Məhkəmə qərarları › İş №2(103)-5637/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5637/2022

20.12.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5637/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Qafarova X12 qarşı “subroqasiya hüququ əsasında pulun tutulması” tələbinə dair mülki iş üzrə İş № 2(103)-5637/2022 Açar sözlər: (sığortaçının subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(004)-4236/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X2 istifadəsində olan “Porsche Cayenne” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən Fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası üzrə 08 avqust 2014-cü il tarixdən 07 avqust 2015-ci il tarixədək sığortalanmışdır. 2.03 iyun 2015-ci il tarixdə saat 18.30 radələrində Bakı şəhərinin Z.Əliyeva küçəsi və R.Zorgi küçələrinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobil və Cavabdeh2 mülkiyyətində olan, Cavabdeh1 idarə etdiyi “X18 111 CDİ” markalı, **-FL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillər toqquşmuşlar. 3.İddiaçı tərəfindən sığortalanmış “Porsche Cayenne” markalı avtomobilə dəymiş ziyanın məbləği 36603 manat məbləğində müəyyən olunmuş və azad olma məbləği çıxılmaqla, 31 iyul 2015-ci il tarixdə sığortalıya 36103 manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından, 4867,03 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmişdir. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsiri olduğunu qeyd edərək, cavabbehlər Cavabdeh1 və Cavabdeh2 31235,97 manat pulun tutulmasını tələb etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Qafarova X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 31235,97 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 31265,97 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 iyun 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “X18 111 CDİ” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Z.Əliyeva küçəsi ilə R.Zorge küçəsinin kəsişməsində hərəkət edən zaman yol nişanının tələbini pozmuş, nəticədə "xxxx" ASC-də “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” növü üzrə sığortalanmış “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Səbail RPİ-nin İstintaq Şöbəsi tərəfindən tərtib olunmuş 22 iyun 015-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh1 müəyyən edilmiş və şəxs barəsində AR İXM-nin 151.3-cü maddəsi ilə inzibati məsuliyyət tədbirləri görülməsi üçün toplanmış material Səbail RPİ-nin DYPŞ-yə göndərilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 36603 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və K 23/340 saylı 28 iyul 2015-tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 36103 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mulki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 4867,03 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. 6.Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, 2016-cı il tarixdə artıq bir dəfə məhkəməyə müraciət edilmiş, cavabdehin vəkilinin vəsatəti ilə iddia ərizələri baxılmamış saxlanılmışdır. Daha sonra onlar Tern Trasporta qarşı 2 saylı inzibati iqtisadi məhkəmədə iddia qaldırmış və iddia tələbləri rədd edilmişdir. Həmin qərardan yuxarı instansiyalara şikayətlər edilmiş, lakin məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbən də, yenidən məcbur olaraq hazırki cavabdehlərə qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişlər. Baş vermiş hadisə nəticəsində xəsarət almış şəxs olduğu üçün ilk növbədə cinayət işi açılmış, sonra isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh1 barəsində inzibati protokol tərtib edilmişdir. Cavabdehin təqsirkar olması barədə forma 4 arayışı vardır. Avtotexniki ekpsertiza nəticəsində də, Cavabdeh1 yol-nəqliyyat hadisəsində günahkar olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş ettmişdir. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs hər hansı bir qərarla təqsirli bilinməmişdir. Təqsiri bilinmədiyi üçün ona qarşı hər hansı bir iddianın irəli sürülməsi əsassızdır. Yol-nəqliyyat hadisəsi nəticəsində “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil günahkardır. Belə ki, həmin nəqliyyat vasitəsinin sahibi yolda quraşdırılmış nişanların tələbinə məhəl qoymadan baş yolda olan və cavabdeh tərəfindən idarə edilmiş avtomobillə toqquşaraq qəza törətmişdir. Ekpertin rəyi mülki prosessual qanunvericiliyə görə predusial əhəmiyyət daşımır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözü gedən nəqliyyat vasitəsi Tern Trasporta məxsusdur və həmin avtomobillə fəhlələri evlərinə aparırdı. Daima həmin yoldan istifadə etmiş və heç zaman belə bir hadisə ilə qarşılaşamamışdır. Belə ki, onun yolundan “Baş yol” nişanı, iddiaçının sığortaladığı nəqliyyat vasitəsinin qarşısında isə “Yol ver” nişanı olmuşdur. O, həmin nişana arxayın olaraq hərəkət etmiş, digər nəqliyyat vasitəsi olan “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil qarşı yola çıxaraq qəza törətmişdir. Qadın sürücünün əri ona bildirmişdir ki, “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü artıq ikinci maşını yararsız hala salmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 9.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 iyul 2021-ci il tarixli, 2(004)-4236/2021 saylı qətnaməsi ilə (sədrlik edən Toğrul-Axundov) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 31265,97 manat məbləğin tutulması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 10.Fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək sığortalanmışdır. 11."xxxx" MMC-nin təmir xərcləri barədə xx.xx.2015-ci il tarixli arayışından görünür ki, “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün ümumilikdə 36603 manat məbləğində xərc tələb olunur. 12.Sığorta aktının surətindən görünür ki, “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 36603 manat təşkil etmiş, azad olma məbləği çıxıldıqdan sonra nəqliyyat vasitəsinin sahibinə 36103 manat ödəniş edilmişdir. 13.Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2015-ci il tarixli qərardan görünür ki, vətəndaş X3 YNH nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sürücü Cavabdeh1 AR İXM-nin 151.3cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Səbail RPİ DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 14.Ekspertiza Mərkəzinin xx.xx.2015-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X16” AR Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. İstintaq tərəfindən göstərilən şəraitdə “X18 111 CDİ” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “X16” AR Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 15.Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təşkili sahəsində istifadə olunar bütün yol nişanları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “X4 Komıssiyası”nın qərarı əsasında DİN BDYPi-nin “Siqnal” İLİ İdarəsi tərəfindən quraşdırılır. Müraciətlə bağlı xx.xx.2015-ci il tarixdə Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzüna və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola nərəkət” yol nişanlarının mövcud olması muəyvən edilmişdir. Lakin qeyd olunan yol ayrıcındakı yol nişanları ərazidə quraşdırılmış müşahidə izləmə kameralarının görüntü dairəsinə daxil olmadığından yol nəqliyyat hadisəsi baş vermiş anda həmin yol sahəsindəki nişanların vəziyyəti barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. 16.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-383/19 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)176/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17.Məhkəmə müəyyən etmişdir ki, 03 iyun 2015-ci il tarixdə Bakı şəhəri, Z.Əliyeva küçəsi ilə R.Zorge küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “X18 111 CDİ” markalı, **-FL-*** dövlət nömrə nişanlı avtomobil ilə "xxxx" ASC-də “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” növü üzrə sığortalanmış X2 idarə etdiyi “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 36103 manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31235,97 manat ödənişinin tutulmasını xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-259/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Daha sonra iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-383/19 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)-176/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31235,97 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2015-ci il tarixli məktubuna əsasən, xx.xx.2015-ci il tarixdə yəni, hadisə baş verən zaman Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzüna və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola nərəkət” yol nişanlarının mövcud olması muəyyən edilmişdir. Göründüyü kimi baş vermiş