Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5646/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 və cavabdeh Sahələrarası Nəqliyyat və X6 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə, Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı “işdən çıxarılması barədə əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1821/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin X1 İdarəsinin xx.xx.2019-cu il tarixli, 71/k saylı əmrinin ləğv olunması, onun işə bərpa olunması və xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin X1 İdarəsinə müddətsiz əmək müqaviləsinə əsasən sürücü vəzifəsinə işə qəbul olunmuş, işlədiyi müddət ərzində əmək və icra intizamını pozmamış, ona həvalə edilmiş işləri lazımi qaydada icra etmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, işlədiyi idarənin kadrlar şöbəsinə dəvət edilmiş və orada ona bildirmişlər ki, öz xahişi ilə ərizə yazıb işdən çıxsın. Buna səbəb kimi idarənin fəaliyyətinin dayandırılması göstərilmişdir. O, bunu eşidib, bir ailə başçısı kimi işsiz qalacağını düşünüb, bundan narahat olmuşdur. Ona görə ki, ailəlidir, himayəsində işləməyən, eroniz xəstəliyindən əziyyət çəkən həyat yoldaşı vardır. O, işsiz qalmaması üçün ƏƏSMN-in 142 Çağrı Mərkəzinə məlumat vermiş, oradan ona bildirilmişlər ki, işlədiyi idarə fəaliyyətini dayandıra bilməz, yalnız yenidən formalaşa bilər ki, bu da, əmək müqaviləsinin ləğv olunması üçün əsas deyildir. xx xxxx 2019-cu il tarixdə idarənin hüquqşünası Bəhruz Hüseynov ona zəng edərək işdən çıxması barədə ərizə yazmasını bir daha ona bildirmişdir. O, Bəhruz Hüseynova cavab verərək demişdir ki, ona hansı əsasla ərizə yazdırmaq istəyirlər. Bundan dərhal sonra o, yenidən ƏƏSMN-in 142 Çağrı Mərkəzinə zəng vurmuş və bu barədə onlara məlumat vermişdir. Çağrı Mərkəzindən ona təkrar bildirmişlər ki, ərizə yazmayıb işinə davam etsin. Həmçinin söyləmişlər ki, bu məsələ ilə bağlı iş yerinə ünvanladıqları sorğuya hələ cavab verilməyib. O, xx.xx.2019-cu il tarixədək cavabdeh müəssisədə işləmiş, lakin həmin gün ona şifahi olaraq bildirmişlər ki, o da işdən azad edilmişdir. Ona xx.xx.2019-cu il tarixli, 14/33 saylı məktub ünvanlayaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələri, o cümlədən tabeli qurumların balansında olan nəqliyyat vasitələri, texnikalar, digər maşın-mexanizmlər və avadanlıqlar Sahələrarası Nəqliyyat və X6 İdarəsində işlə təmin olunmuş, lakin ona iş təklif olunmasına baxmayaraq o işdən imtina imtina etmişdir. İş fəaliyyətinin olmaması səbəbindən X1 İdarəsinin ştat cədvəlində xx xxxxx 2019-cu il tarixdə struktur dəyişikliyi gözlənilir və bir neçə ştat vahidi məlum səbəblərdən ixtisar olunacaqdır. Gözlənilən dəyişiklik barədə ona dəfələrlə şifahi, telefon vasitəsi ilə, ən sonunda İdarənin direktoru tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 14/15 saylı məktubla bildirilmişdir. Halbuki, ona iş təklif olunmamışdır. xx xxxxxx 2019-cu il tarixli məktubda isə, ona nə ilə bağlı xəbərdarlıq edilməsi göstərilməmişdir. Digər tərəfdən, ona xx xxxx 2019cu il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, həmin məktub ona çatmamış xx xxxxx 2019-cu il tarixdə işdən azad olunması barədə əmr verilmişdir. Bundan sonra, o, cavabdehin qanunsuz hərəkətlərindən xx.xx.2019-cu il tarixdə ƏƏSMN-in 142 Çağrı Mərkəzinə müraciət etmişdir. Oradan bildirmişlər ki, onlar idarədən sənədləri tələb etdikdən sonra onun pozulmuş hüquqlarının bərpa olunmasına dair köməklik göstəriləcəkdir. DƏMX-nin xx xxxxx 2019-cu il tarixli məktubu ilə onu ünvan 1 ünvana dəvət etmişlər. O, həmin ünvana getmiş, DƏMX-nin əməkdaşları onun izahatını almış və bildirmişlər ki, bu barədə ona cavab veriləcəkdir. Lakin DƏMX tərəfindən ona cavab verilməmişdir. Bundan sonra, cavabdeh tərəfindən ona xx.xx.2019-cu il tarixli məktubda xx.xx.2019-cu il tarixdə işdən azad edilməsi səbəbindən, idarəyə gəlib əmək kitabçasını götürməsi bildirilmişdir. O, xx xxxx 2019-cu il tarixdə idarəyə gedib, əmək kitabçasını və əmrin təsdiq olunmamış surətini almışdır. Bundan sonra ona aydın olmuşdur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «c» bəndi ilə işdən azad olunmuşdur. Cavabdeh tərəfindən verilmiş əmr qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab vermir. Bu da, əmrin məhkəmə qaydasında ləğv olunması üçün əsasdır. Bildirilir ki, cavabdeh onu əvvəllər də xx xxxxxx 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə (guya iş davamiyyətini pozduğuna görə) işdən azad etmişdi. O, işə bərpa olunmuşdur. İndi isə heç bir iş davamiyyətini pozmadığı halda onu Əmək Məcəlləsinin 68-ci maddəsinin «c» bəndi ilə işdən azad etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1821/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin X1 İdarəsinin xx.xx.2019-cu il tarixli, 71/k saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Elologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsinə sürücü vəzifəsinə işə bərpa olunması, xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Elologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsindən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsi apellyasiya şikayəti verərək, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-1821/2019 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ekologiya və X8 xx xxxxxx 2019-cu il tarixli, 97/ü saylı əmrindən irəli gələn məsələlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsi X1 İdarəsinin bütün sürücü və mexanizatorlarına ərizə ilə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsinə işə qəbul olunmaq təklifi ilə çıxış etmişdir. Buna görə də İddiaçı xx xxxxxx 2019-cu il tarixdə X1 İdarəsinə çağırılaraq Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsinə sürücü vəzifəsinə işə qəbul olunmaq üçün ona ərizə yazmaq təklif olunmuşdur. Lakin İddiaçı ərizə yazmaqdan imtina etmiş və bildirmişdir ki, ona 2 aylıq kompensasiya verilsə, o işdən çıxar. Bundan 2 gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə Sahələrarası Nəqliyyat və X6 İdarəsinin rəhbərliyi Sahil qəsəbəsində X1 İdarəsinin inzibati binasında səyyar iclas keçirərək ərizə ilə müraciət etməyən sürücü və mexanizatorlara bir daha Sahələrarası Nəqliyyat və X6 İdarəsinə ərizə yazıb işə qəbul olunmaq təklif olunmuşdur. Lakin İddiaçı idarə ilə yaşadığı yerin uzaqlığını və maaşın azlığını səbəb göstərərək idarənin direktoru Fizuli Babayevin təklifini qəbul etməmiş və 2 aylıq təzminat alaraq işdən çıxacağını bildirmişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 55, 56.1, 68.2-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh Sahələrarası Nəqliyyat və X6 İdarəsinin nümayəndəsi S.Arıxov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi B.Hüseynov birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 71/k saylı, xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, həmin tarixdən X1 İdarəsinin sürücüsü ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin C bəndinə uyğun olaraq (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilməsi və axırıncı hesablaşmanın aparılması əmr edilmişdir. 14/48 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən işdən azad edilməsi səbəbindən idarəyə gəlib əmək kitabçasını götürməsi xahiş olunmuşdur. 14/33 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli əmrin icrası ilə əlaqədar həmin tarixdən idarənin iş fəaliyyəti dayanmış, bütün sürücü heyəti işdən azad olunaraq X3 Təminat İdarəsinə işlə təmin olunmuşdur. Sizə iş təklif olunmasına baxmayaraq siz imtina etmisiniz. İş fəaliyyətinin olmaması səbəbindən İdarənin ştat cədvəlində xx.xx.2019-cu il tarixdə struktur dəyişikliyi gözlənilir və bir neçə ştat vahidi məlum səbəblərdən ixtisar olunacaq. gözlənilən dəyişiklik barədə Sizə şifahi, telefon vasitəsilə, İdarənin direktoru tərəfindən xx.xx.2019-cu il tarixdə 14/15 saylı məktubla bildirilmişdir. 14/15 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində struktur dəyişikliyi ilə əlaqədar bir sıra vəzifələrin, o cümlədən, 7-ci dərəcəli sürücü ştat vahidi nəzərdə tutulmuşdur. **********07 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, əmək hüquqlarının pozulması ilə əlaqədar iddiaçının Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin 142 çağrı mərkəzinə etdiyi müraciətə 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İV hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin c bəndinə əsasən, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi nəticəsində əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 77.7-ci maddəsinə görə, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilən hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya rəsmi iş təklif etməməsi, qanunvericiliyin tələbinə müvafiq olaraq azı 1 ay öncə yazılı xəbərdarlıq etməsi səbəbindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Belə ki, iş materiallarında olan 14/33 saylı, xx.xx.2019-cu il tarixli məktubdan (i.v. 9) görünür ki, bütün sürücü heyəti işdən azad olunaraq X3 Təminat İdarəsində işlə təmin olunmuşdur və iddiaçıya iş təklif olunmasına baxmayaraq o bundan imtina etmişdir. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman kollegiya iclasında iddiaçı izahatında 2 aylıq əmək haqqı məbləğində kompensasiya aldığını və mart ayında ona mürəciət olunaraq may ayında əmrin verilməsini bildirmişdir. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam veriləcəyindən əvvəlcədən xəbərdar olması öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Belə ki, iddia tələbinin və qətnamənin məzmununa əsasən müəyyən edilir ki, iddiaçının iddia tələbi tam təmin olunmuşdur. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində iddia tələbinin hansı hissəsinin təmin edilməməsi və nəyə əsaslanması barədə qeyd mövcud olmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsinin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X6 İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-194/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5646/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5646/2020
14.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver