Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5629/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma; istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1860/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Bakı şəhəri, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 116-da yerləşən 1 otaqlı mənzil xx.xx.2004-cü il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı tərəfindən əldə edilmiş, mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının X4 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan onların iki övladları - xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X12 doğulmuşdur. Cavabdeh qayınanası İddiaçı məxsus olan fərdi yaşayış evinə 2013-cü ildə gəlin köçmüş və hal-hazıradək orada yaşayır.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4166/2024 nömrəli qətnaməsinə əsasən X11 və X5 arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 802 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və azyaşlı uşaqların anasının himayəsində qalması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsirova (Səfərova) Türkanə Rüstəm qızının ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Nəsirova (Səfərova) Türkanə Rüstəm qızının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 116 (ünvan 2 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzili 2004-cü ildə alqı-satğı müqaviləsinə əsasən almış və evi öz adına özəlləşdirmişdir. Halhazırda onun xüsusi mülkiyyətindədir. X4 ilə cavabdeh Nəsirova (Səfərova) Türkanə Rüstəm qızı xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin ildə ona məxsus ünvan 1 ünvanında yerləşən evə köçüb yaşamışlar. Cavabdeh ona qarşı nalayiq ifadələr və söyüşlər işlətmiş, onu təhqir etmişdir. Bütün bunlara görə aralarında mütəmadi olaraq mübahisələr və kəskin münaqişələr baş vermiş və belə bir vəziyyətdə eyni evdə yaşamaqları artıq mümkün olmadığından 2013-cü ilin noyabr ayında o özünə məxsus mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Həmin vaxtdan etibarən o öz mülkiyyətlərində olan və qeydiyyatda olduğu evdən istifadə etmək hüququndan məhrum olmuşdur. Cavabdehin sözügedən evdə yaşaması onun mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan istifadə etmək imkanını məhdudlaşdırır. X4 ilə cavabdeh bir müddət mehriban yaşasalar da, aralarında yaranmış ailə münaqişələri nəticəsində nikahları Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehə dəfələrlə mənzildən çıxması ilə bağlı müraciət olunmasına baxmayaraq, o, hal-hazırda ona məxsus mənzildə yaşayır və oradan çıxmaq niyyətində olmadığını bildirir. O, isə ailəsi ilə birlikdə həmin evə köçüb yaşamaq istəyir, lakin cavabdeh həmin evdən çıxmaq istəmir. Onun keçmiş gəlini Cavabdeh (Səfərova) ilə artıq qohumluq münasibətləri kəsilmişdir. Onun mənzilindən çıxmaması əlavə kommunal xərclərə yol açır. Həmçinin öz evində yaşamasına maneələr yaradır. Bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə də, hesab edir ki, Nəsirova (Səfərova) Türkanə Rüstəm qızı onun ailə üzvü olmadığından məhkəmə tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.
6. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 116 (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüqüqunun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində İddiaçı ona qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Keçmiş qaynanası İddiaçı iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsi vermək qərarına gəlmişdir. O, ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşlıqlı iddia verməyə haqlıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra cavabdeh) İddiaçı X4 onu yaşadığı AR Cəlilabad rayonu Günəşli kəndindən ata evindən qaçırmışdır. Onunla xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və cavabdehin razılığı ilə elə həmin ildə ünvan 1 ünvanında yerləşən kiçik bir həyətdəki evə qeydiyyata düşüb hal-hazıra kimi iki azyaşlı qızları ilə birlikdə yaşayır. X11 ilə birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X12 doğulmuşdur. Belə ki, həyətdə yerləşən evin sanitar qovşağı və hamamı çöldə yerləşir. Ev təmirsiz və şəraitsizdir. Elə bu vəziyyətdə də yaşayırlar. Qeydiyyatda olduğu və yaşadığı evin bütün kommunal xərclərini 2014-cü ildən hal-hazıra kimi o ödəyir. X3 heç vaxt evdən xəbəri olmayıb. Cavabdeh öz nəvələrinə heç vaxt baxmayıb. Onun ata və anası Cəlilabad rayonundan ona və azşaylı qızlarına ərzaq gətiriblər. İndi də belədir. Uşaqları və o xəstə olanda ona və azyaşlı uşaqlarına atası və anası baxmışdır. Cavabdeh İddiaçı yaşadıqları yeri satmaq niyyətindədir. İki azyaşlı qızları cavabdehin oğlu X8 doğma övladlarıdır. Səfərov Azər 2016-cı ildən Rusiya Federasiyasına işləmək üçün gedən zaman, orada doğma qardaşı ona şərait yaradıb. Sonra Rusiya Federasiyasının Miqrasiya Xidməti tərəfindən 2024-cü ildə ölkədən deportasiya olunub. O, Azərbaycan Respublikasına qayıtdıqdan sonra yenə də öz doğma azyaşlı qızlarına baxmamış və anası Azəri məcbur etmişdir ki, boşansınlar. Səbəbi isə evi satmaq üçün onu və azyaşlı qızlarını şəraitsiz evdən çıxarmaqdır. Nikahın pozulması barədə ərizəni Səfərov Azər verib. Belə çıxır ki, o, azyaşlı iki qızı ilə qeydiyyatda olduğu və yaşadığı şəraitsiz evdən qovulurlar. Məhkəmədə nikaha xitam verilən zaman iki azyaşlı qızlarının anada qalması müəyyənləşib. Ana hara getsə, azyaşlı qızlar da onunla getməlidir. O heç vaxt keçmiş qayınanasını təhqir etməmiş və yaşadığı və qeydiyyatda olduğu evdən qovmamışdır. Yaşadığı və qeydiyyatda olduğu ünvanda onun cehizlərindən savayı cavabdehin heç bir əşyası yoxdur. Cavabdehin başqa ünvanda ayrıca və şəraitli mənzili vardır. Bundan əlavə, cavabdehin əri Səfərov Binəlinin (keçmiş qayınatası) də ayrıca mənzili var. Hal-hazırda iki azyaşlı qızının saxlamaq üçün güclə iş tapmışdır. Uşaqlar hal-hazlrda məktəbdə təhsil alırlar və bir təhər çətinliklərlə yaşamağa çalışırlar. Hesab edir ki, iki azyaşlı qızları ilə birlikdə yaşadıqları və qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən evin bir hissəsində yaşamalıdırlar. Bu səbəblə, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1860/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nəsirova (Səfərova) Türkanə Rüstəm qızının ünvan 1 (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması; ilkin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mülkiyyətçinin oğlunun arvadı olmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququna malik şəxs hesab edilmir. Belə olan halda, cavabdehin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulduğu mənada iddiaçının ailə üzvü kimi evdən istifadə hüququ yaranmamışdır. Cavabdehin evdən istifadə hüququ iddiaçı ilə aralarındakı ailə münasibətlərindən yox, mülki münasibətlərdən də (məsələn, tərəflər arasında müqavilə bağlanması) yarana bilərdi. Lakin işin hallarından görünür ki, tərəflər arasında cavabdehə evdən istifadə hüququ verən hər hansı mülki hüquqi münasibətlər mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin həmin evə dair nə ailə, nə də mülki münasibətlərdən irəli gələn heç bir istifadə hüququ yaranmamış və mövcud deyildir. İddiaçı həmin evin mülkiyyətçisi olmaqla yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarına malikdir.
10. Məhkəmə qarşılıqlı iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmadığını qeyd etmişdir. Belə ki, artıq məhkəmə ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildən çıxarılmalı olduğu nəticəsinə gəldiyindən, onun mənzilə istifadə hüququnun tanınması halı da istisna edilir.
11. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələrinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokolunun 1-ci maddəsinə; Azərbaycan Respulikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
12. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1860/2025 saylı iş üzrə 15 iyul 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tək onun evdən çıxarılmağını tələb edir. Amma övladları iki azyaşlı qız uşaqları xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X7 yaşadıqları evdən çıxarmır. Keçmiş qayınanasının fikri və məqsədi nədir?! Hakim bu məsələni araşdırmayaraq ananın övladları ilə birgə yaşadıqları evdən, təkcə ananın uşaqlardan ayıraraq evdən çıxarılması barədə qətnamə qəbul edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(010)- 1860/2025 saylı qətnaməsinin 24-cü sətrində İddiaçı qeyd edir ki, onun evdən çıxmaması ona əlavə kamunal xərclərə yol açır. Bundan əlavə onu öz evində yaşamağa maneələr yaradır. Qeyd olunanlara hakim hüquqi qiymət verməmiş, hüquq normalarını səhf təfsir etmişdir.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 16.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə ilkin iddia qismən təmin olunmuş, qarşılıqlı iddia rədd olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
21.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
22.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
23.27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 24.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 26.157.4-cü maddəsinə əsasən sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 27.228.1-ci 228.2-ci 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 28.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 29.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
30.30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 31.30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 32.30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 33.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
34.Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi aşağıdakı kimi təfsir vermişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər”. 35.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 37.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisə predmeti olan Bakı şəhəri, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 116-da yerləşən 1 otaqlı mənzil xx.xx.2004-cü il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı tərəfindən əldə edilmiş, mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının X4 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan onların iki övladları - xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-4166/2024 nömrəli qətnaməsinə əsasən X11 və X5 arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2013cü il tarixdə 802 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və azyaşlı uşaqların anasının himayəsində qalması müəyyən edilmişdir. 41.Cavabdeh qayınanası İddiaçı məxsus olan fərdi yaşayış evinə 2013-cü ildə gəlin köçdüyü və hal-hazıradək orada yaşaması işin mübahisələndirilməyən halıdır. 42.Göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2013-cü ildə yarandığıdan və cavabdeh mübahisəli yaşayış sahəsinə köçdüyü zaman mənzil iddiaçının mülkiyyətində olduğundan işin halları qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına əsasən dəyərləndirilməlidir. 43.Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququ rəsmi nikah münasibətinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin iddiaçının oğlu ilə cavabdeh arasındakı nikah münasibətlərinə xitam verilməsi ilə onların ailə münasibətlərinə xitam verilməsinə səbəb olmuşdur. 44.Məhkəmə, iddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi ilə yarandığını və bu hüquqa həmin nikah münasibətinin pozulması ilə də xitam verildiyini, iddiaçının cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda onların arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını nəzərə alaraq hesab edir ki, cavabdeh X2 mübahisəli mənzildən istifadə etmək hüququna, hər hansı hüquqi əsası qalmadığından, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilmişdir. 45.Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqe görə, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. 46.Həmçinin həmin qərarda Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. 47.Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, göstərilənlər iddiaçının mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasına əsas ola bilməz. İşin faktiki halları (iddiaçının maddi vəziyyəti, evin bir otaqlı olması, tərəflərin bir yaşayış sahəsində birgə yaşamalarının mümkün olmaması və s.) nəzərə alındıqda, keçmiş ailə üzvü olan cavabdehin mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması üçün müvafiq ailə-hüquq münasibətlərinin iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı baxımından mümkün görünmür. 48.Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsindən cavabdehin çıxarılmasına dair tələb əsaslı olması səbəbilə təmin olunduğundan, bu tələb ilə əlaqəli olan “mənzilə istifadə hüququnun tanınması”na dair qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməsinə “prosessual qənaət” prinsipi baxımından zərurət yoxdur. 49.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 50.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1860/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev