Məhkəmə qərarları › İş №2(103)-5605/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5605/2023

27.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5605/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6 və İddiaçı7 vəkili və nümayəndəsi Vəkil6, üçüncü şəxslər X12 və X3 vəkili və nümayəndəsi Vəkil3, üçüncü şəxs X1 vəkili və nümayəndəsi Vəkil9, üçüncü şəxs X7 vəkili Vəkil8, üçüncü şəxslər Maraqlı şəxs1, X9 və Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil4 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxslər X12, X2, X5, X10, Maraqlı şəxs1, X9 və Maraqlı şəxs2 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək xahiş ediblər ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasında yerləşən, MTK ilə onların arasında bağlanmış müqavilələrdə göstərilən mənzillərin onlara təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul olunsun. İddianın həlli: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib və aşağıdakılar qət olunub: 1) MTK tərəfindən həmin binanın 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan (ümumi 7 mənzil) ibarət ümumi sahəsi 716 kv.m olan 71, 72, 73, 74, 75, 76 və 77 №-li mənzillər; binanın 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 92,9 kv.m olan 40 №-li mənzil boşaldılsın və İddiaçı1 təhvil verilsin; 2) MTK tərəfindən həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 2 №-li mənzil, binanın 1-ci blok, 3-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 9 №-li mənzil boşaldılsın və İddiaçı2 təhvil verilsin; 3) MTK tərəfindən həmin binanın 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 74 kv.m olan 63 №-li mənzil boşaldılsın və İddiaçı7 təhvil verilsin; 4) MTK tərəfindən həmin binanın 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 27 №-li mənzil boşaldılsın və İddiaçı6 təhvil verilsin; 5) MTK tərəfindən həmin binanın 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan 78 №-li mənzil boşaldılsın və İddiaçı3 təhvil verilsin; 6) MTK tərəfindən həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 110 kv.m olan 1 №-li mənzil boşaldılsın və İddiaçı5 təhvil verilsin; 7) MTK tərəfindən binanın 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 65 kv.m olan 24 №-li mənzil boşaldılsın və İddiaçı4 təhvil verilsin. Apellyasiya şikayəti: İşdə iştirak etməyə cəlb olunmayan X12, X2, X5, X10, Maraqlı şəxs1, X9 və Maraqlı şəxs2 həmin qətnamədən apellyasiya şikayəti veriblər. Bu şəxslər apellyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınıblar. Apellyasiya şikayətlərində xahişlər aşağıdakı kimidir: 1) X8 apellyasiya şikayətində xahiş olunub ki, qətnamə 2 mənzilə - həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 1 №-li mənzilə və 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 72 №-li mənzilə aid hissədə ləğv edilsin və iddia həmin mənzillərə aid hissədə rədd olunsun; 2) X1 apellyasiya şikayətində xahiş olunub ki, qətnamə 1 mənzilə - həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzilə aid hissədə ləğv edilsin və iddia həmin mənzilə aid hissədə rədd olunsun; 3) X3 apellyasiya şikayətində xahiş olunub ki, qətnamə 1 mənzilə - həmin binanın 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 27 №-li mənzilə aid hissədə ləğv edilsin və iddia həmin mənzilə aid hissədə rədd olunsun; 4) X7 apellyasiya şikayətində xahiş olunub ki, qətnamə 2 mənzilə - həmin binanın 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m olan 78 №-li mənzilə və binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 76 №-li mənzilə aid hissədə ləğv edilsin və iddia həmin mənzillərə aid hissədə rədd olunsun; 5) Maraqlı şəxs1 apellyasiya şikayətində xahiş olunub ki, qətnamə 1 mənzilə həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m. olan 1 №-li mənzilə aid hissədə ləğv edilsin və iddia həmin mənzilə aid hissədə rədd olunsun; 6) X6 apellyasiya şikayətində xahiş olunub ki, qətnamə 1 mənzilə - həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzilə aid hissədə ləğv edilsin və iddia həmin mənzilə aid hissədə rədd olunsun; 7) Maraqlı şəxs2 apellyasiya şikayətində xahiş olunub ki, qətnamə 1 mənzilə həmin binanın 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 9 №-li mənzilə aid hissədə ləğv edilsin və iddia həmin mənzilə aid hissədə rədd olunsun. Bundan başqa, apellyasiya şikayətlərində həm də xahiş olunub ki, apellyasiya şikayəti vermiş şəxslərin həmin mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması, mənzillərin boşaldılması və onlara verilməsi barədə qətnamə qəbul edilsin. Lakin belə tələblərin irəli sürülməsi üçün ümumi qaydada iddia ərizəsi verilməlidir. Mülki-Prosessual Məcəllənin 357 və 361-ci maddələrinə görə, apellyasiya şikayətində yalnız qətnamə mübahisələndirilə bilər. İzahatlar: Məhkəmə iclasında iştirak edən, üçüncü şəxslər X12 və X3 vəkili və nümayəndəsi Vəkil3, üçüncü şəxs X1 vəkili və nümayəndəsi Vəkil9, üçüncü şəxs X7 vəkili Vəkil8 və üçüncü şəxslər Maraqlı şəxs1, X9 və Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil4 hər biri vəkili olduqları şəxslərin apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6 və İddiaçı7 vəkili və nümayəndəsi Vəkil6 qətnamənin vəkili olduğu şəxslərə aid hissəsindən verilmiş apellyasiya şikayətinin əsassız oluğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən 57 №-li çoxmənzilli yaşayış binası Cavabdeh MTK-ya aiddir. MTK binadakı mənzillərə dair müxtəlif şəxslərlə müqavilələr bağlayıb. Bir sıra mənzillərə dair 2 ayrı-ayrı şəxslərlə, bir sıra mənzillərə dair isə 3 ayrı-ayrı şəxslərlə müxtəlif tarixlərdə müqavilələr bağlanıb. Həmin müqavilələrin hər birində MTK üzərinə öhdəlik götürüb ki, müqavilədə göstərilən mənzili müqavilə tərəfinə verəcək. Binadakı mənzillərin müqavilə tərəfinə təhvil verilməsi barədə akt yoxdur. O cümlədən iddia ərizəsində mənzillərin təhvil verilməsi barədə tələbin irəli sürülməsi də onu təsdiq edir ki, mənzillər təhvil verilməyib. İşdə iştirak edən şəxslərin məhkəməyə verdiyi məlumata görə, binada yaşayış yoxdur, mənzillərin heç biri təmir olunmayıb. Hazırkı mübahisə həll edilərkən Mülki Məcəllənin 452.1-ci maddəsinin göstərişi tətbiq edilməlidir. Həmin maddədə qeyd olunub: “Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir”. Göründüyü kimi, bu maddədə “Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur”. Müqavilələrdə göstərilən mənzillər MTK tərəfindən müqavilə tərəflərinə təhvil verilmədiyinə görə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Odur ki, qətnamənin mübahisələndirilən hissəsi ilə bağlı məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Birinci: Üçüncü şəxs X8 apellyasiya şikayətində qətnamə 2 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 1 №-li mənzilə aid hissədə təmin edilməli, qətnamə həmin mənzilə aid hissədə ləğv edilməli və İddiaçı5 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 3 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs X12 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə üçüncü şəxs Maraqlı şəxs1 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 3) xx.xx.2018-ci ildə iddaçı İddiaçı5 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs X8 müqaviləsi daha əvvəl bağlanıb. Apellyasiya şikayəti həmin binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 72 №-li mənzilə aid hissədə təmin edilməli, qətnamə həmin mənzilə aid hissədə ləğv edilməli və İddiaçı1 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs X12 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə iddaçı İddiaçı1 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs X8 müqaviləsi daha əvvəl bağlanıb. İkinci: Üçüncü şəxs X1 apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilməli, qətnamə həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzilə aid hissədə ləğv edilməli və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 3 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs X2 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə üçüncü şəxs X13 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 3) xx.xx.2018-ci ildə iddaçı İddiaçı2 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs X1 müqaviləsi daha əvvəl bağlanıb. Üçüncü: Üçüncü şəxs X3 apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilməli, qətnamə həmin binanın 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 27 №-li mənzilə aid hissədə ləğv edilməli və İddiaçı6 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs X5 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə iddaçı İddiaçı6 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs X3 müqaviləsi daha əvvəl bağlanıb. Dördüncü: Üçüncü şəxs X7 apellyasiya şikayətində qətnamə 2 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti həmin binanın 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m olan 78 №-li mənzilə aid hissədə təmin edilməli, qətnamə həmin mənzilə aid hissədə ləğv edilməli və İddiaçı3 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs X10 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə İddiaçı3 və Cavabdeh MTKnın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs X7 müqaviləsi daha əvvəl bağlanıb. Apellyasiya şikayəti həmin binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 76 №-li mənzilə aid hissədə təmin edilməli, qətnamə həmin mənzilə aid hissədə ləğv edilməli və İddiaçı1 iddiası həmin mənzilə aid hissədə rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs X10 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə iddaçı İddiaçı1 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs X7 müqaviləsi daha əvvəl bağlanıb. Beşinci: Üçüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, bu mənzil həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 1 №-li mənzildir. Mənzilə dair 3 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs X12 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə üçüncü şəxs Maraqlı şəxs1 və Cavabdeh MTKnın arasında bağlanmış müqavilə; 3) xx.xx.2018-ci ildə iddaçı İddiaçı5 və Cavabdeh MTKnın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs X8 müqaviləsi daha əvvəl bağlanıb. Odur ki, qətnamənin həmin mənzilə aid hissəsi üçüncü şəxs X8 apellyasiya şikayəti əsasında ləğv edilib və İddiaçı5 iddiası bu mənzilə aid hissədə rədd olunub. Qətnamənin ləğv edilmiş hissəsi üçüncü şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti əsasında yenidən ləğv edilə bilməz. Altıncı: Üçüncü şəxs X6 apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, bu mənzil həmin binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzildir. Mənzilə dair 3 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs X2 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə üçüncü şəxs X13 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 3) xx.xx.2018-ci ildə iddaçı İddiaçı2 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs X1 müqaviləsi daha əvvəl bağlanıb. Odur ki, qətnamənin həmin mənzilə aid hissəsi üçüncü şəxs X1 apellyasiya şikayəti əsasında ləğv edilib və İddiaçı2 iddiası bu mənzilə aid hissədə rədd olunub. Qətnamənin ləğv edilmiş hissəsi üçüncü şəxs X6 apellyasiya şikayəti əsasında yenidən ləğv edilə bilməz. Yeddinci: Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətində qətnamə 1 mənzilə aid hissədə mübahisələndirilib. Apellyasiya şikayəti təmin edilməli, qətnamə həmin binanın 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 9 №-li mənzilə aid hissədə ləğv edilməli və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunmalıdır. Belə ki, bu mənzilə dair 2 müqavilə bağlanıb: 1) xx.xx.2018-ci ildə üçüncü şəxs Maraqlı şəxs2 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə; 2) xx.xx.2018-ci ildə iddaçı İddiaçı2 və Cavabdeh MTK-nın arasında bağlanmış müqavilə. Göründüyü kimi, üçüncü şəxs Maraqlı şəxs2 müqaviləsi daha əvvəl bağlanıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: 1) X8 apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 1 №-li mənzilə aid hissədə ləğv edilsin və İddiaçı5 bu mənzil barədə iddiası rədd olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 72 №-li mənzilə aid hissədə ləğv edilsin və İddiaçı1 bu mənzil barədə iddiası rədd olunsun. 2) X1 apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzilə aid hissədə ləğv edilsin və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunsun. 3) X3 apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 27 №-li mənzilə aid hissədə ləğv edilsin və İddiaçı6 bu mənzil barədə iddiası rədd olunsun. 4) X7 apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m olan 78 №-li mənzilə aid hissədə ləğv edilsin və İddiaçı3 bu mənzil barədə iddiası rədd olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 76 №-li mənzilə aid hissədə ləğv edilsin və İddiaçı1 bu mənzil barədə iddiası rədd olunsun. 5) Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsinin onun tərəfindən mübahisələndirilən hissəsi, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 1 №-li mənzilə aid hissəsi X8 apellyasiya şikayəti əsasında ləğv edilib və İddiaçı5 bu mənzil barədə iddiası rədd olunub. 6) X6 apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsinin onun tərəfindən mübahisələndirilən hissəsi, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzilə aid hissəsi X1 apellyasiya şikayəti əsasında ləğv edilib və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunub. 7) Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2609/2022 nömrəli qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 9 №-li mənzilə aid hissədə ləğv edilsin və İddiaçı2 bu mənzil barədə iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar