Məhkəmə qərarları › İş №2(103)-5603/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5603/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5603/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxx» X7 cavabdehlər Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Süleymanova Gülçöhrə Fərman qızına, X2, X3, X4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-56/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxx» QSC iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada iddiaçı «xxxxxxxxxx» QSC-nin xeyrinə 02R000026155 saylı kredit razılaşması üzrə 8931.72 ABŞ dolları məbləğində kredit borcu, 1526.81 ABŞ dolları məbləğində faiz borcu və 2824.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13.283,49 ABŞ dolları; 02R000032548 saylı kredit razılaşması üzrə isə 52.004,75 ABŞ dolları məbləğində kredit borcu, 9816.91 ABŞ dolları məbləğində faiz borcu və 18.924,36 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 80.746,02 ABŞ dolları; iki müqavilə üzrə ümumilikdə cəmi 94.029,51 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinə uonəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 94.029,51 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına «xxxxxxxxxx» QSC-yə ödənilməsi; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada tutulması; Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh10, Süleymanova Gülçöhrə Fərman qızı, X5, Cavabdeh11, X6, X8, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin birinci instansiya məhkəməsində baxışı zamanı iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri daxilində məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada iddiaçı «xxxxxxxxxx» QSC-nin xeyrinə 02R000026155 saylı kredit razılaşması üzrə 8931.72 ABŞ dolları məbləğində kredit borcu, 4393.89 ABŞ dolları məbləğində faiz borcu və 8542.68 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21.868,29 ABŞ dolları; 02R000032548 saylı kredit razılaşması üzrə isə 52.004,75 ABŞ dolları məbləğində kredit borcu, 26.510,43 ABŞ dolları məbləğində faiz borcu və 52.308,23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 130.823,41 ABŞ dolları; iki müqavilə üzrə ümumilikdə cəmi 152.691,7 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinə uonəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 152.691,7 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına «xxxxxxxxxx» QSC-yə ödənilməsi; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada tutulması; Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh10, Süleymanova Gülçöhrə Fərman qızı, X5, Cavabdeh11, X6, X8, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh10 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02L000005533 saylı sazişlə müqaviləyə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 198 (bir yüz doxsan səkkiz) ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh10 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24.500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02R000026155S saylı, xx.xx.2015-ci il tarixli 02R000026155SA saylı, xx.xx.2016-cı il tarixli 02R000026155SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh10 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh10 götürdüyü kredit borcundan 15.568,28 ABŞ dolları ödəmiş, onun 8931,72 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh10 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 865 gün üçün hesablanmış faiz borcu 4393,89 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018ci il tarixə 865 gün üçün hesablanmış cərimə 8542,68 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh10 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 89.000 (səksən doqquz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02R000032548S saylı, xx.xx.2015-ci il tarixli 02R000032548SA saylı, xx.xx.2016-cı il tarixli 02R000032548SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişildik edilmişdir. Cavabdeh10 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh10 götürdüyü kredit borcundan 36.995,25 ABŞ dolları ödəmiş, onun 52.004,75 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh10 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 886 gün üçün hesablanmış faiz borcu 26.510,43 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 866 gün üçün hesablanmış cərimə 52.308,23 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh10 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh11 xx.xx.2009-cu il tarixli 02S000007209 saylı zaminlik müqaviləsinə (həmçinin xx.xx.2015-ci il tarixli 02S000007209S saylı sazişə), Cavabdeh12 isə xx.xx.2009-cu il tarixli 02S000007210 saylı zaminlik müqaviləsinə (həmçinin xx.xx.2015-ci il tarixli 02S000007210S saylı sazişə) əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh10 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh10 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh10 ilə Bank arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 02M000000845 saylı ipoteka müqaviləsinə (həmçinin xx.xx.2015-ci il tarixli sazişə) əsasən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyayanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 6 №-li reyestr kitabının 616 №-li vərəqində qeydiyyata alınmış Seriya MA ******* №-li çıxarışla, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyayanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinin Cavabdeh10 kredit öhdəliklərinin icrasını təmin etmək üçün «xxxxxxxxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır (çıxarış əlavə edilir). İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər Süleymanova Gülçöhrə Fərman qızı, X5, Cavabdeh11, X6, X8, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evi «xxxxxxxxxx» QSC-nin xeyrinə ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilərkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmişlər (Forma 2 arayışı və razılıq ərizələrinin surəti əlavə edilir, ərizələrin əsli Notariat kontorunda saxlanılır). İpoteka saxlayan «xxxxxxxxxx» QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş xx.xx.2016-cı il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş və həmin İdarədə qeydiyyata alınmışdır. İddiaçı «xxxxxxxxxx» QSC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-56/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı «xxxxxxxxxx» QSCnin xeyrinə, Cavabdeh10 xx xxxxxx 2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşmasıüzrə 8836,47 ABŞ dolları əsas borc, 4393,89 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 13.530,36 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşması üzrə 51.937,61 ABŞ dolları əsas borc, 26.510,43 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 78.948,04 ABŞ dolları, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 92.478,4 (doxsan iki min dörd yüz yetmiş səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində borc, iddia ərizəsinə görə 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh10 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyayanı küçəsində yerləşən 8a saylı fərdi yaşayış evinə yönəlməsin, həmin evin 80.000 (səksən min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına iddiaçıya ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 92.478,4 (doxsan iki min dörd yüz yetmiş səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində borcun, iddia ərizəsinə görə 30 (otuz) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh10 tutularaq iddiaçı «xxxxxxxxxx» QSC-yə ödənilməsi, cavabdehlər Cavabdeh10, Süleymanova Gülçöhrə Fərman qızı, X5, Cavabdeh11, X6, X8, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin evi boşaldaraq evdən çıxarılması, və evin alıcıya təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 490 (dörd yüz doxsan) manatın Cavabdeh10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin zaminlər Cavabdeh11 və Cavabdeh12 aid təmin edilməmiş hissəsində, həmçinin kredit razılaşmaları üzrə cərimə borclarının təmin edilməmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “... zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. ... kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. ... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.” Göründüyü kimi, bu qərarda ilk növbədə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcminin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını tələb edilir. Kredit xətti müqaviləsindən və həmin müqaviləyə edilmiş dəyişikliklər barəsində sazişdən görünür ki, Cavabdeh10 198 ay müddətinə 500000 (beş yüz) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Plenumun qərarında göstərilənlərə uyğun olaraq zaminlik müqaviləsində zaminliyin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında öhdəliyinin həddi (məbləği və müddəti) və valyutası açıq-aydın qeyd edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh10 “xxxxxxxxxx” QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24500 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Bundan başqa Cavabdeh10 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 89000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Bu müqavilələr bağlandıqdan sonra yəni, kredit xətti müqaviləsi üzrə həmin kredit razılaşmaları üzrə öhdəlik mövcüd olduğu bir vaxtda (xx.xx.2015-ci il tarixdə) yəni hər iki kredit razılaşması bağlanarkən Cavabdeh11 və Cavabdeh12 ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi çıxış edən zaminlik müqaviləsinə sazişlər bağlanmışdır. Hazırkı işin faktiki hallarından görünür ki, bank tərəfindən borclu Cavabdeh10 verilmiş bütün kreditlər kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (500000 ABŞ dolları) və müddət (198 ay) həddində olmuşdur. Bundan başqa zamin Cavabdeh12 02R000026155 saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişin ödəniş planına, 02R000032548 saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişin ödəniş planına imza etməklə razılığı alınmış, sonradan edilmiş sazişdə isə bu faiz dərəcəsi dəyişmədiyindən kredit razılaşmaları zaminin məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmamış, müddət də kredit xətt müqaviləsinin və zaminlik müqaviləsinində mövcud müddət çərçivəsində olmuşdur. Odur ki, müvafiq zamininin məsuliyyətinin artmasına səbəb olan hər hansı bir hal mövcud olmamışdır. Beləliklə. Cavabdeh11 və Cavabdeh12 ilə zaminlik müqaviləsi bağlamaqla, həm də xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələrinə sazişlər bağlamaqla istər açılan kredit xəttinin məbləği və müddəti, istərsə də verilən kreditin faizi barədə razılığını ifadə etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. ... Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. ... Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.” Bildirilir ki, hər iki kredit razılaşmasına sonradan bağlanmış sazişlərlə dəyişikliklər edilmiş, həmin dəyişiklər kredit xətt müqaviləsinin məbləği və müddəti çərçivəsində olmuş, kredit razılaşmalarının aylıq faiz dərəcəsi isə dəyişdirilməmişdir. Cavabdeh10 kredit razılaşmaları üzrə öhdəliklərini yerinə yetirmədiyindən gecikdirilmiş əsas borca tərəflər arasında imzalanmış müqavilə şərtləri ilə müəyyən edilmiş nisbət və gecikdirilmə günləri nəzərə alınmaqla cərimə məbləği hesablanmışdır. Lakin, məhkəmə qətnaməsində cərimənin tənasübsüz surətdə yüksək olmasını qeyd etmiş, sonda buna düzgün qiymət verməyərək cavabdehlərdən tələb olunan cərimə məbləğini həddindən artıq azaldaraq iki kredit razılşaması üzrə cəmi 800 ABŞ dolları həcmində saxlamışdır ki, bu da kreditorun mənafeyinə ziddir. Qanunvericilik tələb olunan cərimə məbləğinin azaldılmasını müəyyən etsə də, bu hal müəyyən olunarkən belə məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azaldarkən borclunun deyil, məhz kreditorun əmlak mənafelərini nəzərə almalıdır. Lakin məyyən edilmiş dəbbə pulunun məbləğindən görünür ki, məhkəmə kreditorun mənafeyini əsas götürməmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Ağamirov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «xxxxxxxxxx» QSC ilə Cavabdeh10 arasında bağlanmış xx xxxxx 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsindən görünür ki, bank cavabdehə 120 ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Eləcə də, «xxxxxxxxxx» QSC ilə Cavabdeh10 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşmasından görünür ki, bank cavabdehə aylıq 1,5833 faiz dərəcəsi ilə 36 ay müddətinə 24.500 ABŞ dolları məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı «xxxxxxxxxx» QSC ilə Cavabdeh10 arasında xx xxxxxx 2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh10 xx xxxxxx 2013-cü il tarixdə 24.500 ABŞ dolları məbləğində nağd pul verilmişdir. Kredit razılaşmasının 1.2. bəndindən və ona əlavə edilmiş ödəniş planından görünür ki, cavabdeh xx xxxx 2013-cü il tarixdən başlayaraq bankdan götürdüyü kredit məbləğini əsas və faiz borcları şəklində hər ay banka 900,89 ABŞ dolları (sonuncu ay – 900,74 ABŞ dolları) ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxx 2015-ci il tarixli 02R000026155S saylı sazişin 1-ci və 2-ci bəndlərindən görünür ki, bankla kredit alan arasında xx xxxxx 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 02R000026155 kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxxx 2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmişdir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli 02R000026155SA saylı sazişin 1-ci və 2-ci bəndlərindən görünür ki, bankla kredit alan arasında xx xxxxx 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 02R000026155 kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxxxxx 2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmişdir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli 02R000026155SB saylı sazişin 1-ci bəndindən görünür ki, bankla kredit alan arasında xx xxxxx 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixdə bağlanmış 02R000026155 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2016-cı il tarixdən aylıq 1,5% dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Bundan başqa, «xxxxxxxxxx» QSC ilə Cavabdeh10 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşmasından görünür ki, bank cavabdehə aylıq 1,5833 faiz dərəcəsi ilə 24 ay müddətinə 89.000 ABŞ dollarıməbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı «xxxxxxxxxx» QSC ilə Cavabdeh10 arasında xx xxxxx 2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşması bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh10 xx xxxxx 2014-cü il tarixdə 89.000 ABŞ dolları məbləğində nağd pul verilmişdir. Kredit razılaşmasının 1.2. bəndindən və ona əlavə edilmiş ödəniş planından görünür ki, cavabdeh xx xxxx 2014-cü il tarixdən başlayaraq bankdan götürdüyü kredit məbləğini əsas və faiz borcları şəklində hər ay banka 4505,97 ABŞ dolları (sonuncu ay – 4505,96 ABŞ dolları) ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxx 2015-ci il tarixli 02R000032548S saylı sazişin 1-ci və 2-ci bəndlərindən görünür ki, bankla kredit alan arasında xx xxxxx 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixdə bağlanmış 02R000032548 kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxx 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxxx 2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmişdir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli 02R000032548SA saylı sazişin 1-ci və 2-ci bəndlərindən görünür ki, bankla kredit alan arasında xx xxxxx 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixdə bağlanmış 02R000032548 kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxx 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxxxxx 2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmişdir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli 02R000032548SB saylı sazişin 1-ci bəndindən görünür ki, bankla kredit alan arasında xx xxxxx 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixdə bağlanmış 02R000032548 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2016-cı il tarixdən aylıq 1,5% dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx xxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı «xxxxxxxxxx» QSC ilə cavabdehlər Cavabdeh11 və Cavabdeh12 arasında bağlanmış xx xxxxx 2009-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh11 və Cavabdeh12 «xxxxxxxxxx» QSC ilə Cavabdeh10 arasında bağlanmış xx xxxxx 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh10 «xxxxxxxxxx» QSC-yə xx xxxxxx 2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması üzrə xx xxxxxxxx 2018-ci il tarixinə 8931,72 ABŞ dolları əsas borc, 4393,89 ABŞ dolları faiz borcu və 8542,68 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 21.868,29 ABŞ dolları məbləğində, xx xxxxx 2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşması üzrə xx xxxxxxxx 2018-ci il tarixə 52.004,75 ABŞ dolları əsas, 26.510,43 ABŞ dolları faiz borcu və 52.308,23 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 130.823,41 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı «xxxxxxxxxx» QSC tərəfindən cavabdehlərə bank qarşısında öhdəliklərinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxx 2019-cu il tarixli 30277 №li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2013-cü il tarixli 02R000026155 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla iddia ərizəsində borcun hesablandığı xx.xx.2016-cı il tarixə Cavabdeh10 «xxxxxxxxxx» QSC-yə olan əsas borcu 8836,47 ABŞ dolları, faiz borcu 1475,77 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixli 02R000032548 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla iddia ərizəsində borcun hesablandığı xx.xx.2016-cı il tarixə Cavabdeh10 «xxxxxxxxxx» QSCyə olan əsas borcu 51.937,61 ABŞ dolları, faiz borcu 8999,12 ABŞ dolları müəyyən edilir. «xxxxxxxxxx» QSC-nin nümayəndəsi ekspertizanın rəyi ilə razılaşmayaraq əlavə ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2019-cu il tarixli 21066 №-li ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxx 2013-cü il tarixli 02R000026155 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla ekspert rəyinin tərtib olunduğu xx.xx.2019-cu il tarixə Cavabdeh10 «xxxxxxxxxx» QSC-yə olan əsas borcu 8836,47 ABŞ dolları, faiz borcu 6163,52 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixli 02R000032548 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla ekspert rəyinin tərtib olunduğu xx.xx.2019-cu il tarixə Cavabdeh10 «xxxxxxxxxx» QSC-yə olan əsas borcu 51.937,61 ABŞ dolları, faiz borcu 36.552,02 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 3.1.2 bəndində göstərilir ki, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4.və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsiipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni iddianın təmin olunmayan hissəsinə, yəni zaminlər Cavabdeh11 və Cavabdeh12 aid təmin edilməmiş hissəsində, həmçinin kredit razılaşmaları üzrə cərimə borclarının təmin edilməmiş hissələrində münasibətdə yoxlayır. Məhkəmə apellyasiya şikayəti ilə bağlı ilkin olaraq qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.2-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsаsən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.1-ci mаddəsinin tələbinə görə, zaminliyin təmin etdiyi öhdəlik zаminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zаminliyə xitаm verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 sentyаbr 2012-ci il tаrixli Qərаrındа zаminliyin mаhiyyəti ilə bаğlı аşаğıdаkılаr qeyd оlunmuşdur: «…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin 5 müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır… MM-in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.» «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tаrixli Qərаrındа göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Məlum оlduğu kimi zаminlik öhdəliklərin icrаsının təmin edilməsi üsullаrındаn biri kimi çıxış edir və dаhа çоx bаnk-kredit münаsibətlərində tətbiq оlunmаsı ilə xаrаkterikdir. Göründüyü kimi, zаmin üzərinə birgə məsuliyyət götürdüyü hаldа оnun kreditоr qаrşısındа məsuliyyəti də bоrclu ilə eyni həcmdə оlur və оnlаrın hər ikisi də öhdəliklərin icrаsı üçün kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Həttа, mülki qаnunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisnа etməmişdir. Аncаq, nəzərə аlmаq lаzımdır ki, hər bir hаldа, zаminlik müqаviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib оlunmаlı və müqаvilədə zаminliklə təmin edilən əsаs öhdəliyin mаhiyyəti tаm оlаrаq əks оlunmаlıdır. Zаminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zаmin hаnsı öhdəliyin icrаsı üçün zəmаnət verməsindən məlumаtlı оlmаyаcаqdır ki, bu dа оnu gələcəkdə аğır şərtlər qаrşısındа qоyа bilər. Kоnstitusiyа Məhkəməsinin Plenumunun fоrmаlаşdırdığı hüquqi yаnаşmаyа görə, zаminlik müqаviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqаvilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranmаsı və əsas öhdəliyin həddi barədə göstərişlər оlmаlı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqаviləsi niyyət razılaşması deyil, müqavilə оlduğundаn, müvаfiq оlаrаq həmin müqаvilədə zаminliklə təmin edilmiş əsаs öhdəliyin bütün mühüm şərtləri, əsаsən də fаiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqаviləsində fаiz dərəcəsi göstərilmədikdə həmin müqаvilə çərçivəsində bаğlаnаn kredit rаzılаşmаsındа faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Kоnstitusiyа Məhkəməsinin Plenumu vurğulаdığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lаkin, аrtıq qeyd оlunduğu kimi, hər bir zаminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bаğlаnаrаq ümumi məbləğ və müddət göstərilsə də, fаiz dərəcəsi əks оlunmаmışdır. Оnа görə də bаnkа lаzım gəlirdi ki, kredit xətti müqаviləsi çərçivəsində bоrclu ilə kredit rаzılаşmаsı bаğlаyаrkən verilən kreditin fаizi bаrədə zаminin rаzılığını аlsın. Hаzırki işin mаteriаllаrındаn isə görünür ki, belə rаzılıq zаminlərdən alınmamışdır. Kredit razılaşmaları ilə bağlı ödəniş cədvəllərini yаlnız bank və cаvаbdeh (əsas borclu) tərəfindən imzalamışdır. Halbuki, ödəniş cədvəli kredit rаzılаşmаsının (müqаviləsinin) tərkib hissəsi оlduğundаn və həmin cədvəldə fаiz dərəcəsi, verilən kreditin məbləği, vаlyutаsı, öhdəliyin icrа edilməməsi hаlındа məsuliyyət tədbiri və s. bаrədə hаllаr öz əksini tapır. Beləliklə, zaminlərnə əlavə kredit razılaşmaları,nə ödəniş planına dəyişiklik edilməsi haqqında əlavə razılaşmalar, nə də əlavə ödəniş cədvəli ilə tаnış оlmаmış, nə də fаiz dərəcəsi оnunla bаşqа qаydаdа rаzılаşdırılmаmışdır. Sadalanan halları və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarını əsas götürərək, kollegiyiya hesab edir ki, zaminin razılığının аlınmamasını zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405-cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: İddiaçı «xxxxxxxxxx» X7 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-56/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar