Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5635/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, 22 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh1 Əliəkbər oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Əliəkbər oğlunun cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X6 və X3 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması tələbinə dair iddia tələbinin təmin edilməməsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 (X1 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X6 və X3 qarşı pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Əliəkbər oğlu qətnamədən apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh1 Əliəkbər oğlu və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 hüquqi varisi X8 şikayət vermiş, Bakı şəhəri Apellyasiya Məhkəməsinin 2(103)-7250/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayətlər təmin olunmamış və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya icraatına götürülmüş və apellyasiya icraatında mülki işə baxılarkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 şikayət vermişlər. Onların şikayəti ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadı ilə cavabdehlərin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verdikləri şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1570/2024 saylı, 06 fevral 2024-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 şikayət qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan cavabdeh X6 tərəfindən verilən kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1400/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Bundan sonra, cavabdeh X7 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 60/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdeh X2 şikayəti qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı yuxarı instansiya məhkəməsi tərəfindən baxılmışdır. Hazırda cavabdeh X2 mübahisələndirdiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı apellyasiya qaydasında yoxlanıldığından hazırki şikayətə təkrarən baxılması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Həmin qərardadda qeyd edilmişdir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. X2 mübahisələndirdiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı apellyasiya qaydasında yoxlanıldığından hazırki şikayətə təkrarən baxılması üçün əsaslar müəyyən edilmədiyindən, onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayət geri qaytarılmalıdır. Bu qərardaddan cavabdeh X5 şikayət verib ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, 23 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Çünki şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə tərkibi hesab edir ki, mübahisələndirilən qərardad apellyasiya qaydasında yoxlanıldığından onun təkrarən yoxlanılması yolverilməz sayılır. Üstəlik şikayət verən şəxsin bunu bildiyi halda yenidən eyni qərardaddan şikayət verməsi açıq-aşkar hüquqdan sui-istifadə etmə hesab edilir. Çünki bu cür şikayətlər nəticəsində uzun müddətdir ki, iddiaçının apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması mümkün olmur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5635/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5635/2024
23.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver