Məhkəmə qərarları › İş №2(103)-5637/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5637/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5637/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (Borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Könül Seyidələkbər qızı Əhmədovanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh X4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(005)-1716/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməklə, cavabdeh isə su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə etməklə faktiki olaraq müqavilə münasibətlərinə girmişlər. 2.İddiaçı müqavilə üzrə cavabdeh tərəfdinən xidmətlərdən istifadəyə görə yaranmış borcun ödənilməməsinə görə hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdeh X1 təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 417,30 manat borcun (abonent kodu: **********020) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq “Azərsu" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu **********020) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 27 fevral 2023-cü il tarixinə 417,30 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 2 nəfər normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadı olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. “Azərsu" ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 21 fevral 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1vabdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddianın təmin edilməməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılmasına dair qeyd edilən ünvan üzrə qüvvədə olan müqavilə mövcud deyildir və o, başqa mənzildə yaşayır və ayrı abonent kodu ilə istifadə etdiyi suyun haqqını mütəmadi olaraq vaxtında ödəyir. Cavabdeh 2015-ci ildə yazılı ərizə ilə "xxxx" ASC-yə müraciət edərək mənzildə yaşayış olmadığından aralarındakı müqaviləyə xitam verilməsini xahiş etmişdir. Son hesablaşma edildikdən sonra “Azərsu" ASC-dən ona müqaviləyə xitam verildiyi, lakin mənzil birinci mərtəbədə yerləşdiyindən onu su xəttindən ayırmağın mümkün olmadığı, belə olan halda yuxarı mərtəbədə yerləşən mənzillərin su təchizatında problem yaşanacağı, artıq aralarındakı müqaviləyə xitam verildiyindən Cavabdeh onlar qarşısında bundan sonra heç bir öhdəliyinin qalmadığını bildirilmişdir. Məhz bu səbəbdən də keçən uzun müddət ərzində sudan istifadəyə dair ödənişin edilməsi ilə bağlı iddiaçıdan heç bir tələb, bildiriş daxil olmamışdır. İddiaçının ərizəsində göstərdiyi "hər ay bildiriş verilsə də, cavabdehin ödəniş etməməsi" iddiası tamamilə əsassız olub, heç bir faktla sübut edilmir. Belə ki, 10 il ərzində mütəmadi olaraq bildiriş verildiyi iddia edilsə də, heç bir bildirişin surətinin ona təqdim edilməsi və alınması barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. Əgər tərəflər arasında qüvvədə olan müqavilə mövcud idisə və Cavabdeh bu qədər müddətdir ödəniş etmirdisə, iddiaçının məsələni məhkəmə qaydasında mübahisələndirmək üçün 10 il gözləməsi heç bir məntiqə sığmır. Cavabdeh bildirir ki, o, 2010-cu ildən həmin mənzildə yaşamır və bu fakt qonşuların iştirakı ilə tərtib edilən xx.xx.2023-cü il tarixli akt və ərazi üzrə 30 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 30/0298 nömrəli arayışı ilə təsdiqlənir. Cavabdeh xx.xx.2010-cu ildən ünvan 2 ünvanında yaşayır və bu fakt 151 saylı MKİSin xx.xx.2023-cü il tarixli, 67 nömrəli arayışına əsasən bir daha təsdiqlənir. Həmçinin, bu ünvanda 13346079 nömrəli müqavilə üzrə **********550 abonent kodu ilə heç bir gecikmə olmadan istifadə etdiyi suyun haqqını mütəmadi olaraq ödədiyini bildirmişdir. Cavabdehlə "xxxx" ASC arasında hazırda bir müqavilə - ünvan 3 ünvanı üzrə 13346079 nömrəli müqavilə mövcuddur. Eyni zamanda qeyd edilən Əliyar Əliyev 19A, m.2 ünvanında yerləşən mənzil onun mülkiyyətində olsa da, həmin mənzil yaşayış üçün yararsız haldadır və orada heç bir halda sudan istifadədən söhbət gedə bilməz. 6.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından və iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yarandığından, məhkəmə tərəfindən hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 7.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 iyul 2023-cü il tarixli, 2(005)-1716/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizadə) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. 8.İş materiallarında olan 30 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh Əliyar Əliyev 19A, m.2 ünvanında qeydiyyatdadır, lakin burada yaşamır. 9.İş materiallarında olan 151 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küç., ev 20, 55 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh xx.xx.2010-cu ildən qeyd olunan ünvanda yaşayır. 10.İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə qeydiyyat ünvanı üzrə 2 nəfər üçün xx.xx.2023-cü il tarixə yaranmış borcu 2 nəfər üçün 417,30 manat təşkil edir. 11.İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubunun surətindən görünür ki, 7 iş günü müddətinə borcun ödənilməsi xahiş edilmişdir. Əks halda göstərilən xidmət dayandırılmaqla yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı bildirilmişdir. 12.İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş hesab fakturadan müəyyən olunur ki, Cavabdeh və "xxxx" ASC arasında hazırda bir müqavilə - ünvan 3 ünvanı üzrə 13346079 nömrəli müqavilə mövcuddur və Cavabdeh **********550 nömrəli abonent kodu verilmişdir. 13.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında şifahi formada bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməklə, cavabdeh isə su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə etməklə faktiki olaraq müqavilə münasibətlərinə girmişlər. Belə ki, Cavabdehnun qeydiyyatda olmaqla yaşadığı ev İddiaçı ASC tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidməti ilə təmin edildiyindən o, abonent kimi qeydiyyata alınmışdır. Hazırda İddiaçı ASC Cavabdeh 752,36 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin xeyrinə tutulmasını tələb edir. 14.Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə ödəniş tələb etmək hüququ istehlakçının müəssisəsinin xidmətlərindən istifadə etməsi halı ilə şərtləndirilmişdir. Halbuki cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayışlardan onun Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 19A, mənzil 2 ünvanında yaşamadığı xx.xx.2010-cu il tarixdən ünvan 4 ünvanında yaşadığı məlum olur. Həmçinin cavabdeh məhkəmə iclasında 2015-ci il tarixdə Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 19A, mənzil 2 ünvanına dair su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə dair bağlanmış müqaviləyə xitam verilməsi üçün İddiaçı ASCyə müraciət etdiyini və aralarında olan müqaviləyə xitam verildiyini bildirmiş, lakin iddiaçının nümayəndəsi onlarda bu faktı təsdiq edən müvafiq sənədlərin 5 il müddət ötürdüyü üçün məhv edilməsi səbəbindən araşdırılmasının mümkün olmadığını bildirdi. 15.Məhkəmə cavabdehin ünvan 5 ünvan üzrə su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadə etməməsi, onun yaşadığı digər ünvan üzrə su təchizatı və tullantı suların axıdılması xidmətlərinin aparılmasına görə İddiaçı ASC ilə bağlanmış müqaviləsinin olması və ödənişlərin həyata keçirilməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbinin qanuni əsasları mövcud deyil. 16.Məhkəmə qeyd etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. 17.Məhkəmə həmçinin hesab etmişdir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci madddəsinin İİ hissəsi və Vİİ hissəsinə;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 433..1, 448.4, 448.2;"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndi, 62, 1, 58-ci maddələrinə: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 217.1, 217.3, 14.2, 77.1, 107, 119.1, 216-220, 58, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ödənilmiş 15 manat rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,istehlakçıya verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli olan vəsaitin məbləği suölçən cihazın göstəricinə uyğun və ya hesablama yolu ilə müəyyən edilir. İş üzrə də mübahisəli borc mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə hesablanmış borc məbləğidir. Mübahisəli məbləğ qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanmış su təchizatı və kanalizasiya xidmətlərinin dəyəridir. Yaranmış borc iddiaçının istifadə etdiyi, lakin dəyərini ödəmədiyi borc məbləğidir. Qeyd olunan faktlar öz təsdiqini məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də tapmışdır. Məhkəmə iş üzrə bu faktları araşdırmamış nəticədə əsassız qətnamə qəbul etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə məhkəməyə sübut kimi təqdim edilmiş abonentin hesabat cədvəli araşdırmalı və münasibət bildirməli idi. Bu halda məhkəmə yanlış nəticəyə gəlmiş və xidmətlərə görə borcun düzgün hesablandığını bilərdi. Eyni zamanda cavabdehin yeddi il əvvəl su təchizatının dayandırılması haqqında ərizə ilə Sukanal İdarəsinə müraciət etməsi barədə (heç bir sübut təqdim edilməyib) dediklərinin məhkəmə fakt kimi qəbul etmişdir. Su təchizatının dayandırılması üçün abonent bütün borclarını ödəməli, təmizlik arayışı alaraq ərizə ilə idarəyə müraciət etməlidir. Cavabdeh qeyd olunan məsələ ilə bağlı şifahi izahatdan başqa heç bir sənəd təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 apellyasiya şikayətini qəbul etmədi iddia ərzəsinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 24.60-cı maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 25.13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.Maddələr 427.3 və 433.1. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 28.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). 29.Maddələr 448.1 və 448.2.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:

30. 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisiolması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

31. 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "X12”

32. 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. "Su təchizatı və tullantı suları haqqında" Qanunu:

33. 1-ci maddəsinə əsasən istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir; tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır.

34. 58-ci maddəsinə əsasən ödənişlər aşağıdakılara görə müəyyənləşdirilir: a) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə; b) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 37.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası tərəfləri dinləyib apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətitəmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(005)-1716/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 42.Belə ki, işin müəyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməklə, cavabdeh isə su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə etməklə faktiki olaraq müqavilə münasibətlərinə girmişlər. Belə ki, Cavabdehnun qeydiyyatda olmaqla yaşadığı ev İddiaçı ASC tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidməti ilə təmin edildiyindən o, abonent kimi qeydiyyata alınmışdır. Hazırda İddiaçı ASC Cavabdeh 752,36 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin "xxxx" ASC-nin xeyrinə tutulmasını tələb edir. 43.Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarına əsasən məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə ödəniş tələb etmək hüququ istehlakçının müəssisəsinin xidmətlərindən istifadə etməsi halı ilə şərtləndirilmişdir. 44.Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayışlardan onun Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 19A, mənzil 2 ünvanında yaşamadığı xx.xx.2010-cu il tarixdən ünvan 4 ünvanında yaşadığı məlum olur. Həmçinin cavabdeh məhkəmə iclasında 2015-ci il tarixdə Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 19A, mənzil 2 ünvanına dair su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə dair bağlanmış müqaviləyə xitam verilməsi üçün İddiaçı ASC-yə müraciət etdiyini və aralarında olan müqaviləyə xitam verildiyini bildirmiş, lakin iddiaçının nümayəndəsi onlarda bu faktı təsdiq edən müvafiq sənədlərin 5 il müddət ötürdüyü üçün məhv edilməsi səbəbindən araşdırılmasının mümkün olmadığını bildirmişdir. 45.Məhkəmə kollegiyası cavabdehin yaşadığı digər ünvan üzrə su təchizatı və tullantı suların axıdılması xidmətlərinin aparılmasına görə İddiaçı ASC ilə bağlanmış müqaviləsinin olması və ödənişlərin həyata keçirilməsini nəzərə alaraq qeyd edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslarının mövcud olmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 46.Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 47.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 48.Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 49.Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi isə şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. 51.Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). 52.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC iddia tələbinin faktiki əsasını təşkil edən halları sübut edə bilməmiş, cavabdehin Nərimanov rayonu, Əliyar Əliyev küç., ev 19A, mənzil 2 ünvanında yaşadığına, onun tərəfindən su təhcizatı və tullantı suların axıdılması xidmətlərindən həmin ünvan üzrə istifadə edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmiş, əksinə iş materiallarından cavbadehin xx.xx.2010-cu il tarixdən ünvan 4 ünvanında yaşadığı, digər ünvan üzrə su təchizatı və tullantı suların axıdılması xidmətlərinin aparılmasına görə İddiaçı ASC ilə bağlanmış müqaviləsinin olması və ödənişlərin həyata keçirilməsi müəəyn edilmişdir. 53.Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2023cü il tarixli, 2(005)-1716/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 54.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 56.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 57.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 58.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(005)-1716/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar