Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5645/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 əsas borca görə 676987 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 101548 manat faizlərin, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və iddia üçün ödənilmiş 1069 manat, ümumilikdə 779904 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1824/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 03 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-ə 2 saylı Əlavəyə uyğun verilmədiyi üçün geri qaytarılmışdır. İddiaçı məhkəməyə apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(005)-1824/2022 saylı qətnaməsindən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət onun verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərardadın Cavabdeh2 tərəfindən rəsmi qaydada alınması barədə sübut yoxdur və həmin qərardadın onun vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilməsi bu qərardadın Cavabdeh2 tərəfindən rəsmi qaydada alınması demək deyil. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilməmişdir. Cavabdeh Məmmədovun nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və mülki işlə birlikə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə kollegiyası şikayətin dəlilinə əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş (i/v 44), şikayət isə onun tərəfindən üç ay sonra, yəni xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmçinin şikayət Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verildiyindən, xx.xx.2023-cü il tarixli qərardad isə onun elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyi müəyyən olunduğundan, bununla da mübahisələndirilən məhkəmə qərardadı həmin tərəfə rəsmi qaydada çatdırıldığından, bəlli olur ki, prosessual müddətin axımı ona, yəni Cavabdeh2 münasibətdə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsin uyğun olaraq, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş proessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasının məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən, məlum olur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün MPM-nin 268.1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsi üçün irəli sürdüyü səbəb üzrlü hesab edilə bilməz. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayətin veriməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1824/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2(103)-5645/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5645/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver