Məhkəmə qərarları › İş №2(103)-5602/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5602/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5602/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-2531/2021 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 Qələndəroviç tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ona məxsus olan Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzili qanunsuz zəbt edən Cavabdeh1 Qələndəroviç, onun ailə üzvləri, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 43200 manat zərərin və 70000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ona məxsus olan mənzili qanunsuz zəbt edən cavabdehlər Cavabdeh1 Qələndəroviç, onun həyat yoldaşı Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehlərin mənzilinə hər hansı hüquqa malik olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün şəxslərin,əşyaların çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehlərdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, cavabdehlərin mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 46800 manat zərərin və 70000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Qələndəroviç mənzilin təmirinə və mebellərin quraşdırılmasına birlikdə çəkilmiş xərcə görə 93500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri, Xocalı prospekti, 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-2531/2021 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkilinin iddianın təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 Qələndəroviç şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-2531/2021 nömrəli qərardadının ləğv edilərək, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, mülki işdən də göründüyü kimi mübahisəli mənzilin Cavabdeh1 tərəfindən təmir edildiyi və həmin mənzildə hazırda cavabdehləriıı yaşaması faktı mübahisəsizdir. Qarşılıqlı iddia tələbi isə mənzilin təmirinə və mebellərin quraşdırılmasına məhz Cavabdeh1 tərəfindən çəkilmiş xərclərin ödənilməsi tələbidir. Bu baxımdan qarşılıqlı iddianın təmin edilməsi ehtimalı olduqca böyükdür. Belə olan halda qarşılıqlı iddianın təmin edilməsinə dair qəbul ediləcək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə müvəqqəti xarakter daşıyan və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən qərardadın qəbul edilməsi qanuni və əsaslı hesab edilir. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-2531/2021 nömrəli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə təmin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-2531/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mənzilin üzərinə həbsin qoyulması əmlaka gözlənilən mülkiyyət hüququnun həddən artıq məhdudulaşdırılmasına, qanuni sahibin (mülkiyyətçinin) öz hüquqlarının həyata keçirməsinə maneələr yarada bilər ki, bu da iddianın təmin etmə tədbirinin məqsədindən kənara çıxa bilər. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021ci il tarixli, 2(011)-2531/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 Qələndəroviç tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(011)-2531/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar