Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5631/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 Ağahacı oğluna qarşı mülki iş üzrə (Açar sözlər: sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağahacı oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-563/2025 saylı 14 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. xx.xx.2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, birinci tərəf İddiaçı, ikinci tərəf Şahid2dır. Birinci tərəf-satıcı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən 190 kv.m torpaq sahəsini və üzərində tikilən 3 otaqlı, 80 kv. m. Fərdi yaşayış evini-ikinci tərəf-Alıcıya satmışdır. Tərəflər satılan əmlakın ümumi dəyərini 37 000 manata müəyyən etmişlər.
2. İkinci tərəf alıcı ilk olaraq 36800 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə birinci tərəf satıcıya ödədi, qalan iki yüz manatı isə əsas alğı-satqı müqaviləsi bağlananda ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2023-cü il tarixli qəbzin surətindən müəyyən olunur ki, Şahid2 tərəfindən Muğanbank ASC “Qərb” Filialında olan notariat ofisinin depozit hesabına 36 800.00 manat təhvil verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağahacı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz, sahə 2 ünvanında yerləşən evin satılmasından əldə edilmiş 37 000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağahacı oğlundan alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Ağahacı oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Digər cavabdeh xx xxxx 1989-cu il təvəllüdlü Cavabdeh1 isə birgə nikahdan doğulmuşdur. Cavabdehlər faktiki ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Sovxoz sahə 2 saylı ərazidə yerləşən 3 otaqlı 90 kv.m sahəsi olan evini sataraq pulunu mənimsəmişlər. Həmin ev Cavabdeh2 Ağahacı oğlu ilə birgə nikah dövründə alınmasına baxmayaraq, onun alınmasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 heç bir iştirakı olmamış və vəsaiti xərclənməmişdir. Qeyd olunan yaşayış sahəsi bütövlükdə onun şəxsi vəsaiti hesabına alınmışdır. Belə ki, həmin evi almaq məqsədilə, təxminən 1982-ci ildə anası X1 tərəfindən ona hədiyyə edilmiş ümumi dəyəri təxminən % (beş) min manat təşkil edən 3 briliyant qaşları olan qızıl komplekti 5000 manata satmışdır. Eyni zamanda iş yoldaşları ilə ayda 300 manat ödəməklə lotereya oynayıb 3600 manatı və aldığı 300-400 manat maaşdan qənaət edib topladığı 1400 manatı, cəmi 10.000 manat pulla 2013-cü ilin oktyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən dəyəri 10.000 manat olan həmin evi almışdır. Orada yalnız özü qeydiyyatda olmuş, ondan başqa nə digər ailə üzvləri və nə də digər hər hansı bir şəxs qeydiyyatda olmamışdır. Hazırkı mülki iş üzrə cavabdeh olan oğlu Cavabdeh1 özünün həyat yoldaşı və uşaqları ilə birlikdə başqa ünvanlarda kirayədə qalmamaları üçün onların müvəqqəti olaraq orada yaşamalarına razılıq vermişdir. 2013-cü ilin oktyabr ayından başlayaraq 2024-cü ilin iyul ayının 8-nə kimi 5558 manat təşkil edən bütün kommunal haqqlar tərəfindən ödənilmişdir. Eləcə də ünvan 2 ünvandakı evin 255 manat kommunal haqqı da onun tərəfindən ödənilmişdir. Cavabdeh1 və onun ailə üzvlərinin pasport qeydiyyatları hazırkı vaxta kimi faktiki yaşadığı ünvan 3 ünvanında qeydiyyatdadırlar. 05 iyul 2023-cü ildə saat 17:00 radələrində Cavabdeh1 telefonla ona zəng edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 saylı ərazidə yerləşən ona məxsus olan evini satdığını bildirmişdir. Evi satmaq istəmədiyini deməyinə baxmayaraq, o, evi almaq istəyən şəxslə artıq razılaşdığını və bu məqsədlə 1600 manat beh aldığını bildirmişdir. Baxmayaraq ki, cavabdeh əvvəllər də həmin evi satmaq fikrində olduğunu bildirdikdə o evin satılmasına qəti etirazını bildirmişdir. 08 İyul 2023-cü ildə səhər saat 10:00 da Cavabdeh1 yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlmiş, razılığı olmadan ona məxsus evinə görə artıq beh almasına haqq qazandırmaq məqsədilə müxtəlif bəhanələr gətirmişdir. Həmin evi satıb üstünə müəyyən məbləğ də əlavə etməklə ümumi sahəsi daha çox ola bilən ev almaq istədiyini və hamının orada birgə yaşayacaqlarını vəd etmişdir. Onu inandırmasına görə razılaşıb birlikdə 18 saylı Notariat ofisinə getmişlər. Notariat ofisinin əməkdaşları tərəfindən ondan evin satılmasına razı olub-olmamağı soruşulmadan, evin kimə və hansı məbləğə satılması bildirilmədən Notariat kontorunun əməkdaşları tərəfindən qabaqcadan tərtib edilmiş və ona təqdim olunmuş hazır sənədləri tez-tələsik imza etdirmişlər. Lakin evin alqı satqısına görə banka ödənilmiş pul onun tərəfindən deyil, Cavabdeh1 tərəfindən alınmış, həmin pul ona verilməmiş və əvvəlcədən vəd etdiyi kimi ümumi sahəsi daha geniş olan yaşayış evi alınmamışdır. 24 noyabr 2023-cü il tarixdə ona 16 saylı Mediasiyadan digər cavabdeh olan Cavabdeh2 Ağahacı oğlu tərəfindən boşanma ilə əlaqədar müraciət daxil olmuşdur. Cavabdeh2 müraciəti ilə əlaqədar 2023-cü ilin dekabr ayında Mediasiyaya çağırıldıqda həmçinin ona məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz, sahə 2 ünvanında yerləşən evin satılmasından əldə edilmiş 37 000 manat pulun üzərinə xx.xx.2023-cü il tarixdə “Bank of Baku”-nun Əhmədli Filialından götürülmüş 25 000 manat pulu qoymaqla Bakı şəhəri ərazisində ona məlum olmayan ünvanda, cəmi 70 000 manat dəyərində ümumi sahəsi daha geniş olan ev almışlar. Həmçinin boşanma ilə bağlı Cavabdeh2 müraciəti ilə əlaqədar Mediasiyada olduğu zaman əmlak tələbi kimi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küşəsi 13/8 ünvanda yerləşən evin bölünməsi tələbinin qoyulmasına baxmayaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 saylı ərazidə yerləşən ona məxsus olmuş evin satılmasından əldə edilmiş pulla ona məlum olmayan ünvanda yerləşən yeni evin bölünməsi tələbi qoyulmamışdır. O bu tələbə qarşı etirazını cavabdehlərə bildirdikdə onlar, “Binədəki ev bizə qalmalıdır, Bülbülə qəsəbəsindəki ev “sənə” deyib onu yayındırmağa çalışmışlar. Hər iki evin mübahisələndiməsini tələb etsə də, onlar razılaşmadıqlarını bildirmişlər. Yalnız həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlər öz aralarında razılaşmaqla onu aldadaraq daha geniş yaşayış sahəsi olan ev alacaqlarını vəd etməklə aldadaraq onu notariusa aparmış, alqı-satqı müqaviləsinə imza etdirmişlər. Bundan başqa, 30 yanvar 2024-cü ildə yenidən Mediasiyaya çağırıldıqda cavabdehlər müxtəlif vasitələrlə hədə-qorxu və təzyiq edərək Bakı şəhəri, Binə qəsəbəsində yerləşən evindən imtina etməyini “təklif şəklində” tələb etdilər. Onların tələbləri ilə razılaşmayacağı təqdirdə istər özlərinin satdıqları və pulunu götürdükləri həmin evin pulunun yarısını da ondan tələb edəcəklərini, Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən hazırda yaşadığı həmin evi də ondan alıb ona yalnız orada yaşamaq hüququ veriləcəyini bildirdilər. Əks halda yaşamaq hüququ da verilmədən onu evdən qovacaqları ilə hədələmişlər. Qeyd etdiyi məsələyə aid sübut və fakt olaraq səsyazmaları (audio) istənilən zaman təqdim edə bilər. Evin alqısatqısına görə ödənilən 37 000 manat pulun Cavabdeh1 tərəfindən götürülməsinin bankda olan video müşahidə kamerasında qeydə alınmasına, gələcəkdə mübahisə olunacağı təqdirdə video müşahidə kamerasında görünə biləcəyinə görə onlar gözləmə mövqeyini seçərək, Notarius və alqı-satqının rəsmiləşdirildiyi “Muğan” bankın bütün kamera yazılarının 3-4 aydan sonra silinəcəyini və ondan sonra öz çirkin əməllərini həyata keçirəcəklərini planlaşdırmışlar.
6. Cavabdeh1 nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının irəli sürdüyü iddianın heç bir əsası yoxdur və tələb sübüta yetmir. Belə ki, ona məxsus olan sənədin oğurlanması barədə cinayət işi açılmamış, polisə müraciət edilməmişdir. Tam şəffaf şəkildə notariat orqanında alğı-satqı həyata keçirilmişdir. Alğı-satqı zamanı Cavabdeh1 anasının xahişi ilə orada iştirak etmişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçmişdir. Məhkəmə iclasında ev satışında vasitəçi olan Mübariz (makler) də ifadə vermişdir ki, alıcı notariat orqana bir saat gecikdiyindən, o cavabdehlə birlikdə çay içmiş, iddiaçı isə notariat orqanında gözləmişdir. Əgər cavabdeh tərəfindən iddiaçının aldadılması halı mövcud idisə, oradan çıxan kimi bu barədə məhkəməyə müraciət edə bilərdi. Yəni, bununla bağlı iddiaçı tərəfindən hər hansı sübüt təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o ev alğı-satqısı ilə məşğuldur. Cavabdeh1 zəng vuraraq evin satılmasını ona təklif etmiş, bununla bağlı ünvana gedərək evə baxmışlar və evə dair videoçəkiliş apararaq evi satışa çıxarmışlar. Bəyim adlı bir xanım onlara zəng vuraraq evə baxmaq niyyətində olduğunu bildirmişdir. Onlar evə birlikdə baxmışlar və həmin gün evdə Namiqin həyat yoldaşı və uşaqları olmuşdur. Namiqlə alıcı Bəyim arasında evin dəyəri barədə razılaşma əldə olunmuşdur. Lakin Namiq evə dair sənədlərin onun anasının adına olduğunu bildirmişdir. Daha sonra Namiq, onun anası Fərqiyyə və o özü birlikdə notariat orqanına alğı-satqı müqaviləsi bağlamaq üçün getmişlər. Bəyim xanım isə alğı-satqı bağlanan gün tərəflər arasında razılaşdırılmış saatda gəlməmiş və onlar xeyli müddət notariat orqanında Bəyimi gözləmişlər. Bəyim notariat ofisinə gəldikdən sonra tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və pul vəsaiti notariat ofisinin depozit hesabına qoyulmuşdur. Daha sonra kassadan pulu götürmüşlər, lakin o uzaqda olduğundan pulun kimin götürməsini görməmişdir. Daha sonra Cavabdeh1 ona vasitəçi kimi 1000 və yaxud 1200 manat pul vəsaiti vermişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-563/2025 saylı 14 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 36.800 (otuz altı min səkkiz yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi; Cavabdeh1 201 (iki yüz bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında həm iddiaçı, həm də şahid evin satılması ilə bağlı olaraq Cavabdeh1 tərəfindən elan verildiyini, evə baxış keçirilən zaman iddiaçının evdə olmamasını, satıcı İddiaçı ilə alıcı Şahid2 arasında birbaşa razılaşma olmamasını bildirmişdir. İddiaçı evi satmaq niyyətində olmadığını bildirsə də, notariat orqanında müqavilənin bağlanmasında iştirak etmiş, hətta alıcını bir müddət notariat orqanında gözləmiş, lakin notariat orqanına alğı-satqı müqaviləsinin bağlanmasına dair öz etirazını bildirməmişdir. Daha sonra alğı-satqı müqaviləsi bağladığını və sənədlərə imza etdiyini, kassa sənədlərinə qol çəkdiyini, pul vəsaiti kassadan verilərkən sənədi imzaladığını, lakin pulun kassadan birbaşa Namiqə təhvil verildiyini qeyd etmişdir. Məhkəmə işin bu halını inandırıcı və ağlabatan hesab etmir. Belə ki, pul vəsaiti birbaşa alğı-satqı müqaviləsi bağlayan şəxsə təhvil verilməli olduğundan və Cavabdeh1 bu tapşırığın yerinə yetirilməsi ilə bağlı olaraq satıcı tərəfindən etibarnamə verilmədiyindən bu halın mümkün olmasını məhkəmə inandırıcı hesab etməmişdir.
10. Bununla belə məhkəmə iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsini nəzərə alaraq hesab etmişdir ki, evin satılması ilə bağlı vasitəçinin tapılması, onunla razılaşma, evə baxış keçirilməsi, elan verilməsi, müştəri ilə razılaşma kimi hərəkətlərin edilməsi Cavabdeh1 tərəfindən həyata keçirilmiş və cavabdeh tərəf iddiaçının bu kimi hərəkətlər edilməsi ilə bağlı ona tapşırıq verildiyini məhkəmədə sübuta yetirə bilməmişdir. Əksinə iddiaçı tərəf evin satılmasına etiraz etdiyini, evi müştəriyə təqdim etmədiyini, lakin cavabdehin bu evlə bağlı beh aldığını, satıldıqdan sonra daha münasib ev alacaqları ilə bağlı təklifinə sonradan razılaşdığını və ev satıldıqdan sonra digər cavabdehin ondan boşandığını bildirməklə aldadıldığını qeyd etmişdir.
11. İşin faktiki halından müəyyən olunur ki, vasitəçiyə evin satılması ilə bağlı xidmət haqqı kimi pul vəsaiti Cavabdeh1 tərəfindən verilmiş və pulun yalnız az bir hissəsinin onun tərəfindən götürülməsi ağlabatan olmamaqla, inandırıcı deyildir. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh1 əsassız varlanma nəticəsində aldığı 36.800 manat pul vəsaiti İddiaçı qaytarmalıdır.
12. Məhkəmə iddia tələbinin ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin Cavabdeh2 Ağahacı oğlundan tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı tərəf pul vəsaitinin ikinci cavabdehdən tutulmasını xahiş etsə də, ikinci cavabdehin alğısatqı müqaviləsində iştirak etməsi və pulu alması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 385, 386, 389, 646, 647 , 648, 1091 və 1092-ci maddələrinə; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halından müəyyən olunur ki, vasitəçiyə evin satılması ilə bağlı xidmət haqqı kimi pul vəsaiti Cavabdeh1 tərəfindən verilmiş və pulun yalnız az bir hissəsinin onun tərəfindən götürülməsi ağlabatan olmamaqla, inandırıcı deyildir. Buna görə də məhkəmə hesab edir ki, ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş 36800 manat pul vəsaiti Cavabdeh1 tərəfindənİddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin Cavabdeh2 Ağahacı oğlundan tutulması hissəsinə münasibətdə hesab edir ki, iddiaçı tərəf pul vəsaitinin ikinci cavabdehdən tutulmasını xahiş etsə də, ikinci cavabdehin alğı-satqı müqaviləsində iştirak etməsi və pulu alması ilə bağlı hər hansı sübutu alğı-satqı müqaviləsində iştirak etməsi və pulu alması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh MəmmədovNamiq Əliqardaş oğlu əsassız varlanma nəticəsində aldıqlarını iddiaçıya geri qaytarmalıdır. Məhkəmənin mövqeyi bir daha göstərir ki, məhkəmə qanuni əsasları deyil, sadəcə şəxsi mülahizələrini əsas gətirmişdir. Belə ki, elanın Namiq tərəfindən verilməsi normal haldır, çünki elanlar indi elektron formada və internet üzərindən olduğu üçün, iddiaçı yaşlı qadındır və bunlarna anlayışı olmadığı üşün oğlu yəni Cavabdeh1 xahiş etmişdir. Və təbii olaraq iddiaçının qadın olmasını ev alqı satqısı ilə məşğul olan şəxslərin də kişi olmasını nəzərə alaraq oğlulun ana üçün bunu etməsindən daha noraml heçnə ola bilməzdi. Daha sonra məhkəmə qeyd edir ki, Cavabdeh1 satıcı ona etbarnamə vermədiyi təqdirdə notariat orqanında iştirak edib. Yenə də qeyd edtmək istəyirəm ki, hərkəs ev alqı-satqısı zamanı notariat ofisinə gedən zaman mütləq ailə üzvləri ilə bir iştirak edir, buna isə xüSusui etibarnamə nəzərdə tutulmur. Bu şəxslər ana oğul olub. İddiaçın öz xahişi ilə Namiq orda iştirak edib. Daha sonra məhkəmə qeyd edir ki, qismində dindirilən Şahid1 behin Namiq tərəfindənona verildiyini deyir. Əlbətdəki beh Namiq tərəfindən ona verilməli idi, çünki elan paylaşmağı Namiq danışmışdı. Nəzərinizə çatdırım ki, şahid dönədönə qeyd etdi ki, o pulun kassadan kim tərəfindən götrüldüyünü görməmişdir. Hətta qeyd etdi o və Namiq 1 saata yaxın bayırda çayxanada tək çay içiblər. Əgər ev yiyəsi evin satılmasında narazı idisə ordan uzaqlaşa bilərdi yada məcbur edilidiyi ilə bağlı kömək çağıra bilərdi. Məhkəmə isə bu halları nəzərə almamışdır. Daha sonra məhkəmə qeyd edir ki, evin satılması ilə bağlı vasitəçinin tapılması, onunla razılaşma, evə baxış keçirilməsi, elan verilməsi, müştəri ilə razılaşma kimi hərəkətlərin edilməsi Cavabdeh1 tərəfindən həyata keçirilmiş və cavabdeh tərəf iddiaçının bu kimi hərəkətlər edilməsi ilə bağlı ona tapşırıq verildiyini məhkəmədə sübuta yetirə bilməmişdir. Əksinə iddiaçı tərəf evin satılmasına etiraz etdiyini, evi müştəriyə təqdim etmədiyini, lakin cavabdehin bu evlə bağlı beh aldığını, satıldıqdan sonra daha münasib ev alacaqları ilə bağlı təklifinə sonradan razılaşdığını və ev satıldıqdan sonra digər cavabdehin ondan boşandığını bildirməklə aldadıldığını qeyd etmişdir. Lakin məhkəmə undurki, iddiaçı Fərqiyyə Məmmədovadır. Dediklərini sübutetmə vəzifəsi onundur, yəni pulun Namiq tərəfindən alındığını sübut etmə onun vəzifəsidir, Namiqin pulu almamamıs kimi bir vəzifəsi yoxdur. Evin müştəriyə təqfim edilməsinin bu məsələyə heç bir aidiyyatı yoxdur. Söhbət evin alqı-satqısı zamanı notariat ofisindı baş vermiş hadisədən gedir, evdəki təqdimatdan yox. Daha sonra məhkəmə qeyd edir ki, İşin faktiki halından müəyyən olunur ki, vasitəçiyə evin satılması ilə bağlı xidmət haqqı kimi pul vəsaiti Cavabdeh1 tərəfindən verilmiş və pulun yalnız az bir hissəsinin onun tərəfindən götürülməsi ağlabatan olmamaqla, inandırıcı deyildir. Nəzərinizə çatdırım ki, məhkəmə ağılabatanlığı deyil, qanunu üstün tutmalı idi. Belə ki, notariat ofisinin içində fəaliyyət göstərək bank tamam ayrı qurumdur. Həmin bankın filalında mümkün deyilki, kiminsə pulu etibarnamə olmadan digər şəxsə verilsin. Məhkəmə həmin bankın kassasına sorğu vermədən, heç bir görüntü tələb etmədən, ağılabatan sözü ilə iddianı təmin etmidir. Bundan əlavə qeyd etmək istəyirəm ki, məhkəmənin qətnaənin qanunsuzluğunu sübut idən digər faktlar isə aşağdakılardır. Belə ki, xx.xx.2024-cü il tarixdə cavabdehİddiaçı ilə iddiaçı Cavabdeh2 birgə nikah dövründə əldə etdikləriünvan 6 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin tərəflər arasında bölünməsi, bölgü zamanı iddiaçının payının 1/2 hissə,cavabdehin payının isə, 1/2 hissə müəyyən edilməsi barədə və cavabdeh tərəfindən satılıb pulu mənimsənilən Bakı şəhəri, Xəzər rayonu,Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən fərdi yaşayış evininin dəyəri olan 37000 (otuz yeddi min) manat məbləğin yarı hissəsinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişəm. Bu dövrə qədər isə hazırki iddiaçı heç bir iddia ilə məhkəməyə müraciət etməyib. Yalnız xx.xx.2024-cü il tarixdə hazırki uydurma iddia ilə məhkəməyə müraciət edib. O zamana qədər heçmi onun ağlına gəlmirdi ki, pul Namiq tərəfindən zorla əlindən alınıb. Məhkəmə iclasında iddiaçıya verdiyim suallardan biri də bu olub ki, siz niyə pul əlinizdən alınan kimi polisə müraciət etməmisiz. O isə cavabında bütün polis işçilərininpulla işi ört basdır etdiyini bildirib. Həqiqət isə tam aşqa olub. Tərəfimdənsorğular verilib, iddiaçı əvvələr heç yerə bu barədə müraciət etməyib. Buda bir daha iddianın qondarma olduğunu sübut edir. Əlindən külli miqdarda pulu güclə alınan şəxs mütləq hüquq mühaguəz orqanlarına müraciət etməli idi. Bu işin tam qondarma olduğunun bir sübuta da budur ki, xanım dönə-dpnə məhkədə qeyd edir ki, Cavabdeh1 onun doğma övladı deyil, övladlığa götürüb. Bu da obu sübut edir ki, Namiq şərləmək iddiaçı üçün elə də çətin deyil
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştiak edən Cavabdeh1 və onun nümayəndəsivəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. 18.Məhkəmə kollegiyasının iştiak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş olunur. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia ona münasibətdə qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
24.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 25.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 29.1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 30.1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
31.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, iddia rədd edilməlidir.
34. İş materiallarından göründüyü kimi hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin əsassız varlanmaya dair 1091 və 1092-ci maddələrini nəzərdən keçirmişdir.
35. Məhkəmə qeyd etmişdir ki, İddiaçı evi satmaq niyyətində olmadığını bildirsə də, notariat orqanında alğı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş, hətta alıcını bir müddət notariat orqanında gözləmiş, müqavilənin bağlanmasına dair etirazını bildirməmiş, pul vəsaitini kassadan şəxsən alaraq sənədi imzalamışdır. Belə ki, pul vəsaiti birbaşa alğısatqı müqaviləsini bağlayan şəxsə təhvil verilməli olduğundan və Cavabdeh1 bu tapşırığın yerinə yetirilməsi ilə bağlı satıcı tərəfindən etibarnamə verilmədiyindən, əksinin mümkün olması məhkəmə tərəfindən inandırıcı hesab edilməmişdir.
36. Bununla belə, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsini, vasitəçinin tapılması, onunla razılığa gəlməsi, elan verilməsi, evə baxış keçirilməsi, müştəri ilə ilkin razılaşmanın əldə edilməsi proseslərində Cavabdeh1 şəxsən iştirak etməsini, habelə ev satıldıqdan sonra sahəsi daha böyük olan ev alınmasını iddiaçıya təklif etməsini, iddiaçının isə evin satılmasına etiraz etməsinə baxmayaraq bu təkliflə razılaşmasını, lakin ev satıldıqdan sonra digər cavabdehin ondan boşanmaq istədiyini, nəticə etibarılə iddiaçının aldandığını nəzərə alaraq hesab etmişdir ki, bu hərəkətlərin cavabdeh tərəfindən iddiaçının tapşırığı əsasında həyata keçirilmədiyi məhkəmədə sübuta yetirilməmişdir. Belə olan halda da, cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 36.800 manat pul vəsaitini İddiaçı qaytarmalıdır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sərgilədiyi mövqenin ziddiyyətli olduğunu nəzərə alaraq, aşağıdakıları qeyd etməyi zərur sayır.
38. Mülki qanunvericiliyə əsasən, öhdəlik hüquq münasibətləri müqavilədən, zərəri vurulmasından, əsassız varlanmadan və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan yarana bilər. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi və bu əldəetmənin heç bir hüquqi əsasının olmaması (hazırki halda mövcud olmuş əsasın aradan qalxması) kimi şərtlərin mövcudluğu zəruridir.
39. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehin evin satışından əldə ediləcək pul vəsaiti üzərinə müəyyən məbləğ əlavə etməklə ümumi sahəsi daha böyük olan evin alınacağı, eləcə də gələcəkdə həmin evdə birgə yaşayacaqları barədə irəli sürdüyü təklif ilə razılaşdığını qeyd etmişdir. İddiaçı, özünə məxsus evin satılması istiqamətində müəyyən hərəkətlər etdiyini də bu əsasla izah etmişdir. Hazırda məhkəməyə müraciət etməsini isə cavabdehin verdiyi vədlərin realaşmaması ilə əsaslandırmışdır.
40. Belə olan halda da alqı-satqı müqaviləsinin bağlanması nəticəsində əldə olunmuş pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilib-verilməməsi, bu hal öz təsdiqini tapdığı təqdirdə isə həmin pul vəsaitinin cavabdeh tərəfindən razılaşdırılmış məqsəd üzrə, yəni ümumi sahəsi daha böyük olan evin alınmasına sərf edilib-edilməməsi hallarının mövcudluğu müəyyən edilməlidir.
41. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
42. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
43. Kollegiya sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməsi baxımından hesab edir ki, iddiaçı tərəfindən müvafiq məbləğdə pulun cavabdehə verildiyi və daha sonra həmin pulun cavabdeh tərəfindən razılaşdırılmış şərtlərdən kənar sərf edildiyi halları öz təsdiqini tapmalıdır. Belə ki, iddiaçı iddianın faktiki əsasını təşkil edən halı - cavabdehə müvafiq məbləğdə pul verdiyini sübuta yetirdiyi təqdirdə, cavabdeh, onun tərəflər arasında əldə olunmuş razılaşmaya uyğun şəkildə davrandığını, yəni ondan gözlənilən nəticəni əldə etdiyini sübut etmək yükünü daşıyacaqdır.
44. İş materiallarında mövcud olan sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən vəd olunmuş hərəkətlərin icrası məqsədilə müvafiq məbləğdə pulun verildiyi halın öz təsdiqini tapmadığı müəyyən edilmişdir.
45. İddiaçı iddianın əsasını təşkil edən halların sübutu kimi məhkəmədə dindirilmiş şahidin ifadəsinə istinad etsə də, həmin ifadə iddia olunan halların mövcudluğunu, xüsusilə də iddiaçının mübahisə predmetini təşkil edən pul məbləğini kassadan məxaric etdikdən sonra (iddiaçı məhkəmə iclasında pul məbləğini notariusun depozit hesabından məxaric etdiyini etiraf etmişdir) cavabdehə təhvil verdiyini etibarlı şəkildə təsdiq etmir.
46. İddiaçı tərəfindən bir ildən artıq müddət ərzində göstərilən məbləğdə pulun qaytarılmasının tələb edilməməsi, bu məqsədlə hüquq-mühafizə orqanlarına müraciət olunmaması, habelə yalnız digər cavabdehin məhkəməyə müraciətindən sonra hazırkı iddianın qaldırılması halları ağlabatan və inandırıcı şəkildə izah edilməmişdir. Bundan əlavə, iddiaçı cavabdehin mübahisəli vəsait həcmində onun hesabına varlandığını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
47. Kollegiya tərəfindən iş üzrə müəyyən edilmiş hallardan isə görünür ki, müvafiq məbləğ xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə Şahid2 tərəfindən notariusun depozit hesabına köçürülmüş, sonradan isə həmin məbləğ İddiaçı tərəfindən məxaric edilmişdir. Pul vəsaitinin müəyyən hissəsi cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin bağlanması prosesində vasitəçi qismində iştirak etmiş şəxsə verilmişdir.
48. İş üzrə müəyyən edilmiş bu halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında pulun verilməsi ilə əlaqədar hər hansı öhdəlik hüquq münasibətləri yaranmamışdır və belə olan halda da iddiaçının istinad etdiyi məbləğdə pul vəsaitini cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
49. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiada göztərilən halların öz təsdiqini tapmadığı, yəni iddiaçının cavabdehə istinad etdiyi məbləğdə pul vəsaiti verdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyi təqdirdə hazırkı iddianın təmin edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəfindən baxılan iş üzrə işin faktiki halları lazımi qaydada araşdırılmamış, müvafiq maddi hüquq normalarının şərtləri tətbiq edilməklə işin faktiki halları yoxlanılmamışdır.
50. Belə olan halda iddiaçı özünə məxsus pulun geri qaytarılmasını Cavabdeh1 tələb etməkdə haqlı olmamışdır, yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu da müəyyən olunmur.
51. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-563/2025 nömrəli, 14 iyul 2025ci il tarixli qətnaməsi qismən – iddianın Cavabdeh1 münasibətdə təmin olunduğu hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev