv edilmişdir. Lakin onun məcburi köçkün olaraq işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmaq üçün üstünlük hüququna malik olduğu yoxlanılmamış və nəzərə alınmamışdır. Cavabdeh öz etirazında ştat vahidinin tamamilə ləğv edilməsi (ixtisarı) barədə əmr qəbul etdiklərindən işçiləri “müqayisə edib seçmək” imkanı olmadığını, iddiaçını kiminləsə müqayisə etmədiyini yazmış, məhkəmə iclasında cavabdehin nümayəndəsi qiymətləndirmənin ayrı-ayrı şöbələrdə də həyata keçirildiyi, hər şöbənin öz qiymətləndirmə meyarları olduğu və hər kəsin fəaliyyətinin öz şöbələrinin meyarlarına uyğun olaraq yoxlanıldığı bildirmişdir. Məhkəməyə təqdim edilmiş 14 mart 2022-ci il tarixli, 22-0199/1 nömrəli əmr və həmin əmr əsasında tərtib edilmiş 18 aprel 2022-ci il tarixli, 22-0817/2 saylı qiymətləndirmə hesabatın tərtib edilmə məqsədinin Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin işçilərinin fəaliyyətinin dövri sürətdə effektivliyinin qiymətləndirilməsi olması göstərilmişdir. Göründüyü kimi qiymətləndirmə hesabatının tərtib edilməsi məqsədi fərqlidir. Məhkəmə isə cavabdeh tərəfindən Əmək Məcəllənin 78.1 və 78.2-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmə hesabatı tərtib edildiyi və həmin qiymətləndirmə hesabatı nəzərə alınmaqla, ştatın ixtisar edilməsi, ştatın ixtisar edildiyindən iddiaçının əmək münasibətlərinə davam etdirilməsinin mümkünsüz olduğu, bu səbəbdən xx.xx.2022-ci il tarixli əmrin qəbul edildiyi qənaətinə gəlmişdir. Mübahisləndirilən əmrin nə mətində, nə əsaslarında, nədəki qoşma əsaslar hissəsində xx.xx.2022-ci il tarixli, 22-0817/2 saylı qiymətləndirmə hesabatından və onun nəticəsindən bir söz belə yazılmamışdır. Məhkəmə cavabdeh təşkilatın əvəzinə xx.xx.2022-ci il tarixdə qətnamə ilə xx.xx.2022-ci il tarixli əmrə mövcud olmayan əsaslandırma əlavə etmişdir. Həmçinin tərəfimdən xx.xx.2022-ci il tarixli, 22-0817/2 saylı qiymətləndirmə hesabatında qeyd edilən rəqəmlərin cavabdeh tərəfindən hardan götürülməsi mübahisələndirilmiş, məhkəmə baxış iclasında məhkəmə tərəfindən həmin rəqəmlərin hardan götürülməsi barədə təsdiq edilmiş sənədlər cavabdehdən tələb edilməmişdir. Məhkəmə bankda sənədlərin hansı qaydada tərtib edilməli olmasını təsbit edən qaydaları (təlimatı) iş materiallarına əlavə etmədən, yəni hər hansı bir sübut olmadan mübahisləndirilən 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmrin imzalanması səlahiyyətini nəzərdə tutan xx.xx.2022-ci il tarixli etibarnamənin sonradan tərtib edilmədiyi və həmin etibarnamənin etibarsız olmamasını qeyd etmişdir. Bunu onunla əsaslandırmışdır ki, müəssisənin daxilində sənədlərin hansı qaydada tərtibatı hüquqi şəxsin öz müvafiq daxili qaydalarına əsasən müəyyən edilir və rəsmi blankda “/” işarəsinin olması onun etibarsız olmasına dəlalət etmir. Bunula bağlı bildirirəm ki, xx.xx.2022-ci il tarixdə X8 Cavabdeh QSC-nin İdarə Heyətinin üzvü, X20 Müavini Maliyyə üzrə Baş Direktoru vəzifəsinə keçirilmişdir. Mübahisləndirilən əmri qəbul edən X1 şəxs olmamış və ona verilmiş etibarnamə sonradan verilmişdir. Belə ki, məhkəmə gedişatında əmri imza edənin etibarnamə əsasında əmri imzaladığı barədə 6591/1 saylı xx.xx.2022-ci il tarixli Dep 13 etibarnaməni cavabdeh təşkilat xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Tərəfindən mübahisləndirilən əmr ona təqdim edilərkən həmin etibarnamənin əmrə əlavə edilmədiyi və ya həmin etibarnamə ilə onun tanış edilmədiyi, həmin etibarnamənin rəsmiləşdirmə formasının “AccessBank" QSC tərəfindən rəsmiləşdirilmiş digər bütün sənədlərin rəsmiləşdirmə formasından (nömrələrindən) fərqləndiyi, etibarnamənin nömrəsində “/.1” işarəsinin olduğu, həmin işarənin Cavabdeh QSC tərəfindən rəsmiləşdirilmiş digər sənədlərin heç birinin nömrəsində olmadığı, bu etibarnamənin bir neçə iclası keçdikdən sonra məhkəməyə təqdim edildiyi bildirilmiş, ona görə də həmin etibarnamənin sonradan tərtib edildiyi əsas gətirilməklə “/1” işarəsi olmayan xx.xx.2022-ci il tarixdə 6591 saylı olaraq çıxışı rəsmiləşdirilmiş sənədin təsdiq edilmiş surətinin "xxxx" QSC-dən tələb edilməsi barədə şifahi vəsatət verilmiş, vəsatət təmin edilməmişdir. Məhkəmə bu hallara və vəsatətinə düzgün qiymət verməmiş, bankda sənədlərin hansı qaydada tərtib edilməli olmasını təsbit edən qaydaları (təlimatı) iş materiallarına əlavə etmədən, yəni hər hansı bir sübut olmadan qətnaməsində sənədlərin tərtibat qaydalarını hüquqi şəxsin özünün müəyyən etdiyindən bankın bu zaman pozuntuya yol vermədiyi qənaətinə gəlmişdir. Halbuki sənədlərin nömrələnməsi zamanı “/” işarələrindən istifadə edilməli olması barədə Cavabdeh QSC-nin daxili qaydaları iş materiallarında yoxdur. Cavabdeh QSC-də sənədlər nömrələrkən həmin sənədi təqdim etmiş departamentin nömrəsi sənəddə göstərilir. Sözügedən xx.xx.2022-ci il tarixli, 6591/1 saylı Dep 13 etibarnaməyə Hüquq Departamentinin nömrəsi (Dep 13) yazılmışdır. Mübahisləndirilən əmri imza edən X4 Heyətinin üzvüdür, Hüquq Departamentinin işçisi deyil. Mübahisləndirilən əmrin qəbul edilməsinin səbəbləri qeyri-obyektivdir - əsas səbəbi əmək müqaviləmə xx.xx.2022-ci il tarixli əlavəni imzalamaqdan imtina etməyi olmuşdur. Həmin əlavənin əsli iddia ərizəsinə əlavə edilmiş, cavabdeh təşkilat etirazında belə bir əlavənin olmadığını inkar etməmiş, hətta cavabdehin nümayəndəsi məhkəmə iclasında bankın digər işçilərinin də bu məzmunda əlavəni imzaladığını bildirmişdir. Tərəfindən məhkəmə iclasında hansı şərtlərin etibarsız və işçinin vəziyyətini ağırlaşdıran şərtlər olması barədə suala bəzi nümunələr göstərilmişdir. Məhkəmə həmin əlavənin şərtlərinə nəzər yetirmədən əlavəni imzalamaqdan imtina ilə əmrin qəbul edilməsi arasında əlaqənin olmadığını və bunun mülahizə olduğunu qətnaməsində əsaslandırmağa çalışmışdır. Məhkəmə tərəfindən təqdim edilmiş əlavənin məzmuna, heç olmasa əlavədəki şərtlərinin bir qisminə nəzər yetirilsəydi, bu əlavəni imza etməməyinin məntiqli qərar olduğunu aydın olardı. Həmin əlavəni imzalmayan işçi işəgötürəndən ona qarşı xoş qərəzsiz münasibət görməyəcəyi təbiidir. Həmin əlavədə olan şərtlərin böyük bir qismi etibarsız şərtlər və ya işçinin vəziyyətini ağırlaşdıran, qanunda işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini azaldan şərtlər olduğundan tərəfindən imzalanmamışdır. Məhkəmənin mənəvi ziyan çəkmədiyim barədə mövqeyi əsassızdır. Qanunsuz olaraq işdən çıxarılmağı mənəvi ziyan çəkdiyini özü-özlüyündə sübut edir. Hətta məhkəmə baxış iclasında sədrlik edənə işə düzəlmək üçün müraciət ediyi digər bir şirkətin onun elektron poçtuna göndərdiyi mənfi cavabı göstərməklə təqdim etmişdir. Bu məhkəmə iclasının video (audio) görüntüsündə var. Mübahisləndirilən əmrin mətnində sözügedən ştat vahidinin ixtisar edilməsinin, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi barədə hər hansı bir səbəb, əsaslandırma, zərurət yoxdur. Ancaq ştat vahidinin ixtisarının "xxxx" QSC-nin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması məqsədi daşıdığı qeyd edilmişdir. Bankın bu məqsədə çatmaq üçün hazırki əmri qəbul etməkdən başqa çarəsinin olmaması, yəni bu ixtisarın zəruri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İxtisarın isə qeyd edilən məqsədə daşıması sənədlərdə formal olaraq qeyd edilmişdir. Hazırki əmr qəbul edilməmişdən qabaq bank tərəfindən işçilərin sayının və ya ştatınn ixtisarı haqqında hər hansı bir müvafiq qərar qəbul edilməmiş, bankda boş vəzifələr ləğv olunmamış, mübahisləndirilən əmrdə ştatın ixtisarının və bu əsasla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırmamış, əmr qəbul edilərkən bankda həqiqətən işçilərin sayının və ya ştatların ixtisar olunmamış, bunun əksini təsdiq edilən rəsmi sənədlər (müvafiq ştatların, işçilərin ixtisar olunmasını, bu ixtisara gətirib çıxaran səbəbləri, bankda boş vəzifələrin ləğv edilməsini, əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar və s. özündə əks etdirən əsaslandırmış müvafiq əmrlər (sərəncamlar, qərarlar)) mübahisləndirilən əmrin əsasına əlavə edilməmişdir. Mübahisələndirilən əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd bu əmrin qəbul edilməsi üçün kifayət qədər deyildir. Əmrə rəsmi sənəd adı altında yalnız xx.xx.2022-ci il tarixli bildiriş əlavə edilmiş, tək bildiriş ixitsar barədə əmrin qəbul edilməsi üçün əsas hesab olanan rəsmi sənəd kimi kifayət deyildir, bildirişin verilməsi müvafiq qərar qəbul edilərkən işəgötürən tərəfindən görülməli olan bir tədbirdir (prosedurdur), qanunvericiliyə görə hər bir halda ixtisar zamanı işəgötürən tərəfindən işçiyə xəbərdarlıq verilməlidir. Qanun deyir ki, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu işəgötürən tərəfindən rəsmi sənədlərdə öz əksini tapmalıdır. İşçilərin sayının və ya ştatlarının ixtisarının həqiqətən olmasını təsdiq edilməsi üçün Bank tərəfindən konkret olaraq müvafiq ştatların, işçilərin ixtisar olunmasını, bu ixtisara gətirib çıxaran səbəbləri, məhz həmin ştat vahidlərinin və ya işçiləri ixtisar etməsinin zəruri olmasını, bankda boş vəzifələrin ləğv edilməsini və s. özündə əks etdirən əsaslandırmış müvafiq əmrlər (sərəncamlar, qərarlar) qəbul edilməli, bu qərarlarda əmək haqqı fondunun ixtisarı haqqında məlumatlar da əks etdirilməli bu rəsmi sənədlər əmrin qəbul edilmə əsasına əlavə edilməlidir. Başqa sözlə hazırki mübahisləndirilən əmrin qəbul edilməsi üçün, ixtisarın həqiqətən olmasını təsdiq edən rəsmi sənədlərin əmrin əsasına daxil edilməməsi mübahisləndirilən əmrin verilməsi üçün əsasın olmaması deməkdir. Bankda boş vəzifələr ləğv olunmamış, bankın öz rəsmi internet səhfəsində əmr qəbul edilən dövrdə 15 müxtəlif vəzifə üzrə vakansiya olmuş, daha sonra mütamadi olaraq cari vakansiyalar barədə elan verilmiş, hətta kiçik hüquqşünas, qətnamə qəbul edildikdən sonra isə hüquqşünas və aparıcı hüquqşünas vakansiyaları barədə elanlar yerləşdirilmişdir. Həmin əmr qəbul edilərkən “AccessBank" QSC-də hər hansı bir ixtisarların olmamış, yalnız onun tutduğu ştatın ixtisar olunmuş, bu ştatdan başqa heç bir ştatın və ondan başqa heç kim ixtisar olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi sədrilik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin tarixdə başqa ştatların və ya işçilərin ixtisar ilə işdən çıxarıldığını bilmir. Bu məlumat İnsan Resusları Departamentində mövcuddur, tələb olunarsa, baxış iclası təxirə salındığı təqdirdə gətirə bilər. Məhkəmə isə iddianının əsas arqumentlərindən birini təşkil edən bu halı araşdırmamışdır. Hesabatlardan həm də aydın olur ki, Bank əmək haqqları və digər kompensasiyalara görə bir neçə milyon pullar xərcləyir. Bankın məqsədi bu xərci azaltmaqdırsa bunu ümumi işçi heyəti arasından əmək haqqısı 2600 manat olan yalnız bir ştat vahidinin ixtisar edilməsi ilə nail olması mümkün deyil. İş materiallarından da göründüyü kimi cavabdeh etiraz ərizəsində və məhkəmə baxış iclasında verdiyi izahatda bu məsələyə ötəri yanaşmaqla, həmin dövrdə bankda başqa ştat vahidlərinin və ya işçilərin ixtisar ilə başqa işçilərin də işdən çıxarılması barədə sübut məhkəməyə təqdim etməmişdir. Çünki bankda həqiqətən də həmin dövrdə ixtisarlar üçün real şərait mövcud olmamış, bunun üçün obyektiv səbəb də mövcud olmamışdır. Tərəfimdən verilmiş digər sübutlar isə bu halın əksini özündə ehtiva etməkdədir. Məhkəmə fakitiki halları, iş üzrə sübutlar, sənədləri tam, hərtərəfli və obyektiv araşdırmamış, əksəriyyətinə düzgün qiymət və ya ümumiyyətlə qiymət verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
25. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir.
26. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
27. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
28. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
29. Həmin Məcəllənin 76-cı maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
30. Həmin Məcəllənin 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.
31. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
32. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; X5 və ya hər hansı siyası partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
33. Həmin Məcəllənin 80-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X5 qabaqcadan razılığı alınmaqla ləğv edilir.
34. Həmin Məcəllənin 80-ci maddəsinin ikinci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
35. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı 18 yanvar 2016-cı il tarixdə “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə hüquqşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin hüquqşünası vəzifəsinə, xx.xx.2018-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin aparıcı hüquqşünası vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş hüquqşünası vəzifəsinə keçirilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması məqsədilə bankda Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və bərpası şöbəsinin baş hüquqşünası üzrə ştat vahidinin ixtisar olunması qərara alınmış, İddiaçı işlədiyi vəzifənin ixtisara düşməsi ilə əlaqədar qanunla nəzərdə tutulmuş qaydada 24 may 2022-ci il tarixdə xəbərdarlıq bildirişi verilmiş, iddiaçı xəbərdarlıq müddəti əvəzinə 1.4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik qaydada ödənilməsi və xx.xx.2022-ci il tarixinin sonuncu iş günü kimi nəzərə alınmasını xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üzrə 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, iddiaçı ilə olan əmək müqaviləsinə 31 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam verilmiş və iddiaçı ilə son haqq-hesab edilmişdir.
45. İş materiallarından görünür ki, iddiaçının aid olduğu ştat vahidi artıq mövcud olmadığından, beləliklə də onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından, iddiaçının tərəf olduğu əmək müqaviləsi cavabdeh işəgötürən tərəfindən ləğv edilmiş, əmək müqaviləsinin ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Kollegiya hesab edir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onunla bağlı digər, yəni, işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqın tutulması, işə bərpa olunarkən ləğv edilmiş əmək müqavilənin şərtləri ilə eyni şərtlər daxilində yeni əmək müqaviləsinin bağlanması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
48. Kollegiya həmçinin 10000 (on min) manat məbləğində mənəvi zərərin ödənilməsinə dair tələbinin əsassız olduğundan, iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və iddiaçı tərəfindən tələbi təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
49. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin qeydinə əsasən həmin maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
50. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas deyildir. Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir.
52. “Accessbank" Qapalı Səhmdar Cəmiyyəti həmin hüququndan istifadə edərək fəaliyyətinin maliyyə nəticələrinin təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin daha da artırılması və xərclərinin optimallaşdırılması məqsədilə bankda Kiçik və Orta Biznes kreditlərinin Restrukturizasiyası və bərpası şöbəsinin baş hüquqşünası üzrə ştat vahidinin ixtisar edilməsini qərara almış, İddiaçı işlədiyi vəzifənin ixtisara düşməsi ilə əlaqədar qanunla nəzərdə tutulmuş qaydada 24 may 2022-ci il tarixdə xəbərdarlıq bildirişi verilmiş, iddiaçı xəbərdarlıq müddəti əvəzinə 1,4 misli miqdarında orta aylıq əmək haqqının birdəfəlik qaydada ödənilməsi və xx.xx.2022-ci il tarixinin sonuncu iş günü kimi nəzərə alınmasını xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üzrə 27 may 2022-ci il tarixli, 22-0353 saylı əmrə əsasən, iddiaçı ilə olan əmək müqaviləsinə 31 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam verilmiş və iddiaçı ilə son haqq-hesab edilmişdir. Həmin əmr X16 üzvü, X20 müavini, Maliyyə üzrə Baş X2 tərəfindən imzalanmışdır. Ona belə bir əmri imza etmək səlahiyyəti X16 sədri Davit Tsiklauri tərəfindən təsdiq edilmiş xx.xx.2022ci il tarixli etibarnamə əsasında verilmişdir.
53. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən dedikdə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs nəzərdə tutulur.
54. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin 52.2-ci bəndində əmək müqavilələrinin bağlanması, bununla əlaqədar digər səlahiyyətlər və bu səlahiyyətlərin İdarə Heyətinin üzvlərinə həvalə edilməsi hüququ X16 Sədrinə həvalə edilmişdir.
55. Göründüyü kimi İddiaçı ştat vahidinin ixtisar olunmasına dair əmr "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin işəgötürəni X19 Davit Tsiklauri tərəfindən verilmiş etibarnamə əsasında səlahiyyət verilmiş İdarə Heyətinin üzvü, X20 X3 tərəfindən imzalanmışdır. Qeyd edilən səlahiyyət Bankın nizamnaməsinin 52.2-ci bəndinə əsasən X19 tərəfindən etibarnamə əsasında Ramin Hüseynova ötürülmüşdür.
56. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin 38-ci bəndində və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində müşahidə şurasının vəzifələri təsbit olunmuşdur. X10 səlahiyyətləri bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək üzərində formalaşdırılmış, X11 adından icraedici səlahiyyətinin olmadığı göstərilməklə onun yalnız nəzarət funksiyasına malik olması göstərilmiş və əmək müqavilələrinin bağlanması, ləğv edilməsi, əlavələrin edilməsi və əlaqəli səlahiyyətlər Müşahidə Şurasının müstəsna səlahiyyətlərinə aid edilməmişdir.
57. Həmin məktubdan görünür ki, 05 yanvar 2022-ci il tarixinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası" Departamentində 80 (səksən) ştat vahidi olmuş və boş ştat vahidi olmamışdır. 05 yanvar 2022-ci il tarixindən 12 dekabr 2022-ci il tarixinə qədər İddiaçı da daxil olmaqla qeyd edilən Departamentdən 11 nəfər ilə əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilmişdir. Müvafiq olaraq qeyd edilən dövr ərzində Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası Departamentində işdən ayrılan heç bir əməkdaşın vəzifəsi vakant olmamış, əmək müqaviləsinə xitam verilmiş digər əməkdaşların da ştatları əmək müqaviləsinin xitamdan sonra ləğv edilmişdir. Hal-hazırda “Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası" Departamentində 69 ştat vahidi mövcuddur və bu ştatların hamısı doludur, boş ştat vahidi yoxdur. Eyni zamanda, növbəti iş ili ərzində də həmin Departamentdə yeni ştat vahidinin yaradılması və ya yeni əməkdaşın işə qəbul edilməsi nəzərdə tutulmur.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(004)-4247/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, e-2(004)- 4247/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.