yolnəqliyyat hadisəsi zamanı yol-nəqliyyat hadisəsi işitrakçısı olmuş “Porsche Cayenne” markalı, **- KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7, 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının tələblərini pozaraq yol-kəsişməsinə daxil olarkən soldan gələn nəqliyyat vasitəsini gözləməmiş, düzünə hərəkət edərək Cavabdeh1 idarət etdiyi nəqliyyat vasitəsinin sağ orta hissəsi ilə toqquşmuşdur. İşin bu halı məhkəmə iclası zamanı tədqiq edilmiş hadisə zamanına aid olan video görüntülə ilə də, öz təsdiqini tapmışdır. Eyni zamanda işin araşdırılmış halları ilə cavabdehin Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirkar olunmasına dair nə inzibati protokol, nə də inzibati qərarın mövcudluğu müəyyən edilməmişdir. İddiaçı tərəf yalnız müvafiq iş üzrə keçirilmiş ekspert rəyinə istinad edərək, cavabdeh tərəfin yol-nəqliyyat hadisəsində təqsirkar olduğunu iddia etmişdir. 19.Məhkəmə qeyd etmişdir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. 20.Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 88, 106.1-ci, İnzibat Xətalar Məcəlləsinin 8.1, 8.2, 11.1-ci maddələrinə istinad eğmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 21.İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2021-cu il tarixli, e-2(004)-4236/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfin sübut qismində məhkəməyə təqdim etdiyi və Yasamal Rayon Məhkəməsinin qətnamədə qeyd etdiyi Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, müraciətlə bağlı Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən 25 iyun 2015-ci il tarixinə olan vəziyyət göz önünə gətirilmişdir. Lakin barəsində bəhs olunan yol-nəqliyyat hadisəsi 03 iyun 2015-ci il tarixdə baş vermişdir. Müvafiq yol-nəqliyyat hadisəsini özündə əks etdirən video-yazıya baxdıqda bir daha aydın olur ki, 03 iyun 2015-ci il tarixdə, hadisə baş verən anda həmin ərazidə heç bir nizamlayıcı yol nişanı mövcud olmamışdır. Eyni zamanda hadisə yerinə cəlb olunmuş Cəmiyyətin qəza komissarlarının çəkdikləri hadisə yerinin fotoşəkilləri bir daha göstərir ki, hadisə anında nizamlayıcı yol nişanlarına rast gəlinməmişdir. Bu baxımdan cavabdeh tərəfin təqdim etdiyi Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2015-ci il tarixli məktubunu bu iş üzrə sübut kimi qəbul etmir və əsassız hesab edir. Bundan əlavə, tərəflərindən təqdim olunan ekspert rəyi yetərincə sübut qismində dəyərləndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası növündə keçirdiyi ekspertiza nəticəsində gəldiyi qənaətin əks olunduğu 12266 nömrəli 17 iyun 2015-ci il tarixli rəyin nəticəsində qeyd olunur ki, “Porsche Cayenne” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "X16" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Lakin “X18-111 CDİ” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində "X16" AR Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bəhs olunan maddədə qeyd olunur ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Bütün bunlar bir daha sübut etmiş olur ki, Cavabdeh1 hadisənin baş verməsində təqsirli olmuşdur. Yuxarıda qeyd olunan ekspert rəyindən, həmçinin cavabdeh tərəfin təqdim etdiyi video-yazıdan aydın olur ki, 03 iyun 2015-ci il tarixdə Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsində təqsirli olan tərəf məhz Cavabdeh1dur. Çünki hadisə baş verən zaman yollarda heç bir nizamlayıcı yol nişanı olmamışdır. Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarı digər sübutların fonunda tutarlı sübutlar kimi qiymətləndirmiş və onların olmadığı üçün Cavabdeh1 təqsirinin olmadığı qənaətinə gəlmişdir. Lakin inzibati məsuliyyətə cəlb edilmə mülki-hüquqi məsuliyyət daşımanın ilkin və məcburi şərti kimi çıxış etmir. Əks halda preyudisiallıqdan söhbət gedə bilər ki, bu hal da qanunvericilikdə birbaşa öz əksini tapmalıdır. Cavabdehin mülki-hüquqi məsuliyyət daşıması həmçinin tərəflərindən iddia ərizəsinə əlavə edilən cinayət işinin rədd edilməsi haqqında qərarda və yol-nəqliyyat hadisəsinin təfərrüatları barədə arayışda (Forma 4) da öz təsbitini tapır. 23.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)- 9133/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2021-cu il tarixli, 2(004)-4236/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 24.Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla, əsaslı sayıla və təmin edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 26.İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-9133/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 27.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(102)- 2429/2022 saylı qərarı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)- 9133/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. 28.Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. 29.Belə ki, ilk olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddianı rədd edən birinci instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən hadisə zamanına aid olan video görüntüyə istinad etsə də, iş materiallarına belə video görüntünü özündə əks etdirək elektron daşıyıcı (CD disk, fleş-kart) əlavə olunmamış, həmçinin birinci instansiya məhkəməsinin protokollarında bu video görüntülərə baxış keçirilməsi qeyd olunmamışdır. 30.Belə olan halda, məhkəmə qətnaməsini qanunla müəyyən olunmuş qaydada tədqiq olunmamış sübutlarla əsaslandırmaqla MPM-in 217.4-cü maddəsinin tələblərini pozmuşdur. 31.Apellyasiya instansiyası məhkəməsi isə həmin prosessual pozuntunu aradan qaldırmamış, özü də tədqiq etmədiyi video görüntülərə istinad etməklə, apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. 32.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məsələ iddiaçının sığortaladığı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə Cavabdeh1 mülki məsuliyyət daşıyıb-daşımamasıdır. 33.Məhkəmə kollegiyası razılaşır ki, hazırki işdə Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsinə təqsirli olmasını təsdiq edən müvafiq səlahiyyətli orqanın və ya məhkəmənin qərarı mövcud deyil. 34.Lakin məhkəmələrin İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə istinad etməsi və onun təqsirsizliyini sübut etməyə borclu olmamasını göstərməsi əsassızdır. Belə ki, hazırki işdə cavabdehin inzibati məsuliyyəti deyil, deliktə görə mülki məsuliyyət daşıması araşdırılmalıdır. 35.Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri mülki qanunvericiliyin deliktlə əlaqədar normalarına uyğun müəyyən edilməlidir. 36.Bu zaman nəzərə alınmalıdır ki, mülki məsuliyyətin müəyyən olunması üçün əsas araşdırılmalı olan məsələ yol-nəqliyyat hadisəsi baş verən zaman hadisə yeri olan yol kəsişməsində hansı istiqamətdən gələn avtomobillərin hərəkət üstünlüyünə malik olmasıdır. 37.Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr iddiaçı tərəfindən sığortalanmış avtomobilə vurulmuş zərərə görə mülki məsuliyyətin müəyyən olunması məqsədi ilə işdə olan bütün sənədləri tədqiq etməli və onlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlməlidirlər. 38.Lakin apellyasiya məhkəməsi yalnız cavabdeh tərəfindən təqdim olunmuş Bakı şəhəri BPİ DYPİ-nin 29 iyun 2015-ci il tarixli məktubuna istinad edərək, hesab etmişdir ki, sığortalanmış avtomobilin sürücüsü yol nişanının tələblərini pozaraq yol kəsişməsinə daxil olarkən soldan gələn nəqliyyat vasitələrini gözləməmiş, düzünə hərəkət etmiş və toqquşma baş vermişdir. 39.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr istinad etdikləri Bakı şəhəri BPİ DYPİ-nin 29 iyun 2015-ci il tarixli məktubunun hazırki iş üzrə sübuti əhəmiyyətə malik olub-olmamasına MPM-in 88 və 218.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişlər. Belə ki, məktubun məzmunundan da görünür ki, orada hadisə yerində 25 iyun 2015-ci il tarixdə olan yol nişanları barədə məlumat əks olunmuşdur. Halbuki, yol-nəqliyyat hadisəsi 03 iyun 2015-ci il tarixdə baş vermişdir. 40.Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Səbail rayon Polis İdarəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli qərarda Cavabdeh1 “X16” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərar və toplanmış materiallar, o cümlədən yol-nəqliyyat hadisəsinin iştirakçılarının ilkin izahatları hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, işin obyektiv həlli üçün sübut qismində qiymətləndirilə bilər. 41.Belə ki, Cavabdeh1 Səbail RPİ-yə verdiyi izahatında göstərmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobilin daxil olduğu yol kəsişməsində onun yolunda üstünlük nişanı olmamış və Z.Əliyeva küçəsində “Yol ver” nişanının olmasını düşünsə də, həmin zaman həmin nişanın mövcudluğuna fikir verməmişdir. 42.Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan X8 isə izahatında göstərmişdir ki, əvvəllər həmin yol ayrıcında Z.