Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5644/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Q Ə T N A MƏ S İ Açar sözlər: (borcun qaytarılması) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3035/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı hissə-hissə borc kimi verdiyi 15340 manat pul və ödədiyi 136 manat dövlət rüsumu olmaqla, cəmi 15476 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3035/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740, Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 82.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbində 2017-ci ildən 2019-cu il də daxil olmaqla İddiaçı Cavabdeh hissə-hissə olmaqla, cəmi 15340 manat borc pul verdiyi, cavabdehin həmin məbləği qaytarmaqdan imtina etdiyi iddia edilir. İddiaçı Cavabdeh 2017-ci ildən 2019-cu ilə kimi hissə-hissə 15340 manat borc pul verməsinə dair tərəflərin arasında Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə və ya tərəflərin imzası olan sadə yazılı formada tərtib edilmiş hər hansı yazılı sənəd mövcud deyildir. Əksinə Cavabdeh nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli qəbz və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə qəbz yazaraq Cavabdeh 13200 manat borcu olduğunu etiraf etmişdir. Belə olan halda, İddiaçı 2017- 2019-cu illər ərzində Cavabdeh 15340 manat borc verməsi ağlabatan və inandırıcı deyildir. İddiaçı xx.xx.2019-cu il tarixli qəbzdə göstərilən 13200 manat borcdan hissə-hissə xx.xx.2019-cu il tarixə kimi 700 manatını Cavabdeh qaytarmış, 12500 manatını isə qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən Cavabdeh borcun qaytarılması üçün iddia tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-171/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 12500 manat pulun tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2111/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-171/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-893/2023 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2111/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2017-ci ildə yarandığına görə 15340 manat borcun verilməsinə dair tərəflər arasında Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq mütləq borc müqaviləsi yazılı formada bağlanmalı idi. İddiaçının iddia tələbində göstərdiyi xüsusatlar mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə, iddiaçının cavabdehə 2017-2019-cu illər ərzində hissə-hissə 15340 manat borc pul verməsini təsdiq edən sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3035/2023 saylı qətnaməsinin ləğv edilməsi, işin obyektiv (həqiqi) hallarının təzədən müəyyən edilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 125, Mülki Məcəlləsinin 16, 380, 560, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 188, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmələr qanunu pozaraq, məhkəmədən kənar əldə olunmuş, “borcun etirafı” kimi qəymətləndirdikləri bir kağız parçasını iddianı təmin etmək üçün kifayət edən sübut kimi qəbul etmişlər, həmin borcun necə və hansı əsaslar üzrə yaranmasını təsdiq edən hər hansı başqa sübut tələb etməmişlər, ümumiyyətlə əsas fakt sübuta yetirilməmişdir. O hüquqlarının pozulması ilə barışa bilməmişdir ona görə də Cavabdeh pulların ödənilməsini təsdiq edən sübutlar toplayıb, həmin pulların qeri qaytarılması tələbi ilə Cavabdeh qarşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Lakin, Tərana Hüseynova, oğlu Cavabdeh məhkəməyə gəlməsinə yenidən imkan verməmiş, etibarnamə üzrə məhkəmədə özü iştirak etmişdir. Bunu ona görə edir ki, yaxşı anlayır ki, oğlu iddiaçı ilə üz-üzə gələ bilməyəcək, faktlar qarşısında aciz qalacaq, suallarına cavab verə bilməyəcək və son nəticədə işin obyektiv hallarını etiraf etməyə məcbur olacaqdır. Məhkəmənin hazırlıq iclasında vəkili Vəkil vəsatət verib bildirmişdir ki, iddiaçı tələb etdiyi pulları cavabdehə şəxsən vermişdir və işin obyektiv hallarının düzgün müəyyən edilməsi üçün Cavabdeh məhkəmədə iştirakının təmin edilməsini xahiş etmişdir. Həqiqətin üzə çıxacağından narahat olan Nümayəndə vəsatətə qarşı etiraz edərək bildirmişdir ki, oğlu Qarabağ müharibəsinin iştirakçısıdır, döyüş zamanı xəsarət alıb, kontuziyalıdır. İddiaçıdan pulları alan zaman Cavabdeh tam normal davranmış, iş məhkəməyə gələndə isə “kontuziyalı“ çıxmışdır. Əgər Cavabdeh fəaliyyət qabiliyyətliliyinə şübhə vardırsa, hakim onu məhkəməyə dəvət edib fəaliyyət qabiliyyətli olubolmamasını yoxlamalı idi: bəlkə həqiqətən fəaliyyət qabiliyyətliliyinin müəyyən edilməsinə zərurət vardır. Lakin, işə baxan hakim vəsatəti rədd edərək, Təranə Hüseynovun mövqeyinə dəstək verərək, bildirmişdir ki, hakim heç kəsi məhkəməyə dəvət etməyə borclu deyil. Bu hərəkətləri ilə hakim işin obyektiv hallarını araşdırmaq niyyətində olmadığını ifadə etmişdir. Belə olan halda onlar məhkəmədən xahiş etmişlər ki faktı təsdiq edən sübutların təqdim edilməsi və araşdırılması üçün onlara şərait yaradılsın. Hakim, növbəti məhkəmə iclasını xx.xx.2023-cü il tarixə təyin etmiş və sübutları həmin iclasda təqdim etməyi təklif etmişdir. Məhkəmə iclasından bir neçə gün əvvəl, vəkili ona zəng edib bildirmişdir ki, ünvanına elektron mesaj gəlib ki, xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsində iştirak etməlidir (iş № 1(120)-2998/2023). Məhkəmədə işləri üst-üstə düşdüyü üçün, o bildirmişdir ki, Yasamal Rayon Məhkəməsində olan işi təxirə salıb, Şirvan İnzibati Məhkəməsində iştirak edəcəkdir. Ondan razılıq alandan sonra vəkil elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə rəsmi vəsatət təqdim edərək, işin təxirə salınmasını xahiş etmişdir. Lakin, hakim vəzifəsindən sui-istifadə edərək, vəkilin vəsatətinə məhəl qoymadan, iştirakları olmadan, həmin gün işə mahiyyəti üzrə baxıb ziyanlarına olan qətnamə elan etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin aşkar surətdə qanunsuz, qərəzli və qeyriobyektiv olması digər bir faktla təsdiq edilir: Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçı tərəfindən borcun bir hissəsinin onlara qaytarılması faktını etiraf etmişdir. Lakin, məhkəmənin qətnaməsində bu barədə heç nə qeyd edilməmiş və fakta qiymət verilməmişdir. Çünki hakim işin hər hansı hallarını araşdırmaq niyyətində olmamışdır. Onun cavabdehə heç bir borcu olmamışdır, mərhum atası ilə birgə işlədikləri mağazada satışda olan geyim paltarlarında atasının pay haqqı vardır. O cavabdehə təklif etmişdir ki, atasını əvəz edərək, onunla birgə kommersiya fəaliyyətinə davam etsin. Lakin, cavabdeh bundan imtina etmiş, atasının pay hissəsinə düşən geyim paltarlarının satılıb pulunun qaytarılmasını tələb etmişdir. O da malları satdıqca pulları cavabdehə qaytarmışdır. Lakin cavabdeh mülki hüquqlarından sui-istifadə edərək, yəni vicdansızlıq edərək həmin məbləği ondan təkrar tələb etmişdir. Cavabdeh, iddiaçının ona verdiyi xx.xx.2019-cu il tarixli qəbzi əsas götürərək ona qarşı iddia qaldırmışdır. Məhkəmələr də həmin qəbzi borcun mövcud olmasını göstərən borc müqaviləsi kimi qiymətləndirib iddianı təmin etmişlər. Yəni məhkəmə tərəfindən yalnız bir fakt müəyyən edilmişdir: tərəflər arasında yazılı borc müqaviləsi mövcuddur və həmin müqavilə üzrə cavabdehin iddiaçıya 13200 manat borcu olmuşdur. Onun iddia tələbi tamam başqa faktlara əsaslanan tamam fərqli iddia tələbidir. Belə ki, o məhkmələrin borc müqaviləsi kimi qiymətləndirdikləri xx.xx.2019-cü il tarixli qəbzi mübahisələndirmir. Onun iddia tələbi ondan ibarətdir ki, o cavabdehə müxtəlif zamanlarda pullar vermişdir. Həmin pulların verilməsini təsdiq edən sübutlara malikdir və həmin sübutları məhkəməyə təqdim etməyə hazırdır. Lakin məhkəmə onun prosessual hüquqlarını kobud surətdə pozaraq, işin təxirə salınması barədə məhkəməyə vəsatət təqdim edildiyi halda, hakim onun prosessual hüquqlarını kobud surətdə pozaraq, iştirakını təmin etmədən məhkəmə iclası keçirmişdir (əslində heç bir iclas keçirilməmişdir). Ona görə o məhkməyə təqdim etmək üçün hazırladığı sübut və dəlilləri təqdim edə bilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmadığını, hakimin hazırlıq iclasını keçirdiyini və onlara sübutlar təqdim etmək üçün vaxt verdiyini, daha sonra təyin olunan iclasda eyni vaxtda başqa məhkəmə prosesi olduğu üçün iştirak edə bilmədiyini və iclasın təxirə salınmasını xahiş etdiyini, yalnız hazırlıq iclasında iştirak etdiyini, sonra işə iştirakı olmadan baxıldığını, işə birinci instansiya məhkəməsi kimi baxılmasını xahiş etdiyini, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində çıxış edərək, 2800 manatı iddiaçıya ödədiyini etiraf etdiyini, lakin hakim tərəfindən bunun nəzərə alınmadığını, iddiaçı əvvəlki iş üzrə qarşılıqlı iddia vermək istəsə də müddət ötürüldüyündən bunun mümkün olmadığını, ona görə də məcbur olub hazırkı iddianı verdiyini bildirmişdir.
6. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 560, 739- 741,743, 744, 1091-1095; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 233, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
9. Xüsusilə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən qeyd edilməlidir ki: 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
11. Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianın və apellyasiya şikayətinin fərqli dəlillərinə (əsaslarına) dəlalət edən sübutlar, habelə hər hansı əlavə araşdırma aparılması üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri iddaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, cavabdehin hər hansı əsasla mülki məsuliyyət daşıması sübuta yetirilmir.
12. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3035/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.