Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5622/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyanın tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsaslanan xx.xx.2022-ci tarixli, 453-K nömrəli əmrinin və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 12-ci səhifəsində yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqısının, mediasiya xərci üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “SOCAR” X5 5 saylı Texnaloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsaslanan xx.xx.2022-ci tarixli, 453-K nömrəli əmri və bu əmrə əsasən ******* №-li əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, İddiaçı əvvəkli iş yerinə “6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə” işə bərpa edilməsi, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının, işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulunun, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər ay 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi və mediasiya xərci üçün ödədiyi 50 manat pulun cavabdeh Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “Azneft” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(103)- 2840/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(103)-2840/2023 saylı qərardadı ilə 2(103)-2840/2023 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinə qarşı iddia tələbi “İddiaçı ilə cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən iclas protokoluna qeyd barədə ərizə verildiyi bildirilmiş və həmin ərizəyə baxılması üçün mülki işin Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2840/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, cavabdeh “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 protokola dair qeyd barədə ərizəsinə baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2840/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 protokola dair qeyd barədə ərizəsinə baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5622/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5622/2023
02.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver