Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5613/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3253/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə üçüncü şəxs X2 ərizəsinə baxılmasına dair məhkəmənin 2(006)- 3253/2019 nömrəli 23 aprel 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3253/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilən "xxxx" MTK-ya məxsus yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 227.17 kv.metr olan 32 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı tərəflər arasında bağlanmış “Mənzil tikintisi haqqında” xx.xx.2015-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq qapısı və pəncərəsinin quraşdırılmış vəziyyətdə təhvil verilməsi, adıçəkilən mənzilə İddiaçı istifadə və sahiblik hüququnun tanınması, iddianın digər hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən X2 nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3253/2019 saylı qərardadı ilə X3 2(006)-3253/2019 saylı mülki iş üzrə üçüncü şəxs qismində tanınması qərar alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3253/2019 saylı qərardadı ilə X2 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. X2 nümayəndəsi-vəkili Vəkil1 yenidən apellyasiya şikayəti və şikayətin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3253/2019 saylı qətnaməsindən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilmiş və verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3253/2019 saylı qətnaməsindən görünür ki, X3 mülki iş üzrə tərəf və üçüncü şəxs kimi işə cəlb edilməməmişdir. Lakin məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilən "xxxx" MTK-ya məxsus yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 227.17 kv.metr olan 32 saylı mənzil ona məxsus olduğundan, həmin qətnamə onun hüquq və vəzifələrinə toxunur, ona görə də, onun üçüncü şəxs kimi həmin qətnaməni mübahisələndirmək və ondan şikayət vermək hüququ vardır. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3253/2019 saylı qərardadı ilə X3 2(006)- 3253/2019 saylı mülki iş üzrə üçüncü şəxs qismində tanınması qərar alınmışdır. Həmin vaxtdan da onun qətnamədən şikayət vermək hüququ yaranmışdır. Göründüyü kimi mülki iş üzrə X3 tərəf və üçüncü şəxs kimi işə cəlb edilməmişdir, lakin qətnamə onun hüquq və vəzifələrinə toxunduğu üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində tanınmışdır. Bundan sonra üçüncü şəxs qətnamədən apellyasiya şikayəti vermiş, lakin verilmiş apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun olmadığı üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra isə üçüncü şəxs tərəfindən göstərilən nöqsanlar aradan qaldırılmaqla nəzərdə tutulmuş tələblərə cavab verən şəkildə apellyasiya şikayəti verilmiş, eyni zamanda müddətin bərpasına dair ərizə verilmişdir. Məhkəmə haqlı olaraq müddətinin buraxılmasının səbəblərini üzrlü hesab edərək, apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, X2 hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barələrində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3253/2019 nömrəli 23 aprel 2025-ci il tarixli qərardadı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5613/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5613/2025
13.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver