Məhkəmə qərarları › İş №2(103)-5618/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5618/2022

22.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5618/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlu və cavabdeh Babayeva Natavan Muxtar qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Babayeva Natavan Muxtar qızı, Cavabdeh2, Cavabdeh3 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin, 68a saylı mənzilindən çıxarılmaları və Bakı şəhəri, Nəsimi rayon Nizami küçəsi 137 saylı evin 68 və 68a saylı mənzillərinin açıq hərracda satılmaqla satış pulunun ümumi mülkiyyətçilərin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı iş üzrə 26 may 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Babayeva Natavan Muxtar qızı, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68a saylı mənzilindən çıxarılması, iddianın digər hissədə rədd edilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manatın 5 manatının cavabdehlər Babayeva Natavan Muxtar qızı, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Babayeva Natavan Muxtar qızı və iddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Kollegiya hesab edir ki, cavabdeh Babayeva Natavan Muxtar qızı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və formada verilmiş olsa da, iddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilməmişdir. Ona görə də iddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, iddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlunun apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı iş üzrə 26 may 2022ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. İddiaçının nümayəndəsi Məmmədov Əliyulla Əminağa oğlunun apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar