Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5620/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmək mübahisələri üzrə tələblər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh “Azneft” İB-nin nümayəndəsi Nümayəndə2, digər nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(094)-175/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlmədiyi əsası ilə ləğv edilmişdir. 2.İddiaçı əmri qanunsuz hesab etməklə hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan xx.xx.2023-ci tarixli, 29-K nömrəli əmrinin etibarsız sayılaraq ləğv edilməsi və məcburi işə buraxma, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli və 1070 saylı əmək müqaviləsi ilə “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində təmirçi-çilingər peşəsində qüsursuz və yüksək imtahan nəticələrilə çalışırdı. xx.xx.2023-cü il tarixli, 29-K saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Müqaviləsinə qanunsuz olaraq xitam verilib. Bildirir ki, səhhətində ciddi problemlər yaranmışdır. Keçən ilin fevral ayında pandemiya dövrü zamanı həkimə müraciət etmişdir. Həkimin nəzarəti altında 11 ay xəskin xəstəliklər keçirərək əmək qabiliyyətinin olmaması barədə Xəstəlik Vərəqələri açılmışdır. xx.xx.2023 tarixində isə Əlillik təyin edilmişdir. Əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxmadığı dövrdə xx.xx.2023-cü il tarixdə 29-K saylı əmr ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilib. Hesab edir ki, cavadehin xx.xx.2023-ci il tarixli, 29-K saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddədinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cumaddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işə götürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan əmək qanunvericiliyində işçilərin hüquqlarının 5 (beş) təminatı üçün əmək müqaviləsinin ləğv olunmasını qadağan edən normalar nəzərdə tutulmuşdur. Bu qaydalar dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin b yarımbəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bu Məcəllənin və Əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdir. 5.Məhkəmə iclasında iştirak edən cavabdeh “Azneft” İB-nin 1 saylı X3 Xüsusi Texnika İdarəsinin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə etiraz ərizəsi və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bildirdi ki, İddiaçı cavabdeh "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı “işə bərpa və digər” tələblərinə dair iddia ilə Pirallahı Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakılara görə iddia ərizəsini əsassız hesab edirlər: Belə ki, İddiaçı ilə “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, 1 saylı xüsusi texnika sahəsinin təmirçiçilingər vəzifəsində işə başlamışdır. İddiaçı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli rəyi il 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı işə gəlməmiş, gəlməməsi barədə İdarəetmə aparatına məlumat verməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir sənəd təqdim etməmişdir. 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi barədə 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsi xx.xx.2023-cü il tarixdə iclas keçirilmiş və iddiaçı Nümayəndə1la bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 12 yanvar 2023-cü il tarixli 29-K nömrəli əmri ilə 1 saylı xüsusi texnika sahəsinin 6-cı dərəcəli təmirçi çilingəri İddiaçıla bağlanmış əmək müqaviləsinə üzürlü səbəb olmadan bütün günü işə gəlməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan əlavə, həmin iddia ərizəsinin, iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini zəruri hesab edir. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, həmin əmr xx.xx.2023-cü il tarixdə ona göndərilmiş, facebookda xx.xx.2023-cü il tarixdə paylaşılmışdır. Bakı 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Nümayəndə1 tərəfindən mediasiya tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası üçün xx.xx.2023-cü il tarixdə ərizə yazılmış, xx.xx.2023-cü il tarixdə mediasiya keçirilmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Faktiki hallardan göründüyü kimi, İddiaçı mediasiya arayışı tərtib edildiyi tarixdən sonra 1 ay 10 gün sonra məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnun qorumağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İddiaçının iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. 6.Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 iyul 2023-cü il tarixli, 2(094)-175/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Faiq Qasımov) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan: 7.Sosial arayışdan görünür ki, İddiaçı “Azneft” İB-də təmirçi-çilingər vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli müayinə əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. 