Əliyeva küçəsindən gələn maşınlar üçün “Yol ver” yol nişanı var idi və Zorgi küçəsi ilə hərəkət edən avtomaşınlar baş yolda sayılırdılar. Lakin həmin gün qəzadan sonra o, yol nişanının yerində olub-olmadığına baxarkən, həmin yol nişanının yerdə olmasını görmüşdür. 43.X7 bu məsələ ilə bağlı izahatında hər hansı bir məlumat verməmişdir. 44.Göründüyü kimi, hadisə yerində nəqliyyat vasitələrinin hərəkətinin hansı qaydada tənzimlənməsi ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. X1 bu məsələ ilə bağlı konkret məlumat verərək, Z.Əliyeva küçəsi ilə hərəkət edən avtomobillərə aid “Yol ver” yol nişanının mövcud olduğunu, lakin yerdə olmasını qeyd etmişdir. Həmin yol nişanının kim tərəfindən, hansı məqsədlə və nə vaxt yerə salınması, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yerə düşməsinin mümkünlüyü, nə vaxt bərpa edilməsi iş materialları ilə müəyyən olunmur. c) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d) Məhkəmə icraatı iştirakçılarının izahatları 45.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş edərək, iddia ərizəsi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. 46.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, Cavabdeh2 avtomobili idarə etmək üçün Cavabdeh1 etibarnamə vermişdir. Buna görə də, Cavabdeh2 heç bir məsuliyyəti yoxdur. 47.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş, izahatında qeyd etmişdir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində hər hansı təqsirinin olması, zərərlə təqsir arasında hər hansı səbəbli əlaqə müəyyən olunmur. Bakı şəhəri Səbail rayon Polis İdarəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli qərarı qüvvədə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qanunsuz hesab edilərək ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil günahkardır. Belə ki, həmin nəqliyyat vasitəsinin sahibi yolda quraşdırılmış nişanların tələbinə məhəl qoymadan baş yolda olan və cavabdeh tərəfindən idarə edilmiş avtomobillə toqquşaraq qəza törətmişdir. Ekpertin rəyi mülki prosessual qanunvericiliyə görə predusial əhəmiyyət daşımır. Həmin rəy hadisə yerin baxış keçirilməsi barədə protokol əsasında verilmişdir. Hansı ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hadisə yerinin müayinəsi ətraflı keçirilməmiş, iş üzrə aparılması mümkün olan bütün hərəkətlər həyata keçirilməyərək, mümkün olan bütün sübutlar toplanılmamış, izahatlar arasında ziddiyyətlər aydınlaşdırılmamışdır. Əksinə işdə olan məktubların cavablarından da görünür ki, “Porsche Cayenne” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin yolunda “Yol ver” nişanı olmuşdur. Xahiş etmişdir ki, məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılsın. 48.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmiş Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 49.Maddə 21.1.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 50.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 51.Maddə 883.1.Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 52.Maddə 916.1.Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 53.Maddə 936.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 54.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 55.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 56.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 57.Maddə 9.1.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 58.Maddə 9.3.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 59.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 60.Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 61.Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 62.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 63.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 64.Maddə 103.1.Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 65.Maddə 103.2.Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 66.Maddə 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 67.Maddə 218.1.Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 68.Maddə 220.4.Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 69.Maddə 372.2.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 70.“F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 71.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 72.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 73.Maddələr 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 74.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 75.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 76.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(004)-4236/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. 77.Belə ki, ilk olaraq kollegiya kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunanlara əsasən bildirir ki, iddianı rədd edən birinci instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən hadisə zamanına aid olan video görüntüyə istinad etsə də, iş materiallarına belə video görüntünü özündə əks etdirək elektron daşıyıcı (CD disk, fleş-kart) əlavə olunmamış, həmçinin birinci instansiya məhkəməsinin protokollarında bu video görüntülərə baxış keçirilməsi qeyd olunmamışdır. Belə olan halda, məhkəmə qətnaməsini qanunla müəyyən olunmuş qaydada tədqiq olunmamış sübutlarla əsaslandırmaqla MPM-in 217.4-cü maddəsinin tələblərini pozmuşdur. Həmçinin qətnamə maddi hüquq normalarının tələblərini pozmuş, hazırki mübahisəyə deliktlə bağlı mülki qanunvericiliyin normalarına əsasən qiymət verməli olduğu halda, İnzibati Xətalar Məcəlləsinin maddələrinə istinad etmişdir. 78.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. 79.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 80.Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. 81.Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkətvə yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır (§ 55-57). 82.Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məsələ iddiaçının sığortaladığı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə Cavabdeh1 mülki məsuliyyət daşıyıb-daşımamasıdır. 83.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı işdə Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsinə təqsirli olmasını təsdiq edən müvafiq səlahiyyətli orqanın və ya məhkəmənin qərarı mövcud deyil. 84.Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, mülki məsuliyyətin müəyyən olunması üçün əsas araşdırılmalı olan məsələ yol-nəqliyyat hadisəsi baş verən zaman hadisə yeri olan yol kəsişməsində hansı istiqamətdən gələn avtomobillərin hərəkət üstünlüyünə malik olmasıdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr iddiaçı tərəfindən sığortalanmış avtomobilə vurulmuş zərərə görə mülki məsuliyyətin müəyyən olunması məqsədi ilə işdə olan bütün sənədləri tədqiq etməli və onlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlməlidirlər. Bakı şəhəri Səbail rayon Polis İdarəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli qərarda Cavabdeh1 “X16” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərar və toplanmış materiallar, o cümlədən yol-nəqliyyat hadisəsinin iştirakçılarının ilkin izahatları hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, işin obyektiv həlli üçün sübut qismində qiymətləndirilə bilər. 85.Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən qeyd edir ki, qüvvədə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(009)-91/2022 saylı qərarı ilə Səbail rayon RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Rzayevin cinayət işinin rədd edilməsinə dair 22 iyun 2015-ci il tarixli qərarından Cavabdeh1 vəkili X17 tərəfindən verilmiş şikayət təmin edilərək, Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Rzayevin cinayət işinin rədd edilməsinə dair 22 iyun 2015-ci il tarixli qərarı ləğv edilərək, qərarda qeyd olunmuş hallar üzrə şikayətə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə hüquqi qiymət verilməsi və materialın əlavə araşdırılma aparılması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. 86.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(009)-91/2022 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, ararılan araşdırma zamanı şikayət üzrə mövcud hüquqi vəziyyətə kifayət qədər ayınlıq və müəyyənlik gətirilməmiş, hadisə yerinin müayinəsi ətraflı keçirilməmiş, iş uzrə aparılmış mümkün bütün hərəkətlər həyata keçirilməyərək, mümkün sübutlar toplanılmamış, izahatlar arasında ziddiyyətlər araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. 87.Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 88.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki halda sübutetmə yükü birbaşa iddiaçının üzərinə düşür. 89.Kollegiya qeyd edir ki, Səbail rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Rzayevin cinayət işinin rədd edilməsinə dair 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunan ekspert rəyi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(009)-91/2022 saylı qərarında qeyd olunmuş hadisə yerinin müayinəsinin ətraflı keçirilməməsi nəticəsində tərtib edilmiş protokol və ziddiyyətləri araşdırılmamış ifadələr əsasında verildiyindən, mötəbər sübut kimi qəbul oluna bilməz. 90.Digər tərəfdən kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunmuş yol-nəqliyyat hadisəsinin iştirakçılarının ilkin izahatlarının sübut kimi qiymətləndirilməsi ilə bağlı kollegiya hesab edir ki, həmin izahatların ziddiyyətli olması Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(009)-91/2022 saylı qərarı ilə qiymət verildiyindən, mötəbər sübut kimi qəbul oluna bilməz. 91.Beləliklə mülki işdə olan Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2015-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təşkili sahəsində istifadə olunar bütün yol nişanları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “X4 Komıssiyası”nın qərarı əsasında DİN BDYPi-nin “Siqnal” İLİ İdarəsi tərəfindən quraşdırılır. Müraciətlə bağlı xx.xx.2015-ci il tarixdə Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzüna və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola nərəkət” yol nişanlarının mövcud olması muəyvən edilmişdir. Lakin qeyd olunan yol ayrıcındakı yol nişanları ərazidə quraşdırılmış müşahidə izləmə kameralarının görüntü dairəsinə daxil olmadığından yol nəqliyyat hadisəsi baş vermiş anda həmin yol sahəsindəki nişanların vəziyyəti barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. 92.Kollegiya qeyd edir ki, hazırki mülki iş üzrə prosessual müddət keçsə də belə, kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla, mübahisənin qanuni həlli üçün hadisə yerində məhz hadisə baş verdiyi gün yol hərəkətinin hansı qaydada tənzimlənməsi, hansı yol nişanlarının mövcud olmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin Siqnal İLİ İdarəsinə, Bakı Nəqliyyat Agentliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X20 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X20 İdarəsinə müvafiq sorğular edilmiş, lakin heç bir qurumdan məsələyə aydınlıq gətirə biləcək cavab əldə edilməmişdir. 93.Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin Siqnal İLİ İdarəsinin 11 oktyabr 2022-ci il tarixli, № 016-126204-1222 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 02 aprel 1902 saylı fərmanı ilə Bakı şəhəri inzibati ərazisində yerləşən TNV-nin (işıqfor və yol nışanları) Bakı Nəqliyyat Agentliyinə verilmişdir. 94.Bakı Nəqliyyat Agentliyi 26 oktyabr tarixli, 09-xx-xx/01439 nömrəli məktubu ilə bildirimişdir ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli 709 nömrəli fərmanı ilə yaradılmışdır. Bu səbəbdən qeyd olunan məsələ ilə bağlı məlumatları yoxdur. 95.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin 12 dekabr 2022-ci il tarixli, 157954-1222 nömrəli məkutbu ilə məyyən edilmişdir ki, məhkəmə sorğusu baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilmişdir. 96.Göründüyü kimi Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmasını təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır. 97.Kollegiya apellyatorun apellyasiya şikayətinə əlavə etdiyi diskə münasibətdə qeyd edir ki, iddia ərizəsi sübutlarla birlikdə iddiaçı tərəfindən məhkəməyə verilmiş, iddiaçı tərəfin nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş disk isə yeni sübut olmaqla, kollegiya tərəfindən apellyasiya mərhələsində qəbul olunmamışdır (§ 70) 98.Əksinə xx.xx.2015-ci il tarixdə Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzüna və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola nərəkət” yol nişanlarının mövcud olması muəyyən edilmişdir. Bunun əksi-yəni xx.xx.2015-ci ildə hadisə vaxtı Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin” nişanının olmaması ilə bağlı iddiaçı tərəfindən sübutlar təqdim olunmamışdır. 99.Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının tələbində əsaslandırdığı halları-deliktin baş verməsində cavabdehin təqsirli olmasını təsdiq edəcək mötəbər sübutlar olmadığından, iddia tələbi təmin edilə bilməz. 100.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(004)- 4236/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar