Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5639/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1342/2024 saylı 22 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış CY6-090/21 nömrəli müqavilədən görünür ki, şirkət müqavilənin əlavə №2-də daha geniş təsvir olunan, Binada yerləşən 5306 saylı mənzili yaşayış məqsədi üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılır verir. Həmin müqavilənin 4cü bəndinə əsasən əmlak üçün toplam alış qiyməti 263380 AZN təşkil edir. Müştəri sözügedən məbləği müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində göstərildiyi kimi müəyyənləşdirilmiş qrafik və ya birdəfəlik nağd/bank köçürməsi əsasında ödəməlidir.
2. CY6-090/21 nömrəli müqaviləsinə Əlavə 5-dən görünür ki, 5/26/2021-ci il tarixli, CY6-090/21 nömrəli müqavilə üzrə mənzilin qiyməti 268.380 AZN olmaqla, ilkin ödəniş 96.616,80 AZN, müqavilə tarixinə qalıq borc 171.763,20 AZN olmuş və aylıq ödəniş 4.771, 20 manat müəyyən edilmişdir.
3. Cavabdeh2 və İddiaçı1 arasında bağlanmış Y6-091/21 nömrəli müqavilədən görünür ki, şirkət müqavilənin əlavə №2-də daha geniş təsvir olunan, Binada yerləşən 5310 saylı mənzili yaşayış məqsədi üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılır verir.
4. CY6-090/21 nömrəli müqaviləsinə Əlavə 5-dən görünür ki, 5/26/2021-ci il tarixli, CY6-091/21 nömrəli müqavilə üzrə mənzilin qiyməti 297.825 AZN olmaqla, ilkin ödəniş 107.217 AZN, müqavilə tarixinə qalıq borc 190.608 AZN olmuş və aylıq ödəniş 5.294,67 manat müəyyən edilmişdir.
5. 013751, 015116, 01116, 012718, 010816 və 011388 nömrəli mədaxil qəbzlərindən görünür ki, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2023-cü, xx.xx.2025-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə CY6-090/21 nömrəli müqavilə üzrə Cavabdeh1 tərəfindən ayrıayrılıqda müvafiq məbləğdə pul ödənilmişir.
6. 000773, 000780, 00080, 000972, 001230, 001647, 004898, 004897 nömrəli mədaxil qəbzlərindən görünür ki, müxtəlif vaxtlarda İddiaçı1 tərəfindən 5306 nömrəli mənzil üzrə ödənişlər həyata keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə X3 tərəfindən həmin mənzil üzrə ayrı-ayrılıqda ödənişlər edilmişdir.
7. 001928, 001931, 002423, 002142, 002577, 002867, 003623, 003260, 003888, 004173, 005312, 004477, 005313, 006659, 007172, 006658, 007173, 007177, 007646, 007647, 008151, 008152, 008719, 008720, 009193 və 009192 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı2 tərəfindən 5306 saylı mənzillə bağlı müxtəlif vaxtlarda ayrı-ayrılıqda ödənişlər həyata keçirilmişdir.
8. Cavabdeh1 və İddiaçı1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış tərəfdaşlığa xitam veilməsi barədə razılaşmaya əsasən Cavabdeh1 və İddiaçı1 arasında bu günə qədər davam edən birgə işləmə sisteminə bugün müştərək qərar qəbul edilməklə xitam verilmişdir; bugündən etibarən hər bir tərəf Bakıda və İstanbulda fərdi qaydada istədiyi şəxs və firmalarla işləyə bilər; bugünə qədər qəbul olunmuş sifarişlər və verilmiş təkliflər üzrə reallaşan satışlar müştərək qaydadakı kimi yerinə yetirilib yekunlaşdırılacaq; daşınar və daşınmaz əmlakların dəyəri hesablanıb bərabər qaydada bölüşdürüləcək; İddiaçı1 Decho Design brendindən Bakıda və ya başqa ölkələrdə istifadə edə bilməz. Özünün istifadə etdiyi İnstagram səhifəsindən Decho Design brendinin adını dəyişdirərək istifadə etməyə davam edə bilər; Bakıda parça kartelası olan firmalarla İddiaçı1 görüşəcək, işləmək istəyən firmaların kartelaları qalacaq. İşləmək istəməyən firmaların kartelalarını İddiaçı1 geri verməyəcəyini bildirdi; iki tərəfin də razılığı ilə ayrıldıqlarını əks etdirən mətn hazırlanıb Bakıda və Türkiyədə işlədiyikləri hər kəsə göndəriləcək; bir şəxs tərəfindən təklif verilmiş və təsdiqlənmiş müəyyən bir işi digər şəxs nəzakət çərçivəsində pozmağa cəhd göstərməyəcək; Bakıda Knight Bridge layihəsindən alınan iki nəfərə aid iki mənzilin 2023cü ilin avqust ayında qalan kreditlərinin öz mənzilinə aid olan hissələrini özü ödəyəcək; WhatsApp ödənişlər qrupu birgə həyata keçirilən son layihə başa çatana qədər davam edəcək; iki şəxsin olduğu bütün qruplarda adamlar bir-birlərinə qarşı təhqiramiz ifadələrdən və ya hədə- qorxu məzmunlu cümlələrdən istifadə etməyəcəklər; birgə davam edən işlərə aid bütün xərclər müştərək kassadan ödənilməyə davam edəcək; dizaynerlər və firmalar iki şəxsdən hansım seçmək məsələsində sərbəstdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Cavabdeh1 26 may 2021-ci il tarixli CY6-090/21 nömrəli Müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ümumilikdə ödədiyi 120.771 (bir yüz iyirmi min yeddi yüz yetmiş bir) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq ona ödənilməsi; məhkəməyə müraciət etmək üçün ödənilmiş 413 manat dövlət rüsumunun əvəzinin ona qaytarılması; məhkəməyə müraciət edilməsi və məhkəmədə təmsil olunmaq üçün tərəfindən çəkilmiş 1500 manat hüquqşünas xərclərinin əvəzinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MTK (bundan sonra “MTK” adlandırılacaq) və Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 arasında 26 may 2021ci il tarixində CY6-090/21 nömrəli Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 151 ünvanında “K Residence” yaşayış kompleksində Kortyard 6 binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 99.4 kv.m. olan 5306 saylı mənzilin (bundan sonra “Mənzil”) ümumi qiyməti 268.380,00 (iki yüz altmış səkkiz min üç yüz səksən) AZN razılaşdırılmaqla müvafiq aylara bölünərək ödəniş şərtləri müəyyənləşdirilmiş və nəticədə mənzilə mülkiyyət hüquqlarının Şirkət tərəfindən Cavabdeh1 keçirilməsi razılaşdırılmışdır. Diqqətə çatdırılır ki, Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 ilə onun arasında iş ortaqlığı münasibətləri olmuşdur. 2021-ci ildə iş üzrə Cavabdeh1 və onun arasında birinciyə məxsus Cavabdeh2 MTK-ya aid mənzilin aylıq ödənişlərini Cavabdeh1 olaraq Türkiyədə yaşadığına görə tərəfindən Bakı şəhərində ödənilməsi, həmin pulları isə gələcəkdə iş ortaqlığı nəticəsində əldə olunmuş gəlir hesabına Cavabdeh1 mənzilə görə ödənilmiş pulun ona qaytarılması barədə razılıq əldə olunmuşdur. MTK ilə Müqavilədə Müştəri, yəni Alıcı qismində Cavabdeh1 iştirak etsə də, Müqavilə üzrə öhdəliklər faktiki olaraq o və onun anası İddiaçı2 tərəfindən icra edilmişdir. Belə ki, Müqaviləyə Əlavə 5-də qeyd edilmiş Qiymət Cədvəlində göstərilən ödənişlər MTK tərəfindən imzalı və möhürlü şəkildə təqdim edilmiş mədaxil qəbzlərində əks etdirildiyi kimi tərəfindən 53.703,09 ABŞ Dolları və 29.476,33 AZN pul məbləğində ümumilikdə bu günün məzənnəsinə uyğun olaraq 120.771 (bir yüz iyirmi min yeddi yüz yetmiş bir) AZN və İddiaçı2 tərəfindən ümumilikdə 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manat səksən beş qəpik) AZN olmaqla xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinə qədər Müqavilə üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə MTK hesabına köçürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, mədaxil qəbzlərinin üzərində ödənişləri edən şəxs qismində adı qeyd edilməklə, həmin ödənişlərin məhz tərəfindən həyata keçirildiyini təsdiq etmək mümkündür. Nəzərə çatdırılır ki, hal-hazırkı vəziyyətə görə Cavabdeh1 iddiaçı ilə əlaqəni kəsmiş, mənzilə görə ödənilmiş hər hansı bir pulun qaytarılmasından yayınmaqdadır. O, xx.xx.2023-cü il tarixində MTK-nı məktub vasitəsi ilə mövcud vəziyyət barədə məlumatlandırmış və Müqavilənin başqa adamın adına cavabdehin göstərişi ilə keçirilməməsini və Mənzilə mülkiyyət hüquqlarının üçüncü şəxslərə verilməməsini xahiş etmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e16(006)-4/2024 saylı qərardada əsasən, qərardadın qanunvericiliklə müəyyən edilmiş qüvvədə olma müddətinədək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xətai rayonu, Nobel prospekti 151 ünvanındakı "K Residence" yaşayış kompleksində 5306 saylı mənzilin özgəninkiləşdirilməsi və mənzil barəsində Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə hər hansı yeni MTK daxili müqavilənin bağlanması və mənzilə hüquqlarının üçüncü şəxslərə ötürülməsi qadağan edilmişdir. Hazırda o və onun anası İddiaçı2 Cavabdeh1 Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə onun əvəzindən MTK-ya ödədikləri pul məbləğlərini geri tələb edirlər.
11. İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Cavabdeh1 26 may 2021-ci il tarixli, CY6-090/21 nömrəli Müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı ümumilikdə ödədiyi 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manat səksən beş qəpik) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan tutularaq ona ödənilməsi; ödənilmiş 351 manat dövlət rüsumun əvəzinin isə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK (bundan sonra “MTK” adlandırılacaq) və Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 arasında 26 may 2021ci il tarixində CY6-090/21 nömrəli Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 151 ünvanında “K Residence” yaşayış kompleksində Kortyard 6 binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 99.4 kv.m. olan 5306 saylı mənzilin (bundan sonra “Mənzil”) ümumi qiyməti 268.380,00 (iki yüz altmış səkkiz min üç yüz səksən) AZN razılaşdırılmaqla müvafiq aylara bölünərək ödəniş şərtləri müəyyənləşdirilmiş və nəticədə mənzilə mülkiyyət hüquqlarının Şirkət tərəfindən Cavabdeh1 keçirilməsi razılaşdırılmışdır. Diqqətə çatdırılır ki, Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 və qızı İddiaçı1 arasında iş ortaqlığı münasibətləri olmuşdur. 2021-ci ildə iş üzrə Cavabdeh1 və qızı İddiaçı1 arasında birinciyə məxsus Cavabdeh2 MTK-ya aid mənzilin aylıq ödənişlərini Cavabdeh1 fiziki olaraq Türkiyədə yaşadığına görə tərəfindən Baki şəhərində ödənilməsi, həmin pulları isə gələcəkdə iş ortaqlığı nəticəsində əldə olunmuş gəlir hesabına Cavabdeh1 mənzilə görə ödənilmiş pulu ona və qızına qaytarılması barədə razılıq əldə olunmuşdur. MTK ilə Müqavilədə Müştəri, yəni Alıcı qismində Cavabdeh1 iştirak etsə də, Müqavilə üzrə öhdəliklər faktiki olaraq o və İddiaçı1 tərəfindən icra edilmişdir. Belə ki, Müqaviləyə Əlavə 5-də qeyd edilmiş Qiymət Cədvəlində göstərilən ödənişlər MTK tərəfindən imzalı və möhürlü şəkildə təqdim edilmiş mədaxil qəbzlərində əks etdirildiyi kimi tərəfindən 53.703,09 ABŞ Dolları və 29.476,33 AZN pul məbləğində ümumilikdə bu günün məzənnəsinə uyğun olaraq 120.771 (bir yüz iyirmi min yeddi yüz yetmiş bir) AZN və tərəfindən ümumilikdə 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manat səksən beş qəpik) AZN olmaqla xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinə qədər Müqavilə üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə MTK hesabına köçürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, mədaxil qəbzlərinin üzərində ödənişləri edən şəxslər qismində qızı və o adları qeyd edilməklə, həmin ödənişlərin məhz onlar tərəfindən həyata keçirildiyini təsdiq etmək mümkündür. Beləliklə, Mənzilin ümumi qiymətindən 207.708,85 (iki yüz yeddi min yeddi yüz səkkiz manat səksən beş qəpik) AZN məbləğ Cavabdeh1 Müqavilə üzrə ödənişlərinin həyata keçirilməsi üçün ödənilmişdir. Nəzərə çatdırılır ki, hal-hazırkı vəziyyətə görə Cavabdeh1 qızı və onunla əlaqəni kəsmiş, mənzilə görə ödənilmiş hər hansı bir pulun qaytarılmasından yayınmaqdadır. İddiaçı1 xx.xx.2023-cü il tarixində MTK-nı məktub vasitəsi ilə mövcud vəziyyət barədə məlumatlandırmış və Müqavilənin başqa adamın adına cavabdehin göstərişi ilə keçirilməməsini və Mənzilə mülkiyyət hüquqlarının üçüncü şəxslərə verilməməsini xahiş etmişdir. Hazırda qızı və o Cavabdeh1 Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə onun əvəzindən MTK-ya ödədikləri pul məbləğlərini geri tələb edirlər.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1343/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırda icraatda olan İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)-1343/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı "əsassız varlanma nəticəsində əldə edilən əmlak" tələbinə dair e-2(006)-1342/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması və mülki işlərə birlikdə baxılaraq e-2(006)-1342/2024 nömrəsinin verilməsi qərara alınmışdır.
14. Cavabdeh2 etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsinin və Cavabdeh1 tərəfindən təqdim edilən müqaviləyə, whatsapp yazışmalarının məzmunundan aydındır ki, bu iş üzrə xarici vətəndaş Cavabdeh1 ilə İddiaçı1 arasında kommersiya münasibətləri mövcud olmuşdur. Cavabdeh1 ilə MTK arasında bağlanmış mənzil alqısatqısına dair xx.xx.2021-ci il tarixli CY6-090/21 saylı müqaviləyə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən müəyyən dövrlər üçün vəsaitlər ödənilmiş olsa da, iddiaçılar ödədikləri vəsaitlərin məhz hansı müqaviləyə əsasən və məhz kimin üçün ödənildiyini qabaqcadan bilirdilər və bu ödənişləri könüllü şəkildə etmişlər. Odur ki, nəzərə alınmalıdır ki, MTK bağlanmış müqavilələr üzrə ödənişin üçüncü şəxs və ya şəxslər tərəfindən edilməsinə etiraz edə və ödənişləri qəbul etməkdən imtina edə bilməzdi. Müqavilələr üzrə ödənişlər faktiki olaraq alıcı tərəfindən yox, başqa şəxs, indiki halda İddiaçı1 və İddiaçı2 tərəfindən edilsə də, MTK ödənilmiş pul məbləğləri üzərində mülkiyyət hüququnun (subyektiv hüququn) kimə aid olub-olmadığını araşdırmağa borclu deyildi. Ödənişlərin edilməsi zamanı MTK müqavilə üzrə alıcı olan şəxsdən (Cavabdeh1) heç bir etiraz olmadığına görə cavabdeh İddiaçı1 və İddiaçı2 tərəfindən edilən ödənişləri qəbul etməkdən imtina edə bilməzdi. Ödənişləri faktiki edən şəxslərə təqdim edilmiş qəbzlərdə də normal olaraq həmin şəxslərin adları qeyd edilmişdir. Ancaq bu fakt həmin ödənilmiş pul vəsaitlərinin iddiaçılara həqiqətən məxsus olduğunu göstərmir. MTK bu cür halda tam haqlı olaraq hesab edir ki, faktiki ödəyicilər alıcıya məxsus pul vəsaitlərini onun tapşırığı ilə ödəyir. İddiaçıların istinad etdiyi digər bir məsələ əsassız varlanma ilə bağlıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir ki, iddiaçıların MTK-ya münasibətdə əsassız varlanma müddəalarına istinad etməsi tamamilə əsassızdır. Belə ki, hazırki iş üzrə əsassız varlanmış tərəf ümumiyyətlə mövcud deyildir. Belə ki, iddiaçılarla Cavabdeh1 arasında müqavilə mövcuddur, MTK ilə iddiaçılar arasındakı münasibətlər isə Cavabdeh1 tərəfindən onlara verilən tapşırıq və müqaviləyə əsaslanır. Göründüyü kimi əsassız varlanma yaranmasına səbəb olan heç bir əsas olmadığından MTK-nın iddiaçı qarşısında cavabdehlik daşıması da mümkün deyildir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1342/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.
16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazıki iş üzrə isə iddiaçılar öz vəsaitləri hesabına cavabdehin öhdəliklərini yerinə yetirdiyini və bunun əsasında cavabdehlərin əsassız varlandığı iddia etsələr də, bu halları sübuta yetirə bilməmişlər. Əksinə, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları, ödəniş qəbzləri və tərəflər arasında olan ortaqlığın sonlandırılmasına dair sənəddən görünür ki, ortaqlıq bitən günə qədər əldə edilən gəlirlər X.Miyasə və Cavabdeh1 ortaq gəlirləri olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçıların Cavabdeh1 adından ödədikləri pul vəsaitləri iddiaçıların şəxsi vəsaiti olmamış, X.Miyasə və Cavabdeh1 ortaqlığından əldə edilən gəlirlər olmuş, ortaqlıq bitdikdən sonra isə tərəflər ayrı-ayrılıqda öz öhdəliklərini yerinə yetirməyə başlamışlar.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1342/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 aralarında olan ortaqlıqdan əldə edilən gəlir və xərcləri “Whatsapp” qrupu xaric, heç bir sənədlə və ya başqa bir yolla təsdiq etməmişlər. Həmin “Whatsapp” yazışmalarında isə yalnız daxil olan gəlir və xərclər əks olunub. Yerdə qalan gəlirin tərəflər arasında hansı nisbətdə bölünməsi isə qeyd edilməmişdir. Cavabdeh1 əldə etdiyi mənzillə bağlı ödənişlər də iddiaçılar tərəfindən ödənilirdi və daha sonra Cavabdeh1 ortaqlıqdan ona düşən gəlirdən onlara olan borcunu qaytarmalı idi. Əgər H.Gültəkinin və onun onlara düşən gəlirləri onların aralarında müəyyən olunmamışlarsa (aktla və ya hər hansı digər sənədlə), Cavabdeh2-dəki mənzilin ortaq qazancın məhz Cavabdeh1 məxsus olan hissəsinin hesabına alınması barədə məhkəmənin rəyi natamamdır. Həmin hal cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məlum qətnamədə məhkəmə qeyd edir ki, “Eyni zamanda, iddiaçılar Cavabdeh1 öhdəliklərini sırf öz vəsaitləri hesabına yerinə yetirdiklərini sübuta yetirə bilməmişlər”. Lakin, mənzilin alqı-satqı müqaviləsində Müştəri, yəni Alıcı qismində Cavabdeh1 iştirak etsə də, Müqavilə üzrə öhdəliklər faktiki olaraq onun və anası İddiaçı2 tərəfindən icra edilmişdir. Belə ki, Müqaviləyə Əlavə 5-də qeyd edilmiş Qiymət Cədvəlində göstərilən ödənişlər cavabdeh Şirkət tərəfindən imzalı və möhürlü şəkildə təqdim edilmiş ödəniş qəbzlərində əks etdirildiyi kimi tərəfindən 53.703,09 ABŞ Dolları və 29.476,33 AZN pul məbləğində ümumilikdə bu günün məzənnəsinə uyğun olaraq 120.771 (bir yüz iyirmi min yeddi yüz yetmiş bir) AZN və İddiaçı2 tərəfindən ümumilikdə 86.937,85 (səksən altı min doqquz yüz otuz yeddi manatsəksən beş qəpik) AZN olmaqla xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinə qədər Müqavilə üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə Cavabdeh2 hesabına köçürülmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Əvvəlki məhkəm iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri məlum deyildir, nədən şikayət verildiyi heç bilinmir. Tərəflər öz aralarında mebellərin gətirilməsi ilə bağlı razılaşma əldə edirlər, mebellərin gətirilməsi, göndərilməsi, quraşdırılması və ilə bağlı. Daha sonra qərara gəlirlər ki, MTK-dan mənzil alsınlar. Eyni tarixli müqavilədir, ödəniş qrafiklərindəki ödənişlər də eyni tarixlərdə olmuşdur, lakin ödənişlərin məbləğləri fərqlidir, ona görə ki, İddiaçı1 mənzilinin sahəsi daha böyük idi, Cavabdeh1 isə balacadır, 10-12 kv.m fərq var idi. Bu 2023-cü ilin avqust ayına qədər bu qaydada davam edir. Bundan sonra aralarında ortaqlıqla bağlı mübahisələr yarandı. Səbəb isə ondan ibarətdir ki, Cavabdeh1 bildirir ki, burada işlər artıq yaxşı deyildir. Ona görə də həmin 2023-cü il avqust tarixli müqavilə bağlanılır. Mübahisəyə aid olan əsas bənd 9-cu bənddir. Bundan başqa mənzillərin ödənişləri ilə bağlı whatsapp yazışmaları da əlavə edilmişdir. Qarşı tərəf bildirir ki, onların arasında yarımçıq qalan layihələr vardır və Hasan Gultekin onu tamalamağa və ondan gəlir götürməyə imkan vermədi. Onlar da bildirir ki, bununla bağlı ziyan dəymişdirsə ayrıca bir iddia qaldırılmalıdır. Mənzilin ödənişləri ilə bağlı bir gündə olsun gecikmələr olmamışdır. Hasan Gultekin vaxtının daha çoxunu Turkiyədə keçirir və ona görə də ödənişlər buradan olmuşdur
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələblərinin təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ona aid hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
27.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
28.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
29.431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 30.777.1-ci və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 31.783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 32.1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. 1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. 1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
35. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 36.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 37.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir.
40. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi Cavabdeh1 ilə MTK arasında bağlanmış mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli CY6-090/21 saylı müqaviləyə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən müəyyən dövrlər üçün ödənişlər edilmişdir. İddiaçılar cavabdehin tərəf olduğu müqavilə üzrə ödənişləri öz vəsaiti hesabına etdiklərinə, hazırda cavabdehin onların ödədikləri vəsaiti hesabına həmin məbləğ həddində varlandığına istinad etmişlər. Cavabdeh isə öz növbəsində MTK ilə arasında bağlanmış mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli CY6-090/21 saylı müqaviləyə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən ödənişlərin edilməsini inkar etməmiş, iddiaçıların, adından ödədikləri pul vəsaitlərinin onun şəxsi vəsaiti olduğunu qeyd etmişdir.
41. Göründüyü kimi, iddiaçıların mübahisəli məbləğin cavabdehin razılığı ilə onun tərəf olduğu müqavilə üzrə ödənişlərin həyata keçirmələri onların arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığına dəlalət edir. Belə olan halda iddia tələbləri Mülki Məcəllənin 777.1-ci və 783.1-ci maddələri çərçivəsində yoxlanılmalıdır. Həmin maddələrə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
42. Beləliklə apellyator cavabdehin verdiyi tapşırığı icra edərkən çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməkdədir. O, öz tələblərinin əsası kimi istinad etdiyi halların sübütu olaraq Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş mədaxil qəbzlərini məhkəməyə təqdim etmişdir. Cavabdeh isə öz növbəsində etirazlarının əsası kimi istinad etdiyi halları whatsapp yazışmaları, ödəniş qəbzləri və tərəflər arasında olan ortaqlığın sonlandırılmasına dair razılaşma ilə əsaslandırmışdır. Həmin razılaşmadan da müəyyən edilir ki, iddiaçının Cavabdeh1 adından ödədiyi pul vəsaiti onun şəxsi vəsaiti olmamış, bu vəsaitin tərəflərin birgə sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir olduğu, ortaqlıq bitdikdən sonra isə ayrı-ayrılıqda öz öhdəliklərini yerinə yetirməyə başladıqları müəyyən edilmişdir.
43. Göründüyü kimi iddiaçının təqdim etdiyi sübutlar əsasında onun cavabdehin tapşırığını icra edərkən hər hansı formada zərərə uğradığı halı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin Cavabdeh2 MTK-nın da iddiaçının hesabına varlandığı halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın bu cavabdehə münasibətdə təmin edilməli olmaması barədə mövqeyi ilə razılaşır.
44. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1342/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev