Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5619/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə və iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair iddiaları üzrə mülki işə Açar sözlər: (nikahın etibarsız hesab edilməsi, əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X36 ( sədrlik edən və məruzəçi), X39 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(002)-154/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı6 və Güləliyeva X8 Xanımvəs Qurban qızı ilə X3 birgə nikahından doğulan övladlarıdır.
2. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1997-ci i ltarixdə vəfat etmiş X4 vərəsələri-X13 və İddiaçı7 Əmanət Bankının 3548 nömrəli Əmanət kassasının 06434,05395,04423,03264, 0571676, 0575811, 057949, ******* və ******* saylı hesablardakı məbləğ-miras əmlakdan hər birinə 1/5 hissədə pay qalmışdır.
3. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X4 vərəsələri- İddiaçı1, İddiaçı2 və İddiaçı6 Əmanət Bankının 3548 nömrəli Əmanət kassasının 06434,05395,04423,03264, 0571676, 0575811, 057949, ******* və ******* saylı hesablardakı məbləğ-miras əmlakdan hər birinə 1/5 hissədə pay qalmışdır.
4. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X4 vərəsələri- X7, İddiaçı7, İddiaçı1, İddiaçı2 və İddiaçı6 miras əmlakdan- Bakı şəhəri, Lökbatan qəsəbəsi,6-cı massiv,8-ci küçə,ev 25- ünvanında yaşayış sahəsi 123 kv olmaqla ümumi sahəsi 345 kv olan, 4 otaqlı fərdi yaşayış evindən hər birinə 1/5 hissədə pay qalmışdır. 5.X11 ilə Cavabdeh 1999-cu ildən nikahlarını qeydə aldırmayaraq kəbin münasibətinə daxil olmuşlar. 6.Cavabdeh ilə X11 arasında nikah xx.xx.2016-cı il tarixdə Qaradağ rayonun qeydiyyat şöbəsində 146 saylı akt qeydi ilə bağlanmışdır.
7. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X11 tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0242 ha olan torpaq sahəsina dair mülkiyyət hüquqlarını(tam hissədə) Cavabdeh bağışlamışdır.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinnin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0242 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə xx.xx.2017-ci i ltarixdə Cavabdeh adına qeydə alınmışdır.
9. AZ-İ seriyalı 894587 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2017-ci i tarixdə vəfat etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 ilə Cavabdeh arasında 14 iyun 2016-cı il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində bağlanılmış 146 saylı nikah etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
11. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ataları X14 1936-cı ildə anadan olmuşdur. O, anaları X12 ilə rəsmi nikahda olmuşdur. X12 1997-ci ildə vəfat etdikddən sonra 1999-cu ilin sentyabr-oktyabr aylarında bütün bacı və qardaşlarının məsləhəti və razılığı ilə ataları X3 Cəbrayıl rayonu Karkulu kəndində qeydiyyatda olan məcburi köçkün Cavabdeh ilə evləndirdilər. Onlar dini kəbinlə faktiki nikah münasibətində 14 iyun 2016-cı il tarixə kimi ünvan 3 ünvanda yerləşən evdə doğulmuş və yaşamışlar. 1981-ci ilə kimi həyətdə mübahisə edilən ev olmamış, kiçik yaşayış evi olmuşdur. Lakin ailənin ilk övladı olaraq hərbi xidmətdən qayıtdıqdan sonra hazırkı evi 1981-ci ildə məhrum anaları birlikdə inşa etmişdilər. Onlar da daxil olmaqla həmin ərazidə tikilmiş digər evlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və buna heç kimin marağı olmamışdır. Onlar zamanında hüquqmüəyyənedici sənəd almamışıdılar Ataları 2014-ci ildə mədə xərçəngi xəstəliyinə tutldu. O xəstələnənə kimi və ondan sonra da onun maddi təminatını, müalicə xərclərini ödəmişdilər və valideyn olaraq maddi və mənəvi xidmət göstərmişdilər. Cavabdehə qarşı mənfi münasibəti olmamışdır. Lakin o, atalarının ağır və ümidsiz xəstə olduğunu bildiyindən onların məlumatı olmadan məqsədli şəkildə xx.xx.2016-cı ildə Qaradağ rayon qeydiyyat şöbəsində Cavabdeh yaxın qohumlarının təhriki ilə nikah qeyd etdirmişdir. Nikah qeyd olunan zaman atalarının 80 yaşı olmuşdur. Qanunvericilikdə atalarıının yaşı nikah bağlanmasına mane olmasa da onun ağır ümidsiz xəstə vəziyyətində olduğu vaxtda onlardan xəbərsiz faktiki nikahın dövlət qeydiyyatla nikahla rəsmiləşdirilməsi tam şəkildə şübhə doğurur. Burada faktiki ailə münasibətlərinin davam etdirilib ailə qurmaq (əsasında) niyyətindən söhbət gedə bilməz. Xəstə, yaşlı və savadız kişinin qeydiyyat şöbəsinə özünün könüllü getməsi və orada nikah ərizəsinə və nikah akt qeydi kitabında imza etməsi ağlabatan və inandırıcı deyildir. Bütün bunlar Aybənizin havadarları tərəfindən düşünülmüş şəkildə təşkil edilmişdir. Belə ki, 15 il davam edən faktiki ailə münasibətlərinin məhz atasının xəstəliyə düçar olduğu vaxtdan sonra, yəni xx.xx.2016-c ildə dövlət orqanında qeyd etdirilməsi atasının könüllü nikah bağlamaq iradəsini ifadə edə bilməz. Çünki nikah bağlandıqdan 1 il 3 ay sonra ataları xx.xx.2017-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcədə tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah(saxta nikah) etibarsız sayılır. Belə ki, Aybənizlə dini kəbində olmuş və 15 il faktiki ailə münasibətində yaşamışdır. Lakin dini kəbin tərəflər arasında hüquq və vəzifələr yaratmır. Tərəflər 2016-cı ilin iyun ayının 14-də dövlət qeydiyyatı nikaha girdiklərindən onların ailə qanunvericiliyində ifadə olunmuş ailə qurmaq niyyəti də həmin tarixdən başlayır. Cavabdeh və havadarları həmin tarixdən artıq bilirdilər ki, nikaha girdiyi şəxs ağır, sağalmaz, bədən ağrıları yalnız dərman vasitəsilə kəsilən xərçəng xəstəsidir. Belə bir fiziki durumda olan şəxsin qeydiyyat şöbəsinə könüllü getməsi və nikah üçün imzalar etməsi inandırıcı deyildir. Yəni ataları qeydiyyat şöbəsinə məcburi şəkildə aparılmış və başa düşmədiyi halda sənədlərə imza etməyə vadar edilmişdir. Hadisələrin sonrakı gedişi də sübut edir ki, bu nikah məqsədli niyyətə, yəni gələcəkdə mülkiyyət və vərəsəlik hüquları əldə edilməsinə yönəlmişdir.Hesab edirlər ki, nikah ərizəsinə və nikah aktına cavabdeh tərəfindən edilən imzalar da onun könüllü iradəsini ifadə edə bilməz. O da buna havadarları tərəfindən məcbur edilmişdir.Qanunun mənasına görə ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsızdır. Hesab edirlər ki, bu baxımdan ailə anlayışı, faktiki ailə münasibətini özündə ehtiva etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.Həmin Məcəllənin 1.5-ci maddəsində göstərilir ki, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.Qanunun mənasına görə X11 ilə Cavabdeh qanuni ailə münasibətləri 1999-cu ildən deyil, xx.xx.2016-cı il tarixdən nəzərə alınmalıdır. Həmin ailə münasibətləri də artıq ailə qurmağa deyil, mülkiyyət və vərəsəlik hüquqları əldə edilməsinə yönəlmişdir.
12. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə qarşı etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir.Belə ki, iddiaçılar Fətullayev Nurullanın məcburi olaraq nikah aktına qol çəkdirilməsini qeyd etmiş və 15 il bir yerdə yaşadığını qeyd etmişdir. 15 il faktiki ailə münasibətində yaşadığı keçmiş həyat yoldaşının nikah aktına qol çəkərkən, heç bir könülsüz iradəsi olmamışdır və əksinə nikah bağlanması üçün o onu təhrik etmişdir. 15 il bir yerdə yaşayan iki insanın nikah aktını hansı vaxtda bağlamasının şübhə olmasına əsas hesab edilə bilməz. İddiaçılar sadəcə absurt və qanunsuz bir iddia arizəsi ilə onun əmlak üzərindəki hüquqlarını yerinə yetirməyinə maneələr yaratmaq istəyir. Qeyd olunan hallarla bağlı iddiaçılar heç bir maddi sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə maddi sübutlara qiymət verərək məhkəmə aktı qəbul etməlidir.Bundan əlavə olaraq, nikahın etibarsız hesab edilməsi üçün iddiaçıların heç bir subyektiv hüququ yoxdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hazırki mübahisə yalnız formal və digər iddia icraatını uzatmaq məqsədi daşıyır. Hazırda imkanı olmadığından həyat yoldaşının ona bağışladığı əmlakı satmaq niyyətindədir və iddia ərizəsi ilə əmlakda qeydiyyatda olan şəxslərin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bunun üçün isə iddiacıların niyyəti həmin icraatın vaxtını uzatmaqdır və buna qanunla yol verilə bilməz.
13. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus 1 ədəd əldə toxunma xalça 3x2 m - 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3-1600 manat, 2 ədəd xalça 5x4 və 4x3-1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3- 1000 manat, 1 ədəd böyük qazan aliminum-50 manat, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə- 110 manat, 1 ədəd böyük aşsüzən-80 manat, İstifadə etdiyi qab-qacaqlar-180 manat, 2 ədəd yorğan döşək dəsti-250 manat, 1 ədəd sadə xalça 4x3-180 manat, su qızdırıcı (pitiminutka)-80 manat, soyuducu-150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi-600 manat dəyəində əşyanın özünün və ya dəyəri olan ümumilikdə 9980 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunması xahiş etmişlər.
14. İddiaçılar iddia ərizələrini onunla əsaslandırmışlar ki, ataları X15 1936-cı ildə anadan olmuşdur. O, anası X12 ilə rəsmi nikahda olmuşdur. Anası 1997-ci ildə vəfat etdikdən sonra 1999cu ilin sentyabr-oktyabr aylarında bütün bacı va qardaşlarının məsləhəti və razılığı ilə ataları X5 Cəbrayıl rayonu Karkulu kəndində qeydiyyatda olan məcburi köçkun Cavabdeh ilə evləndirdilər. Onlar dini kəbinlə faktiki nikah münasibətində 14 iyun 2016-cı il tarixə kimi ünvan 4 ünvanda yerləşən evdə doğulmuş və yaşamışlar. 1981-ci ilə kimi həyətdə mübahisə edilən ev olmamış, kiçik yaşayış evi olmuşdur. Lakin ailənin ilk övladı olaraq hərbi xidmətdən qayıtdıqdan sonra hazırkı evi 1981-ci ildə məhrum anaları ilə birlikdə inşa etmişdilər. Atası 2014-ci ildə mədə xərçəngi xəstəliyinə tutldu. O xəstələnənə kimi və ondan sonra da onun maddi təminatını, müalicə xərclərini ödəmişdilər və valideyn olaraq maddi və mənəvi xidmət göstərmişdilər. Cavabdehə qarşı mənfi munasibətləri olmamışdır. Lakin o, atalarının ağır və ümidsiz xəstə olduğunu bildiyindən onların məlumatı olmadan məqsədli şəkildə xx.xx.2016-cı ildə Qaradağ rayon qeydiyyat X9 yaxın qohumlarının təhriki ilə nikah qeyd etdirmişdir. Atalarının vəfatından sonra cavabdeh onlara məxsus olan aşağıdakı əşyaları mənimsəməklə götürmüşdür. 1 ədəd əldə toxunma xalça 3x2 m - 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3-1600 manat, 2 ədəd xalça 5x4 və 4x3-1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3-1000 manat, 1 ədəd böyük qazan aliminum-50 manat, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə-110 manat, 1 ədəd böyük aşsüzən-80 manat, İstifadə etdiyi qabqacaqlar-180 manat, 2 ədəd yorğan döşək dəsti-250 manat, 1 ədəd sadə xalça 4x3-180 manat, su qızdırıcı (pitiminutka)-80 manat, soyuducu-150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi-600 manat dəyəində əşyanın özünün və ya dəyəri olan ümumilikdə 9980 manat pulu tələb dirlər. Həmin əşyalar analarının sağlığında alınmış və analarına məxsus olmuşdur. Analarının vəfatından sonra da evdə olmuş, atalarının vəfatından sonra cavabdeh götürmüşdür. Həmin əşyalar onlara məxsus olduğundan geri tələb edir.
15. Cavabdeh tərəfindən iddiaçıların ona qarşı olan əmlak tələbinə dair iddia ərizəsinə xx.xx.2024cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiacıların iddia ərizəsində göstərdiyi bütün əmlaklar özlərinin də etiraf etdiyi kimi onun nikahda olarkən, mərhum həyat yoldaşı Fətullayev Nurulla tərəfindən alınmış və onun yaşadığı evdə istifadə olunmuşdur. Bu qeyd olunan əmlaklarla bağlı iddiaçılar heç bir sübut təqdim etməmiş və həmin əmlakların onlara məxsus olmasına dair heç bir sübut yoxdur. Ümumiyyətlə iddiaçının əşyaların varlığına dair heç bir sübutu yoxdur. Əmlak onun nikahda olduğu vaxtda evi üçün alınmışsa burada hansı əmlak tələbindən söhbət gedə bilər?. Bundan əlavə olaraq, ona keçmiş həyat yoldaşından vərəsəliklə qalan evi öz adına rəsmiləşdirməyi üçün ilk öncə ev ünvanında qeydiyyatda olan şəxslərin çıxarılması tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Mənhkəməsinə müraciət etmişdir. Hazırda iddiaçıların absurt və qanunsuz iddialarına görə məhkəmə icraatı dayandırılmışdır. Hazırki iddia da həmçinin gələcəkdə evin dövlət qeydiyyatına alınması üçün tələblərinin dayandırılmasına əsassız olan zəminlərdən biridir və formal xarakter daşıyır. Belə tip iddia növləri yalnız vətəndaşların hüquqlarının vaxtında yerinə yetirilməsinin qarşısının alınması üçün tərtib olunur. Belə olan halda hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Hazırda iddiaçıların subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 mən, Cavabdeh qarşı əmlakın cavabdehdən alınaraq iddiaçılara verilməsi tələəbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir.
16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair 2(002)-292/2025 saylı mülki iş iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(002)-154/2025 saylı mülki işlə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2234/25 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən bir icraatda birləşdirilərək, mülki işə 2(002)-154/2025 nömrəsi verilmişdir.
17. İddiaçılar İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Ataları ilə cavabdeh 1999-cu ildən faktiki nikaha, 2016-cı ildən rəsmi nikaha daxil olmuşlar. 2017-ci ildə ataları vəfat etdi. Atalarının ölümündən 3 ay sonra cavabdeh evə çıxarış aldı. Atası evi cavabdehə bağışlayb, cavabdeh də gedib çıxarış alıb. Ataları ilə cavabdehin nikahı etibarsızdır. Ataları nikaha girəndə anlaqsız olub, həm xəstə idi, həm də ağlı yerində deyildi.Atasının Nurulladır, nikaha 81 yaşında girib. Həmin vaxtları atası ağır xəstə idi, həftəyə 300 manat dərman alırdı. İddiaçıların hamsı atalarının evində qeydiyyatdadırlar.O həmçinin bildirdi ki, 1 ədəd əldə toxunma xalça (3x2 m- 4000 manatlıq) babası anasına verib, su qızdırıcı (pitiminutka) və soyuducunu o özü alıb atasına verib. 16 kalibirli ov tüfəngi atası Nurullanın olub.
18. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Mahirə yoldaşıdır. Elnarə qızıdır. Nurlan oğludur. Zərnişan qardaşı qızıdır. Nişanə Gülmirənin qızıdır. Həmin evdə əvvələr o yaşayıb, 2003-cü ildən çıxıb başqa yerdə yaşamışdır. 2020-ci ildə isə həmin evə köçüb yaşamışdır.1 ədəd əldə toxunma xalça 2x3 (1600 manatlıq) və 2 ədəd əldə toxunma sumax 4x3-(1000 manatlıq) onun yoldaşı toxuyub, 2 ədəd xalça 5x4 və 4x3 (1700 manatlıq), 1 ədəd böyük qazan aliminum, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə, 1 ədəd böyük aşsüzən, istifadə etdiyi qab-qacaqlar, 2 ədəd yorğan döşək dəsti və 1 ədəd sadə xalça 4x3 (180 manatlıq) özü alıb.
19. İddiaçı7 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. O bildirdi ki, gecə saat 11-də cavabdeh əşyaları yığıb getdi, qonşulara qarğış edir deyə onlar məhkəməyə şahid qismində gələ bilmirlər.
20. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, iddiaları qəbul etmir. xx.xx.2000-ci ildən iddiaçıların ataları ilə ailə münasibətində idi. Amma ərinin uşaqları nikaha girməyinə icazə vermirdi. Oğlanları gedəndən sonra əri ilə nikaha girdilər. Kişiyə heç kim baxmırdı, onu özü saxlamışdır. Uşaqları olmadı. Həm övladları icazə vermirdi ki, nikaha girsin, həm də o, məcburi köçkün idi deyə nikaha girə bilmirdi ki, çörək pulu kəsilər. Qaradağda nikaha girdilər, hətta nikah üçün Yasamalda qan analizi verdi. O, evdən 2020-ci ildən çıxarılıb, evdən gedərkən yalnız kişi ilə ailəli olduğu müddət ərzində nə alınmışdırsa onları aparıb. Heç bir xalça və ya iddiaçılar tərəfindən tələb olunan başqa əşyaların heç biri olmayıb və o da oradan özünə məxsus əşyalardan başqa heç nə götürməyib.
21. Məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Onun özü Qaradağ rayon qeydiyyat şöbəsinin böyük mütəxəssisdir. Cavabdehgilin nikahı onların iştirakı ilə qeydə alınıb. Nikah akt qeydindəki imza onun imzasıdır. Nurullanın əqli yerində idi. İdarədə əqli yerində olmayanların nikahları qeydə alınmır. Tərəflərə ərizələri yazdırırlar, o zaman onlarla söhbət edilir, əgər əqli çatışmazlıq olarsa ərizələri geri qaytarırlar. Nikahın qeyd edilmə müddəti 1 aydan az ola bilər.
22. Məhkəmə iclasında dindirilmiş şahid X32 ifadəsində bildirdi ki, iddiaçı Gülmira arvadıdır. Əslində onun Tofiq və Elxandan xoşu gəlmir. 15-20 il cavabdeh onların atalarının əziyyətini çəkib. Kişinin ölümünə 2 gün qalmış arvadı dedi atası pisləşib, o, saç ustasını gətirdi kişinin başını qırxdı, təmizlik işləri apardı, üzünü qırxdı. Həmin gün arvadı cavabdehlə dolanmadı deyə geri qayıtdı. Səhəri gün arvadı ona zəng etdi ki atası ölüb, o, da Salyandan geri qayıtdı. Tüfənglə bağlı onu qeyd edə bilər ki, xalası oğlu ovçudu deyə ona patronaj almışdı. Onu kişi götürdü. Kişi öləndən sonra da cavabdeh patronajı gətirib ona verdi. Kişinin 16 kalibri tüfəngi var idi. O tüfəng kişinin evində idi. Sonuncu dəfə kişinin ölümündən 2 gün əvvəl cavabdehgilə getdi, onda tüfəng şkafda idi. Kişi qoyun otarmağa gedirdi deyə tüfəngi götürürdü. 1 il yarım müddətdə kişi qoyun otarmağa getmədi. Kişi tüfəngi ya şkafa, ya da içəriyə qoyurdu. Saat təxmini 9-10-a işləmiş çəpərdən gördü ki, cavabdehgilin evindən qazelə əşyalar yığılır. Arvadına bunu demədi ki, gedəcək mübahisə düşəcək. Cavabdeh kişinin ölümündən 2-3 ay sonra o evdən çıxdı. Amma sonra yenə cavabdeh o evə gəlib gedirdi. Patronajı kişinin ölümündən sonra cavabdeh ona bağışladı. Kişi öləndən sonra cavabdeh ona dedi ki, tək qadındır, daha onlara tək gəlməsin. Cavabdehin evindən onlara heçnə gəlməyib, onun heçnəyə ehtiyacı yoxdur.
23. Məhkəmə iclasında dindirilmiş şahid X19 öz ifadəsində bildirdi ki, cavabdehin bacısıdır. O, indi Qobustanda, oğlunun evində qalır, 5-6 ildir ki, oğlu, gəlini və bacısı elə yaşayır. Bacısı o evə gələndə özü ilə 2 dəst yorğan-döşək, xalça, 1-2 ədəd qab-qacaq və gül gətirdi. O yorğan-döşəkləri də onlar hazırlamışdılar. Bacısıgilə gedib düzəltmişdilər. Xalça İran xalçasıdır. Onu bacısına 100 manata almışdılar. Cavabdehin evinin pərdəsini də o, bacısına almışdı. Cavabdeh evindən çıxanda ona köməyə getmişdi. Soyuducu işləmirdi, qab-qacaq yığmaq üçün istifadə edilirdi. Peç və avtobus kreslosu götürdü. Bacısını o evdə qorxudurdular deyə o, gedib qonşularda yatırdı. Bacısına deyirdilər gecə ilə gəlib onu öldürəcəklər.
24. Məhkəmə iclasında dindirilmiş şahid X16 öz ifadəsində bildirdi ki,cavabdehin Lökbatanda qonşusudur. Həmişə tez-tez bir birinin evinə gedib-gəlirlər. Cavabdehin evindən nəsə gətirdiyini görməmişdir, hazırda cavabdehdə köhnə bir xalça var ki, onun da qiyməti Sədərəkdə 50-60 manat olar. Kişi həmişə taxta kravatda yatırdı. Soyuducu isə köhnə, içinə taxtalar düzülmüş vəziyyətdə idi.
25. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(002)-154/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid ediləsi qət edilmişdir.
26. Məhkəmə işin fakikti halları ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ilə X11 arasında nikah xx.xx.2016-cı il tarixdə Qaradağ rayonun qeydiyyat şöbəsində 146 saylı akt qeydi ilə bağlanmış və X11 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür. Rəsmi nikahdan əvvəl də faktiki nikahda olmaları işin mübahissəiz halıdır. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, Cavabdeh ilə X11 arasında bağlanmış xx.xx.2016-cı il tarixdə Qaradağ rayonun qeydiyyat şöbəsində 146 saylı etibarsız hesab edilməsini və onlara məxsus əmlakın geri qaytarılmasını tələb etmişdir.
27. Məhkəmə iddianın rədd edilməsi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum Nurulla Fətullayevlə cavabdeh uzun müddət bir yerdə faktiki yaşamış, 2016-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Nikah rəsmiləşdirilən zaman Nurulla Fətullayevin aldadılması, fəaliyyət qabilyyətinin olmaması, onkoloji xəstəliyi səbəbindən əqli cəhətdən özünü idarə edə bilməməsi barədə sübutları iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda ekspertiza keçirilmiş və nikaha girərkən mərhum Nurulla Fətullayev tərəfindən imzalanması müəyyən olunmuşdur. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində bildirmişdir ki, Qaradağ rayon qeydiyyat şöbəsinin böyük mütəxəssisidir. Cavabdehgilin nikahı onların iştirakı ilə qeydə alınıb. Nikah akt qeydindəki imza onun imzasıdır. Nurullanın əqli yerində olub. Sadalanan halları nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı “nikahın etibarsız sayılması” iddia tələbinə dair hissədə iddia tələbi təmin oluna bilməz. Belə ki, mərhum X11 ilə cavabadeh arasında olan nikah hər iki tərəfin könüllü razılığı əsasında bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, digər iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir, ona görə ki, həmin iddiaçılar mərhum X3 gəlin və nəvələri olmaqla birinci dərəcəli vərəsələri deyildir. Hazırda mərhumun birinci dərəcəli vərəsələrinin olması gəlin və nəvələrinin qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarını aradan qaldırır. Bu səbəbdən onların iddia tələbi subyektiv hüquqları olmaması səbəbindən təmin edilə bilməz.
28. Məhkəmə iddia tələbinin əmlak hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin iddianı İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı irəli sürərək 1 ədəd əldə toxunma xalça 3x2 m - 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3-1600 manat, 2 ədəd xalça 5x4 və 4x3-1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3-1000 manat, 1 ədəd böyük qazan aliminum-50 manat, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə-110 manat, 1 ədəd böyük aşsüzən-80 manat, İstifadə etdiyi qab-qacaqlar-180 manat, 2 ədəd yorğan döşək dəsti-250 manat, 1 ədəd sadə xalça 4x3-180 manat, su qızdırıcı (pitiminutka)-80 manat, soyuducu-150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi-600 manat dəyəində əşyanın özünün və ya dəyəri olan ümumilikdə 9980 manat pulu tələb etmişlər. Məhkəmə iclasında həmin əmlaklara münasibətdə tələblər aydınlaşdırılmış, İddiaçı1 bildirmişdir ki, 1 ədəd əldə toxunma xalça (3x2 m - 4000 manatlıq) babası anasına verib, su qızdırıcı (pitiminutka) və soyuducunun o özü alıb atasına verib. 16 kalibirli ov tüfəngi atası Nurullanın olub. Digər İddiaçı2 isə bildirmişdir ki, 1 ədəd əldə toxunma xalça 2x3 (1600 manatlıq) və 2 ədəd əldə toxunma sumax 4x3-(1000 manatlıq) onun yoldaşı toxuyub, 2 ədəd xalça 5x4 və 4x3 (1700 manatlıq), 1 ədəd böyük qazan aliminum, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə, 1 ədəd böyük aşsüzən, istifadə etdiyi qabqacaqlar, 2 ədəd yorğan döşək dəsti və 1 ədəd sadə xalça 4x3 (180 manatlıq) özü alıb. Cavabdeh isə iddiaya etiraz etmiş, hər hansı bir tələbi etiraf etməmişdir.
29. Məhkəmə Mülki Məcəllənin 157.2, 157.1 və 164.1-ci maddələrinə istinad edərək, şahid ifadələrini, eləcə də İddiaçı2 əmlakların yerləşdiyi evdə 2020-ci ildən yaşamasını və bu müddət ərzində iddia irəli sürməməsini, bundan başqa bəzi əmlakların say və ölçüsü (qab-qacaq) qeyrimüəyyən olduğunu nəzərə alaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə hissədə isə qeyd etmişdir ki, iddiaçılar iddia tələbində qeyd olunan əşyaların bəzilərinin ümumiyyətlə mövcud olmasını, mövcud olan və ya olmayanları hal-hazırda cavabdehin sahibliyində olmasına və yaxud ümumiyyətlə həmin əşyaların mövcudluğuna və onların öz ana və babalarından miras qalmış əmlak olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdilər. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşdüyü halda onlar iddia etdikləri faktları təsdiqləyən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçıların cavabdehə qarşı əmlak tələbi əsasız olmaqla təmin edilməməlidir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1, 25.2, 28.1-ci; ;Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.4, 164.1-ci; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarı; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
31.İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələblərinin təmin ediləsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əşyalar analarının sağlığında alınmış və analarına məxsus olmuşdur. Analarının vəfatından sonra da həmin əmlaklar evdə olmuş, atalarının vəfatından sonra cavabdeh götürmüşdür. Çünki ata vəfat etdikdən sonra yəni xx.xx.2017-ci ildə cavabdeh həmin evi tərk etmiş, Lökbatan qəsəbəsinə köçərək, hazırda da orada yaşayır, yəni bilavasitə tələb edilən əmlak cavabdehdə olmuşdur. İddialarla əlaqədar olaraq cavabdehin məhkəməyə təqdim etdiyi etirazlar əsassızdır. Belə ki, cavabdeh birinci iddia üzrə bildirir ki, onun nikahının vaxtında bağlanmasına iddiaçılar imkan verməmişlər. Sual yaranır: necə oldu ki, o, 2016cı ildə Qaradağ Rayon Qeydiyyat şöbəsində rəsmi nikaha girərkən iddiaçılar mane ola bilmədilər? Cavabdeh həm də etiraf edir ki, o, nikah münasibətinə girmiş olsaydı qaçqın və məcburi köçkünlər üçün müəyyən olunmuş imtiyazlardan məhrum olacaqdı. Bu da məhz nikahın qısa zaman kəsiyində dövlət orqanlarında rəsmiləşdirilməsinin məqsədli olduğunu sübut edir. Cavabdeh və onun himayədarları hesab etmişlər ki, nikahı rəsmiləşdirməklə itiricəkləri qazanc (qaçqınlığa və məcburi köçkünlüyə görə güzəştlər ) əldə edəcəkləri qazancdan (ev,əmlak və s.) xeyli azdır və bu daha sərfəlidir. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamış və cavabdehin öz hüququndan sui-istifadə etməklə dövlət büdcəsinə vurduğu uzun müddətli zərərə hüquqi qiymət verməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehdən əmlak tələbi zamanı iddiaçılar analarından vərəsə paylarını almışlar. Bu o demək deyildir ki, vərəsələr onlara çatası payı (1/5 hissəni) aparmışlar. Əslində tələb olunan əmlaklar ata evində qalmışdır. İddiaçılardan biri olan İddiaçı2 həmişə o ünvanda yaşamışdır və hazırda da yaşayır. Məhkəmənin qərəzli münasibəti iş üzrə dindirilmiş şahid X20 ifadəsində də özünü göstərir. Şahid bildirir ki, onun arvadı iddiaçılar Tofiq və Elxanın bacısıdır. Lakin onun Tofiq və Elxandan xoşu gəlmir. İddia tələbində irəli sürülən iddiaçıların atasına məxsus 16 kalibrli tüfəngin taleyinə münasibətdə həqiqətə uyğun gəlməyən qərəzli və məqsədli şahid ifadələrinə istinad edilmiş və ov tüfənginin kimdə olmasına (əmlak olaraq) aydınlıq gətirilməmişdir. Cavabdeh əmlakının olmaması barədə heç bir sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq ədalətsiz qətnamə qəbul edilmişdir. İddia tələbi ilə birbaşa əlaqəli olan torpaq sahəsinin bağışlanma müqaviləsinə də düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 0, 0242 ha torpaq sahəsi bağışlanmış və xx.xx.2017-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ataları cavabdehə mülkiyyətində olan 0, 0242 ha torpaq sahəsini bağışlamışdır. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan 1982-ci ildə tikilmiş fərdi yaşayış evini də özəlləşdirmişdir. Hesab edir ki, bu tamamilə qanunsuzdur və cavabdehə münasibətdə mülkiyyət hüququ yarada bilməz. Evin 1982-ci ildə tikilməsinə baxmayaraq onun olmayan texniki pasportu tələm-tələsik olaraq xx.xx.2017-ci ildə tərtib edilmişdir. Özəlləşdirmə barədə Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli qanununa görə mənzil (ev) özəlləşdirilərkən orada qeydiyyatda olan şəxslərin razılığlı alınmalıdır. Bundan başqa sözügedən mənzilin məhz atalarının cavabdehə bağışladığı 0,0242 ha torpaq sahəsi üzərində olması faktı da inandırıcı deyildir. Belə ki, ailə olaraq həmin həyətdə istifadələrində 0,9 ha torpaq sahəsi olmuşdır. Evin tikildiyi torpaq sahəsinin məhz bağışlanan (qanunsuz) torpaq sahəsinin olduğunu müəyyənləşdirmək mümkün deyildir. Evin özəlləşdirilməsi və cavadehin xüsusi mülkiyətinə verilməsi də qanunsuzdur. Çünki ataları tərəfindən yalnız torpaq sahəsi bağışlanmışdır. Cavabdeh mənzilə mülkiyyət hüququ əldə edə bilməz. Torpaq sahəsi bağışlanarkən orada qeydiyyatda olan digər ailə üzvülərinin razılığı, habelə mövqeyi nəzərə alınmamışdır. Cavabdeh və onun qohumları atalarının sağlığında onun miras əmlakının mümkün qədər qalmamasına saxta yolla çalışmış və nəticədə atanın vəfatından sonra onun övladlarının vərəsəlik hüququ pozulmuşdur. Məhkəmə işin faktiki hallarını araşdırıb nəzərə almamış, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkən maddi hüquq normasının tələblərini pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, işə baxılarkən birinci tələb üzrə Ailə Məcəlləsinin 25.1, 10-12-ci və 13.7-ci maddələrinində göstərilmiş tələbi pozmuş və nikahın məqsədli, ailə qurmaq niyyətinin olmadan bağışlanmasına hüquqi qiymət verməmişdir. Məhkəmə faktiki nikah münasibətinin 15 il sonra tərəfin ağır xəstəliyi zamanında rəsmiləşdirilməsi halına diqqət verməmişdir. Halbuki cavabdeh etiraf etmişdir ki, o, nikahını qeyd etdirməmişdir ki, qaçqın və köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etsin. Nəticədə onun qanusuz hərəkəti ilə dövlət büdcəsinə üzün müddətli ziyan vurulmuşdur. İkinci tələb üzrə iddiaçıların analarından qalmış əmlakın hüquqi taleyi məhkəmədə araşdırılmamışdır. Məhkəmə işə baxarkən MM-nin 157.2 və 666-cı maddəsinin tələbi pozulmuşdur. Bundan əlavə iddiaçıların Mülki Məcəllənin 1133, 1134,1146,1147,1151,1159-cü maddələrdə təsbit olunmuş vərəsəlik hüquqları pozulmuşdur. MPM-nin 8.1-ci maddəsisndə göstərildiyi kimi ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilməmişdir. MPM-nin 9-cu maddəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaradır. Lakin məhkəmə bu və irəli sürülmüş digər tələblərə əməl etməmişdir. MPM-nin 14.2-ci maddəsində göstərildiyi kimi tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, məhkəmə bunları etməmişdir. MPM-nin sübutlara aid edilən 76, 77.1, 88-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçıların kifayət qədər subyektiv hüquqların olmasına baxmayaraq məhkəmənin mövqeyi təəccüb doğurur. Bütün hallarda məhkəmə cavabdehin əsassız etirazlarına sübutu olmayan şifahi dəlillərinə istinad etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir. Uzun müddət faktiki nikah münasibətində olmasına baxmayaraq nikahın tərəfin xəstə olduğu həyatının son aylarını yaşadığı bir zamanda qeydə alınmasına təsəbbüs göstərilməsinin saf niyyətli ailə qurmaq məqsədindən uzaq olmasına ədalətli yanaşılmamışdır. Halbuki faktiki nikah münasibəti dövründə iddiaçıların cavabdehə qarşı təsiri narazılığı olmamışdır. Cavabdeh də bu barədə narazılıq bildirməmişdir. Cavabdeh faktiki nikah münasibətində qalmaqla dövlət büdcəsinə uzunmüddətli ziyan vurmuşdur. Çünki faktiki nikah münasibəti dövründə Fətullayev Nurulla sağlam olmuşdur. Həyatı üçün heç bir təhlükə olmamışdır. Lakin onun sağalmaz xərçəng xəstəliynə tutulması ona qarşı münasibəti tam dəyişmişdir. “Ailə qurmaq niyyəti” yaranmışdır. Baxmayaraq ki, hətta qaçqın və ya məcburi köçkün statusunu da itirmişdir. Əldən çıxmış fayda gələcəkdə əldə ediləcək faydaya qurban verilmişdir. İş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, faktiki hallara hüquqi qiymət verilməmişdir. Yalnız cavabdehin mülahizəsinə və əsassız etirazlarına istinad olunmuşdur. Nəzərə almaq lazımdır ki, faktiki nikah münasibətləri zamanı ondan sonrada iddiaçılar tərəfindən cavabdehə qarşı münasibət müsbət olmuşdur. Hətta iddiaçılar, torpaq sahəsinin bağışlanılmasından atalarının dövlət qeydiyyatlı (82 yaşında, xərçəng xəstəliyinə tutulduğu bir vaxtda) nikaha girməsindən məlumatları olmamışdır. İddiaçılar cavabdehin qeyd edilən hərəkətlərindən yalnız onlara qarşı qaldırılan iddiadan sonra xəbər tutmuşlar. Məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Belə ki, mülki qanunvericiliyin tətbiqində ciddi qanun pozğunluqlarına yol verilmişdir. Cavabdehin ailə qurmaq niyyətinin zaman baxımından həquqi məqsəddən uzaq olması, əsil niyyətin isə əsassız varlanmaya xidmət etməsindən fərqləndirilməmişdir. Cavabdehin iddia ərizəsinə torpağın özəlləşdirilməsi barədə çıxarışı qəsdən əlavə etmədiyindən öz təşəbbüsü nəticəsində əldə etdiyi həmin çıxarışı əlavə edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, (iddiaçıların ilk tələbi olan nikahın etibarsızlığı tələbi barədə) iddiaçılar bugünədək də nikah bağlandığı zamana dair mərhum yoldaşı X1 fəaliyyət qabilyyətinin olmaması, onkoloji xəstəliyi səbəbindən əqli cəhətdən özünü idarə edə bilməməsi barədə heç bir sübut təqdim etməmişdir. Yalnız boş və nəzəri fərziyyələrdən irəli gələn ifadələrlə məhkəməyə müraciət etmişlər. Məhkəmə isə faktiki hallara düzgün qiymət vermiş və iddiaçıların nəzəri fərziyyələrini əhəmiyyətsiz hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən, sübutlara qiymət verildiyi iddiaçılara aydın olmadığından yalnız məhkəmənin vaxtını almaq niyyətindədirlər. Bugünədək iddiaçılar tərəfindən əsaslı heç bir fakt irəli sürülməmişdir. İddia tələbi və apellyasiya şikayəti formallığı heç bir AR MPM-nin 76-cı maddəsində nəzərdə tutulan sübutlara istinad etməməsindən bəllidir və yalnız onun və məhkəmənin vaxtını almaqdan ibarətdir. Həmçinin məhkəmə qətnaməsi ilə də digər iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia tələbi təmin edilməmişdir, ona görə ki, həmin iddiaçılar mərhum X3 gəlin və nəvələri olmaqla birinci dərəcəli vərəsələri deyildir. Mərhumun birinci dərəcəli vərəsələrinin olması gəlin və nəvələrinin qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarını aradan qaldırmışdır. Bu səbəbdən onların iddia tələbi subyektiv hüquqları olmaması səbəbindən təmin edilməmişdir. Bundan əlavə olaraq, iddia tələbinin ikinci hissəsində iddiaçılar iddia tələbində qeyd olunan əşyaların bəzilərinin ümumiyyətlə mövcud olmasını, mövcud olan və ya olmayanları hal-hazırda cavabdehin sahibliyində olmasına və yaxud ümumiyyətlə həmin əşyaların mövcudluğuna və onların öz ana və babalarından miras qalmış əmlak olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdilər. Mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşdüyü halda onlar iddia etdikləri faktları təsdiqləyən sübutları təqdim etmədiyindən məhkəmə iddiaçıların cavabdehə qarşı əmlak tələbini əsassız hesab etməklə təmin etməmişdir. Apellyasiya şikayətini nəzərdən keçirdikdə məlum olur ki, iddiaçılar yalnız əsassız varlanmaq istəyirlər və qanunsuz olaraq cavabdehin öz əmlakından istədiyi şəkildə istifadə etməyinə maneələr törədirlər. Hazırki vəziyyətlə bağlı apellyasiya şikayətinin icraata götürələrək baxılması belə cavabdehin konstitusion hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-154/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddia ərizəsində qeyd edilən hallara diqqət yetirməyib. Cavabdeh evi ələ keçirib. Onun atası ağır mədə xərçəngindən əziyyət çəkirdi. Onun müalicəsini böyük oğlu olaraq iddiaçı qarşılayırdı. X2 ilə birgə yaşayırdı, onun iynələrinə, dərmanlarına cavabdeh nəzarət edirdi. 1999-cu ildən dini nikahda olublar, həmin vaxtlarda hər ikisi cavan, sağlam olublar. Həmin dövrdə rəsmi nikah bağlamayıblar amma atasının ölümünə çox az qalmış onlar nikaha daxil olublar. Atası ona 2 sot torpaq bağışlayıb, cavabdeh isə evi də ələ keçirib. İddiaçının anasının həmin evdə cehiz əşyaları var idi, Aybəniz Mehraliyeva onların hamısını talayıb. Onun anası əziyyət çəkib, iddiaçı və anası əziyyətlə o evi tikmişdir. Həmin əşyaların da bir qismini özləri almışdır. Birinci instansiya məhkəməsində iddiaçının vəsatətləri əsassız olaraq təmin edilməyib. Cavabdehin fikri ondan ibarətdir ki, onları həmin evin qeydiyyatından çıxartdırsın və həmin evi satsın. Anası 1997-ci il tarixdə vəfat edib. O, belə hadisələrin baş verəcəyini bilsəydi onda anasının həmin əşyalarını götürərdi.
35. Məhkmə kollegiyasının iclasında İddiaçı2 izahatında bildirdi ki, X18 atasının əli ilə iddiaçını o evdən çıxartdırıb. 2020-ci ildən həmin evdə yaşayır. Anası əziyyət çəkib o evi tikmişdi, əşyalar almışdı. Cavabdeh onların hamısını oğurlayıb. Onlar 2024-cü ildə bilmişdir ki, atası ilə Aybəniz Mehraliyeva arasında rəsmi nikah var.
36. Məhkmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, danışılanların hamısı yalandır. Cavabdeh o evə gedəndə də şəraitsiz idi, elə əşyalar yox idi. Yoldaşı vəfat etməmişdən əvvəl bilirdilər ki, onların rəsmi nikahı var. Özü onkoloji xəstədir. Ona çox əziyyətlər veriblər. Cavabdeh onu məcbur etməmiş, özü razılığı ilə nikaha daxil olub. Əlyazmaları var, hamısı iş materiallarında var. 37.İş üzrə digər iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 34 birinci hissə.Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Maddə 34 ikinci hissə.Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
39.Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra-bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Maddə 4.Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 26.1 Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: -26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; -26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); -26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); -26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; -26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); -26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; -26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); -26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: -12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); -12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; -12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; -12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; -12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının iddianın İddiaçı1 münasibətdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayəti və iş materiallarını tədqiq edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Hazırki işin fakitki halları baxımından iddia tələbinin qanuni əsası Ailə Məcəlləsinin 25.1-ci maddəsi təşkil edir.
46. Həmin normaya əsasən Ailə Məcəlləsinin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
47. İş materiallarının tədqiqi ilə müəyyən olunur ki, Cavabdeh ilə iddiaçının atası X11 1999-cu ildə kəbin münasibətinə daxil olmuş və o vaxtdan birlikdə yaşamışlar. Onların arasında nikah xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. X11 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
48. İddiaçı Cavabdeh ilə X11 arasında bağlanmış xx.xx.2016-cı il tarixdə Qaradağ rayonun qeydiyyat şöbəsində 146 saylı etibarsız hesab edilməsini və onlara məxsus əmlakın geri qaytarılmasını tələb etmişdir.
49. İddiaçı atasının və cavabdeh arasında bağlanmış nikahın tərəflərin nikah qurmaq niyyəti olmadan baş tutmasını iddia edərək tələbini onunla əsaslandırmışdır ki, cavab özü savadsızdır, qohumlarının təhriki ilə atasının xəstəliyi ilə əlaqədar vəziyyəti pisləşəndə nikaha daxil olmuş, ona qədər fakitki nikah münasibətlərində olmuş, deməli cavabdeh vərəsələrə çatası payı mənimsəmək üçün nikaha daxil olmuşdur.
50. Məhkəmə araşdırması zamanı işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığı müəyyən olunmuşdur.
51. Konstitusiyanın 34.2-ci maddəsinə və “İnsan hüquqlarının Ümumi Bəyənnaməsi”nin 16.2-ci maddəsinə uyğun olaraq nikah könüllü razılıq əsasında bağlanır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Ona görə də, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadığı hallarda bağlanarsa, yalnız nikah bağlanarkən hüquqları pozulmuş ər(arvad) həmin nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Ailə Məcəlləsinin 2 və 3-cü maddələrinə əsasən nikah könüllülük prinsipinə əsaslanır.
52. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, mərhum Nurulla Fətullayevlə cavabdeh uzun müddət bir yerdə faktiki yaşamış, 2016-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Nikah rəsmiləşdirilən zaman Nurulla Fətullayevin aldadılması, fəaliyyət qabilyyətinin olmaması, onkoloji xəstəliyi səbəbindən əqli cəhətdən özünü idarə edə bilməməsi barədə sübutları iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir.
53. Eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/2033 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 46-cı vərəqində olan Nikah haqqında akt qeydinin kserosurətində "Fətullayev" adının qarşısındakı İmza və 40-150 nömrəli 8 saylı Notariat işində daşınmaz əmlakın bağışlanması müqaviləsində "X11" qrafasındakı imza eyni şəxs-X11 tərəfindən icra olunmuşdur. 54.Həmçinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/693 saylı rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, X3 adına olan əmək kitabçasının 1-ci səhifəsində "Подпись владельца Трудовой книжки" qrafasından aşağıdakı imza;mülki işin 46-cı vərəqində olan xx.xx.2016-cı il tarixli Nikah haqqında akt qeydinin kserosurətində "Evlənənlərin soyadı və imzası (kişi)" qrafasında "FƏTULLAYEV" soyadı qarşısında əks olunmuş imza,109-cu vərəqin üz tərəfində olan X3 adından olan 18 iyun 2017-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və sonunda "Фəтулев Нурула Нифтула оғлу" əlyazmaları qarşısında əks olunmuş imza; 109-cu vərəqində arxa tərəfində "Аллаһым көјдə сəнсəн Ердə Атам атамда анамда басымда гардашымда бунду гоһум əғрəбəм сəнə фəдадыр Көјдə Сəннс.. јердеде Аллаһым Ајбəниздир..." sözləri ilə başlayıb, "... Кағыза јазырам имза Нурулла Н.О" sözləri ilə bitən məktubda əks olunmuş əlyazmalar və "..имза.." sözü qarşısındakı imza; 110-cu vərəqində olan "Мəн Фəтуллев Нурула.Но Н. Мəн она көрə бу сөзлəри јазыб сизə билдирəм ки, ...." sözləri ilə başlayıb, "... өз јаздығым сөзлəрун устунд, галырам имза Ф. Нурулла" sözləri ilə bitən məktubun kserosurətində əks olunmuş əlyazmalar və "Ф. Нурулла" əlyazması qarşısıda əks olunmuş imza;40-150 nömrəli notariat işində olan 06 may 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin üz tərəfində "X11 yazıları qarşısındakı imza, arxa stərəfində "Hədiyyə verən qrafasındakı "Торпағы бағышладым" əlyazmaları, "X26 Oğlu" qrafasındakı imza və "Нурулла Фəтуллаев" əlyazmaları eyni şəxs tərəfindən icra olunmuşdur.
55. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.
56. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid X17 ifadəsində bildirmişdir ki, Qaradağ rayon qeydiyyat şöbəsinin böyük mütəxəssisidir. Cavabdehgilin nikahı onların iştirakı ilə qeydə alınıb. Nikah akt qeydindəki imza onun imzasıdır. Nurullanın əqli yerində olub.
57. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
58. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələbinin əsasında duran halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, əksinə iş materialları ilə mərhum X11 ilə cavabadeh arasında olan nikahın hər iki tərəfin könüllü razılığı əsasında bağlanması müəyyən edildiyindən birinci instansiya məhkəməsi nikahın etibarsız hesab edilməsi üzrə iddia tələbini rədd etməklə qanuni nəticəyə gəlmişdir.
59. Kollegiya həmçinin iddia tələbinin əmlak hissəsinin əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlak tələbi irəli sürərək 1 ədəd əldə toxunma xalça 3x2 m - 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3-1600 manat, 2 ədəd xalça 5x4 və 4x3-1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3-1000 manat, 1 ədəd böyük qazan aliminum-50 manat, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə-110 manat, 1 ədəd böyük aşsüzən-80 manat, İstifadə etdiyi qab-qacaqlar-180 manat, 2 ədəd yorğan döşək dəsti-250 manat, 1 ədəd sadə xalça 4x3-180 manat, su qızdırıcı (pitiminutka)-80 manat, soyuducu-150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi-600 manat dəyəində əşyanın özünün və ya dəyəri olan ümumilikdə 9980 manat pulu tələb etmişlər.
60. Məhkəmə iclasında həmin əmlaklara münasibətdə tələblər aydınlaşdırılmış, İddiaçı1 bildirmişdir ki, 1 ədəd əldə toxunma xalça (3x2 m - 4000 manatlıq) babası anasına verib, su qızdırıcı (pitiminutka) və soyuducunun o özü alıb atasına verib. 16 kalibirli ov tüfəngi atası Nurullanın olub. 61.İddiaçıya qaytarılmasını tələb etdiyi əşyalarının qaytarılması ilə bağlı hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. 62.Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 63.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 64.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 65.Kollegiya qeyd edir ki, hazrıki iddia tələbi üzrə sübutütmə yükünün bölüşdürülmə qaydasına görə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyalarının iddia etdiyi sayda, növdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 66.Cavabdeh isə iddiaya etiraz etmiş, hər hansı bir tələbi etiraf etməmişdir.
67. Hazırki işdə isə İddiaçı1 iddia tələbində qeyd olunan əşyaların bəzilərinin ümumiyyətlə mövcud olmasını, mövcud olan və ya olmayanları hal-hazırda cavabdehin sahibliyində olmasına və yaxud ümumiyyətlə həmin əşyaların mövcudluğuna və onların miras qalmış əmlak olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. 68.O cümlədən nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıların atası ilə yaşadığı evi 2017-ci ildə tərk etmişdir. İddiaçılardan İddiaçı2 izahatında qeyd etmişdir ki, 2020-ci ildən sözügedən evdə yaşayır.Onlar 2024-cü ildə bilmişdir ki, atası ilə Aybəniz Mehraliyeva arasında rəsmi nikah var. 69.İddiaçılar bəzi əşyaların analarına və bəzilərinin atasına məxsus olmasını bildirirlər. İşdən müəyyən olunur ki, anaları 1997-ci ildə vəfat etmiş və iddiaçı anasından miras qalmış əmlaka dair 2012-ci il vərəsəlik şəhadətnaməsi almışdır. İddiaçının anasına məxsus daşınar əmlakı var idisə onu götürmək imkanı olmuşdur. 70.Bundan əlavə, cavabdeh qeyd edilən evdə iddiaçının atası ilə 1999-cu ildən birlikdə yaşamış və təsərrüfat aparmışdır. 2016-cı ildə isə iddiaçının atası ilə cavabdeh nikah münasibətlərini qeydə aldırmışdır. İddiaçının atası 2017-ci ildə vəfat etdikdən sonra cavabdeh evi tərk etmişdir. 2024-cü ilədək iddiaçıların daşınar əmlak tələbi olmamışdır. Göründüyü kimi iddiaçıların cavabdehin evi 2017-ci ildən tərk etməsi və İddiaçı2 2020-ci ildən həmin evdə yaşamasına baxmayaraq yalnız 2024-cü ildə ataları ilə cavabdehin rəsmi nikahının olması barədə məlumat əldə etdikdən sonra hazırki əmlak tələbi ilə məhkəmədə əsassız iddia irəli sürmüşlərdir. 71.Qeyd olunanlara əsasən kollegiya iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(002)-154/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 72.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(002)-154/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.