8.1070 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə təmirçi çilingər vəzifəsinə işə götürülmüşdür. 9.“Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvana gedilmiş və ərzaq məhsulları olmaqla bayram hədiyyələri təqdim edilmişdir. Eyni zamanda onun işə gəlməməsinin səbəbi araşdırılmışdır. İddiaçı xəstə olduğunu yeriyə bilmədiyini bildirmişdir. Lakin noyabr ayında Zirə qəsəbəsində küçəsinin açılışında iştirak etmiş və orada olan iştirakçılarla birlikdə ayaq üstə foto şəkil çəkdirmişdir. Bu hall ondan soruşulduqda o, belə hadisənin olmadığını və ümumiyyətlə orada olmadığını bildirmişdir. 10.“Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı idarə aparatına şəxsi avtomobili ilə gələrək idarə aparatına daxil olmamış ona xidməti otağa gələrək işdə olmamasının və hansı səbəbdən gəlməməsi barədə izahat verməsi təklif olunsa da, o, bundan imtina etmiş və oğlunun vasitəsilə xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasının tərəfindən əmək qabiliyyətinin 45% itirilməklə 3-cü dərəcəli əlillik təyin edilməsi barədə Forma 88 arayışı təqdim etmişdir. 11.“Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ilə ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılaraq, Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasə 3-cü dərəcəli əlillik təyin edildiyi üçün, həmçinin təqdim etdiyi ******* nömrəli xəstəlik vərəqəsinin DSMF tərəfindən ödənişə qəbul edilmədiyi üçün araşdırılması məqsədilə idarəyə dəvət olunmuş, lakin Nümayəndə1 edilən dəvətdən imtina etdi və mühəndis, dispetçer, rəis müavini işləyə biləcəyini deyərək əlilliyi ilə əlaqədar aşağı ixtisaslı başqa peşəyə keçməyəcəyini bildirdi. 12.“Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində əlaqə saxlanılmış, ona HİK-nin iclasına dəvət edilmiş, həmçinin işdə olmadığı günlər barədə izahat verməsi təklif olunmuşdur. O, birmənalı şəkildə gəlməkdən və izahat verməkdən imtina etmişdir. 13.“Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2023-cü il tarixli, 29-K saylı əmrindən görünür ki, Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə İddiaçı ilə bağlanmış 1070 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. 14.“Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2023-cü il tarixli 15 saylı əmrindən görünür ki, üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməməklə, əmək müqaviləsi və vəzifə təlimatı ilə üzərinə düşən öhdəlikləri pozduğuna görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. 15.“Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, İddiaçı onunla bağlanmış xx.xx.2020-ci il tarixli 1070 saylı Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixli 29-K nömrəli əmrlə ləğv edilməsi bildirilmiş, qısa müddət ərzində əmək kitabçasını götürməyi və ya poçt vasitəsi ilə göndərilməsi üçün razılıq ərizəsinin göndərilməsi xahiş edilmişdir. 16.X12 Mərkəzinin xx.xx.2023-cü il tarixli aktında (surətində) qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022ci il tarixində ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsi açılmış, lakin xx.xx.2022-ci il tarixində İddiaçı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əmək qabiliyyətinin itirilməsi 45% olmaqla 3-cü dərəcəli əlillik verilmişdir. xx.xx.2022-xx.xx.2023 tarixinə kimi olan SN 00008 №0065607 saylı ƏQOV xx.xx.2022-ci il tarixində təsdiq edilmiş əlillik dərəcəsinə əsasən ləğv edilsin, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixinədək olan ƏQOV dublikat olaraq açılıb verilsin. 17.X12 Mərkəzinin xx.xx.2023-cü il tarixli 3 saylı aktda (surətində) qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli aktla SN 0008 №0065607 saylı ƏQOV ləğv edilmişdir. Lakin İddiaçı sahə terapevt tərəfindən səhvən xx.xx.2023-cü il tarixdən başlayaraq SN 00008 №0065771 saylı ƏQOV-si açılmışdır. xx.xx.2023-cü il tarixdəki aktda SN 00008 №0065607 saylı ƏQOV ləğv ediləndə İddiaçı xəstəlik vərəqəsi açılmadığından akta xx.xx.2023-cü il tarixində xəstəlik vərəqəsinin açılması qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı X4 yaxınlaşaraq təqdim etmiş və onun əsasında həmin tarixdə 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə İddiaçı həmin idarədə işləyib-işləməməsi barədə məktub ünvanlanmış və həmin idarədən cavab olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə ləğv edildiyi bildirilmişdir. İddiaçı səhvən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə olan SN 00008 №0065771 saylı ƏQOV açılmış (xəstəlik vərəqəsi) ləğv edilsin. 18.X12 Mərkəzinin xx.xx.2023-cü il tarixli 4 saylı aktının surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək ******* nömrəli ƏQOV-nin ləğvi ilə bağlı xx.xx.2023-cü il tarixli akt tərəflərindən ləğv edilir və həmin ƏQOV-nin əsaslı olduğu bildirilir. 19.Bakı 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışın surətindən görünür ki, İddiaçı tərəfindən “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə İMS üçün ərizə verilmiş, xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etsə də, “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi iştirak etməmişdir. 20.Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi “Zirə Sağlamlıq Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 159 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.1965-ci il təvəllüdlü Zirə qəsəbəsi Natəvan küçəsi ev 2 ünvan qeydiyyatlı İddiaçı ambulator tibbi kitabçasına tərəfimizdən baxış keçirilərkən aydın oldu ki, İddiaçı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində "üçüncü dərəcəli əlillik" (orqanizmin funksiyalarının pozulması faizi-45%) təyin edilmişdir.(Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi- xx.xx.2023-cü il) İddiaçı 2022-2023-cü il tarixlərində aşağıda qeyd edilən əmək qabiliyyətinin olmaması vərəqləri xəstəliyinə uyğun müvafiq diaqnozlarla verilmişdir. xx.xx.2022.xx.xx.2022-ƏQQV №0687292-Fövqəladə Hallar Nazirliyinin X16 Hospitalı xəstəlik tarixi 0869003, Diaqnoz: İkitərəfli pnevmoniya.KTÇ; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0687292- X12 Mərkəzinin HMK-sı tərəfindən uzadılıb, Diaqnoz: İkitərəfli pnevmoniya; xx.xx.2022-xx.xx.2022.-ƏQOV № 0565819- Zirə MDM Diaqnoz: Viral pnevmoniya; xx.xx.2022xx.xx.2022-ƏQOV № 0565941-Zirə MDM, Diaqnoz: İkitərəfli viral pnevmoniya; xx.xx.2022xx.xx.2022-ƏQOV № 0566046-Zirə MDM Diaqnoz: Şəkərli diabet; xx.xx.2022-xx.xx.2022-ƏQOV № 0401891-X5, Diaqnoz: Şəkərli diabet tip İİ.Sağ diz oynağının artrozu,sinoviti; xx.xx.2022xx.xx.2022-ƏQOV №0617894-X5 Diaqnoz: Sağ diz oynağının artrozu .sinovit; xx.xx.2022xx.xx.2022-ƏQOV №0765735-Zirə MDM, Diaqnoz: Sağ tərəfli qonartroz.Şəkərli diabet İİ tip,Piylənmə; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0765903-Zirə MDM, Diaqnoz: Dəqiqləşdirilməmiş qonartroz.Şəkərli diabet İİ tip insulin tələbli.Piylənmə İV dərəcə; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0766003-Zirə MDM. Diaqnoz: Dəqiqləşdirilməmiş qonartroz.Şəkərli diabet İİ tip insulin tələbli.Piylənmə İV dərəcə; xx.xx.2022-xx.xx.2022-ƏQOV №0866260-Zirə MDM. Diaqnoz: Piylənmənin digər formaları.Şəkərli diabet İİ tip ağırlaşmalar.Sağ diz oynağının artrozu; xx.xx.2022xx.xx.2022-ƏQOV №0866397-Zirə MDM Diaqnoz:Şəkərli diabet İİ tip.Piylənmənin digər formaları; xx.xx.2022-xx.xx.2023-ƏQOV №0065607-Zirə MDM. Diaqnoz: Şəkərli diabet İİ tip.Piylənmənin digər formaları; xx.xx.2023-xx.xx.2023-ƏQOV №0065771-Zirə MDM. Diaqnoz: Dəqiqləşdirilməmiş qonartroz. Hal-hazırda İddiaçı Zirə Sağlamlıq Mərkəzində "Şəkərli diabet və piylənmə" diaqnozu ilə dispanser qeydiyyatdadır və ona ayda bir dəfə imtiyazlı xəstə kimi endokrinoloq tərəfindən xəstəliyinə uyğun dərman reseptləri yazılır.Məlumat üçün bildirirəm ki, İddiaçı öz şəxsi həkimlərində müalicə alır. 21.Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-16397/2023 saylı məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nümayəndə1 əlillik vəziyyəti X10 E00029593TVF və D00040836QXM nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində qiymətləndirilmiş və adına aktiv əmək müqaviləsi olduğu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə məlumat aşkar edilmədiyindən, həmçinin diaqnoz düzgün yazılmadığından və xəstəliyin mərhələsi ilə ağırlaşmalar tam ətraflı qeyd edilmədiyindən hər iki halda natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə vətəndaş müraciəti əsasında xx.xx.2022-ci il tarixində 2 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən yaşadığı ünvanda əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X13-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 45 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. 22.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlmədiyi əsası ilə xx.xx.2023-ci il tarixli əmrlə ləğv edilsə də, həmin vaxt iddiaçının əmək qabiliyyəti olmamışdır. Belə ki, cavabdeh tərəf iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyinə görə işdən azad olunduğunu qeyd etsə də, məhkəmə sorğusu ilə alınaraq işə əlavə olunan materiallarla müəyyən olundu ki, mübahisələndirilən dövr ərzində, yəni xx.xx.2022-xx.xx.2023 müddətində Şəkərli diabet İİ tip. Piylənmənin digər formaları diaqnozu ilə ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi (ƏQOV), xx.xx.2023-xx.xx.2023 müddətində isə Dəqiqləşdirilməmiş qonartroz diaqnozu ilə ******* nömrəli ƏQOV açılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 45 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. 23.Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla ləğv edilsə də, iddiaçı tərəfindən mövcud iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. 24.Belə ki, iddiaçı hüqununun pozulmasını ən geci xx.xx.2023-cü tarixdə bilirdi. Çünki həmin tarixdə onun tərəfindən mediasiyanın tətbiqi barədə cavabdehə təklif məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verilmişdir. Buna baxmayaraq, o, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. 25.Məhkəmə hesab etmişdir ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından, mübahisə tərəfi olan cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 375.2-ci: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 35.2, 32.4.2-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini üzrlü səbəbdən buraxmışdır. Belə ki, iddiaçı İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədə qədər Quba rayonunda yas mərasimlərində iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə X6 və xx.xx.2023-cü il tarixdə isə X8 vəfat etmişdir. Hər iki şəxs iddiaçının qohumları olmuş və onların sağlıqlarında onlarla yaxşı münasibətləri olmuş, ailəvi gediş gəlişləri olmuşdur. Buna görə də iddiaçı hər iki yas mərasimində 40 mərasimi keçirilən günə qədər iştirak etməyi özünə mənəvi borc bilmişdir. İddiaçı hər iki yas mərasimində iştirak etmək üçün o, Quba rayonunun Alpan kəndində olmuşdur. O 10 may 2023-cü il tarixə qədər Quba rayonunda olmuşdur. Yas mərasimlərindən sonra səhhətində problemlər yarandığı üçün Quba rayonunda qalmış və orada müalicə olunmuşdur. Məhkəmə qətnaməsi ilə də sübut olunur ki onun həqiqətən də səhhətində problemlər var. Səhhəti ilə əlaqədar təsdiq edici sübutlar iş materiallarında var. Cavabdeh isə öz nöqsanlarını qəbul etməyərək iddiaçının xəstəliyindən istifadə edərək müddətin tətbiq edilməsi üçün ərizə vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin qəbul etmədi, onun təmin edilməməsini, qətnamədnin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 31.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 32.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 33.70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
34. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
35. 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
36. 79-cu maddənin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
37. 154-cü maddənin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
38. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
39. 296-cı maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
40. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
41. 296-cı maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 42.Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 43.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 44.Maddə 377.1.İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
45. Maddə 35.1.Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 46.Maddə 35.2.Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 47.Maddə 32.4.2.Mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 48.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 50.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53.Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia həmin hissədə təmin edilməlidir. 54.Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlmədiyi əsası ilə xx.xx.2023-ci il tarixli əmrlə ləğv edilsə də, həmin vaxt iddiaçının əmək qabiliyyəti olmamışdır. Belə ki, cavabdeh tərəf iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyinə görə işdən azad olunduğunu qeyd etsə də, məhkəmə sorğusu ilə alınaraq işə əlavə olunan materiallarla müəyyən olundu ki, mübahisələndirilən dövr ərzində, yəni xx.xx.2022-xx.xx.2023 müddətində Şəkərli diabet İİ tip.Piylənmənin digər formaları diaqnozu ilə ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi (ƏQOV), xx.xx.2023-xx.xx.2023 müddətində isə Dəqiqləşdirilməmiş qonartroz diaqnozu ilə ******* nömrəli ƏQOV açılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 45 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. 55.Məhkəmə cavabdeh tərəfindən əmək müqaviləsinin qanunvericiliyin tələbləri pozulmaqla ləğv edildiyi qənaətinə gəlsə də, iddiaçı tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddətinin ötürülməsi səbəbindən iddia tələblərini təmin etməmişdir. 56.Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 57.Həmin Məcələnin 296-cı maddəsinn 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 58.Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 59.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. 60.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. 61.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. 62.İş materiallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, iddiaçı tərəfindən xx.xx.2023-cü tarixdə mediasiyanın tətbiqi barədə cavabdehə təklif məktubu göndərilmiş, xx.xx.2023-cü il taridə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış verilmişdir. Bu da sübut edir ki, iddiaçı xx.xx.2023-cü tarixdə hüquqlarının pozulması barədə məlumatlı olmasına baxmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə, 2 aydan artıq müddət keçdikdən sonra müraciət etmiş, bununla da iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbləri üzrə bir aylıq iddia müddətini ötürmüş, mübahisə tərəfi olan cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. 63.Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 64.Məhkəmə kollegiyası iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədə qədər onun qohumu olan X8 və X2 vəfat etməsi ilə əlaqədar Quba rayonunda yas mərasimlərində iştirak etməsi səbəbindən müddəti üzürlü səbəbdən ötürlməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan halları, eyni zamanda ölən şəxslərin iddiaçı ilə qohumluq əlaqələrini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 65.Kollegiya hesab edir ki, məhkəmə müddətin ötürülməsi ilə əlaqədar mübahisələndirilən əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi ilə bağlı hissədə iddia müddətini tətbiq etməklə, iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. 66.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməklə, iddia tələbinin əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi hissələrdə təmin edilməməsi qanuni və əsaslı olmamışdır. 67.Kollegiya iddia tələbinin əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 68.Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 69.Əmək Məjəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 70.Qeyd olunan hissədə kollegiya hesab edir ki, iddiaçı bir illik iddia müddətini keçirməmişdir. 71.Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq əldə edilmiş “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2023-cü il tarixli, 140 saylı arayışına əsasən İddiaçı 03-31 dekabr 2022-ci il tarixdən və 01-12 yanvar 2023-cü il tarixinədək cəmi olaraq 1210,13 manat (min iki yüz on manat, on üç qəpik) əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. 72.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı) və məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi tələbləri üzrə iddia müddəti bir il olduğundan iddia müddətinin keçməsi ilə əlaqədar məhkəmə iddianı qeyd olunan hissələrdə rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. 73.Buna görə də kollegiya hesab edir ki, qətnamə qeyd olunan hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qeyd olunan hissələrdə təmin edilməli, 03-31 dekabr 2022-ci il tarixdən və 01-12 yanvar 2023-cü il tarixinədək 1210,13 manat (min iki yüz on manat, on üç qəpik) manat ödənilməmiş əmək haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 1210,13 manat əmək haqqının xx.xx.2023-cü il tarixdən gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 1% məbləğində pul ödəniş gününə qədər hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 74.Beləliklə məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(094)-175/2023 saylı qətnaməsi əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi ilə bağlı iddianın təmin edilməyən hissələrində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməli, 03-31 dekabr 2022-ci il tarixdən və 01-12 yanvar 2023-cü il tarixinədək 1210,13 manat (min iki yüz on manat, on üç qəpik) manat ödənilməmiş əmək haqqı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsindən İddiaçı xeyrinə tutulmalı, 1210,13 manat əmək haqqının xx.xx.2023-cü il tarixdən gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 1% məbləğində pul ödəniş gününə qədər hesablanaraq cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsindən İddiaçı xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 75.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(094)-175/2023 saylı qətnaməsi iddianın əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsinə aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi ilə bağlı təmin edilməyən hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissələrdə təmin edilsin. 03-31 dekabr 2022-ci il tarixdən və 01-12 yanvar 2023-cü il tarixinədək 1210,13 (min iki yüz on manat, on üç qəpik) manat ödənilməmiş əmək haqqı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsindən İddiaçı xeyrinə tutulsun. 1210,13 (min iki yüz on manat, on üç qəpik) manat əmək haqqının xx.xx.2023-cü il tarixdən gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 1% məbləğində pul ödəniş gününə qədər hesablanaraq cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsindən İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov